Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek
    Hərbi vətənpərvərlik “HƏDƏFİMƏ ÇATMAMIŞ GERİ DÖNƏN DEYİLƏM” üçün şərhlər bağlıdır

    44 günlük Vətən müharibəsi tariximizə zəfərlə yazılsa da, yüzlərlə oğullarımızın şəhid olmasına, bədən üzvlərinin itirilməsi ilə əlil qalmasına səbəb oldu. Yüzlərlə oğullarımızın arzuları yarımçıq qaldı, ömürlərinin parlaq günəşi gözlərində qaraldı. Vətənin, xalqın bütövlüyü uğrunda yüzlərlə ailənin tamlığı pozuldu, yarım qaldı. Belə oğullardan biri də Umudludan olan Bağırlı Mirsədi Mircəfər oğludur. Mirsədinin ailəsi Umudlu kəndinin hörmətlə adı çəkilən ailələrindən biri olub. Onlar da erməni məkrindən ziyan çəkənlərdən, yurd-yuvalarından didərgin düşənlərdəndirlər. Mirsədi 2000-ci il iyunun 12-də bu kənddə doğulub. Orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra Bərdə rayonunda peşə liseyində çilingər və sürücülük peşələrinə yiyələnib. Hərbi xidmətini Zaqatala rayonundakı “N” saylı hərbi hissədə çəkib. Əsgəri borcunu yerinə yetirdikdən sonra hərbidə çalışmaq qərarına gəlir və Bakı şəhərində gizirlik kursu keçir. 2020-ci ildə gizir kimi müddətdən artıq xidmətə başlayır. Daha ətraflı »

  • 29Dek
    Hərbi vətənpərvərlik ŞƏHİDLƏR ANALARIN ƏSƏRLƏRİDİR üçün şərhlər bağlıdır

    Şəhidlik hər kəsə nəsib olmayan ən uca zirvədir. Hətta müharibələrdə də nəsib olmur bəzi insanlara. Şəhidliyi ömrün sonrakı yaşamı hesab etmək olar. Bəzi insanlar dünyalarını dəyişdikdən bir müddət sonra unudulur, yaddan çıxır. Şəhidlər isə heç zaman unudulmur, insanların xatirələrində əbədi yaşayırlar. Elə Vətən müharibəsi şəhidləri kimi.
    44 günlük Vətən müharibəsi şəhidlərindən biri də Aslanov Xəyal Qüdrət oğludur.
    Xəyalın ata-anası I Qarabağ müharibəsində doğma yurd-yuvalarından didərgin düşənlərdən olub. Mənfur ermənilərin vəhşiliyinə tab gətirə bilməyərək, Ağdərə rayonunun Kərəmli kəndindən qaçqın düşüb, Tərtərdə məskunlaşıblar. Çardaxlı kənd inzibati ərazi dairəsində qeydiyyata götürülüblər. Xəyal 1994-cü ildə Tərtərdə doğulub. Şəhər 5 saylı tam orta məktəbdə ilk təhsilini alıb. Ailədə 2 övlad – 1 qardaş, 1 bacı olublar, Xəyal və Xəyalə.
    İllər bir-birini əvəz edirdi. Ata-ana oğlunun böyüməsinə baxdıqca fəxr edirdi. Qüdrət də, Nəzakət də rayonumuzun camaatı ilə doğmalaşmışdılar.
    Xəyalın əsgəri xidmətə getmə vaxtı çatmışdı. Daha ətraflı »

  • 29Dek
    Sosial TƏŞƏKKÜR üçün şərhlər bağlıdır

                                                                   PROBLEMLƏRİMİZ HƏLL EDİLİR

    44 günlük Vətən müharibəsində düşmən şəhərimizi, kəndlərimizi atəşə tutaraq, Tərtəri yer üzündən silmək istəyirdi. Lakin bunun əksi oldu. Müharibədən sonrakı dövrdə rayonumuzda quruculuq, abadlıq işləri daha da sürətləndi.
    Bu, hər birimizi, xüsusən də şəhid ailələrini çox sevindirir.
    Həyat yoldaşım Teyyub Həsənov I Qarabağ müharibəsi şəhididir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bizim qayğı və problemlərimizi daim diqqət mərkəzində saxlayır. Elə bu günlərdə imzaladığı Fərmanla şəhid ailələrinin aldığı müavinət artırıldı. Bu, ailəmizə böyük köməkdir.
    Yeniilqabağı günlərdə isə küçəmizə asfalt örtüyü salınıb, işıq dirəkləri dəyişdirilib.
    Bunun özü də qayğıdır, rahatçılıqdır.
    Ailəmiz adından sevimli Prezidentimiz cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və rayonumuzun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

    Məzəli Həsənova,
    Firidun bəy Köçərli
    küçəsinin sakini

  • 29Dek
    Milli-mənəvi dəyərlər 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜDÜR üçün şərhlər bağlıdır

                                                               VAR OLSUN ÇİÇƏKLƏNƏN VƏTƏNİMİZ!

    Mən Tərtərdə doğulub boya-başa çatmışam, şəhər 5 saylı orta məktəbini bitirmişəm. Həyat yoldaşım isə rayonumuzun Xoruzlu kəndindəndir.
    Tale elə gətirdi ki, ailə qurandan sonra Ukraynaya köçdük. Artıq uzun illərdir, Melitopolda yaşayırıq. Övladlarımız bu ölkədə böyüyüblər, indi isə nəvələrimiz böyüyür.
    Vətəndən uzaqda yaşasaq da, Azərbaycan hər birimizin ürəyindədir. Ukrayna dilinə, bu xalqın adət-ənənələrinə hörmətlə yanaşırıq, ancaq danışdığımız dil Azərbaycan dilidir. Övladlarımıza, nəvələrimizə də bu dili öyrətmişik.
    Dünyanın müxtəlif guşələrinə səpələnmiş həmvətənlərimiz kimi, biz də Azərbaycanın apardığı 44 günlük müharibənin gedişini diqqətlə izləyirdik. Cəbhədən gələn hər bir qələbə xəbərini bayram kimi qeyd edirdik. Şuşa-nın alınması, ermənilərin kapitulyasiya aktına qol çəkməsi ilə müharibənin başa çatmasını Ukraynada yaşayan bütün azərbaycanlılar böyük coşqu ilə qarşıladılar. Daha ətraflı »

  • 29Dek
    Digər TOFİQ YUSİFİN ÖLÜMÜNƏ üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif aramızdan getdi. Tofiq müəllimin qəflətən həyatdan getməsi biz qəbələliləri də kədərləndirdi. Ancaq nə etmək olar? İnsan var ki, ölənə qədər yaşayır, insan var ki, öləndən sonra da yaşayır. Tofiq Yusif həyatda həmişəyaşarlığı qazandı. Dəyərli jurnalist, şair, yazıçı Tofiq Yusif onu sevənlərin qəlbində yaşayacaq.
    Allah rəhmət eləsin. Qəbri nurla dolsun!
    Qəbələ ziyalılarından: Səməd Səmədəov, Kamil Məmmədov, Sədiyar Səfərəliyev, Sadıq Sadıqov, Cəlil Xeyirbəy, Rəna Azaxqızı, Ənvər Durucalı, Mərziyə Qəbələli, Qərib Hüseynov, Vaqif Yaquboğlu, Mahirə İspiqızı, Fərman Əzizli.

     

  • 29Dek
    Təhsil MƏKTƏB HƏYATI üçün şərhlər bağlıdır

                                                                     TƏHSİL OCAĞI YENİDƏN TİKİLİB

    Şəhid Dağıstan Əzizov adına Şıxarx 1 saylı məktəb 1993-cü ildən tam orta məktəb kimi fəaliyyətə başlayıb. Son bir ilə kimi müharibə şəraitində işləyən və təhsil alan müəllim və şagird kollektivi, bu vəziyyətin yaratdığı çətinliklərə baxmayaraq, uğurları ilə rayonumuzdakı digər məktəblərdən geri qalmayıb.
    Məktəbin direktoru Ramil Ağayev söhbət zamanı bildirdi ki, 2016-ci ilin Aprel hadisələri zamanı ermənilərin ərazilərimizi artilleriya atəşinə tutması nəticəsində məktəb binasına top mərmisi düşərək, yararsız hala salmışdır. Buna görə də həmin ərazidə yenidən 6 sinif otağından ibarət modul tipli məktəb tikilmişdir.
    Lakin müharibənin bütün qanunlarına zidd olaraq təhsil ocaqlarını, dinc sakinləri, yaşayış evlərini hədəfə alan ermənilər bu dəfə də şagirdlərin təhsilini yarımçıq qoymaq istədilər. Vətən müharibəsi başladığı gündən 29 sentyabradək düşmənin güclü artilleriya atəşi nəticəsində məktəb yenidən yararsız hala düşdü. Daha ətraflı »

  • 29Dek
    Ədəbiyyat “NİZAMİ GƏNCƏVİ İLİ”BAŞA ÇATIR üçün şərhlər bağlıdır

                                                                      POEZİYA DÜNYASININ PEYĞƏMBƏRİ

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz Gəncədə ərsəyə gətirmişdir.
    Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılardan ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin əsərləri miniatür sənətin inkişafına da təkan vermişdir.
    Nizaminin ölməz ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir. Daha ətraflı »

  • 28Dek
    Milli-mənəvi dəyərlər Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti üçün şərhlər bağlıdır

    Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Daha ətraflı »

  • 28Dek
    Xəbərlər Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfər etmişdir. Bu səfər əlamətdar bir günə təsadüf etdi. Çünki 24 dekabr 2021-ci il tarixi ölkə başçısının 60 illiyi idi.

    Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Bütün bunlar onu göstərir ki, cənab Prezident hər zaman xalqla birlikdədir. Daha ətraflı »

  • 27Dek
    Digər İTALİYA AZƏRBAYCANIN STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA SƏNƏD İMZALADIĞI AVROPA İTTİFAQININ ÜZV OLAN 9 DÖVLƏTDƏN BİRİDİR üçün şərhlər bağlıdır

    18 dekabr 2021-ci il tarixində Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib.

    Azərbaycan Prezidenti qeyd edib ki, üçtərəfli görüşdə postmüharibə vəziyyətinin praktiki elementləri, xüsusilə də kommunikasiyaların açılması müzakirə olundu.

    Dövlətimizin başçısı deyib: “Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş dörd saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi. Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi”.

    “Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Beləliklə, dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək”, – deyə Prezident İlham Əliyev bildirib. Daha ətraflı »