Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt
    Xəbərlər EVİMİZ ƏVVƏLKİNDƏN DƏ RAHATDIR üçün şərhlər bağlıdır

    Bu ilin aprel hadisələri zamanı erməni təxribatçılarının atdıqları artilleriya mərmiləri illər uzunu əziyyətlə tikdirdiyimiz evimizi darmadağın etmişdir. Xoşbəxtlikdən ailə üzvlərimizdən zərər çəkən olmamışdır.
    Hadisədən dərhal sonra ölkə başçısı İlham Əliyev və onun xanımı bizə baş çəkdilər, vəziyyətlə tanış oldular. Onların bu gəlişi bizi ürəkləndirdi, çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Prezidentimizin Tərtər rayonuna ayırdığı vəsait hesabına aprel hadisələri zamanı zərər çəkmiş evlərin hamısı, o cümlədən bizim evimiz əvvəlkindən də yaxşı bərpa olundu.
    Havalar soyuduqca düşünürük ki, nə yaxşı ki, bizim belə dövlət başçımız var. Yoxsa evsiz-eşiksiz güzəranımız necə olardı?
    Ailəmiz adından Prezidentimizə və onun tapşırıqları və tövsiyələrini icra edən bütün insanlara minnətdarlığımızı bildiririk.

    Elmira Səfərova,
    Fikrət Əmirov küçəsinin sakini

    Teqlər:

  • 18Okt
    Xəbərlər Seydimli kəndindən xəbərlər üçün şərhlər bağlıdır

    100 AİLƏYƏ YENİ SU XƏTTİ ÇƏKİLİB

    12Son vaxtlar rayon mərkəzində olduğu kimi kəndlərimizdə də quruculuq, abadlıq işləri mütəmadi şəkildə davam etdirilir.
    Kəndin mərkəzində vurulmuş subartezian quyusundan 100 evə su xətti çəkilib, sayğaclar quraşdırılmışdır. Sakinlər içməli su sarıdan əziyyət çəkmirlər. Su xətti çəkilməyən evlərə də su çəkilməsi işləri davam etdirilir.

    Teqlər:

  • 18Okt
    Xəbərlər MAVİ YANACAQ VERİLƏCƏK üçün şərhlər bağlıdır

    03Kənddə 573 evə qaz xətti çəkilib. Hazırda mənzillərin yarıdan çoxunda tənzimləyici və sayğac quraşdırılmışdır. Fərdi yaşayış evlərində sayğaclaşma işləri davam edir.
    Yaxın günlərdə kənd sakinləri mavi yanacaqdan istifadə edəcəklər.

    Teqlər:

  • 18Okt
    Xəbərlər ŞƏHİD AİLƏLƏRİNƏ YAŞAYIŞ EVLƏRİ TİKİLDİ üçün şərhlər bağlıdır

    461213_0Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhid olan vətən oğullarımızın ailə üzvləri–Rəna Hüseynova və Tamella Əhmədovaya dövlət hesabına fərdi yaşayış evləri tikilib təhvil verilmişdir. Evlərin hər biri 2 otaq, 1 yardımçı binadan ibarətdir (mətbəxdən). Şəhid ailələri onlara göstərilən bu qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.

    Teqlər:

  • 18Okt
    Xəbərlər 2 QUTUDAN 125 KİLOQRAM BARAMA üçün şərhlər bağlıdır

    05Nüşabə Baxşəliyeva bu il ailə üzvləri ilə birlikdə 2 qutu baramaqurdu toxumunu götürüb bəsləmişdir. Bu sahədə yaxşı təcrübəsi olan kənd sakinləri barama qurdlarını nümunəvi qaydalar əsasında becərdikləri üçün dövlətə 125 kiloqram yüksək keyfiyyətli barama təhvil vermişlər. Ailə üzvlərinin məqsədi gələn il qutuların sayını artırmaqdır.
    Bu məqsədlə onlar ipək qurdlarının normal yemləndirilməsi üçün çəkil bağlarını xeyli genişləndirmək fikrindədirlər.

    Teqlər:

  • 07Okt
    Xəbərlər TƏRTƏRDƏ “VƏTƏNƏ NÜMUNƏVİ XİDMƏTƏ GÖRƏ SAĞ OL” DEVİZİ ALTINDA TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLİB üçün şərhlər bağlıdır

    0102Azərbaycan Silahlı Qüvvələrində Prezident İlham Əliyevin ölkə vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamının icrasına başlanılıb.
    Bu münasibətlə Tərtər şəhərindəki Heydər Əliyev meydanında Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənə nümunəvi xidmətə görə sağ ol” devizi altında Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yola salınması mərasimi keçirilib. Hərbi qulluqçuların, Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki nailiyyətlə-rindən, erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun layiqli cavab verməsindən, xalqla ordunun monolit birliyindən danışıb. Bildirib ki, mütəşəkkil ordunun yaranması Ulu Öndər Heydər Əliyevin, ordumuzun dünyanın ən güclü orduları arasında yer alması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Xəbərlər XORUZLU KƏNDİNƏ DƏ QAZ VERİLDİ üçün şərhlər bağlıdır

    dsc_6628-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c2xoruzlu-qazTərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Xoruzlu kəndi də əlavə olunub. 309 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 650 metr polietilen və ümumi uzunluğu 18 min 626 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Bugünədək tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər. 1-5 aprel tarixlərdə ən qızğın döyüşlər getdiyi vaxtda da tərtərlilərin əlləri işdən soyumadı, rayonda yol, sukanalizasiya, qaz çəkilişi davam etdirildi, işıq dirəkləri dəyişdirildi, tikinti-abadlıq işləri aparmaqla düşmənə mənəvi zərbə vuruldu. Bu tədbir də o günlərin gərgin əməyinin nəticəsidir.
    Rayon rəhbəri qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 40-ı təbii qazla təmin olunub. Rayonun Seydimli, Ağkənd və Azadqaraqoyunlu kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Xəbərlər PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    prolrorluqdsc_7016-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c1Tərtərdə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi meydana gələrək, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı. Qeyd etdi ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
    Rayon prokuroru Azər Hətəmov, hərbi prokuror Fuad Məmmədov, polis şöbəsinin rəisi Rauf Məcidov çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdılar. Qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə prokurorluq işçilərinin peşə bayramının təsis olunması prokurorluq orqanlarına dövlət qayğısının parlaq təzahürüdür.
    Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Xəbərlər SƏYYAR GÖRÜŞ-QƏBUL KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    dsc_6652-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cseyyar-qabulRayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Xoruzlu kəndində keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verib, mövcud sosial obyektlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Allahverdi Qasımov, Nazilə Həsənova, Aftandil Həsənov, Afiyəddin Əliyev, Leyla Şirinova və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunmasından, sakinlərin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildiriblər. Bununla yanaşı, kənddə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, suvarma suyu üçün əlavə subartezian quyularının qazılmasına, Qaradağlı-Xoruzlu avtomobil yoluna yeni asfalt örtüyünün salınmasına ehtiyac olduğu rayon rəhbərinin diqqətinə çatdırılıb.
    Qaldırılan məsələlərlə əlaqədar müvafiq qurumlara tapşırıqlar verilib, şəxsi problemlərlə müraciət edən vətəndaşların xahişləri qa-nun çərçivəsində yerindəcə həll olunub. Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Xəbərlər ÇİLİ SENATINDA AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ RAYONUMUZDA OLUBLAR üçün şərhlər bağlıdır

    ciliciliÇili Senatında Azərbaycanla dostluq qrupunun nümayəndə heyətinin sədri İvan Moreyran və senator Xorxe Pişarro cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə görüşüblər. Görüşdə qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin problemləri, aprel ayı ərzində erməni işğalçılarının atəşkəsi pozması nəticəsində rayona dəyən ziyanı, dinc əhalinin həlak olması barədə ətraflı məlumat verilib.
    Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadıqları Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar.

    Teqlər: