Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29May
    Digər Cümhuriyyətin görkəmli şəxsiyyətləri üçün şərhlər bağlıdır

    ÜZEYİR HACIBƏYLİ

    Azərbaycan professional musiqisinin və şərqdə ilk opera sənətinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli həm də istedadlı yazıçı, gözəl publisist kimi şöhrət qazanmışdır. 1918-1920-ci illərdə o, “Azərbaycan” qəzetində bir müddət parlament müxbiri işləmiş, sonra isə baş redaktor təyin edilmişdir. Qəzetdə baş redaktor olana qədər burada onun qələmə aldığı “Mühüm məsələlər”, “Tarixi günümüz”, “Milli parlaman”, “Nuri Paşa həzrətləri şərəfinə böyük bir ziyafət”, “Təəssürat” adlı silsilə siyasi-publisistik yazıları dərc edilmişdir.
    Üzeyir Hacıbəylinin bu dövrdə yazdığı məqalələri həmin illərin salnaməsi adlandırırlar.
    Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Üzeyir bəyi hədsiz sevindirirdi. O, məqalələrinin birində böyük ruh yüksəkliyi ilə yazırdı ki, artıq “yerimiz, yurdumuz, torpağımız özümüzün, hökumətimiz, camaətimiz, qoşunumuz özümüzün, dinimiz, ayin və adətimizə edilən şəmatdən qurtulduq”. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Digər BEYNƏLXALQ MƏTBUAT AZADLIĞI GÜNÜ üçün şərhlər bağlıdır

    SÖZ DƏ AZADLIQ SEVİR

    3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür. 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb. Azərbaycanda söz və mətbuat azadlığının təminatı ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olunub. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edib. Söz azadlığı istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, prezident İlham Əliyev də KİV-in inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi yönündə bir sıra mühüm addımlar atıb. Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV-lər formalaşıb, söz azadlığı tam təmin olunub. Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur.

    Teqlər:

  • 29May
    Digər EKOLOGİYA İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    SAĞLAM HƏYATIN TƏMİNATI

    Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 2001-ci il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
    Son illərdə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində ölkə Prezidentinin rəhbərliyi altında ardıcıl, məqsədyönlü işlər görülmüş, ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəlmiş Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Digər UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ üçün şərhlər bağlıdır

    UŞAQLARIN SEVİNCİ DÜNYANIN SEVİNCİDİR

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
    Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb.
    Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.

    Teqlər:

  • 18May
    Digər 28 MAY-RESPUBLİKA GÜNÜ üçün şərhlər bağlıdır

    28 May. Bu gün tariximizə Respublika günü kimi daxil olub. Həmin gün–1918-ci il mayın 28-də–“Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində yaranmış ilk Xalq Demokratik Respublikası idi. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli–göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Digər 2018-ci İL “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ”dir üçün şərhlər bağlıdır

    ŞƏRƏFLİ YOLUN DAVAMI

    1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanın Milli Şurasının İstiqlal Bəyannaməsi elan edildi. Mayın 30-da isə Fətəlixan Xosyki radio vasitəsi ilə Azərbaycanın müstəqilliyini bütün dünyaya çatdırdı. Azərbaycana ilk qucaq açan Türkiyə dövləti oldu. Çox çətin bir şəraitdə yaranan AXC hökuməti qısa müddətdə Gəncəyə köçürüldü. Bakını Stepan Şaumyanın quldur dəstəsindən azad etmək üçün Osmanlı dövləti Nuri Paşanın başçılığı altında “İslam” ordusunu köməyə göndərdi. Stepan Şaumyan əvvəlcə mart qırğınlarını törətməklə “Müsavat”ın sosial bazasını sarsıtmaq istədi. Lakin əksinə, onların nüfuzu daha da artdı. Bunu görən Şaumyan daha bir fitnəyə əl atdı. Yeni yaranmış AXC-ni Gəncədə elə beşiyindəcə boğmaq üçün “ Göyçay əməliyyatı”na başladı. Arzusu gözündə qalan Şaumyan geri çəkildi. “İslam” ordusunun köməyi ilə AXC sentyabrın 15-də Bakını Şaumyanın quldur dəstələrindən azad edib, hökuməti Bakıya köçürdü və bütün Azərbaycanı əhatə edən hakimiyyətlərini bərqərar etdi.
    Qısa müddət yaşayan AXC milli ordumuzu, bayrağımızı, Azərbaycanın ilk universitetini və milli valyutasını yaratdı. Dövlət dilini türk dili elan etdi. O cümlədən müstəqilliyimizi tanımayan şimal qonşumuz Rusiyaya da dostluq əlini uzatdı və əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Digər QƏLBLƏRİ SIZLADAN XƏBƏR üçün şərhlər bağlıdır

    Xalqımızın yaddaqalan mənalı, gözəl bir deyimi var: “Filankəsə Allah rəhmət eləsin, el adamı idi. Eldən getdi”.
    El adamı idi ona görə deyirlər ki, həmişə elin hər işinə yarayır. Lazım gələndə insanlara dəyərli məsləhətlər verir. Belə insanlar onu tanıyanların qəlbində yaşayır, yaddan çıxmır, xoş xatirələrlə daim anılır.
    Belə insanlardan biri də rayonumuzda hamının yaxşı tanıdığı Əliyev Rəşid Şirin oğludu. Rayonda hamı ona “Rəşid müəllim” deyə müraciət edərdi. Rəşid Şirin oğlu Əliyev 1942-ci ildə Tərtər rayonunun Borsunlu kəndində ziyalı ailəsində anadan olub. Rəhmətlik atası Şirin kişi 4 kəndi birləşdirən “Özbəkistan” kolxozunda üzun illər baş mühasib işləyib. 1984-cü ildə dünyasını dəyişib. Rəşid Əliyevin həyat yoldaşı Barat müəllim 10 ildən çox şəhər 1 saylı tam orta məktəbində dərs hissə müdiri işləyib. Hazırda təqaüdçüdür.
    Rəşid müəllim bu ilin aprel aynda 76 yaşında dünyasnı dəyişdi. Bu bəd xəbər onu tanıyanların qəlbini sızlatdı, eşidib-bilən hamı ona rəhmət oxudu. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    1965-ci il fevral ayının 17-də Tərtər rayonunun Balakəngərli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi 1982-ci ildə bitirərək Səmərqənd şəhərində Ali hərbi məktəbə daxil olub. 1987-ci ildə Dalnereçensk şəhərinə təyinatla göndərilir və 1992-ci ilin sonunadək burada qulluq edir. 1992-ci il oktyabr ayının 14-də Qubadlı rayon polis şöbəsinə rəis təyin edilib. Qubadlının müdafiəsinin təşkilində əsl hərbçi kimi xüsusi fəallıq göstərir. 1993-cü il avqust ayının 31-də Qubadlının müdafiəsi zamanı həlak olur.
    Bakı şəhərində “Şəhidlər xiyabanı”nda dəfn olunub. Daha ətraflı »

    Teqlər:

  • 08May
    Digər Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə üçün şərhlər bağlıdır

    HEYDƏR ƏLİYEV AZƏRBAYCAN RESPUBLİKASINDA HÜQUQİ DÖVLƏTİN QURUCUSUDUR

    Azərbaycan Respublikasının dünya dövlətləri sırasında özünəməxsus yer tutmasında, ən nüfuzlu beynəlxalq təşkilatların üzvü olmaqla demokratik, dünyəvi, hüquqi bir dövlət kimi formalaşmasında əvəzsiz xidməti olan müstəqilliyimizin xilaskarı, dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyevin 2018-ci il may ayının 10-da anadan olmasının 95-ci ildönümü böyük coşqu, sevinc və hörmətlə bütün xalqımız tərəfindən qeyd edilir.
    Dövlətçilik və idarəçilik təcrübəsi, vətənpərvərliyi, ağlı, zəkası, siyasi bacarığı, xalqına təmənnasız sevgisi ilə Heydər Əliyev hər bir azərbaycanlı üçün böyük örnək olmaqla azərbaycançılığı, Azərbaycanı burada yaşayan bütün millətlər və xalqlar üçün Böyük Vətən kimi sevməyi əsas tutan əvəzolunmaz ideyanın müəllifi və yaradıcısıdır. Daha ətraflı »

    Teqlər:

  • 08May
    Digər 9 May faşizm üzərində Qələbə Günüdür üçün şərhlər bağlıdır

    XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
    İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə yollanıb. Onlardan 300 mini bu müharibədə həlak olub, Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib.
    130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Daha ətraflı »

    Teqlər: