Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Ədəbiyyat üçün şərhlər bağlıdır

                                                                                    Əfəndiyeva Mərziyyə

    Əfəndiyeva Mərziyyə Veyis qızı 1969-cu ildə Qəbələ Rayonunun Aydınqışlaq kəndində doğulmuşdur. 7-ci sinifdə oxuduğu vaxtdan məqalələri oxuculara tanış idi. Onun şeirləri səmimi və poetikdir.

                                                                    QIYMA ALLAHIM

    Hər kəsin anası özünə əziz,
    Qıyma analara, qıyma, Allahım!
    Atam da köçübdür vaxtsız-vədəsiz,
    Qıyma sən anama, qıyma, Allahım!

     

    On dörd yaşından yetim qalıbdı,
    Dərdini-qəmini içinə salıbdı,
    Yaşadığı evdə nökər qalıbdı,
    Qıyma sən anama, qıyma , Allahım!

     

    İçində dağ boyda dərdi, qəmi var,
    Göynəyən ürəyi, qəm-qüssəsi var,
    Balasını itirib, çarəsimi var?
    Qıyma sən anama, qıyma , Allahım!
  • 10Mar

    Ədəbiyyat üçün şərhlər bağlıdır

                                                                                          Cəlil Komradlı

    Cəlil Mikayıl oğlu Səfərçinov (Komradlı) 1960-cı ildə Qəbələ bölgəsinin Dıraxlı kəndində sadə əməkçi ailəsində anadan olub. Peşəsi zootexnikdir. 23 yaşından yazıları respublikanın müxtəlif qəzet və jurnallarında çap edilir. “Şəhidlər əmanəti”, “Dost gəzirəm”, “Toy təranələri”, “Ana dilim” kitablarının müəllifidir. Şəhid atasıdır.

                                                                                           ASANCA

    İnsan öz nəfsinin ağası olsa,
    Arzu istəyinə çatar asanca.
    Ağlını gücüylə qoşalaşdırıb,
    Dərd-qəmi üstündən atar asanca.
    Qazancın olsa da bal ilə şəkər,
    Nəfsin ucbatından başın dərd çəkər,
    Hər kim öz nəfsinə olarsa nökər
    Arını arsıza satar asanca

     

    Əgər yatmısansa, Komradlı, oyan,
    Mənim düz sözümün rənginə boyan.
    Nəfsin cilovunu bərk-bərk tutmayan
    Gəmi tək dəryada batar asanca.
  • 10Mar

    Ədəbiyyat üçün şərhlər bağlıdır

                                                                                            Mirhəsən Ağayev

    Qəbələ rayonunun Mirzəbəyli kəndində 1951-ci ildə anadan olmuşdur. Bakı Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Mirzəbəyli kəndində ixtisası üzrə müəllim işləmişdir. Respublika mətbuatında şeirləri çap olunur. Məhəbbət, təbiət onun əsas mövzularındandır. “Çələng”, “Düşüncələr” kitablarının müəllifidir. Hazırda təqaüdçüdür.

                                                                       

                                                                                                 QALARMIŞ

    Mənim taleyimin yazısına bax,

    Görəsən nə üçün belə olurmuş?

    O nişan üzüyün barmagına tax,

    Sevincdən gözlərim selə dolurmuş.

    .Bəxtimdən nigaran olmamışam mən,

    Heç kimdən geridə qalmamışam mən,

    Deyirəm hələ qocalmamışam mən

    Qırmızı çöhrələr nə vaxt solurmuş

    Mən ki, bu dünyada qalan deyiləm.

    Çox şeyi yadıma salan deyiləm,

    Doğrudan doğruya, yalan deyiləm,

    Həqiqət həmişə yadda qalırmış

     

  • 10Mar

    Ədəbiyyat üçün şərhlər bağlıdır

     Sədiyar Səfərəliyev

    1947-ci ildə Qəbələ rayonunun Həmzəlli kəndində anadan olmuşdur.
    1969-cu ildə ADPİ-nun fizika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildən 1971-ci ilədəkmüəllim kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə hərbi xidmətdə olmuşdur. 1976-2009-cu illərdə rayonun partiya, Sovet təşkilatlarında, rayon icra hakimiyyətində rəhbər vəzifələrdə işləmişdir.
    1989-1993-cü illərdə Azərbaycan respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının məzunu olmuşdur 2009-cu ildən təqaüdçüdür. “Birinci Dərəcəli Dövlət Qulluqçusudur”.
    2000-ci ildən bədii yaradıcılıqla məşğul olur. Dövrü mətbuatda şeirləri ilə çıxış edir. 

                                                                    YENƏ BİRLİKDƏYİK, BİRLİKDƏ QOŞA

    Səni itirəndən mən öz könlümü,

    Acılı şirinli sözə vermişəm

    Anım od ələyir vulkanlar kimi,

    Ocaqda qovrulan közə dönmüşəm.

     

    Sənli günlərimin xoş xatirəsin

    Yazmışam çöllərə, yaşıl dağlara,

    Küləklər oxuyur hər səhər, axşam,

    Yayılır ellərə, bağça bağlara.

     

    Sənli günlərimin xoş xatirəsin

    Yazmışam çöllərə, yaşıl dağlara,

    Küləklər oxuyur hər səhər, axşam,

    Yayılır ellərə, bağça bağlara.

     

     

  • 10Mar

    Ədəbiyyat üçün şərhlər bağlıdır

                                                                                 Xanlar Qutqaşınlı

    Xanlar Bahaddin oğlu Mustafayev 1945-ci ildə Qəbələ şəhərində anadan olub. İsmayıl bəy Qutqaşınlının nəslindən olan Xanlar Qutqaşınlı APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Ailələrində şeirə, sənətə bağlılıq və sevgi olmuşdur. Məhs bu sevginin nəticəsidir ki, o uşaq yaşlarından şeir, hekayə yazmağa, rəsmlər çəkməyə, baralyeflər üzərində işləməyə başlamışdır. Şair yazıçı və rəssam, “Həzin xatirələr”, “Məhəbbət və göz yaşları”, “Qafqaz Albaniyasından bir yarpaq”, “Qəzəllər”, “Urartu mixi yazıları və Azəri Türk dili”, “Bir gecənin nağılı”, “Qəzəllər 2” kitabları nəşr olunmuşdur.

                                               

                                          SALAM, EY ŞEİRİMƏ SEVDASI OLAN , XOŞ GƏLDİN

     

     

    Salam, ey şeirimə sevdası olan, xoş gəldin!

    Hər sözün qüdrətinə mehri salan, xoş gəldin

    İndi hər kəs sözə qiymət verəcək halda deyil,

    Məni qaldırmaq üçün dərdə qalan, xoş gəldin!

    Mən həyat nəğməsini həkk elədim dəftərimə,

     

     

    Hamıdan öndə gedib öndə qalan, xoş gəldin!

    Haqqdır hər bir sözümün mayəsi qurbanın olum,

    Şeirimə valeh olan ruhu rəvan, xoş gəldin!

    Xanlara vermə sual, al cavabı nəzmindən,

    Oxuyub hər qəzəli ibrət alan, xoş gəldin!                                                                                       

  • 09Mar
    Digər YAP ÜMUMXALQ PARTİYA OLARAQ, ÖLKƏMİZDƏ MİLLİ HƏMRƏYLİYİN YENİ İNKİŞAF MƏRHƏLƏSİNİN TƏCƏSSÜMÜNƏ ÇEVRİLİR üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının VII qurultayda qəbul edilən önəmli qərarlardan biri də 6 siyasi partiyanın- Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı oldu. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Daha ətraflı »

  • 09Mar
    Digər BÜTÜN ÇƏTİNLİKLƏRƏ BAXMAYARAQ, AZƏRBAYCAN BEYNƏLXALQ ALƏMDƏ ZƏHMƏTLƏ FORMALAŞAN İMİCİNİ QORUYUB SAXLAYA BİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında verilən sualları cavablandırarkən bildirib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib.

    Vurğulayıb ki, Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb,
    bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib. Xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi Daha ətraflı »

  • 09Mar
    Digər AZƏRBAYCAN ƏSKƏRİ QƏHRƏMANLIQ NÜMUNƏSİDİR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında Azərbaycanın Müzəffər Ordusunun onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldiyindən də geniş danışdı. Qeyd etdi ki, Müzəffər Ordu hədəfinə çatdı. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik. Daha ətraflı »

  • 05Mar
    Təhsil VALİDEYNLƏRİN NƏZƏRİNƏ üçün şərhlər bağlıdır

    Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV qrant müsabiqəsində  üzrə fərdi kateqoriyada  qalib gəlmiş “Uşaq kimi düşün” layihəsi üzrə təlimlər davam etdirilir. Təlimlərdə  layihə rəhbəri  Nigar Hüseynzadə  və psixoloq  Şirin Ələsgərova,  müəllimlər,  psixoloqlar və valideynlər iştirak edirlər.

    Valideynlər üçün növbəti təlim 5 Mart saat 16:00 da MS Teams platforması ilə həyata keçiriləcək.

    Təlimlərdə iştirak etmək istəyən şəxslər layihənin fb ünvanına  https://www.facebook.com/Uşaq-kimi-düşün-112539067270519/  müraciət edə və ya qeyd olunmuş formanı Daha ətraflı »

  • 03Mar
    Digər İLHAM ƏLİYEV: BİRGƏYAŞAYIŞIN ƏSAS ÜSULU ƏMƏKDAŞLIQDIR üçün şərhlər bağlıdır

    Azərbaycan prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında həm də birgəyaşayış zərurətindən də ətraflı bəhs etmişdir. O, göstərmişdir ki, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.

    Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır. Daha ətraflı »