Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06May
    Digər Heydər Əliyev-99 üçün şərhlər bağlıdır

    ÖLKƏMİZDƏKİ TOLERANTLIQ VƏ MULTİKULTURALİZM MÜHİTİ HEYDƏR ƏLİYEV SİYASƏTİNİN BƏHRƏSİDİR

    Hər bir dövlətin və xalqın uğurlarında liderlərin böyük rolu olmuşdur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Ulu Öndər Heydər Əliyev kimi əbədiyaşar lideri var.
    Dövlətimizin müstəqilliyinin qorunub saxlanılma-sında, Azərbaycanın dünya dövlətləri arasında tanınmasında, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
    “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, vətənimdir, mənim torpağımdır” deyən Ümummilli Lider eyni zamanda Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələrinin rahat yaşaması, eyni qayğı ilə əhatə olunması üçün sərəncamlar imzalayır, tapşırıqlar verirdi. Məhz Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanda bütün dünyanı heyran qoyan multikultural model yaranmışdı.
    Təsadüfi deyil ki, Azərbaycanda qonaq olan əcnəbilər bu Şərq ölkəsində müxtəlif dünyagörüşlərin, dini inancların, siyasi əqidələrin, fərqli mədəniyyətlərin bu dərəcədə normal, sivil birgəyaşayışına heyranlıqlarını gizlədə bilmirlər. Bu cür birgəyaşayış ilk növbədə böyük öndərimizin humanist düşüncələrinin, onun həyata keçirdiyi siyasətin bəhrəsi kimi bərqərar olmuş multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi nəticəsində mümkün olmuşdur. Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir. Daha ətraflı »

  • 06May
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    Mayda doğulan tərtərli Vətən Müharibəsi şəhidləri

                                                                   Axundov Ədavət Zahid oğlu
    Ədavət Axundov 1969-cu ilin may ayının 1-də Tərtər rayonunun Umudlu kəndində anadan olub.
    Ədavət Axundov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində oktyabr ayının 14-də yaşadığı evin həyətinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhərində dəfn olunub.
    Ailəli idi. 3 övladı yadigar qalıb.
                                                                    Abbasov Elvin Şamil oğlu
    Elvin Abbasov 1992-ci il may ayının 6-da Tərtər rayonunun Umudlu kəndində anadan olub.
    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Hacılı kəndində dəfn olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elvin Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                                  Hacıyev Qubad Cəmil oğlu
    Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub.
    Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
    Quliyev Anar Tofiq oğlu
    Anar Quliyev 1985-ci ilin may ayının 23-də Tərtər şəhərində anadan olmuşdur.
    Anar Quliyev Vətən müharibəsi zamanı 20 oktyabr tarixində Cəmilli kəndinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub. Daha ətraflı »

  • 06May
    Xəbərlər Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi ilə bağlı tədbir keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan mədəniyyətinə misilsiz töhfələr bəxş edən sənətkar

    Tərtər Rayon Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Uşaq musiqi məktəbi tərəfindən hazırlanmış yubiley tədbiri keçirilib.
    Qeyd edək ki, 2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova, Respublikanın xalq artisti, professor, bəstəkar Azər Dadaşov, Beynəlxalq Müsabiqələr laureatı Zakir Əsədov, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Məmmədli, Gəncə şəhər Fikrət Əmirov adına musiqi məktəbinin direktoru Aidə Əmrahova, Ağdam musiqi kollecinin müəllimi Ülviyyə Ələkbərova, Bərdə, Tərtər rayonlarından və Mingəçevir, Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri, rayon ictimaiyyəti və musiqisevərlər iştirak ediblər. Daha ətraflı »

  • 06May
    Xəbərlər NARKOMANİYA BÖYÜK FACİƏDİR üçün şərhlər bağlıdır

    Bu xəstəliyə qurşanmaqdan çəkinin!

    Bu gün narkomaniya müharibələr, pandemiya ilə yanaşı, insanları, xüsusən gəncləri ölümə aparan ən dəhşətli bəlalardan biridir. Buna görə də ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə həyata keçirilir. Bu məqsədlə qanunvericilik bazası təkmilləşdirilir.

    Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Hər bir ölkədə narkomaniyanın qarşısının alınması üçün çox ciddi təşkilati, profilaktik tədbirlər görülməli, lazımi izahat işi aparılmalı, səhiyyə, təbliğat orqanları narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidirlər.”
    Elə bu günlərdə rayon polis şöbəsi əməkdaşlarının, təhsil, səhiyyə, rayon qəzeti işçilərinin iştirakı ilə şəhər 2 saylı məktəb-liseydə şagird və müəllim kollektivi, valideynlərlə keçirilən görüşün məqsədi də məhz böyüyən nəsli maarifləndirmək, müəllim və valideynlərin qarşısında duran vəzifələrin məsuliyyətindən bəhs etmək olmuşdur.
    Rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov hərtərəfli və geniş çıxışında ölkəmizdə bu bəlanın yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlər haqqında məlumat verməklə yanaşı, sadə, anlaşıqlı dildə şagirdləri diqqətli olmağa, özlərinin və ailələrinin gələcək xoşbəxtliyini qorumağa çağırmışdır. Daha ətraflı »

  • 06May
    Digər Hər yerdə hörmətlə qarşılanır üçün şərhlər bağlıdır

    Bu gün müasir cəmiyyətimizi internetsiz təsəvvür etmək qeyri mümkündür. İnternet vasitəsi ilə çoxsaylı informasiyalar alınır. Bunun üçün müəyyən texnologiyalardan istifadə bacarığı və ona olan tələbat nəzərdə tutulur. Bəzən bu texnologiyalardan istifadə çətinləşir, peşəkarlara müraciət etməli oluruq. Belə peşəkarlardan biri Tərtər Telekommunikasiya qov-şağında çalışan, həm iş yoldaşları, həm də rayon ictimaiyyəti tərəfindən hörmətlə qarşılanan Taleh Hüseynovdur.
    Dədə-babadan xalqımız arasında belə bir deyim var: “Filankəs canlara dəyən oğlandır”. Talehlə söhbətimdən sonra mən də belə qərara gəldim ki, elə bizim bu mütəxəssis Taleh də “canlara dəyən oğlandır”.
    O, rayonumuzun Qaraağacı kəndində sadə bir ailənin övladıdır. Atası Saleh də, anası Pərvanə də öz zəhməti ilə dolanan insanlardır. İki oğullarını da elə belə böyüdüb, tərbiyə ediblər. Taleh ailənin kiçik oğludur. Qaraağacı kənd orta məktəbini bitirdikdən sonra Bakı şəhərində Rabitə və Nəqliyyat kollecinə daxil olub. Rabitə qovşağı və kommutator sistemləri fakültəsində qiyabi təhsil alıb. 2012-ci ildən rayon Telekommunikasiya qovşağında telefon montyoru kimi fəaliyyətə başlayıb. 2014-cü ildə internet şöbəsində reklam meneceri, 2021-ci ildə isə informasiya texnologiyaları mütəxəssisi vəzifələrinə təyin olunub. Bu müddətdə gənc Taleh bir az da püxtələşib, sevdiyi peşənin mütəxəssisinə çevrilib. Hazırda həmyaşıdları arasında öz mədəni rəftarı və peşəkarlığı ilə fərqlənənlərdəndir. Talehin bu rəftarı rayon sakinləri arasında xətir-hörmət qazanmasına səbəb olub. Onun çöhrəsində sanki bir nur topası birləşib. İşi ilə əlaqəli çağırıldığı hər yerdə çöhrəsindəki nurdan “pay” qoyub çıxır. Daha ətraflı »

  • 06May
    Kənd Təsərufatı Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun ümumi həcmi artıb üçün şərhlər bağlıdır

    2022-ci ilin yanvar-mart ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9067.8 min manat təşkil etmişdir. Məhsul buraxılışı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 0.7 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

  • 05May
    Milli-mənəvi dəyərlər YAP Tərtər rayon təşkilatının Qərargahında  “ Ümumilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda   “dəyirmi masa” keçirilmişdir üçün şərhlər bağlıdır

      İlk öncə Ümumilli lider Heydər Əliyevin və  Vətən müharibəsi  şəhidlərinin  əzizi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirdi ki,  Ümumilli lider Heydər Əliyev bütün Azərbaycan xalqının əbədiyaşar öndəri, dövlətimizin qurucusu və memarıdır. Müstəqil Azərbaycan dövləti  Heydər Əliyevin şah əsəridir. Qüdrətli , şəxsiyyətilə seçilən, qeyri-adi istedada  malik Heydər Əliyevi xalqına bağlayan tellər olduqca möhkəm idi. Demokratik inkişaf yolunu müəyyənləşdirilmiş Azərbaycan   dövlətinin   dünənində və bu günündə də  dünyanın ən böyük    siyasətçilərindən biri olan  Heydər Əliyevin  möhürü vardır. O, müasir Azərbaycan tarixini  yaradan dahi şəxsiyyət , müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni  cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran əvəzolunmaz liderdir. Gənclik  xöşbəxtlikdir deyən Ulu Öndərimiz  hər zaman gənclərə böyük diqqət və qayğı ilə yanaşırdı. Ulu öndər hər zaman qeyd edirdi ki, gənclər bizim bu günümüz və gələcəyimizdir.

    Dahi Ümumilli liderimiz  bütün gənclərin qarşısına bir vəzifə, öz xalqına, dövlətinə  ölkəsinə sədaqətlə xidmət etmək , həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsinin olduğunu vurğulayırdı . Eyni zamanda Ulu Öndərimiz gənclərə uğurlu yaşamağın sirlərini də söyləyərək deyirdi ki, gənclər bilməlidirlər, həyatda uğurla yaşamaq üçün  xalqımızın, millətimizin , milli mənəvi dəyərlərinə sadiq olmaq,  bu keyfiyyətləri ümumbəşəri dəyərlərlə birləşdirərək müasir həyat tərzi keçirmək lazımdır.

    Bu gün gənc nəslin düzgün yetişdirilməsi  ölkə siyasətinidə önəmli yer tutur. Əsası Ümumilli lider tərəfindən qoyulan gənclər siyasətinin   Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Daha ətraflı »

  • 04May
    Digər Azərbaycanın sülh təşəbbüsləri Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar yaradır üçün şərhlər bağlıdır

      Aprelin 29-da ADA Universitetində “Cənubi QAfqaz: İnkişaf və əməkdaşlıq mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda giriş nitqi söyləyib.

    Prezident İlham Əliyev bildirib ki,  ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.

    Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində.

    Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Daha ətraflı »

  • 04May
    Digər Prezident İlham Əliyevin apardığı siyasət onun  lider olduğunu dünyaya göstərir üçün şərhlər bağlıdır

    28 aprel 2022-ci il tarixdə Azərbaycanın mədəniyyət paytaxtı olan  Şuşa şəhərində  işə başlayan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası 2021-ci ilin aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Qarabağda beynəlxalq konfransın keçirilməsi təşəbbüsü ilk olaraq ADA Universitetində keçirilmiş konfransda  təklif etmiş olunmuş  və Möhtərəm Prezidenimiz bu təklifi müsbət qiymətləndirmiş  və Prezidentimizin tapşırığına əsasən keçiriləcək  tədbir  “Beynəlxalq Şuşa Forumu” kimi yeni ad altında təşkil edilmişdir.

    Konfrans iştirakçıları  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda etdiyi  çıxışında    ciddi və hər bir vətəndaşı düşündürən məqamlara aydınlıq gətirmiş, önəmli məsələlərə toxunmuşdur.  Azərbaycanın o cümlədən ,Cənubi  Qafqazda yeni dövrün – sülh və əməkdaşlıq dövrünün  təşviq etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipi təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır”.

    Bir müddət əvvəl Azərbaycan Ermənistana münaqişənin normallaşması üçün5 prinsipdən ibarət təklif göndərmişdir. Hazırda normallaşma prosesinin əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasından ibarətdir. Bu prinsiplər Beynəlxalq Qaydalar çərçivəsində oldugundan  Avropa İttifaqı da  Azərbaycanın təkliflərini dəstəkləyir. Başqa çıxış yolu olmayan  Ermənistanın isə Azərbaycanın beş prinsipini qəbul etməkdən başqa yolu yoxdur. Çünki bunun əksinə getmək sülhə və təhlükəsizliyə qarşı çıxmaq kimi qəbul olnmalıdır. Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bu barədə fikirlərini açıqlayıb. Dövlət başçısı bildirib ki, bizim açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib.

    Regionda yeni  sülh və əməkdaşlıq erasının fəal şəkildə olmasından geniş söhbət açan Möhtərəm Prezidentimiz aşağıdakı hədəfləri açıqlayaraq göstərdi ki, “Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır”.

    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Şuşa Bəyannaməsi ölkəmizin diplomatik tarixinin ən mühüm sənədlərindən biridir Bəyannamə 30 ilə yaxın bir müddətdə işğal altında olmuş və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin  nəticəsində Cənubi Qafqazın bənzərsiz gözəlliyi ilə  fərqlənən – Şuşa şəhərində imzalanıb. Bu mühüm hadisə möhtərəm cənab Prezident İlham Əliyevin hərbi-siyası strategiyasının təntənəsinin növbəti parlaq nümunəsi idi. Şuşa Bəyannaməsinin imzalanması dünyaya mesaj və eyni zamanda region üçün yeni tarixi gerçəklik demək idi.

    Fakt odur ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev düşünülmüş daxili və xarici siyasət yeritməklə, az itkilərlə ölkədə, bölgədə və bütün dünyada sülh proseslərinə, eləcə də beynəlxalq aləmə mühüm örnək olduğunu sübut edir.

    Eldar Əsədov

    YAP Tərtər rayon

    təşkilatının sədri

     

  • 03May
    Milli-mənəvi dəyərlər Ramazan bayramı münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun tərtərlilərə bayram təbiriki üçün şərhlər bağlıdır

    Əziz tərtərlilər!

    Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, ailənizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

    Müqəddəs Qurani Kərimin nazil olduğu Ramazan ayı insanları birliyə, xeyirxahlığa, mərhəmətə çağırır. İnsanlar bu ay Allah qarşısında borclarını və vəzifələrini yerinə yetirir, nəfs üzərində qələbə sevincini yaşayırlar.

    Tərtərlilər hər il olduğu kimi bu il də Ramazan bayramını sevinclə qarşılayır, dövlətimizin rifahı, vətənimizin bölünməzliyi üçün niyyət edir, şəhidlərimizin müqəddəs ruhuna dualar oxuyurlar. Ulu Tanrı oxuduğunuz duaları qəbul etsin.

    Bayram günlərində şəhid ailələrinə, aztəminatlı ailələrə yardımlar edilir, hər kəs çalışır ki, qonum-qonşuda tanıdıqları, imkanı olmayan hər kəsə kömək edib, əl tutsunlar, hamının evində ramazan süfrəsinə qoyacağı təamlar olsun.

    Bu bayram günündə bir daha Sizləri milli-mənəvi həmrəyliyi, bərabərliyi humanistliyi özündə əks etdirən Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ailənizə xoşbəxtlik, süfrələrinizə bol ruzi, firavan həyat  arzulayıram.Qəlbinizdən Allah sevgisi, mərhəmət, üzünüzdən gülüş əskik olmasın.

    Bayramınız mübarək!