Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar
    Digər NƏRİMANIN DÖYÜŞ XATİRƏLƏRİ üçün şərhlər bağlıdır

    Nəriman Nərimanzadə Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının ilk fəallarından biri olan Kərrar Bayramovun oğ-ludur. O Vətənə, partiyaya sevgini elə ailəsindən öyrənib, doğulduğu ocaqda formalaşıb cəmiyyət arasına çıxıb. Hələ orta məktəbdə təhsil aldığı zaman valideynlər bu oğulları ilə fərəhlənirdilər. İnanırdılar ki, Nəriman gələcəkdə onların zəhmətini itirməyəcək, layiqli bir övlad olacaqdır. Bu inam – Nəriman Bakı şəhərində Təfəkkür Universitetinin İqtisadiyyat fakültəsində oxuduğu, ədliyyə nazirliyi Pentensial Xidməti Mühafizə Alayında əsgəri xidmətini çəkdiyi vaxtlarda özünü doğrultmuşdu. Hərbidən qayıtdıqdan sonra ixtisasına uyğun fəaliyyətə başlamışdır. Bərdə “KredAqro” MMC-də kredit mütəxəssisi, sonra isə Tərtərdə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edərək operator vəzifəsində çalışıb. Üç ildən sonra müqavilə müddəti bitdikdə gənclər və idman idarəsində aparıcı məsləhətçi işləyib. 2020-ci ilin martından isə hal-hazıra kimi Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş mühasib vəzifəsində işləyir. Məqsədim onun çalışdığı sahələri sadalamaq deyil. Nəriman işlədiyi sahədən asılı olmayaraq məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışıb.
    Xalqımızın erməni separatçılarına qarşı müharibəyə Nəriman da qoşulub. 2020-ci il sentyabr ayında qismən səfərbərlik zamanı Vətənin müdafiəsinə qalxıb, Daha ətraflı »

  • 18Mar
    Digər “ƏYRİ OTURAQ DÜZ DANIŞAQ” üçün şərhlər bağlıdır

                                                                                                       (REPLİKA)

    Bəlkə də bu xalq məsəli ona görə yaranıb ki, deyilən düz sözə “mız” qoya bilməyənlər “əyri oturuşa” “mız” qoysunlar. Necə oturmaqdan asılı olmayaraq, həqiqəti demək lazımdır. Daha bizim qeyri-peşəkar yazarlar kimi yox. Özüm qəsdən “jurnalist” yox, sadəcə yazar deyirəm onlara. Çünki sanki, bu bir qrup öz “dəsti xətti” olan yazarlara “yuotube” kanalları qol-qanad verib. Hərə bir kanal açıb, millətin də, özünün də başını qatır (Əlbəttə, bəziləri istisna olmaqla). Ağlına gələn çəkilişi edir, “nəzir-niyaz”ını alır, ağzına gələn ittihamları müraciət müəllifinin dilindən səsləndirir, sonra efirdə deyilənlərə kanal məsuliyyət daşımır “mesajını verir”, “qarşı tərəfin də açıqlamasını verə bilərik” söyləməklə özünü, necə deyərlər, sığortalayır. Bərəkallah sənin “yazarlığına”! “Elə bil dünyaya gətirdiyin uşağın öləcəyi, qalacağı, gələcəkdə hansı əməllə məşğul olacağı məni maraqlandırmır”– deyirsən.
    Bəyənmədiyimiz o Sovet dönəmində əvvəlcə fakt araşdırılır, sonra kütləyə təqdim olunurdu. İndi isə “sayıqlama” verilir, sonra açıqlama gəlir. Hər şey isə təqdimatdan başlayır. Daha ətraflı »

  • 11Mar
    Digər DÖVLƏTİN MARAQLARI VƏ MÜSTƏQİLLİK ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SİYASƏTİNDƏ MÜTLƏQ PRİORİTET TƏŞKİL EDİB üçün şərhlər bağlıdır

    2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında göstərilmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

    Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ümummilli Liderin fəaliyyətinin nəticəsində isə 1982-ci ildə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır. Daha ətraflı »

  • 11Mar
    Digər YAP-ın VII QURULTAYI OLKƏMİZİN İÇTİMAİ-SİYASİ HƏYATINDA ÖNƏMLİ HADİSƏDİR üçün şərhlər bağlıdır

    Cari ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş giriş və yekun nitqi söyləmişdir. Dövlət başçısının nitqində ölkəmizin sosial-iqtisadi inkişafında və beynəlxalq siyasi arenada qazandığı uğurlarda YAP-ın oynadığı əsas roldan və digər məsələlərdən ətraflı bəhs edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, 1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması.

    O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə təsadüfi adamlar gəlmişdi, eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlar kimi – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari. Daha ətraflı »

  • 11Mar
    Digər Minnətdarlıq məktubları üçün şərhlər bağlıdır

                                                                                 MƏRHƏMƏTLİ QAYĞI

    Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman xüsusi diqqət və davamlı qayğı göstərilir.
    Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitseprezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, xalq tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da yüksək minnətdarlıqla qeyd olunur. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Hazırda həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramlar həyata keçirilir. Buna misal olaraq şəhid ailələri və müharibə veteranlarına pensiya, müavinətlərin təyin edilməsi, Prezidentin aylıq təqaüdünün verilməsini göstərmək olar

  • 11Mar
    Digər HAQQ MÜBARİZƏSİ üçün şərhlər bağlıdır

    Bu gün bütün dünya Azərbaycan xalqının əzmindən danışır və heyranlıq hissi duyur. Buna səbəb isə Azərbaycanın haqq mübarizəsindəki göstərdiyi birliyi, rəşadəti, mətanəti və dəyanətidir. Bu haqq mübarizəsindəki uğurumuzu başda dövlət başçımız olmaqla, əsgərlərimizə və xalqımıza borcluyuq.
    Dövlətimizin 28 il boyunca yeritdiyi uğurlu daxili və xarici siyasəti nəticəsi və Ordumuzun gücü 44 gün müddətində böyük bir qələbəyə gətirib çıxartdı. Bu qələbə bizim haqqımız idi. Ancaq haqqımız olduğuna baxmayaraq bunu dinc yolla əldə etmək mümkün deyildi.Və nəhayət ən doğru qərar verilərək əks hücum əməliyyatına başlanıldı. Bu zaman Azərbaycan gəncləri böyük sücaətlər göstərərək əzəli torpaqlarımızı geri aldılar. Əfsuslar olsun ki, müharibə itkisiz ötüşmür. 3 minə yaxın qəhrəmanımızı itirdik. Minlərlə körpələrimiz, gəlinlərimiz, analarımız gözüyaşlı qaldılar. Lakin, dövlətimiz şəhid ailələrini heç vaxt yalnız buraxmır. Şəhid anaları, şəhid ailələri hər zaman dövlətin onların yanında olduğunu hiss edirlər. 25 fev-ral 2021-ci ildə ölkə başçımızın Ramana qəsəbəsinə etdiyi səfər və burada 30 ədəd doqquzmərtəbəli binanın şəhid və əlil ailələrinə verilməsi buna bariz nümunədir.
    Bununla da Azərbaycan öz gücünü bütün dünyaya göstərir və göstərəcək.
    Son 200 il ərzində yaşanmayan bu sevinci Azərbaycan xalqına bəxş etdiyinə görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Şanlı Ordumuza xalqımız həmişə minnətdar olacaqdır.
                                                                                                                                           Bəhruz Nəzərov,
                                           Tərtər Regional Aqrar Elm və  İnnovasiya mərkəzinin direktoru

  • 11Mar
    Digər PREZİDENTİMİZ HƏMİŞƏ ÖZ XALQININ YANINDADIR üçün şərhlər bağlıdır

    Azərbaycan xalqı son illərdə dövlət başçısının diqqət və qayğısını daim öz üzərində hiss etmişdir. Bu diqqət və qayğı xalqın güzəranının daha da yaxşılaşdırılması üçün dövlət rəhbərinin gördüyü ardıcıl tədbirlərdə öz əksini tapmışdır. Vaxtaşırı sosial layihələrin həyata keçirilməsi, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, pensiyaların və təqaüdlərin artırılması, şəhid ailələrinin və qazilərin yaşayış mənzilləri, həmçinin minik maşınları ilə təmin olunması dövlətin diqqət mərkəzində dayanan prioritet məsələlərdir.
    Bu ilin fevral ayında Ramana qəsəbəsində şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilən 30 ədəd doqquzmərtəbəli yaşayış binası da bu qəbildəndir.
    Prezident İlham Əliyevin həmin mərasimdə söylədiyi nitqində irəli sürülən müddəalar Azərbaycanın necə bir güclü siyasi liderə və dövlət rəhbərinə malik olduğunu bir daha isbatlamışdır.
    Mən bütün gənclər adından xalqımıza göstərilən bu diqqət və qayğıya görə möhtərəm prezidentimizə öz səmimi minnətdarlığımı və təşəkkürümü bildirirəm.
                                                                                                                                                    Ülviyyə Akifqızı,
                                                                                                                   “Yeni Tərtər” qəzetinin əməkdaşı

  • 11Mar
    Xəbərlər YAPONİYA SƏFİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibləri Aşizuka Daiji və Sugioka Mami Erməni terroru nəticəsində rayona dəymiş ziyanla və onların aradan qaldırılması üçün görülmüş işlərlə tanış olmaq məqsədi ilə Tərtər rayonunda olublar.
    Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi müddətində ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan və onların aradan qaldırılması üçün görülmüş işlər barədə ətraflı məlumat verib.
    Sonra qonaqlar Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksində ermənilərin atdığı mərmilərdən sakinlərə dəymiş ziyanla yerində tanış oldular.

     

  • 11Mar
    Səhiyyə VAKSİNASİYA PROSESİ DAVAM EDİR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda da Covid-19-a qarşı vaksinasiya prosesi davam edir. Müəyyən edilmiş yaş kateqoriyalarına malik olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.
    Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım edir.
    Bu barədə Səhiyyə Nazirliyi açıqlama verib.
    Bildirilib ki, 65 yaş üstü olub, kompüterdən istifadə etməyən şəxslər Tərtər rayon poliklinikasına zəng etməlidirlər.
    Poliklinika özü onları sistemdə qeydiyyata alacaq. Ondan sonra da lazım olan vaxt onlara SMS və ya zənglə bildiriş gələcək. Daha ətraflı »

  • 11Mar
    Xəbərlər DEZİNFEKSİYA İŞLƏRİ APARILIR üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında geniş təmizlik, tibbi profilaktiki tədbirlər həyata keçirilib, müəssisələr dezinfeksiya olunub.