Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt
    Digər Hörmətli valideynlər! üçün şərhlər bağlıdır

    Artıq vətəndaşlar Uşaqların Psixoloji və Sosial İnkişafına dəstək məqsədi ilə “ASAN xidmət” mərkəzlərində yaradılmış “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi”nin psixoloji xidmətlərindən yararlana bilərlər.
    Vətəndaşlar 3 yaşından 12 yaşınadək uşaqların əqli, psixoloji, fiziki, nitq və sosial bacarıqların inkişafı kimi 22 növ xidmətə müraciət edə bilərlər.
    “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi”nin xidmətləri 4 və 5 saylı Bakı, həmçinin Qəbələ, Sabirabad, Bərdə, Masallı regional “ASAN xidmət” mərkəzlərində göstərilir.
    Əlaqə üçün : “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə və ya 108 çağrı mərkəzinə, həmçinin 077-225-15-01 nömrəsinə zəng vurmaqla ətraflı məlumat əldə edə bilərsiniz.

    Teqlər:

  • 11Okt
    Digər Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Aprel hadisələri ilə bağlı Tərtərdə üçün şərhlər bağlıdır

    14807847832653045331_1000x669Tərtər şəhərTərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 11Okt
    Digər Erməni vandalizmi üçün şərhlər bağlıdır

    VƏHŞİLİYİN SON HƏDDİ

    18Uşaqlar bu dünyanın ən pak, ən müqəddəs mələkləridir. Onlar hələ bu həyatda heç bir günah işləməyiblər. (Bəlkə də günahları bu sərsəm dünyaya gəlmələridir). Məsum körpələrə qıymaq, onları qanlarına qəltan eləmək vəhşiliyin son həddidir. Ermənilər bu qəddarlığa da əl atırlar. Onlar üçün öldürdükləri uşaqdır, böyükdür, fərqi yoxdur, taki azərbaycanlı olsun. Bu vəhşiliyə əl atan ermənilərin görən öz balaları, ata-anaları yoxdurmu? Onlar niyə fikirləşmirlər ki, bu gün elədikləri sabah öz başlarına gələ bilər? Tanrı heç nəyi əvəzsiz qoymur. Mən inanıram, ermənilərin Xocalıda törətdikləri ən qəddar vəhşiliyi, 613 nəfərin amansızcasına qətlə yetirilməsini ( bunların içində körpələr, ixtiyar qocalar, ağbirçək nənələr də çox idi) bəşər tarixinin ən qanlı cinayətlərindən biri kimi nə yer bağışlayacaq, nə göy və bu çanaq nə vaxtsa ermənilərin öz başında çatlayacaq. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    Yeni Tərtər” qəzeti redaksiyasının kollektivi baş redaktorun müavini Svetlana Bağırovanı həsrətlə gözlədiyi qız nəvəsinin dünyaya gəlişi münasibəti ilə təbrik edir, həm özünə həm də nəvəsinə cansağlığı və xoşbəxtlik arzulayır. Atalı, analı böyüsün!

    Teqlər:

  • 29Sen
    Digər PREZİDENTİN ABŞ SƏFƏRİNİN NƏTİCƏLƏRİ AZƏRAYCAN DİPLOMATİYASININ MÜHÜM NAİLİYYƏTİNƏ ÇEVRİLDİ üçün şərhlər bağlıdır

    15059422795129132405_1000x6691211Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyası Azərbaycan dövlətinin xarici siyasətinin, xüsusilə də Prezident İlham Əliyevin uğurlu diplomatiyasının növbəti parlaq səhifəsi kimi tarixə yazıldı. Qlobal informasiya savaşında möhtəşəm zəfərə imza atan Azərbaycan Prezidenti dünyanın ən böyük ali tribunasından fövqəlgüclərə mühüm mesajlar verdi.

    Azərbaycan Prezidentinin cəsarətli çıxışı, BMT kimi nüfuzlu qurumun ali kürsusündən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə etdiyi müraciət qətiyyət nümunəsi kimi dəyərləndirilməlidir. Bu, bir həqiqətdir ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər Beynəlxalq Sülh Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    MƏRHƏMƏT HAKİM OLSUN BÜTÜN İNSANLIĞA!

    145431634556af1b392f2144.34814396Bu yazıya başlamaq istəyəndə, gözlərim önünə dünya xəritəsi gəldi. Bəli, bu gün qazan kimi qaynayıb daşan dünya–Əfqanıstan, İraq, Fələstin, Suriya, Türkiyə, Myanmar və dünyanın başqa ölkələri ilə yanaşı öz vətənim–Qarabağım qan içindədir. Müsəlmana yönəlmiş soyqırımlar səngimir. Bu ədalətsiz müharibələr, sayı-hesabı bilinməyən qətliamlar, dəhşət və işgəncə ilə öldürülən günahsız insanlar nədən dünyanın vicdanını sızlatmır, donmuş insanlığı əritmir? Sanki gözlər kor, qulaqlar kar olmuş. Baş vermiş və davam edən dəhşətlərə–köməksiz insan və məsum körpə qırğınlarına dünya laqeydcəsinə susur.
    İnsan haqlarından ağızdolusu danışan Qərb bu gün diri-diri torpağa basdırılan, batan qayıqlardan cəsədləri dəniz sularına qərq olan körpələri məgər görmürmü? Düşünürəm ki, görəsən böyük şairin qorxduğu zamanmı gəldi?
    “Qorxuram dünyada bir zaman gələ,
    İnsanlar yaşaya, insanlıq ölə”. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər AİLƏLƏR NİYƏ DAĞILIR? BOŞANMA HALLARININ ƏSAS SƏBƏBLƏRİ üçün şərhlər bağlıdır

    скачанные файлыİş planımızda olan bu ağrılı mövzunun araşdırılmasına Tərtər Rayon Statistika İdarəsinin müdiri Ədalət Məmmədovla söhbətimdən başladım. Öyrəndim ki, 2017-ci ilin 6 ayı ərzində rayonumuzda 158 nikah və 63 boşanma halı qeydə alınıb. Boşananlar nikaha girənlərin 25 faizdən çoxunu təşkil edir.
    Bundan sonra Tərtər Rayon Məhkəməsinin təcrübəli işçisi, 20 illik əmək fəaliyyəti ərzində yüzlərlə ailənin dağılmasının şahidi olan İlqar Əfəndiyevə müraciət edib, boşanma hallarının əsas səbəbləri haqqında onun fikirlərini öyrəndim. İlqar müəllim dedi:
    –Əvvəlki illərdə ailələr əsasən övladın olmaması, erkən nikah, məişət zorakılığı səbəblərindən dağılırdısa, indi bunların sayı azalıb. Buna ölkə üzrə aparılan maarifləndirmə tədbirlərinin də güclü təsiri var.
    Ön plana isə nələr keçir? İlk növbədə maddi məsələlər. Bunun arxasında isə səbrsizlik, dözümsüzlük dayanır. Yəni gənc qadın yeni ailədə rastlaşdığı maddi çətinlikləri qəbul etmək istəmir. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər BURUC KƏND İƏD-də NƏ VAR, NƏ YOX? üçün şərhlər bağlıdır

    DSC_5419Buruc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik iki kəndi–Buruc və Hüləbətli kəndlərini əhatə edir. İcra nümayəndəsi Böyükkişi Məlikov, Buruc Bələdiyyəsinin sədri Sərdar Aslanov və icra nümayəndəsinin müavini Seymur Yusibovla birlikdə ərazidəki kəndlərdə olduq. Burada insanların məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə əhalinin sayı 1100 nəfərdir. Burada 15 subartezian quyusu işləyir. Bunların 9-u Burucda, 6-sı Hüləbətlidədir. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır

    DOSTUNUN TOYUNA GƏLƏ BİLMƏDİ…

    sehid1Qarşımda bir albom var–şəhid albomu. Vərəqlədikcə heyrətdən donub qalıram. Necə olub ki, bu cür cəngavər oğlanlarımız düşmən gülləsindən yayına bilməyiblər?! Elə bu anda fikrimdən bir bayatı keçir:
    Bu yolun xatası var,
    Qanı var, qadası var,
    İgidlər boyun əyməz,
    Düşmənin bəlası var.
    Bəli, düşmənin qurduğu hiylə neçə-neçə mərd, qorxmaz oğlumuzun həyatına son qoyub. Belə cəsarətli igidlərimizdən biri də Abbasov Elşən Raqub oğlu idi. O, həmin gün dostunun toyuna gəlməli idi. Söz vermişdi ki, postdan çıxan kimi icazə alıb gələcək və toyda iştirak edəcəkdir. Martın 25-i idi. Elşadın ata-anası, bacı-qardaşı toy evində idi. Təkcə o yoxuydu… Məlumdur ki, kənd toyları gecə yarısına kimi davam edir. Ailə üzvləri bu məclisdə ürəklə iştirak etsələr də nəisə, bir narahatçılıqları vardı. Elşad görəsən niyə gecikirdi. Yoxsa, icazə vermədilər, şübhələr, niyələr ən çox ata-ananı narahat edirdi. Özləri toyda olsalar da fikirləri Elşadın yanında qalmışdı. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər REPLİKALAR üçün şərhlər bağlıdır

    (CAMAAT ARASINDAKI SÖZ-SÖHBƏTLƏRDƏN)

    03новый-1“İşsizliyin qarşısını alırıq”
    –Kəndlərimizdəki mədəniyyət obyektlərinin aylarla bağlı qalan qapıları nə vaxt açılacaq?–deyə, Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin başbilənlərindən soruşsaq, deyəcəklər ki, regiona tabeyik, gedin onlardan soruşun.
    –Bəs havayı yerə onlara verilən külli-miqdarda əmək haqqının axırı necə olacaq?
    –Onları işdən çıxarıb, işsizliyin faizini yüksəldə bilmərik ki! Elə hesab edin ki, dövlət onlara yardım göstərir.
    “Onda universitet olardı ki!…”
    Əgər 96 saylı orta Texniki Peşə Məktəbinin rəhbərlərindən soruşsaq:
    –Jurnallarda adları yazılmış şagirdlərin hamısı dərsə gəlirmi?
    Deyəcəklər:
    –Onda bura universitet olardı ki!… Daha ətraflı »

    Teqlər: