Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Avq
    Xəbərlər “Yeni Tərtər”in 10 illik yubileyi üçün şərhlər bağlıdır

    DSC_737020 avqust 2015-ci ildə 7 illik fasilə-dən sonra rayon qəzetinin ilk nüsxəsinin çapdan çıxması təkcə redaksiya kollektivi üçün deyil, rayon sakinlərindən ötrü çox sevincli bir hadisəyə çevrildi. Bu münasibətlə yaxından-uzaqdan hamı bizi təbrik etdi, işimizdə uğurlar arzuladı. Həmin tarixdən 10 il ötüb. Bu günlərdə redaksiyamızda keçirilən yubiley tədbirində ötən illərə bir daha nəzər salındı, uğurlarımızdan və qarşıda duran vəzifələrdən danışıldı. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər İŞLƏR BAŞA ÇATMAQ ÜZRƏDİR üçün şərhlər bağlıdır

    DSC_7207“Tərtər– Bərdə” magistral yo-lunun sağ tərəfində kənd təsərrüfatı idarəsinin laboratoriya binasında işlər başa çatmaq üzrədir. Bina ikimərtəbəli olmaqla, sanitar qovşaqları ilə birlikdə 36 otaqdan ibarətdir. Üst örtüyü müasir mansard üsulu ilə vurulub.
    İş icraçısı Əflatun Əmrahov bildirdi ki, hazırda tikintidə 50 nəfər usta və fəhlə işləyir.

    “Yeni tərtər”

    Teqlər:

  • 18Avq
    Xəbərlər YENİ TRANSFORMATORLAR QURAŞDIRILIB üçün şərhlər bağlıdır

    DSC_7217Son vaxtlar “Azərişıq”- ASC-nin Tərtər Rayon Elektrik Şəbəkəsi tətərəfindən 10 ədəd istismar müddətini başa vurmuş köhnə transformator müasir tipli və daha güclü transformatorlarla əvəz olunub. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər DAM ÖRTÜKLƏRİ DƏYİŞDİRİLİB üçün şərhlər bağlıdır

    DSC_7242Şəhərimizin Ədalət Paşayev küçəsində 3 ədəd ikimərtəbəli, Heydər Əliyev prospektində 1 ədəd beşmərtəbəli yaşayış binalarının dam örtükləri əsaslı təmir olunub, müasir mansard üslubunda vurulub.
    Hal-hazırda binaların görkəmi göz oxşayır.

    Teqlər:

  • 18Avq
    Xəbərlər YENİ LAYİHƏNİN İCRASI DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    DSC_7227Tərtər şəhərinin və ətraf on bir kəndin içməli su və kanalizasiya sisteminin quraşdırılması layihəsi üzrə tikinti-quraşdırma işləri davam etdirilir. Nəzərdə tutulan su və kanalizasiya sisteminin hər birinin uzunluğu 110 kilometrdir. Bu möhtəşəm layihənin icrasına cari ilin iyun ayında başlanıb Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    DSC_7062Heydər Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşdiyi üçmərtəbəli inzibati binanın əsaslı təmir işləri davam etdirilir. Belə ki, binanın fasad hissəsi müasir memarlıq üslubunda üzlənib, ətrafı gecə işıqlanması ilə təchiz edilib, pəncərələr dəyişdirilib.
    Hazırda binanın daxilində əsaslı təmir işləri davam etdirilir.

    Teqlər:

  • 18Avq
    Xəbərlər QƏHRƏMANL ARIN ADLARI VERİLƏN KÜÇƏLƏRDƏ üçün şərhlər bağlıdır

     
    Изображение 236Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilmiş küçədə təmir-abadlıq işləri aparılıb, istinad divarları bəzək daşları ilə üzlənib, gecə işıqlanma sistemi quraşdırılıb, asfalt örtüyü salınıb və girişdə Vəzir Orucovun barelyefi qoyulub. Milli Qəhrəman Mübariz İbrahimovun və “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adları yeni verilmiş küçələrdə də onların barelyeflərinin quraşdırılması üçün hazırlıq işləri görülür.

    Teqlər:

  • 07Avq
    Xəbərlər GƏNC MÜƏLLİMLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    DSC_7128Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin təhsilinə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir. Eyni zamanda onların xalqımızın milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi hazırda qarşıda duran başlıca vəzifələrdən biridir. Bütün bunlar barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun gənc müəllimləri ilə görüşündə söhbət gedib. Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, baş referent Svetlana Əzizova və rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 07Avq
    Xəbərlər Rayonun daha 4 kəndinə mavi yanacaq verildi üçün şərhlər bağlıdır

    DSC_6976Rayonun Mamırlı, Poladlı, Kəngərli və Balakəngərli kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasimlər keçirilib. Mərasimlərdə kənd İƏD üzrə nümayəndələr kəndlərin sosial-iqtisadi vəziyyəti haqqında məlumat vermişlər.
    Sonda kənd ağsaqqalları, ziyalılar və digər sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə etmişlər. Daha ətraflı »

    Teqlər:

  • 07Avq
    Tərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov dövlət mükafatlarını təqdim edib üçün şərhlər bağlıdır

    DSC_68861Rayon icra hakimiyyəti başçısının ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağında cənab Müstəqim Məmmədov rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ramiz Mustafayevə, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdova dövlət mükafatlarını təqdim edib. Daha ətraflı »

    Teqlər: