Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy
    Xəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR: “MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIQ” üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-211%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-202Bərabər imkanlar Mərkəzi İctimai Birliyi rayonumuzda “Mədən sənayesində şəffaflıq” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Birliyin nümayəndələri Rafiq Təmrazov və Taleh Əliyev Azərbaycanda neft hasilatının keçmişi və bu günü, həmçinin bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə görülən tədbirlər barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, bu cür tədbirlərin həyata keçirilməsi nəticəsində hökumətin vətəndaşların adından idarə etdiyi gəlirlər barədə ictimaiyyətə məlumatlar açıqlanır və bununla hesabatlılıq daha da artırılır.
    Tədbir açıq diskussiya şəklində keçmiş və iştirakçıların sualları ətraflı cavablandırılmışdır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Okt
    Xəbərlər AZADQARAQOYUNLU VƏ AĞKƏND KƏNDLƏRİNƏ TƏBİİ QAZ VERİLDİ üçün şərhlər bağlıdır

    0c47435b1307ecc897679272c091fb40%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-123Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Azadqaraqoyunlu kəndi də əlavə olunub. 317 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 503 metr polietilen və ümumi uzunluğu 34 min 54 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində 317 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 42-si təbii qazla təmin olunub. Hazırda rayonun qaz olmayan digər yaşayış məntəqələrində bu işlər davam etdirilir. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Xəbərlər “MULTİKULTURAL VƏ TOLERANT DƏYƏRLƏRİMİZ: TARİXİLİK, VARİSLİK, MÜASİRLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-493-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-041Tərtər Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.
    Konfransda Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, rayonun axundu Sadiq Cəfərov, eləcə də bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərliyi, dini işlər üzrə komissiyanın üzvləri, YAP rayon təşkilatının rəhbərliyi, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbiri açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Elvin Umudov Azərbaycanda multikulturalizmin dövlət siyasətinin önəmli istiqamətlərindən birinə çevrildiyini vurğulayıb. O bildirib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb, dövlət tərəfindən bütün dini konfessiyalara diqqət və qayğı göstərilir, mütəmadi olaraq maliyyə vəsaiti ayrılır. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Xəbərlər GERÇƏKLƏŞƏN TƏLİMDƏN ANLAR üçün şərhlər bağlıdır

    img_2618img_2704Məqsəd qlobal problem barədə region KİV-ləri nümayəndələrini və onların vasitəsilə mövcud bölgələrdə yaşayanları maarifləndirməkdir.
    Bu günlərdə Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə proqramı çərçivəsində 11 bölgənin jurnalistləri bir araya gəlib. Onlara 2 gün ərzində «Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə» mövzusunda təlim keçilib. Mingəçevir Media Mərkəzində gerçəkləşən təlimə Mingəçevir, Oğuz, Ucar, Yevlax, Ağdaş, Goranboy, Ağcabədi, Bərdə, Tərtər, Göyçay və İsmayıllı rayonlarında dərc edilən qəzetlərin jurnalistləri qatılıb. Təlimi “Mingəçevir Valideynlər Assosiasiyası” İctmai Birliyinin icraçı direktoru Yeganə Nəbiyeva və müstəqil media eksperti Ələsgər Məmmədli aparıblar. Məqsəd qlobal problem barədə region KİV-ləri nümayəndələrini və onların vasitəsilə mövcud bölgələrdə yaşayanları maarifləndirməkdir. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Xəbərlər DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 25-ci İLDÖNÜMÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-014Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar YAP Tərtər rayon təşkilatında tədbir keçirildi. Tədbirə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin YAP üzvləri dəvət olunmuşdular. Toplantını YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov açdı. Bildirdi ki, 25 il zaman olaraq böyük bir dövrü əhatə etsə də, dövlətçiliyin yaranması, inkişafı baxımından olduqca kiçik bir zaman kəsiyidir.
    Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etməsi ağır, məşəqqətli bir dövrə təsadüf edirdi. Digər keçmiş sovet respublikaları kimi, Azərbaycanın da qarşısında mühüm siyasi, sosial, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi zərurəti dururdu. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəlində hakimiyyətdə olan səriştəsiz qüvvələr həyati əhəmiyyətli islahatları nəinki reallaşdıra bilmədilər, əksinə bu qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qaldı.
    Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra 1993-cü ilin iyun ayından başlayaraq Azərbaycan dövlətinin xilası istiqamətində müsbət dəyişikliklərə başlandı.
    Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Ulu Öndərin ciddi səyləri nəticəsində bölgədə, ümumilikdə dünyada Azərbaycana münasibətdə müsbətə doğru meyillər artmağa başladı.
    Təbii ki, 25 illik müstəqillik tariximizdə ölkəmizin siyasi həyatı da kifayət qədər zənginləşib.
    Mübaliğəsiz şəkildə demək olar ki, həyatımızda mühüm yer tutan siyasi qurum Yeni Azərbaycan Partiyasıdır. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 25 illik tariximizin canlı səhifəsidir. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Xəbərlər Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə üçün şərhlər bağlıdır

    BURA VƏTƏNDİR…

    333O tarixi gündən bizi 25 il ayırır. Məhz həmin gün –18 oktyabr 1991-ci il tarixində xalqımızın çoxillik arzusu gerçəkləşdi. Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. XX əsrdə ikinci dəfə Azərbaycan müstəqilliyə qovuşdu. Lakin bu müstəqillik çox kövrək idi.bu
    SSRİ-nin dağılması nəticəsində müttəfiq respublikalar arasında əlaqələr kəsilmiş, bu isə Azərbaycanın da iqtisadiyyatına öz təsirini göstərmişdir. Bütün sahələrdə, o cümlədən sənayedə, kənd təsərrüfatında geriləmələr, dağıntılar müşahidə edilirdi. Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə isə vəziyyəti daha da ağırlaşdırırdı. Ölkədə hökm sürən xaos və anarxiya Azərbaycanın parçalanması təhlükəsini yaradırdı. Bu vəziyyətdə xalqın yeganə ümidi güclü və ağıllı lider idi. Azərbaycan xalqı bu lideri yalnız Heydər Əliyevin şəxsiyyətində görürdü. Onun hakimiyyətə ikinci qayıdışı kövrək müstəqilliyimizi əbədi və dönməz etdi, Azərbaycanı güclü dövlətlər sırasına çıxardı. Ümummilli Lider respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan etdi.
    Müstəqillik illərində xalqımız öz sərvətlərinin sahibinə çevrildi. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft kontraktı–“Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi, onun nüfuzu dünya səviyyəsində artdı.
    Öz-özümə sual verirəm: 25 illik müstəqil həyatımız bizə nə verib? Ölkə miqyasında görülən işləri sadalamaqla qurtaran deyil, ona görə də doğma Tərtərimizə nəzər salıram. Palçıqlı küçələr, yöndəmsiz köşklər əvəzinə gözlərim qarşısında yaraşıqlı Heydər Əliyev prospekti, gecələr nura qərq olan geniş küçələr, bu küçələrdə sakinlərin tikdirdikləri bir-birindən gözəl, müasir evlər canlanır.
    Yeni tikilən binaları isə sadalamaqla qurtaran deyil… Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Xəbərlər İSVEÇRƏ KONFEDERASİYASININ ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ S ƏFİRİ TƏRTƏRƏ GƏLİB üçün şərhlər bağlıdır

    117dsc_7782İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc sakinlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər edib. Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon rəhbəri Müstəqim Məmmədov səfirə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə ətraflı məlumat verib.
    Səfir səmimi qəbul üçün rayon rəhbərinə təşəkkürünü bildirib, İsveçrə Konfederasiyasının Azərbaycanla dostluq əlaqələrindən danışıb.

    Teqlər:

  • 19Okt
    Xəbərlər FRANSALI JURNALİSTLƏR RAYONUMUZUN QONAĞI OLUBLAR üçün şərhlər bağlıdır

    007Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizdə səfərdə olan Fransanın məşhur “L Opinion” qəzetinin müxbiri Claude Leblanc, “İnstitute Europen Perspective and Security” beyin mərkəzinin direktoru Emmanuel Dupuy, “TTU” qəzetinin baş redaktoru Guillen Monsoins Tərtər rayonunda oldular.dsc_7880-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c
    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verdi.
    Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa-150” abidəsinin qalıqlarına baxıblar.

    Teqlər:

  • 18Okt
    Xəbərlər İSPANİYAL I MƏSLƏHƏTÇİ JURNALİSTƏ ERMƏNİ VANDALİZMİ BARƏDƏ MƏLUMAT VERİLİB üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-341İspaniyanın keçmiş Beynəlxalq Xidmətinin rəhbəri, məsləhətçi jurnalist, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Carmen Rodriguez cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər edib.dsc_69341
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə görüşüblər. Görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.
    Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində olublar.

    Teqlər:

  • 18Okt
    Xəbərlər NİZAMİ KÜÇƏSİ YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    02
    Tərtər şəhəri günü-gündən dəyişir, gözəlləşir, yeniləşir. Bu gözəllik şəhərin bütün küçələrində hiss olunur. Kanalizasiya və su xətti çəkildikdən sonra küçələrdə tikinti-abadlıq işləri aparılır. Bu gün şəhərin Nizami küçəsində xüsusi bir canlanma var.dsc01661-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c2 Küçənin hər iki tərəfində səki daşları düzülür, kommunikasiya xətləri qaydaya salınır, istinad divarlarında bərpa işləri aparılır. Yolkənarı yaşıllıq zolaqları qaydaya salınır, yeni ağaclar əkilir. Səkilərin tamet örtüyündə təmir-bərpa işlərinə başlanılmış, elektrik xətləri dəyişdirilərək SİP kabel xəttinə keçilmişdir. Müasir gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Hazırda isə küçənin asfaltlanması üçün hazırlıq işləri görülür.

    Teqlər: