Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07May
    Xəbərlər İcra başçısı Xoruzlu kəndində sakinləri qəbul edib üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Qaradağlı kəndində səyyar-qəbul görüşü keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Kənd sakinlərini salamlayan icra başçısı  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. O, kənd təsərrüfatı işlərinin qızğın çağı olduğunu, suvarmada olan çətinliklərin aradan qaldırılması, sudan səmərəli istifadə edilməsi üçün aqrotexniki tələblərə uyğun suvarma aparılmasını, pay torpaqlarının birləşdirilərək kooperasiyalar yaradılmasını, suvarmada damcı suvarma sistemlərindən istifadə olunmasını tövsiyə edib. Daha ətraflı »

  • 06May
    Digər Yaxın gələcəkdə Zəngilan rayonunun sakinləri doğma yurda qayıdacaqlar üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Zəngilan rayonuna xüsusi nümayəndə təyin olunması ilə bağlı videoformatda qəbul edib.

    Geniş və əhatəli çıxışında Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda görüləcək işləri təhlil edib və konkret tapşırıqlar verib.

    Qeyd olunub ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir.

    Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.

    Bildirilib ki, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf – əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır. Daha ətraflı »

  • 06May
    Digər Heydər Əliyev-99 üçün şərhlər bağlıdır

    XALQIN XİLASKARI

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi – müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.
    Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oya-nışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qal-mış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Daha ətraflı »

  • 06May
    Xəbərlər Şura iclası keçirilib üçün şərhlər bağlıdır

                                                                     İlin birinci rübünün yekunları uğurludur

    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan şura iclasında rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, Suvarma sistemləri, Tərtərçay Hidroqovşağı İstismarı, rayon Statistika, Gənclər və İdman İdarələrinin, rayon Təhsil şöbəsinin, Mədəniyyət mərkəzinin nümayəndələri və Mərkəzi xəstəxananın Publik hüquqi şəxsi-direktoru iştirak ediblər.
    Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Azər-baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixdə keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə ölkə rəhbərinin nitqindən irəli gələn vəzifələr barədə” məruzə etmişdir.
    İcra başçısı bildirib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
    Rayon rəhbəri 2022-ci ilin 3 ayı ərzində ümumi məhsul buraxılışının həcminin rayonumuzda 45.1 milyon manat olduğunu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.1 faiz artdığını qeyd edib.
    Hesabat dövründə kənd təsərrüfatı istehsalı 0.7 faiz artaraq 9.1 milyon manat, sənaye istehsalı 12 faiz arta-raq 4 milyon 198.2 min manat, nəqliyyat xidmətlərinin həcmi 26.1 faiz artaraq 509 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.6 faiz artaraq 215.7 min manat, pərakəndə ticarət dövriyyəsinin həcmi 0.4 faiz artaraq 50 milyon 845.2 min manat, əhaliyə göstərilən ödənişli xidmətlər 2.8 faiz artaraq 5 milyon 535.4 min manat, ictimai iaşə xidmətləri 3.8 faiz artaraq 412.5 min manat olmuşdur. Daha ətraflı »

  • 06May
    Xəbərlər Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir üçün şərhlər bağlıdır

    Tərtər rayon icra hakimiyyəti başçısı yanında korrupsiyaya qarşı mübarizə ilə bağlı şura iclası keçirilib.
    İclasda şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
    Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı, Sərəncamla bağlı rayon icra hakimiyyətində Korrupsiyaya qarşı mübarizə komissiyasının yaradıldığı, komissiyanın Tədbirlər Planının təsdiq olunması barədə məlumat verib.
    Rayon rəhbəri bildirib ki, korrupsiyaya qarşı mübarizə milli dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların və təşkilati tədbirlərin səmərəliliyi yüksəlib, korrupsiyaya qarşı mübarizənin aparılmasında rayon icra hakimiyyətinin də üzərinə düşən vəzifələr və məsuliyyət artıb. Ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı ciddi mübarizə aparmaq vəzifə borcumuzdur. Daha ətraflı »

  • 06May
    Xəbərlər Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid atası Yaşar Abbasovun evində olub, onun qayğıları ilə maraqlanıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Vətən Müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasovu xəstəliyi ilə əlaqədar əməliyyat olunub evinə döndükdən sonra ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, Ramazan Bayramı münasibəti ilə ailəyə bayram sovqatı aparıblar.
    Şəhid atası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 06May
    Xəbərlər Rayon rəhbərinin Mamırlı kəndində səyyar qəbul-görüşü olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Mamırlı kəndində səyyar qəbul- görüşü keçirilib.
    Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti, quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    Mamırlı kənd İƏD üzrə nümayəndə Qabil Bəylərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Bildirib ki, Mamırlı İnzibati Ərazi Dairəsi 2 kəndi əhatə edir: Mamırlı və Poladlı kəndləri. Daha ətraflı »

  • 06May
    Xəbərlər Şagirdlərin tərbiyəsində həm müəllimlər, həm də valideynlər diqqətli olmalıdır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Mamırlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri və Milli Məclisin deputatı tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını tövsiyə ediblər. Siniflərdə şagirdlərlə səmimi görüşərək, dərslərində onlara uğurlar arzulayıblar.

     

  • 06May
    Xəbərlər Şəhid ailəsi ziyarət edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Mamırlı kəndindən olan Vətən müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıblar.
    Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.
    Şəhid atası şəhid ailələrinə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 06May
    Xəbərlər Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanılıb üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
    Ötən il Tərtər rayonunda 13,6 ton barama istehsal edilib. Bu il isə 14 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik stansiyasından 330 qutu barama qurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.