Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May
    Xəbərlər Narkomaniya: planetimizin ən qlobal problemi üçün şərhlər bağlıdır

    ÖVLADLARINIZA QARŞI DİQQƏTLİ OLUN, ƏZİZ VALİDEYNLƏR!

    Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemindən birinə çevrilən narkomaniyanın əzabını yaşamaqdadır.
    Ölkəmizdə də bu bəlaya qarşı dövlət səviyyəsində ciddi tədbirlər görülür. Təəssüf ki, hələ də gənclər arasında narkomanların sayı azalmır. Xüsusilə bəzi qadınların narkotik istifadəcisi olması heç bir məntiqə sığmır.
    Bütün bunlar barədə rayon polis şöbəsinin Mayıl Qədimov adına 96 saylı Tərtər ilk peşə ixtisas məktəbinin kollektivi ilə keçirdiyi görüşdə ətraflı söhbət gedib. Tədbiri məktəbin direktoru Faiq Məmmədov açıb.
    Rayon polis şöbəsinin rəisi Elçin Qasımov əvvəlcə tədbir iştirakçılarına dünyada və ölkəmizdə nar-komaniya ilə mübarizə sahəsində aparılan tədbirlər haqqında geniş məlumat verib. Həmçinin qeyd olu-nub ki, rayon polis şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində son günlərdə rayonumuzda bir neçə narkotik istifadəçisi tutularaq istintaqa cəlb olunub. Acınacaqlı haldır ki, onların arasında qadın da var. Daha ətraflı »

  • 31May
    Milli-mənəvi dəyərlər Erməni saxtakarlığı üçün şərhlər bağlıdır

    AKANABERD

    Bu sərlövhəni gördükdə yəqin ki, təəccüblənəcəksiniz. Amma gəlin tələsməyək, hövsələli olaq.
    Söhbət yer adlarından – toponimlərdən gedir. Toponimiya (yunanca yer+ad) dilçiliyin onomastika (adlar, xüsusi isimlər) bölməsinə aid olub yer adlarını (coğrafi adları) öyrənir. Yəni, göründüyü kimi, bunlar xüsusi isimlərdir və böyük hərflə yazılır.
    Yer adlarının seçilməsi təsadüfi xarakter daşımır. Bu, xarakterik xüsusiyyətlərdən, aid olduğu məkan, etnik mühit və dildən qaynaqlanır.Bu baxımdan toponimlər kiçik bayraqlara bənzəyir, vətənin (dövlətin, xalqın) atributu olaraq.
    Odur ki, tarix boyu hansısa bir ərazi yağmalanarkən orada “təmizləmə” işləri, o cümlədən toponimlərin silinməsi, dəyişdirilməsi prosesi icra edilirdi.
    Bu prosesə məruz qalan xalqlardan biri də bizik. Vaxtilə Ermənistana (öz ərazisi olmadığı üçün əslində qondarma respublikaya) verilmiş torpaqlarımızdan azərbaycanlılar 1948 (qismən) və 1988-ci illərdə (tam) deportasiya edildi. Və bütün yer adları dərhal dəyişdirildi – danışan adlar susduruldu. Daha ətraflı »

  • 30May
    Açılışlar “Böyük qayıdış”  prosesinə  start verilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxış edib.

    Prezident İlham Əliyev deyib ki, rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq.

    Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi.

    1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. Daha ətraflı »

  • 27May
    Xəbərlər Xaçın çayının daşması nəticəsində Hüsənli kəndində 100 hektar əkin sahəsinə ziyan dəyib üçün şərhlər bağlıdır

    26 may 2022-ci il tarixdə bir neçə gün davam edən aramsız yağan yağışlar nəticəsində səhər saatlarında Xaçın çayından gələn güclü sel suları rayonun Hüsənli kəndində 35 hektar pambıq,  25 hektar yonca, 40 hektar arpa və buğda,  ümumilikdə 100 hektar əkin sahəsini basmış, təsərrüfatlara güclü ziyan dəymişdir.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Fövqəladə hallar komissiyasının üzvləri ilə birlikdə həmin ərazidə olmuş, xüsusi texnikalar vasitəsilə müxtəlif istiqamətlərdə kanallar açılaraq sel sularının yenidən Xaçın çayına axıdılması təmin edilmişdir. Hazırda sel suları əkin sahələrindən kənarlaşdırılır.

     

  • 27May
    Xəbərlər Tərtərdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib üçün şərhlər bağlıdır

     Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qapanlı kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

    Əvvəlcə kənd ərazisindəki Şəhidlər abidəsinin önünə gül çiçək-dəstələri düzülüb, vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

    Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 24May
    Şəhidlər Tərtərdə Vətən müharibəsi şəhidi Qənbərli Qənbərin il mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar,  sakinlər, din xadimləri iştirak ediblər.

    Əvvəlcə şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub.

    İl mərasimində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şücaətindən, Qənbər Qənbərlinin həyat və döyüş yolundan danışılıb. Bildirilib ki, Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

     

  • 24May
    Kənd təsərrüfatı Tərtərdə “Şuşa İli”nə həsr olunmuş “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” mövzusunda tarla seminarı keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Mayın 20-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı Tərtər rayonunun Şıxarx qəsəbəsində “Şuşa İli”nə həsr olunmuş “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” mövzusunda tarla seminarı keçirilib.

    AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkbərov seminarı açaraq tədbir iştirakçılarını AMEA-nın prezidentləri, akademiklər Arif Həşimov və İradə Hüseynovanın adından salamlayıb, seminarın işinə uğurlar arzu edib.

    Azərbaycanın əkin sahələrinin işğaldan azad olunmuş ərazilər hesabına genişləndirilməsinin zəruriliyi məsələsinə toxunan Zeynal Ələkbərov dünyada kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olan ölkələrdə yaranmış gərgin vəziyyəti nəzərə alaraq, yaxın illər ərzində daxili imkanlarımız hesabına bu problemin həll edilməsinə nail olunmasının əhəmiyyətinə toxunub.

    O, Qarabağ ərazisində təsərrüfatın genişləndirilməsi və taxıla olan tələbatın ödənilməsində Qarabağ Elmi-Tədqiqat Bazasının əhəmiyyətli rola malik olduğunu qeyd edərək, sözügedən Bazanın 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərdiyini, 1989-cu ildə erməni işğalına qədər 1700 hektaradək əraziyə malik olduğunu deyib. Bildirib ki, bazada 30-dan çox yüksək məhsuldar sort və minlərlə hibrid nümunəsi yaradılaraq Qarabağ bölgəsində və ölkənin digər iqtisadi rayonlarının təsərrüfatlarında geniş ərazilərdə becərilib və bu, kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib. Daha ətraflı »

  • 24May
    Xəbərlər Tərtərdə Narkomaniya əleyhinə marifləndirmə tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Seyidimli kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

    Tədbirdə çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb.

    Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən video çarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 21May
    Digər Azərbaycanın təklif etdiyi 5 prinsip beynəlxalq hüquq çərçivəsindədir üçün şərhlər bağlıdır

    Cari ilin may ayının  18-də Litva Respublikasının Prezidenti  cənab  Gitanas Nausedanın ölkəmizə  rəsmi səfərə gəlmişdir. Səfər zamanı hər iki ölkənin Prezidenti mətbuata bəyanatla çıxış etmişdilər. Möhtərəm Prezidentimiz  çıxışı  zamanı Litva ilə ölkəmiz arasında olan münasibətlərə toxunaraq qeyd etdi ki, ölkələrimiz uzun müddətdir  ki, strateji tərəfdaş olaraq fəaliyyət göstərirlər. Ölkə başçımız  bildirdi ki, ölkələrimiz arasındakı güclü siyasi əlaqələr mövcuddur. Məhz bu siyasi əlaqələr hər iki dövlətin  bir çox məsələlərin həllində  yaxınlaşmasına müsbət təsirini göstərir.

    Qeyd etmək lazımdır ki, bu cür yaxınlaşma hər iki dövlətin iş adamları arasında  biznes əlaqələrinin inkişafında son dərəcə təsir göstərir. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi əsasında  işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yarandı.  Forumdakı çıxışında dövlət başçımız vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirərək hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Bu gün Azərbaycan dövlətində  biznes inkişf etdirmək,  ölkədə iqtisadi əlaqələri qurmaq  mühiti çox əlverişlidir.

    Prezident cənab İlham Əliyev  ölkəmizin  hazırkı vəziyyətini  analiz edərkən bildirdi ki, – “Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz işğalçı Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi. Müharibənin başa çatmasından keçən dövr ərizndə sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır. Təəssüf ki, Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistanın razılaşdırılmış görüşü ləğv etməsi artıq prosesin davamlı olmasına əngəl kimi qiymətləndirilməlidir”.

    İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti  Cənubi Qafqaz regionunda  sülhün,  digər dövlətlərlə əməkdaşlığın, qarşılıqlı əlaqələrin  qurulması üçün bütün imkanlardan maksimum istifadə edir ki,  bu da ölkəmizin  regionda olan yüksək nüfuzundan xəbər verir.

    Təəssüflə qeyd etmək lazımdır ki, 10 noyabr 2020 –ci il tarixli  koputaliyasına imza atmış  Ermənistan bölgədə yaranmış  reallıqlara   əməl etmək fikrindən müxtəlif bəhanələrlə  qaçmaq istəyir. Ancaq Ermənistan gec-tez Azərbaycanın onların qarşısında qoyduğu şərtlərlə razılaşıb, sülh müqaviləsinə imza atacaq.

     

    Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatın sədri

  • 21May
    Xəbərlər Azərbaycan–Litva Prezidentlərinin görüşü yaxşı nəticələr verəcək üçün şərhlər bağlıdır

    Mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ölkəmizə rəsmi səfərə gəlib.

    Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

    Mayın 18-də Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

    Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirib ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür. Daha ətraflı »