Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev
    Təhsil BİLİK YARIŞMASI KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Şəhid Sarvan Quliyev adına Şıxarx 2 saylı tam orta məktəbində keçirilən yarışma uşaqların bilik səviyyəsinin artırılınası məqsədini daşıyırdı. Müsabiqə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə təşkil olunmuşdu. Məktəbin fiziki tərbiyə müəllimi Faiq Məmmədovun və sinif rəhbəri Kəmalə Əliyevanın təşəbbüsü ilə keçirilən bu yarışmada 13 nəfər 5-ci sinif şagirdi iştirak edirdi. Tədbir valideynlərin iştirakı ilə aparılırdı. Daha ətraflı »

  • 24Fev
    Təhsil OLİMPİADANIN QALİBİ üçün şərhlər bağlıdır

    Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbinin direktoru Məzahir Cəfərov 2019-2020-ci tədris ilində Coğrafiya Fənn Olimpiadasının Rayon turunda şagirdi yüksək nəticə gös-tərdiyi üçün məktəbin coğrafiya müəllimi Kərimov Səbuhi Sabir oğlunu fəxri fərmanla təltif etmişdir. Məktəbin 9-cu sinif şagirdi Qarayev Murad Rövşən oğlu Fənn Olimpiadasının rayon turunda yer tutaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Bu uğurun əldə olunmasında Səbuhi müəllimin xüsusi zəhməti olub.
                                                                                                                                “Yeni Tərtər”

  • 24Fev
    Təhsil TƏLƏBƏLƏR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat fondunun “Tərtəri tanı və tanıt” adlı lahiyəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə həmkarlar ittifaqının nümayəndələri Tərtər rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Çox səmimi və maraqlı keçən görüşdə rayon rəhbəri tələbələrə Tərtər rayonunun tarixi, bu günü və kənd təsərrüfatı sahəsində son illərdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.
    Sonra tələbələr rayon ərazisində fəaliyyət göstərən istehsal müəssisələri, tarix-diyarşünaslıq müzeyi, “Marağa-150” abidəsi və digər obyektlərlə tanış olublar.
                                                                                                                                “Yeni Tərtər”

  • 24Fev
    Sosial 1796 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2019-cu ildə Tərtər rayonunda 1796 yeni iş yerləri açılmışdır ki, onların 907-si daimi iş yerləridir. Daimi iş yerlərinin 18-i yeni yaradılmış müəssisə və təşkilatlarda,100-ü mövcud müəssisə və təşkilatlarda, 28-i fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 761-i isə fiziki şəxslərdə açılmışdır. Bundan başqa digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli vahidlər, abadlıq işləri) 889 mövsümü iş yerləri açılmışdır. Ümumiyyətlə, son beş ildə Tərtər ra-yonunda 15 min 857 yeni iş yerləri açılmışdır ki, onun da 5165-i daimi iş yerləridir.

  • 24Fev
    Kənd Təsərufatı KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ ÜMUMİ HƏCMİ 28,5 FAİZ ARTIB üçün şərhlər bağlıdır

    2019-cu ilin birinci yarısında Tərtər rayonu üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 44 milyon 892,3 min manat təşkil etmişdir. Onun 26 milyon 594,1 min manatı və ya 59,2 faizi bitkiçilik məhsullarının, 18 milyon 298,7 min manatı və ya 40,8 faizi heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 28,5 faiz artmışdır.

                                                 HEYVANDARLIQ İNKİŞAF EDİB

    Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
    2020-ci il yanvar ayının 1-nə Tərtər rayonunda 29 min 667 baş qaramal, 52 min 283 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2018-ci ilə nisbətən 4 faiz və ya 1147 baş artıb. 2019-cu ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 3110,8 ton ət, 22 min 440,9 ton süd, 14 milyon 840 min ədəd yumurta və 106,5 ton yun istehsal edilib. 2018-ci illə müqayisədə diri çəkidə ət istehsalı 1,3 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 0,7 faiz artmışdır. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Daha ətraflı »

  • 24Fev
    Digər Xocalı soyqırımı–tarixin qanlı ləkəsi üçün şərhlər bağlıdır

    QARABAĞIN FƏRYAD ZİRVƏSİ

    Azərbaycanın–Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalı Xankəndi (indiki Stepanakert) şəhərindən 14 km şimal-şərqdə yerləşir.
    1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş mesxeti türkləri də məskunlaşmışdılar. Daha ətraflı »

  • 24Fev
    Digər XOCALIDA NEÇƏ-NEÇƏ ƏSGƏRLƏR TƏRƏFİNDƏN ZORLANAN 12 YAŞLI AZƏRBAYCANLI QIZ üçün şərhlər bağlıdır

    Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım.
    Şüurlu bir təkliyin içində özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə başqa idi… Çünki 23 ildir qurtula bilmirdim!
    Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalışdığım o günləri, xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm!
    Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, bitməyən fəryadlar!… Daha ətraflı »

  • 24Fev
    Digər MÖHTƏŞƏM QAYIDIŞ üçün şərhlər bağlıdır

    Yay son günlərini başa vurmaqda idi. Hamı isti ayların qurtarmasını, payızın gəlişini səbirsizliklə gözləyirdi. Maya ana da sevinc içində idi. Tezliklə onun övladı olacaqdı. Nəhayət, o gün gəlib çatdı. Bəhruz ataya oğlu olduğunu xəbər verdilər. Ata öz oğluna Nicat adını qoydu və dedi:
    –Qoy mənim oğlum böyüyüb, Vətəninə, xalqına layiqli igid olsun.
    İllər sürətlə keçdi. Nicat məktəbə getdi, müəllimlərinin, məktəbin sevimlisi oldu. Anası ondan: “Oğlum, böyüyəndə kim olacaqsan?”–deyə, soruşanda:
    –Mən hərbçi olacağam və torpaqlarımızı düşmən tapdağından azad edəcəyəm–deyə, cavab verərdi. Daha ətraflı »

  • 24Fev
    Digər Qarabağ müharibəsi əlillərinin yaddaşından üçün şərhlər bağlıdır

                                                        MÜQƏDDƏS XATİRƏLƏR

    1990-cı illərin əvvəlləri yaddaşlarada hərc-mərclik, münaqişə, iğtişaşlar və müharibə dövrü kimi xatırlanır. Xüsusilə o illər kiçik yaşlı uşaqların yaddaşına, mərmi, güllə səsləri ilə yazılıb. Xatırlandıqca “Qrad”ların, “Alazan”ların, “Kristal”ların uğultuları, vıyıltı səsləri qulaqlarda əks-səda verir. Mənfur qonşumuz olan ermənilərin fitnəkar siyasəti nə böyükləri, nə də uşaqları dinc yaşamağa qoymurdu. Gecənin tən yarısında top-tüfəng səsinə şirin yuxudan ayılmaq dəhşətiydi.
    İlqar Vəliyevin anası Hafizə Zəngilan rayonundan olduğu üçün İlqar da 1976-ci ildə orada doğulmuşdu. Ailənin tək övladı olub. Tale uşaqlıqdan İlqarı sınağa çəkib. Hələ bir yaşı olarkən anası xərçəng xəstəliyindən dünyasını dəyişib. Odur ki, altı yaşa kimi İlqarın qayğısını əvvəl ana nənəsi Pakizə, sonra isə ata nənəsi Gülüstan çəkib. On bir- on iki yaşı olanda erməni quldurlarının atdığı atəşlərin tükürpədici səslərinə yuxudan ayılan uşaqlardan biri də İlqar idi. Daha ətraflı »

  • 24Fev
    Milli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır

    Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Buna görə də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genefondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayır.
    Azərbaycan ailəsi hər şeydən əvvəl milli-adət ənənələrimizi özündə yaşatmalıdır. Son illərdə Qərbdən daxil olan adətlər bizim milli adətlərimizə öz mənfi təsirini göstərməkdə davam edir. Açıq etiraf etmək lazımdır ki, ailələrdə hərkə-hərkəlik, böyük-kiçik, qadın-kişi saymazlığı milli-mentalitetimizə uyğun olmayan tərbiyə metodları ailələrimizin dağılmasına gətirib çıxarır. Daha ətraflı »