Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03İyn
    Təhsil İCRA BAŞÇISI MƏKTƏBLƏRDƏ OLUB üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə mü-əyyən dəyişikliklərin edilməsini zəruri edib. Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair müvəqqəti müddəalar təqdim olunub. Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılacaq. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilməsi nəzərdə tutulur. Daha ətraflı »

  • 03İyn
    Kənd Təsərufatı RAYON RƏHBƏRİ PAMBIQÇILARLA GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında lider olan Tərtər pambıqçıları artıq tarlalarda becərmə işlərinə başlayıblar.
    Bu il rayonda 1728,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1200 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC tərəfindən ümumilikdə 2 min 978,2 hektarda pambıq əkilib.
    Bu günlərdə rayon rəhbəri Müstəqim Məmmədov rayon ərazisində yerləşən bir çox pambıq tarlalarına baş çəkib, becərmə işləri aparan sakinlərlə görüşüb, onlara öz tövsiyə və tapışırıqlarını veribdir. İcra başçısı bildirib ki, 2019-cu ildə Tərtər rayonunda 3 min 427 hektar sahədə pambıq becərilib, 11 min 936,2 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 34,8 sentner olub. Cari ildə əməkçilərimiz daha yüksək zirvələri fəth etmək üçün fəal çalışırlar. Hazırda tarlalarda becərmə iş-ləri aqrotexniki qaydalara uyğun olaraq davam etdirilir. İndi sahələrdə görülən becərmə işləri deməyə əsas verirki, 2020-ci ildə də Tərtər pambıqçıları yüksək nailiyyətlər əldə edəcəklər.

  • 03İyn
    Kənd Təsərufatı BARAMANIN SAXLANMA ŞƏRAİTİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır

    Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tap-şırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.
    Bu günlərdə Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayonun kəndlərində ipəkqurdu saxlayan kümçülərlə görüşüb, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə tanış olub. Möv-cud çatışmazlıqların tez zamanda aradan qaldırılması üçün lazımi tövsiyə və tapşırıqlarını verib.
    2019-cu ildə rayonda 18 min 322 kiloqram barama istehsal edilib. Bu il isə 20 min kiloqram barama is-tehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 500 qutu baramaqurdu kümçülərə təhvil verilib. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. İpəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib.

  • 03İyn
    Digər 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
    1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.
    Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
    Azərbaycanda uşaqların müdafiə olunması və onla-ra qayğı göstərilməsi isti-qamətində çoxsaylı işlər görülüb. Daha ətraflı »

  • 03İyn
    Digər 5 İYUN ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verilib. O vaxtdan etibarən bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur.
    Ətraf mühitin mühafizəsi və ekoloji problemlər Azərbaycanda da diqqət mərkəzindədir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.
    Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında eko-loji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşma-sı üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyənləşdirilib, biomüxtəlif-liyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub.

  • 03İyn
    Sosial ƏRZAQ YARDIMI DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yardımlar göstərilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, Türk İşbirligi və Koordinasyon Ajansı Başkanlığının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 3689 nəfər aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl insanlara ərzaq yardımı və gigiyenik vasitələr paylanıb. Daha ətraflı »

  • 03İyn
    Ədəbiyyat ŞAİR DOĞULAN İNSAN üçün şərhlər bağlıdır

    Bu insan 1957-ci ildə Kəlbəcərimizin Çərəkdar kəndində doğulan Əlövsət Sarı oğludur-Əlövsət Saldaş. 40 ildən artıq riyaziyyat fənnini tədris edən, peşəsiylə, rəvan təbiylə bəzilərimizin “Şair mütləq ədəbiyyatçı olmalıdır” fikrinin üstündən qələm çəkən, şeirləri dillərdə söylənən, nəğmələrdə oxunan Saldaş.
    28 ildir Qobustan rayonunun Təklə kəndində məskunlaşan, ürəyində Vətən itkisinin ağrıları, ağır ellərin didərginlik dərdi, günahsız şəhidlərin həsrəti yuvalanan Saldaş.
    Mənəviyyat adamının bundan böyük dərdi olarmı?! Onun dünyaya gəlişi doğmalarını sevindirdiyi kimi, şeiriyyət aləminə gəlişi də çoxları üçün qazanc vasitəsinə çevrilən SÖZÜ sevindirib. Mən hər dəfə onunla həmsöhbət olarkən Saldaşın simasında uşaqlıq dövrünü özünü tanıyan bir gənc kimi, gənclik dövrünü yetkin kamillik kimi, kamillik dövrünü müdrik aqil kimi yaşayan bir insanı güzgü şəffaflığında görünən tək görüb tanımışam. Daha ətraflı »

  • 03İyn
    Digər Təbiət insan həyatının özü deməkdir üçün şərhlər bağlıdır

    TƏBİƏT BİZİM ANAMIZDIR

    Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz
    özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
    Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitki-lər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysızhesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Daha ətraflı »

  • 03İyn
    Digər TƏBİƏTİ QORUMAQ BORCUMUZDUR üçün şərhlər bağlıdır

    Məlumdur ki, son illərdə ölkəmizdə böyük quruculuq işləri aparılır, yeni yollar çəkilir, yaşayış binaları tikilir, onların ətraflarında meşə zolaqları, parklar salınır. Digər tərəfdən respublikamız ekoloji cəhətdən zəngindir. Bitkilər, heyvanlar aləminin müxtəlifliyi də çoxdur. Bu aləmin zərər verənləri də çoxdur. Ağacları təkcə əkməklə iş qurtarmır, ona vaxtlı-vaxtında qulluq göstərmək lazımdır.
    Əvvəllər belə təsəvvür var idi ki, bəzi yerlər şoran torpaqlardır, orada yaşıllıqlar salmaq olmaz. Ancaq hazırda salınmış yaşıllıqlar onu göstərir ki, bu fikirlər doğru deyil.
    Elə meşə sahələri var ki, orada qurumalar gedir, ziyanvericilər ağacların sıradan çıxmasına səbəb olur. Bu da ekologiyanın pozulmasına, korlanmasına gətirib çıxarır. Bunu aradan qaldırmaq üçün ziyanvericilərə qarşı vaxtında mübarizə aparmalı və ağacların sağlam inkişafının təmin olunması üçün onlara lazımi qulluq göstərilməlidir. Daha ətraflı »

  • 21May
    Digər DÖVLƏT-VƏTƏNDAŞ HƏMRƏYLİYİNƏ TÖHFƏ: KÖLGƏDƏN İŞIĞA DOĞRU üçün şərhlər bağlıdır

    DÖVLƏT HƏMİŞƏ ÖZ VƏTƏNDAŞININ YANINDADIR

    Azərbaycan Respublikasında hər şeydən yüksəkdə insan amili dayanır. Dövlətimizin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin də əsas qayəsini və plazmasını insan amili təşkil edir. Ölkə Konstiyusiyasında da insan hüquqlarının və azadlıqlarının qorunması əsas ana xətt kimi təsbit olunur.

    Ölkə başçısı cənab İlham Əliyevin: “Dövlət həmişə öz vətəndaşının yanındadır” və “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” ifadələri də məhz vətəndaş qədirbilənliyindən qaynaqlanır.

    Azərbaycanda görülən işlərin ümumi məcmusu yekun nəticədə insanların maddi rifah və sosial vəziyyətlərinin daha da yaxşılaşmasına hesablanır və diqqət bu mühüm istiqamətə yönəlir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.

    Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik  artım oldu.

    Həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi.

    600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min kiçik ailə təsərrüfatlarının qurulmasına başlanılıb.

    82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır.

    Beləliklə, pandemiya ilə əlaqədar həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.

    Pandemiya dövründə ölkəmizdə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu. Daha ətraflı »