Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Apr
    Xəbərlər Səmimi şəraitdə keçən görüş üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Azadqaraqoyunlu kən-dində keçirilib. Vaxtaşırı keçirilən bu cür görüşlər rayon rəhbərinə əhalinin problemləri ilə daha yaxından tanış olmağa və onların həlli üçün operativ tədbirlər görməyə kömək edir.
    Budəfəki görüşdə də Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov kənddəki mövcud vəziyyət barədə məlumat verəndən sonra, kənd sakinlərinin müraciətləri dinlənilib.
    Vətəndaşlar səmimi şəraitdə keçən görüşün nəticələrindən razı qalıblar.
    Kənd ağsaqqalları Arif Hüseynov, Vəli Mehdiyev və başqaları Azərbaycanda sülh və əmin-amanlıq şəraitinin yaradılmasına, hər bir vətəndaşa qayğı və diqqətlə yanaşılmasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

  • 20Apr
    Xəbərlər Təlim keçirilib üçün şərhlər bağlıdır

    Rayon Gənclər Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” mövzusunda təlim keçirilib.
    Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Ərazi məşğulluq filialına müraciət edən Tərtər rayonundan olan şəhid ailələrinin üzvləri və Qarabağ Müharibəsi iştirakçıları iştirak ediblər.
    Qarşılıqlı diskussiya şəklində keçirilən təlimdə iştirakçılara fərdi sahibkarlıqla məşğul olmaq və peşə seçiminə dəstək göstərmək üçün müvafiq təlimatlar verilib və onların sualları cavablandırılıb.

     

  • 20Apr
    Xəbərlər Rayonumuzda çiyid səpininə başlanılıb üçün şərhlər bağlıdır

    Bu il rayonda 3446,9 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumla-nıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
    Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 633 istehsalçı və “Azərpambıq” MMC tərəfindən isə 460 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
    Rayonda bu kampaniyaya 22 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 10-15 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.
    Səpin işlərinin gedişi ilə tanış olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fermerlərə müvafiq tövsiyələrini verib. Qaraağacı kənd sakini, 2-ci də-rəcəli “Əmək” ordenli İlkin Qurbanovun və Qazyan kənd sakini Suliddin Ələkbərovun sahələrində səpin işlərinin gedişini iz-ləyib.
    Qeyd edək ki, 2021-ci ildə Tərtər rayonunda 3440 hektar sahədə pambıq becərilib və hər hektardan 31,1 sentner olmaqla, 10701,5 ton məhsul tədarük edilib.

     

  • 20Apr
    Xəbərlər SOSİAL MƏSƏLƏLƏRƏ DİQQƏTLƏ YANAŞILIB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakmiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Əvvəlcə şəhid ailələri və qazilərin müraciətləri dinlənilib və problemləri həll edilib.
    Qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyan, təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən verilən maddi yardımla bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
    Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Apr
    Xəbərlər İl mərasimi keçirilib üçün şərhlər bağlıdır

                                                                  Şəhidlər unudulmur

    Bərdə şəhərində keçirilən il mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının, ağsaqqallar şurasının sədrləri, şəhidlərin ailə üzvləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Qeyd edək ki, Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda dünyaya göz açmışdır. Əslən Tərtər rayonu-nun Çardaqlı kəndindəndir.
    Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bu döyüşlərdə itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Təbriz Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.

     

  • 20Apr
    Xəbərlər MURAD ALLAHVERDİYEV RAYONUMUZUN FƏXRİDİR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov boks idman növü üzrə 7 qat Azərbaycan çempionu, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu olmuş idman ustası Murad Allahverdiyevi qəbul edib.
    Rayon rəhbəri Murad Allahverdiyevi idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni nailiyyətlər arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin bəhrələri, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
    Görüşdə Murad Allahverdiyev gələcək planlarından danışıb, idmanın inki-şafına və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
    Sonda idmançıya rayon rəhbəri tərəfindən fəxri fərman və qiymətli hədiyyə təqdim edilib.

     

  • 20Apr
    Xəbərlər Yaşlı sakinlərə qayğı göstərilir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid və qazi ailələri ilə yanaşı tez-tez rayonun yaşlı sakinlərinin də ailələrində olur, onların qayğıları ilə maraqlanır. Növbəti dəfə rayon rəhbəri Hüsənli kənd sakini, 86 yaşlı Mirzə Mirzəyevin ailəsində olub, onun səhhəti və qayğıları ilə maraqlanıb, ağsaqqala ərzaq sovqatı aparıb.
    Mirzə Mirzəyev dövlətimiz tərəfindən yaşlı və qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 20Apr
    Xəbərlər Su ehtiyatlarından səmərəli istifadə edilməlidir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin baş məsləhətçisi Dilavər Lətifov, Dövlət Ekologiya Ekspertiza Agentliyinin aparıcı mütəxəssisi Elsəvər Abbasov, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin sektor müdiri İsrafil Paşayev, Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin əməkdaşı İltifat Zamanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Azmelsutəsərrüfat” və “Azərsu” ASC-lərin rayonda fəaliyyət göstərən idarələrinin rəhbərləri ilə birlikdə Kür çayının və onun qolları üzrə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin alınması ilə bağlı sənədləşdirmə işlərinin başa çatdırılması və nəticəsi barədə məlumatları müzakirə ediblər. Sonra inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilib.
    Tədbirdə iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri çıxış edərək, rayonun yaşayış məntəqələri üzrə Tərtər çayı hövzəsində su obyektlərinin nəzarətdənkənar istifadəsinin aradan qaldırılmasını və mövcud su ehtiyatlarından maksimum dərəcədə qənaətlə istifadə olunmasını tövsiyə ediblər. İcra nümayəndələrinə, bələdiyyə sədrlərinə əhali arasında maarifləndirmə işləri aparmaq tapşırılıb.

  • 20Apr
    Xəbərlər Güclü külək rayonumuzda fəsadlar törədib üçün şərhlər bağlıdır

    Aprelin 12-də saat 17:00-dan başlayaraq əsən güclü külək rayonumuzda bir sıra fəsadlar törədib.
    Küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub.
    Həmçinin küləyin təsirindən rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlandırma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
    Hazırda rayon Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qal-dırılması istiqamətində iş aparılır.

     

  • 20Apr
    Xəbərlər Şəhərimiz günü-gündən gözəlləşir üçün şərhlər bağlıdır

    2022-ci ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
    Şəhərin Əli İsmayılov, Teymur Rəhimov küçələrinin əsaslı təmiri və Mübariz İbrahimov küçələrində asfaltlanma işləri başa çatıb. Mehdi Hüseynzadə və Şıxəli Qurbanov küçələrində isə səkinin kənarlarında yeni yaşıllıq zolaqları yaradılıb, təkgöz, müxtəlif dekorativ gül kolları və ağaclar əkilib.
    Hazırda Molla Pənah Vaqif küçəsi əsaslı təmir olunur. Küçədə istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
    Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Molla Pənah Vaqif küçəsində görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlarını verib.
    Küçənin sakinləri görülən işlərdən razılıq edib, aparılan əsaslı təmir işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.