Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ üçün şərhlər bağlıdır

    Qürur mənbəyimiz olan milli-mənəvi dəyərlərimizə mətbəximiz, milli geyimlərimiz, musiqi nümunələrimiz, qədim abidələrimiz, dövlət rəmzlərimiz və s. daxildir. Qonaqpərvərlik, böyüyə hörmət, ailəyə qayğı və s. digər yüksək keyfiyyətlər millətimizə xas olan xüsusiyyətlərdir.
    Bu nümunələr gələcəyimizin inkişafına örnək olan varlığımızdır. Buna görə də müstəqil ölkəmizdə mətbuatın, televiziyanın və pedaqoji heyətin hər bir üzvi milli dəyərlərimizi geniş surətdə təbliğ etməlidirlər. Daha ətraflı »

  • 30Yan
    Digər 20 YANVAR AZƏRBAYCAN XALQININ HÜZN GÜNÜDÜR üçün şərhlər bağlıdır


    20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Bu qanlı faciə…ən amansız qanlı cinayətdir. 

    İlham ƏLİYEV

    Azərbaycan Respublikasının Prezidenti

    Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır.

     İlham ƏLİYEV,
     Azərbaycan Respublikasının Prezidenti

  • 30Yan
    Digər 20 YANVARI TƏRTƏRLİLƏR DƏ HÜZNLƏ QEYD ETDİLƏR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 20 yanvar şəhidlərinin 30-cu ildönümünə həsr olunmuş tədbir Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündən başlandı. Şəhidlərin ruhuna dua oxundu. Abidənin önünə gül-çiçək dəstələri qoyuldu.
    Tədbir iştirakçıları 20 yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
    Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi amansız qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Daha ətraflı »

  • 30Yan
    Tərtər RİH-də HACIQƏRVƏND KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mə-dəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən sürətli inkişafdan, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi nitqdə bütövlükdə 2019-cu ilin ölkəmiz üçün uğurlu il olmasını diqqətə çatdırdı.
    İcra başçısı əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən də danışdı.
    O, rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri də dilə gətirdi.
    Son beş ildə rayonda tikinti-abadlıq işləri də geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib. Daha ətraflı »

  • 30Yan
    Təhsil XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon Təhsil şöbəsi tərəfindən UGİŞM-də “20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib, müsabiqədə rayonun 44 məktəbindən 44 şagird iştirak edib. Səhlabad kənd tam orta məktəbinin XI sinif şagirdi Fatimə Ağazadə müsabiqənin birincisi olub. O, rayon icra hakimiyyəti ­tərəfindən Diplomla təltif olunub. Həmin yazını sizə təqdim edirik

    Heç güllərin ağladığını görmüsünüzmü?
    Qərənfilləri matəm çiçəyinə çevirən 20 Yanvar! Güllərin son mənzilini şəhid məzarına çevirən məsum gün şəhid qanından qıpqırmızı qana bələndi, gözlərindən damla yaş axıtdı. Şəhərimizə qərənfil yağışı yağdı. Daha ətraflı »

  • 30Yan
    Səhiyyə İCBARİ TİBBİ SIĞORTA AKTUAL MƏSƏLƏDİR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Tərtər şəhərində “Ölkə üzrə
    icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
    Tədbirdə Tərtər rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Tərtər Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Agentliyin əməkdaşı Elvin Abbasov iştirak ediblər.
    Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirib ki, ölkə rəhbərliyi əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.
    Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.
    Agentliyin əməkdaşı Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə məlumat verib.
    Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.
                                                                                                                                                                                                       “Yeni Tərtər”

  • 30Yan
    Xəbərlər MİLLİ QƏHRƏMANIN XATİRƏSİ ANILIB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun Tərtər şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.
    Mərasimdə Elman Hüseynovun həyat yoldaşı və döyüş dostları çıxış ediblər. Bildirilib ki, Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevralın 28-də Tərtərin Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb. 1968-1973-cü illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisasına yiyələnib. Sonra Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
    Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib. Həmin ilin sentyabrında Tərtər Özünümüdafiə Qərargahının rəisi, noyabrında Tərtər Ərazi Özünümüdafiə Batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Onun şəxsi şücaəti və rəhbərliyi ilə keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
    Döyüşlərdə iki dəfə yaralanıb.
    1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
                                                                                                                                                                                                      “Yeni Tərtər”

  • 30Yan
    Kənd Təsərufatı TAXIL SƏPİNİ BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    Rayonumuzda fermer və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün taxıl səpinini başa çatdırıblar. Rayon üzrə 10 min
    655,8 hektarda taxıl səpini aparılıb. Taxıl əkinlərinin 6056,9 hektarı buğda, 4442,9 hektarı dən üçün arpa, 156 hektarı xəsil arpadır. Taxıl əkinlərinin 10 min 200 hektarında bitiş suvarılması aparılıb.
    2019-cu ilin məhsulu üçün Tərtər rayonunda 7093,9 hektarı buğda, 3814,5 hektarı arpa olmaqla, 10 min 908,4 hektar sahədə taxıl becərilmiş, zəmilərdən 42 min 352,3 ton məhsul götürülmüşdür.
                                                                                                                                                    “Yeni Tərtər”

  • 30Yan
    Ədəbiyyat FÜZULİ–QƏLB ŞAİRİ üçün şərhlər bağlıdır

    Dünya ədəbiyyatına gözəl nümunələr bəxş edən Məhəmməd Süleyman oğlu Füzuli 1494-cü ildə Kərbəlada dünyaya göz açıb. Füzuli sözünün mənası çox danışan deməkdir. Bayat tayfasının nümayəndəsi olan bu şəxsiyyət mükəmməl təhsil almışdı. Savadlı olduğu üçün (tarix, fəlsəfə, tibb və başqa elmlərə bələd idi) ona “Molla”, “Mövlanə Füzuli” deyirdilər. Əhdü Bağdadi “Gülşənüş şüara”(“Şairlərin gülşəni”) əsərində onu dövrünün alimi adlandırıb. Sadə həyat yaşayan Füzuli saraylardan uzaq olub.
    İngilis alimi Gibb Füzulini “qəlb şairi” adlandırıb və deyib: “Füzuli ilhamını hər hansı bir şairin əsərindən deyil, öz qəlbindən alırdı. O, öz dühasının işığı ilə parlayaraq özünə xas olan yeni yol tapmışdır. Bu yolda onun sələfi yoxdur”.
    Yaradıcılığa gənc yaşlarından başlayıb. Əsərlərini üç dildə(azərbaycan, ərəb və fars) qələmə alıb. O, epik, lirik növdə və nəsr həm də nəzmlə bənzərsiz nümunələr yaratmışdır. Ədəbiyyatımızda ana dilində ilk nəsr əsəri(“Şikayətnamə”), tərcümə əsəri(“Hədisi-ərbəin”), bir əsərdə bir neçə bəhrdən istifadə olunan əsər(“Leyli və Məcnun”), alleqorik poeması(“Həft Cam”) Füzuli yaradıcılığına məxsusdur. Daha ətraflı »

  • 30Yan
    Digər VALİDEYN-ÖVLAD MÜNASİBƏTLƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ üçün şərhlər bağlıdır

    Övlad borcu çətin və qaytarıla bilinməyən borcdur. Çünki hər bir valideyn uşağını boya-başa çatdırana qədər çox əziyyət çəkir. Atalar və analar övladlarının xoş güzəranı üçün hər əziyyətə, çətinliyə dözürlər. Böyük dramaturq Cəfər Cabbarlı “Ana” şeirində ana məhəbbətindən bəhs edib.
    Ana! Ana! O adın qarşısında bir qultək
    Həmişə səcdədə olmaq mənə fəxarətdir;
    Onun əliylə bəla bəhrinə yuvarlansam,
    Yenə xəyal edərəm bəzmi-istirahətdir.
    Valideynə hörmət etmək hər kəsin müqəddəs borcudur. Valideyn xeyir-duası deyilən bir ifadə mövcuddur. Lakin əfsuslar olsun ki, cəmiyyətimizdə övladının gələcəyini fikirləşməyən, narkotik, alkoqol içkilərinin düşkünü olan atalar və ya öz uşağını düşdüyü mühitə qurban verən analar vardır. Öz həyat yoldaşına övladlarının gözü qarşısında əl qaldıran atanın yanında uşağın psixologiyasından və tərbiyəsindən söhbət gedə bilməz. Çünki tərbiyə prosesi irsiyyətlə bağlıdır. Çox vaxt tərbiyənin anadan asılı olduğu fikri deyilir. Ailə tərbiyəsi həm atadan, həm də anadan asılıdır.Çünki ailə kiçik dövlətdir. Onun başçısı da atadır. Belə bir atalar sözü var: “Hər bir uşaq öz ailəsinin güzgüsüdür”.
    Bəzən ata və analar övladlarını öz arzuladıqları kimi görmək üçün uşaqlara zor tətbiq edirlər. Belə hallarla üzləşən yeniyetmələr əksinə evdən və ailədən bezirlər və nəticədə cəmiyyətdə layiqli yer tuta bilmirlər. Övladlar arasında qoyulan fərq, uşağı başqalarının yanında təhqir etmək, ona qarşı inamsızlıq yetkinlik yaşına çatmayan adamlarda yalnızlıq hissini formalaşdırır. Valideyn ilk növbədə tələbkar olmalıdır. Öz istəyini xoşluqla övladına sevdirməli, onda həmin sahəyə maraq oyatmalıdırlar.
    Bəziləri isə uşağa çox pul verməklə ona yaxşılıq etdiyini düşünür. Lakin uşağın bir gündə xeyli pulu nəyə sərf etməsinə valideyn biganə qalmamalıdır. El arasında belə bir deyim var: “Uşağı buyur, dalınca yüyür”.
    Hər zaman ana-atalarımızın qayğısına qalmalıyıq. Onların könlünü xoş etmək, razı salmaq ən böyük arzumuz olmalıdır. Hər kəsin əzbər bildiyi belə bir ibrətamiz hekayə var: Daha ətraflı »