Koronavirus–sosial, ictimai-siyasi, irqi, dini fərqləri nəzərə almadan insanlığa qarşı ünvanlanmış total müharibədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır. Azərbaycan Respublikası biomüharibənin qarşısını almaq üçün düşünülmüş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından dünya ölkələrini qabaqlamışdır.
Prezident İlham Əliyevin qəti tapşırıq-ları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu
dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavi-rus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilmişdir.
Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət Daha ətraflı »
-
10SenSəhiyyə AZƏRBAYCAN PREZİDENTİNİN KORONAVİRUS PANDEMİYASINA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏŞƏBBÜSLƏRİ üçün şərhlər bağlıdır
-
10SenDigər TOVUZ DÖYÜŞLƏRİ ERMƏNİSTANIN NÖVBƏTİ TƏXRİBATI İDİ üçün şərhlər bağlıdır
İyulun 12-si günorta saatlarından etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı bölmələri təxribata əl atdı. Azərbaycan Er-mənistanın təxribatları barədə ilkin rəsmi məlumatları verdi, informasiya cəbhəsində üstünlüyü ələ aldı. İyulun 12-dən 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi operativ şəkildə vəziyyətlə bağlı məlumatlar yaydı. Hadisələrin episentrində olan Ağdam kəndinin girişində Azərbaycanın müxtəlif bölgələrindən gələnlər bura toplanıb, döyüşmək istəyi bu şəxslərin ruhuna hakim idi. Ermənistan sərhəd zonasında yerləşən kəndləri, əsasən də Ağdam kəndini intensiv artilleriya atəşinə tutmuşdu. Daha ətraflı »
-
10SenDigər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, rayonun mərkəzi hissələrində, o cümlədən, Heydər Əliyev prospekti boyunca Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.
Koronavirus (COVID-19) pandemiyası ilə mü-barizə aparılması üçün tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında, binaların giriş blokları və pilləkənlərində, insanların kütləvi toplaşdığı digər yerlərdə aparılır. Bu işlərlə yanaşı, vətəndaşların maarifləndirilməsi və gigiyenik qaydalara əməl olunması məqsədi ilə mütəmadi olaraq müvafiq tədbirlər hazırlanıb həyata keçirilir. Bu tədbirlər yalnız və yalnız insanların sağlamlığı naminə dövlət tərəfindən yerinə yetirilir.
-
10Senİqtisadiyyat Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
TƏRTƏR: MƏĞRUR DAYANAN VƏ İNKİŞAF EDƏN MƏKAN
Bu gün mənfur düşmənin hər an atəşkəsi pozmasına müxtəlif təxribatlar
törətməsinə baxmayaraq, qəhrəman tərtərlilər doğma vətənlərində məğrur dayanmışlar. Rayonda həyat öz axarı ilə davam edir.Tərtər Qarabağ bölgəsinin inkişaf etmiş, bütün sahələrdə yüksək nailiyyətlər əldə etmiş, ilbəil müxtəlif çeşidli məhsulların istehsalında dinamik artıma nail olan rayonlardan biridir. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla söhbət zamanı bildirdi ki, bu günlər bizim hər birimiz sonsuz sevinc içərisindəyik. Ona görə ki, iyun ayının 3-də Respublika Prezidenti cənab İlham Əliyev rayonumuza növbəti dəfə səfər etmiş, Dövlət Rəmzləri Muzeyinin, Olimpiya İdman Kompleksinin, “Azərxalça” ASC-nin Tərtər filialının, 110/35/6 kilovoltluq “Tərtər elektrik yarımstansiya”sının və Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun yenidənqurmadan sonrakı açılışında iştirak et-miş və “Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” və “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamlar vermişdir. Daha ətraflı » -
10SenTəhsil Tərtər təhsilinin unudulmayan nümayəndələri üçün şərhlər bağlıdır
ÇAYLAR AXIR SƏSSİZ-SƏMİRSİZ
(əvvəli keçən sayımızda)
(OÇERK)
Validə müəllimin bu dərsi VIII sinifdə idi. Onlar sinfə daxil oldular. Validə müəllim qonağı təqdim etdi. İfadə yazının mətnini oxudu. Uşaqlar ifadənin planı ilə tanış edildi. Əlavə izahat da verildi. Arada şagirdlərin sualları da cavablandırıldı. Arxada oturan qonaq bütün bunları sakitçə seyr edirdi. 45 dəqiqə tez keçdi, dəftərlər yığıldı. Hər ikisi direktorun otağına gəldilər. Müəllimlər otağı ilə bu otaq yanaşı idi. Müəllimlərin gözü hörmətli alimdə idi. O isə hələ heç nə demirdi. Az sonra fikrini açıqladı və Validə müəllimi təriflədi, ifadə mətnləri oradaca yoxlanıldı, uşaqların müstəqil mühakimələri onu razı salmışdı. Gənc müəllimin uğurları qonağı da sevindirdi. O müəllimə öz tövsiyələrini verdi. Üzünü direktora və inspektora tutaraq müəllimin təltif olunması məsələsini qaldırdı. Artıq əvvəlki həyacanı ötüb keçmiş Validə müəllim özünə məxsus ifadə tərzi ilə bir az zarafatyana, bir az ciddi bir beyt şer dedi:
Farsın Xəyyamı var, Firdovsisi var Daha ətraflı » -
10SenDigər ŞƏHİDLİK VƏTƏNƏ MƏHƏBBƏTİN ZİRVƏSİDİR üçün şərhlər bağlıdır
Şəhidlik adı ölüm deyil, VƏTƏN TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək de-məkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quran-da buyurulur ki, şəhidlik və qazilik peyğənbərlərdən sonra gələn adlardır.
“Qara Yanvar”, bəzən “Qanlı Yanvar” və ya “20 Yanvar” faciəsi kimi qeyd olunur. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə 146 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmışdır.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: Daha ətraflı » -
10SenDigər ŞƏHİD ASLAN KƏRİMOVUN ANIM GÜNÜ üçün şərhlər bağlıdır
Bu günlərdə Qarabağ müharibəsində şəhid olmuş zabit Aslan İsmayıl oglu Kərimovun anım günü keçirilmişdir. Şəhidin doğmaları onun adı verilmiş və büstü quraşdırılmış Tərtər şəhər 3 saylı ümumi orta məktəbinə gəlmiş, büstü önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad etmişlər.
Avqustun 13-də Aslan Kərimovun şəhidliyinin 28-ci il dönümü tamam olmuşdur.
1991-ci il… Ermənilərin mitinqlərlə, daş atmaqla başladıqları elan edilməmiş müharibə artıq yeni bir mərhələyə qədəm qoyurdu. Taleyinə ermənilərin yaşadığı o vaxtkı Mardakert rayonu ilə qonşuluq yazılmış Tərtər rayonu hər gün müxtəlif çaplı silahlardan və raketlərdən atəşə tutulurdu… Daha ətraflı » -
07SenDigər AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ARASINDA HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIQ BÖLGƏDƏ SÜLHÜN VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİNATIDIR üçün şərhlər bağlıdır
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir və son vaxtlar iki qardaş ölkə arasında bu istiqamətində xüsusi canlanma müşahidə edilir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdi.
Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb olunması ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Daha ətraflı » -
28AvqTərtər RİH-də NÖVBƏTİ VİDEOKONFRANS üçün şərhlər bağlıdır
Videokonfransda hüquq-mühafizə orqanlarının təmsilçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsindəki şöbənin baş məsləhətçisi Pərviz Eyvazov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən tapşırıqların icra vəziyyətindən, koronavirus pandemiyası ilə bağlı rayonda aparılan mübarizə tədbirlərindən, rayon ərazisində ən çox yoluxma qeydə alınan yaşayış məntəqələrindən, bu günədək 86 nəfərin virusa yoluxmasından narahat olduğunu bildirdi.
Qeyd etdi ki, bunun üçün əhali arasında mobil qruplar tərəfindən maarifləndirmə tədbirləri gücləndirilir, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərar və göstərişlərinə ciddi surətdə əməl olunur.
Sonra rayon rəhbəri bu vəzifələrin yerinə yetirilməsində icra nümayəndələrinin, Daha ətraflı » -
28AvqKənd Təsərufatı Qabaqcıl fermerlər üçün şərhlər bağlıdır
KİŞİ TƏPƏRLİ QADIN
Bu qadını 80-ci illərdən tanıyırdım. Elə beləcə dilli-dilavər, qoçaq, işgüzar, üzündən mehribançılığı əskik olmayan, sadə, təvazökar. Əvvəllər tez-tez rastlaşardıq. Görünür bu işimizin xüsusiyyətindən irəli gəlirdi. Mən rayon icraiyyə komitəsində yetkinlik yaşına çatmamışların işləri üzrə komissiyanın məsul katibi, o isə kənd sovetinin katibi işləyirdi. O, illər hər birimiz üçün məsuliyyətli və qayğısız illəriydi. İşləməkdən yorulmazdıq, əksinə, işimizdən zövq alardıq. Çünki gənciydik, gördüyümüz hər bir işi gənclik enerjisi ilə yerinə yetirərdik. Artıq o illər arxada qalıb. Ömrün payızına doğru aparan illər bizi də dəyişdirib, bir az həlimləşmişik, bir az da yorğunlaşmışıq.
Redaksiyanın iş planına əsasən bir fermerdən yazmaq istəyirdim. Daha ətraflı »
Yeni ismarıclar