Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Apr
    Milli-mənəvi dəyərlər Rayonumuzun fəxri olan ziyalılarımız üçün şərhlər bağlıdır

                                        Məşhur alim və hər kəsin qayğısını çəkən doğma insan

    Bizim Tərtər rayonu Qarabağın gözəl, əsrarəngiz guşələrindən olmaqla bərabər, həm də qədim insan məskənlərindən biridir. Keçmiş zamanlardan bəri yurdumuzun ab-havası, təmiz suyu, zəngin təbii sərvətləri bir çox məşhur sərkərdələrin, şairlərin, filosofların diqqətini cəlb etmiş, onlar Tərtər sahillərində köç salmış, qonaq qalmış, ya da rayonun kəndlərində yaşayaraq burada işləmişlər. Bunlardan Əmir Teymurun, Molla Pənah Vaqifin və digərlərinin adlarını çəkə bilərik.
    Ancaq Tərtəri şöhrətli edən yalnız bunlardımı? Hamı-mız bilirik ki, rayonumuzun ən böyük sərvəti, onu tanıdan, şöhrətini bütün dünyaya yayan çox savadlı, xeyirxah, alicənab insanlarıdır.
    Bu gün biz fəxr edirik ki, Vaqif Abbasov kimi şöhrətli alim rayonumuzda dünyaya göz açıb, burada ilk təhsilini alıb. Onu böyük elmə aparan cığır da elə buradan başlayıb.
    Kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Məhərrəm oğlu Abbasov 1952-ci il oktyabr ayının 5-də rayonumuzun Cəmilli kəndində müəllim ailəsində anadan olub. Cəmilli kəndinin tarixi vaxtilə Qubadlıdan bura köç etmiş Cəmil bəyin və onun qardaşlarının adı ilə bağlıdır. Bu kəndin təməlini onlar qoyublar. Burada məskunlaşan insanların Cəmil bəyə olan hörmətinin əlaməti olaraq, kənd əvvəlcə Cəmilbəyli, sonralar isə Cəmilli adlandırılıb. Daha ətraflı »

  • 20Apr
    Hərbi vətənpərvərlik “VƏTƏN BAĞ”I AL-ƏLVANDIR üçün şərhlər bağlıdır

    İş planına uyğun olaraq rayonumuzdakı “Vətən bağı”ndan yazmalı idim. Bunun üçün Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfova müraciət etdim. O, bəzi məlumatları verməklə yanaşı, “Vətən bağı”nı görmək üçün ora getməyə kömək etdi.

    Maşın Tərtər-Ağdərə istiqamətində hər iki tərəfdən şam və küknar ağacları əkilmiş asfalt yolla irəliləyir. Düşünürəm kaş bu yolla Umudlu və digər kəndlərimizə gedəydim. Axı, bu yollarda uşaqlığımın, atalı-analı günlərimin xatirələri yaddaşımda yaşayır. Dağların döşündəki müxtəlif meyvə ağacları ilə əhatə olunmuş meşəlik, yol qırağındakı sərin bulaqlar, yolun sol tərəfində qaya daşlarından tikilmiş evlərə aşırımlardan mələşə-mələşə qaçışan mal-heyvan, kənd uşaqlarının tozun-torpağın içində oynamağı, daha nələr, nələr gözlərim önündən keçdi. Nəhayət, “Vətən bağı” deyilən məkana çatıb maşından düşdük. Əvvəlcə dayanıb bir an ətrafa nəzər yetirdim. Murov dağından əsən mehdən nəfəs dolusu uddum.
    Üç tərəfə ayrılan yolun tən ortasında ermənilərin özləri tərəfindən tikilən və Qarabağa gəlmə olduqlarını bildirən “Marağa-150” abidəsi diqqət çəkir. Abidənin sağ tərəfində isə möhtəşəm Zəfər və birlik rəmzi olan “Dəmir yumruq”, simvolik “Xarı bülbül” və “Xatirə bulağı” insana gəl-gəl deyir. Daha ətraflı »

  • 20Apr
    Hərbi vətənpərvərlik Vətən müharibəsi veteranı üçün şərhlər bağlıdır

                                                             Təvazökar döyüşçü

    Elşən Əhmədov rayonumuzun yetirməsidir. Burada doğulub, boya-başa çatıb. Ata-anası rayonumuzun zəhmətkeş, sadə insanlarındandır. Ailədə 3 uşaq – 2 oğlan, bir qız böyüyüb. Elşən də həmin oğlanlardan biridir. Şəhər 6 saylı məktəbin 9-cu sinfini bitirdikdən sonra 11-ci sinfə qədər Bakı şəhərində təhsil alıb. 1994-cü ildə orta məktəbi bitirib. 1995-ci ildə Azərbaycan Texniki Universitetin Metallurgiya fakültəsinə qəbul olub, 2000-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub. Əsgəri borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Hərbi hissələrin birində artilleriya batareyasının komandiri olub. Hərbi xidmətini başa vurduqdan sonra az bir müddət Rusiyada yaşayıb, sonra qayıdaraq Gəncə şəhərində alüminium zavodunda işləyib. 2010-cu ildən isə Azəriqaz İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər xidmət sahəsində dispetçer vəzifəsində işləyir.
    Vətənimizin üzərini qara buludlar aldığı zaman, o da könüllü olaraq cəbhəyə yollanıb. Keçdiyi döyüş yolundan danışmasını xahiş etdim. Daha ətraflı »

  • 20Apr
    Kənd Təsərufatı ÇÖRƏK TƏKNƏMİZİN BOŞ QALMAMASI ÜÇÜN üçün şərhlər bağlıdır

                                                      Tərtər taxılçıları bütün imkanlarını səfərbər ediblər

    Çörək dünyada yaşayan bütün xalqlar üçün müqəddəs nemətdir. Azərbaycan xalqı da istisna deyil. Bizdə də çörək müqəddəs və əvəzsiz nemət sayılır. Yerə düşmüş çörəyi götürüb öpərək gözümüzün üstünə qoyan, ona and içən biz deyilikmi?!
    30 ildən artıq bir müddətdə torpaqlarımızın 20 faizdən çoxu işğal altında olduğu və bu gün də onların minalardan təmizlənməsi işi davam etdiyinə görə ölkəmiz özünü tam şəkildə bu qiymətli ərzaq məhsulu ilə təmin edə bilmir. İndiyədək taxılı əsasən Rusiyadan və Ukraynadan idxal etmişik. Hazırda bu ölkələr arasında baş verən məlum hadisələr üzündən biz öz ölkəmizdə taxıl istehsalına daha ciddi fikir verməli, mövcud əkin sahələrinin məhsuldarlığını artırmalıyıq.
    Hazırda taxıl əkinlərinin becərilməsi davam edir. Tərtər Rayon Aqrar İnkişaf Mərkəzinin əməkdaşları vaxtaşırı fermerlərlə görüşür, onlara məsləhətlər verir, həmçinin mərkəzdə mütəxəssislərin iştirakı ilə seminarlar təşkil edirlər.
    Keçən ilin məhsulu üçün rayonda 8800 hektar sahədə taxıl toxumu əkilmişdi. Bunun 5295 hektarı buğdanın, 3505 hektarı isə arpanın payına düşürdü. Ötən il rayon üzrə məhsuldarlıq 40,6 sentner olmaqla hər hektardan 42,9 sentner buğda, 37,9 sentner arpa götürülüb. Daha ətraflı »

  • 20Apr
    Xəbərlər Məktəb həyatı üçün şərhlər bağlıdır

                                               Şəhidin adına layiq  olacaqlarına söz verdilər

    Şəhər 1 saylı tam orta məktəbinin rus bölməsinin 2-ci “V” sinfində şəhid Fuad Məhərrəmlinin adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə şəhidin valideynləri və doğmaları, ictimaiyyət nümayəndələri, Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsi veteranları, məktəb rəhbərliyi, mətbuat nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
    Sonra sinif müəllimi Ramilə Heydərova şəhid Fuad Məhərrəmli haqqında məlumat verib. Bildirib ki, o, 28 noyabr 1994-cü ildə rayonumuzun Evoğlu kəndində kolxozçu ailəsində anadan olub. Orada boya-başa çatıb. Ailədə 2 qardaş 1 bacı olublar. O, əsgəri xidmətini Naxçıvanda çəkib. 2020-ci ilin iyun ayından isə müddətdən artıq xidmətə yazılıb. Minaatan bölməsində kiçik çavuş kimi çalışıb. 44 günlük Vətən Müharibəsində Həsənqaya, Suqovuşan istiqamətində döyüşüb. 19 oktyabr 2020-ci il tarixdə Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına şəhid olub. 20 oktyabrda canından çox sevdiyi torpaqda dəfn olunub. Ölümündən sonra qəhrəman şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub. Daha ətraflı »

  • 20Apr
    Milli-mənəvi dəyərlər BÖYÜK SÖZÜ, AĞSAQQAL ÖYÜDÜ üçün şərhlər bağlıdır

    Ta qədimdən böyük sözünü, ağsaqqal, agbirçəklərimizin öyüdünü eşitmək, onların xeyir-duası ilə yaşamaq, işləmək bir ənənəyə çevrilib. Böyüklərin məsləhəti ilə gördüyümüz işdən xeyir tapanda özümüz də sevinmişik, böyüklərimiz də fərəhləniblər. Belə böyüklərimizdən biri də hamımızın ağsaqqalı, böyüyü sandığımız Məhyəddin Kərimovdur. O, ağıllı kəlamları ilə həm ailədə, həm də camaat arasında özünə hörmət qazanan ağsaqqallarımızdandır. Bu günlərdə sosial şəbəkələrin birində nəvəsi Səbuhi Kərimovun köməkliyi ilə bir neçə müdrik fikirləri yayımlanmışdı.: “ Birinci Al-lahı tanı, ikinci ata-ananı, üçüncü sənə elm, bilik verən müəllimi, dördüncü yer üzünün hökümətini – yəni dövlət başçısını, rəhbəri tanı”. Sonra deyir ki, “qaçağın evi, qumarbazın pulu, oğrunun çörəyi, mərdima-zarın isə məclisdə yeri olmaz”. Bu müdrik kəlamlar, ibrətamiz fikirlər gənclərimiz üçün çağırışdır.
    Məhyəddin Kərimov ömrünün ən müdrik çağlarını yaşayır. 96 yaşlı Məhi baba oğul, qız, gəlin, nəvə-nəticə qayğısı ilə əhatə olunub. Ailədə hər kəsin məsləhət yeridir Məhi baba. Doğrudur, həmişə həyat yoldaşı Əfruz nənənin yoxluğunu hiss etsə də, ətrafında ona qayğı göstərənlərə şükür edir, öz nikbin xasiyyəti ilə hərəni bir cür mehribanlıqla dindirir. Məhi baba Kərimovlar ailəsinin ən çox istənilən, yolu hörmətlə saxlanılan böyüyüdür.
    Məhyəddin Kərimov dövlətlə, xalqla qürurlanan bir insandır. O, ölkəmizin hər bir müvəffəqiyyətini alqışlayır, söz düşəndə qürurla öz fikrlərini bildirir. Bu yaxınlarda mənə zəng etmişdi. Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı uğurdan, zabit və əsgərlərimizin göstərdiyi şücaətlərdən qürur hissi ilə danışdı. Hətta onu da bildirdi ki, Şuşanın alınması məni nə qədər sevindirdisə, Fərrux yüksəkliyinin alınması da ikiqat sevindirdi. Sözünə davam edən ağsaqqal dedi: Daha ətraflı »

  • 15Apr
    Digər Son üç ayda Azərbaycanın uğurları daha da artıb üçün şərhlər bağlıdır
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı bildirib ki, keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.
    İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər.
    Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər.
    Qeyd olunub ki, Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.
    Prezident İlham Əliyev deyib ki, Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər.
    Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək.

    Daha ətraflı »

  • 14Apr
    Digər Ölkəmiz üçün ötən 3 ay əlamətdar dövr kimi yadda qalmışdır üçün şərhlər bağlıdır

    Cənab Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd olunanlar bir daha təsdiq etdi ki, ötən illərdəki kimi ölkəmizin sürətli inkişaf etməsi bu ilin 3 ayı ərzində də davam edib və əldə olunan nəticələr yüksəkdir. Uğurlu aparılan siyasətin nəticəsidir ki, Azərbaycan inkişaf tempinə görə dünyanın aparıcı dövlətləri ilə rəqabətə girir.

    Həyata keçirilən islahatların uğurla və planlı aparılması nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. Dünyanı bürüyən pandemiya bir çox dövlətlərin iqtisadiyyatını çökdürsə də, Azərbaycanda vəziyyət tam fərqli olmuş , bütün sahələrdə davamlı inkişaf getmişdir. Qeyri-neft sektorunun inkişafı son 3 ayda 10 faizdən çox olmuşdur. Bu da onu göstərir ki, ölkə Başçımızın apardığı məqsədyönlü iqtisadi siyasətin nəticəsidir ki, iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlər qənaətbəxşdir.

    Möhtərəm Prezidentimiz Azərbaycanın dünyada olan nüfuzunun regiona gətirdiyi reallıqlardan da danışdı. Biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar. Bu məsələ, təbii ki, Ermənistan tərəfinə də aydındır. Ermənistan başa düşməlidir ki, düşdükləri bataqlıqdan yeganə çıxış yolu region ölkələri ilə, xüsusi olaraq Azərbaycan dövləti ilə əməkdaşlıqdan keçir. Bunun üçün Azərbaycanın müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etmək məcburiyyətindədir. Daha ətraflı »

  • 14Apr
    Xəbərlər Borsunlu kəndində partiya fəalları ilə görüş      üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    14 aprel 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov rayon təşkilatının Borsunlu ərazi partiya təşkilatında partiya fəalları ilə növbəti görüşünü keçirmişdir.

    Görüşdə çıxış edən Eldar Əsədov YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq, yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır. Rayon təşkilatının sədri son 19 ildə ölkəmizin siyasi,sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların,dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu göstərmişdir. O qeyd etmişdir ki, əldə olunan uğurlarda YAP-ın fəaliyyəti danılmazdır. Çünki , yüz minlərlə fəal dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası “dünənin, bu günün və gələcəyin” partiyası adını ləyaqətlə doğruldaraq, ölkəmizin ictimai- siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır. Odur ki, hər bir partiya üzvü partiyamızın yürütdüyü siyasət, ölkəmizdə əldə onun nailiyyətlər, möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında, insanlarımızın baş verənlər haqda maarifləndirilməsində daha fəal olmalıdır. Eldar Əsədov, eyni zamanda, partiya Nizamnaməsi tələblərinə uyğun olaraq üzvlük haqlarının vaxtı- vaxtında ödənilməsinə ciddi fikir verilməsini ərazi partiya təşkilatlarının əsas vəzifələrindən biri olduğunu qeyd etmişdir.

    Görüşdə çıxış edən partiya fəallarından Cəmilə Ağalarova, Rabil Piriyev, Salman Məmmədov, Vaqif  Əliyev, Kamran Həsənov, Şəhla Alışanova və Adil Əliyev Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və çağdaş tariximizin yaradılmasındakı səmərəli fəaliyyətindən bəhs edərək, hər bir partiya üzvünün bundan sonra da YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirdilər.

     

     

     

     

     

     

     

  • 09Apr
    Digər Brüssel görüşü bölgənin təhlükəsizliyinin təmin edilməsində mühüm addımdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Bu görüş bölgədəki vəziyyətin təhlükəsizliyinin təmin edilməsi, gələcək sülh və əmin-amanlığı üçün mühüm addımdır. Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

    Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

    Görüşdə tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq.

    İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulub. Daha ətraflı »