Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt
    Xəbərlər ŞƏHİD ABİDƏSİNİN AÇILIŞI üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Küçələrə şəhid adları verilir, abidələri ucaldılır, xatirə bulaqları tikilir. Bu günlərdə rayonumuzun Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun xatirəsinə tikilmiş abidənin açılışı olub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.
    Mərasimdə çıxış edənlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Bildirib ki, Daha ətraflı »

  • 29Okt
    Xəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR üçün şərhlər bağlıdır

    Rayonumuzda pandemiya şəraitinin tələblərinə uyğun olaraq “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərlə başlanan yol” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə reallaşdırılıb.
    Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar. Daha ətraflı »

  • 29Okt
    Xəbərlər SEMİNAR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası ilə bağlı tarla seminarı keçirilib
    Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarı keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
    Tədbir iştirakçıları sonra Şəhidlər abidə kompleksi qarşısına tər çiçəklər düzüb, respublikamızın ərazi bütövlüyü uğrunda Daha ətraflı »

  • 29Okt
    Təhsil FƏXRİ FƏRMAN TƏQDİM OLUNUB üçün şərhlər bağlıdır

    Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən 2021-ci il iyun-sentyabr ayları aralığında təşkil olunan “Su Resuslarından Davamlı İstifadə” fotomüsabiqəsində Tərtər rayon Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Aslanova Səkinə Natiq qızı Tərtər rayon ümumtəhsil məktəblərin şagirdləri arasında II yerin qalibi olmuşdur.
    Məktəbin direktoru Məzahir Cəfərov tərəfindən Səkinə Aslanova və Layihə rəhbəri, coğrafiya fənn müəllimi Səbuhi Kərimov Fəxri Fərman ilə təltif olunmuşlar.

    “Yeni Tərtər”

  • 29Okt
    Sosial 265 QAZİ VƏ ŞƏHİD AİLƏSİ ÜZVÜ ÖZÜNƏ MƏÇĞULLUQ PROQRAMINA CƏLB EDİLİB üçün şərhlər bağlıdır

    Tərtər rayonuna təşkil olunan mediaturda iştirak edən jurnalistlər rayonda yaradılan kiçik təsərrüfatlarla tanış olublar. Məlumat verilib ki, Tərtər rayonu üzrə bu il həssas əhali qruplarına aid 265 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

     

  • 29Okt
    Digər Şanlı qələbədən 1 il ötür üçün şərhlər bağlıdır

                                                                                 8 NOYABR-ZƏFƏR GÜNÜ

    Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlanan İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük müharibə nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi azad edildi. Noyabrın 8-də Prezidentimiz, Ali Baş Ko-mandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əldə olunan razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. Bununla da xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar.
    8 noyabr. Bu tarix bizim üçün əzizdir, bizim üçün bayramdır, bizim Zəfər Günümüzdür! Çünki, Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsi-nin sonunda zəfər çalan tərəf oldu. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından-canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Daha ətraflı »

  • 29Okt
    Digər XALQIN QÜRUR TARİXİ üçün şərhlər bağlıdır

    44 günlük Vətən müharibəsi xalqımızın böyük sevinclə xatırlayacağı, qürurlu bir gündür. Həmin günlər insanlar müharibənin tələblərinə uyğunlaşmış və hərə müsəlləh bir əsgər olmuşdur. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi çoxəsrlik tarixə malik Azərbaycan dövləti bugünkü kimi heçvaxt güclü olmamışdır. Məhz bu günlərin ən bariz nümunəsi ordu və xalqın birliyi, vəhdəti olmuşdur. Ön cəbhə ilə arxa cəbhə inanılmaz birlik göstərərək babalarımızdan bizə əmanət olan torpaqlarımızı “qara donlu kafirlər”dən təmizləmişdilər. Ölümün gözünə dik baxan mərd oğullar 30 illik işğala son qoyub, Azərbaycan xalqının gücünü və qüdrətini bütün dünyaya bəyan etdilər. Sübuta yetirdilər ki, qəsbkar düşmənin arxasında nə qədər güclər, qüvvələr olursa-olsun, yenə də polad iradəli xalqın qarşısında duruş gətirə bilməzlər. Xalqımıza bu gücü verən torpağa bağlılıq, vətənə sevgi və düşmənə isə nifrət hissi oldu. Vətən sevgisinin qarşısında beton sədlər duruş gətirə bilmədi. Daha ətraflı »

  • 29Okt
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                                                        DÖRD ÖVLADI YADİGAR QALDI

    Azər Qasımov 1979-cu ildə Tərtər rayonunun Ələsgərli kəndində doğulub. Ailədə 2 qardaş bir bacı olublar. Azər ailənin böyük övladı idi. Orta təhsilini həmin kəndin məktəbində bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Əsgəri borcunu Gədəbəy rayonunda çəkib. Hərbi xidmətdən sonra bir müddət Rusiyada yaşamalı olub. Sonra doğma kəndə qayıdaraq orada yaşayır. 2013-cü ildə müddətdən artıq hərbi xidmətə yazılır. Ağdam ra-yonunda “N” saylı hərbi hissədə sürücü kimi fəaliyyət göstərir. Hərbi hissədə müxtəlif markalı avtomobillər idarə edib.
    Azər ailəli idi. Kəlbəcər rayonundan olan Nailə adlı qızla evlənmişdi. Onların bu evlilikdən 4 övladları oldu – 2 oğlan, 2 qız. Vətən müharibəsi başlayanda böyük uşağının 12 yaşı vardı, kiçiyi 4 aylıq körpə idi. Ordumuzun tərkibində Daha ətraflı »

  • 29Okt
    Hərbi vətənpərvərlik ANA HƏLƏ DƏ YOL GÖZLƏYİR… üçün şərhlər bağlıdır

    Övladı anadan yaxşı ayrı kimsə tanıya bilməz. Ailədə uşaqların sayına baxmayaraq, bütün analar övladın hər birinin ağıllı, tərbiyəli, xalq üçün yararlı olmasını arzulayır.Və hər bir uşağın xasiy-yətini anadan yaxşı bilən yoxdur. Pərvanə ana da belə analardandır. Onun ailəsində 3 övlad böyüyüb – 2 oğlan, 1 qız. Ruslan ailənin kiçik övladıydı. O, üzüyola, qayğıkeş övlad idi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Boya-başa çatdığı Tərtər rayonunun Ələsgərli kəndində tay-tuşları arasında xətir-hörməti vardı. Kənddə kimsənin ondan narazılığı yoxuydu. Hər dəfə aylıq əmək haqqını alanda imkansızlara əl tutardı. Ehtiyacı olanın ehtiyacını təmin etməyə çalışardı.
    Ruslan hərbi xidmətini Zakatala Daha ətraflı »

  • 29Okt
    Təhsil Rayonumuzun ziyalıları üçün şərhlər bağlıdır

                                                               MƏNALI ÖMRÜN SİRLİ MƏQAMLARI

    Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.
    Sokrat
    Mən Mikayıl müəllimi çoxdan tanıyırdım. Dost olmasaq da səmimi salamməleykimimiz vardı. Nə vaxt görüşsək üzünə şirin bir təbəssüm qatıb: “Nə var nə yox?”– deyərdi. Bəstəboylu idi. Asta yerişini heç vaxt dəyişməzdi. Təsadüfi hallarda gülümsəyərdi. Fikrini kəsə və səlist izah edərdi. Az danışardı. Axşam gəzintisinə çıxmağı xoşlardı. Tünlükdən qaçardı. Hər yerdə onun gözəl bir pedaqoq, mükəmməl bir riyaziyyat müəllimi olmağından danışılardı. Şagirdlər Mikayıl müəllimdən həm çəkinər, Daha ətraflı »