Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Apr
    Digər Təbiət və biz üçün şərhlər bağlıdır

    YAŞAMAQ ÜÇÜN TƏBİƏTİ QORUMALIYIQ

    imagesAiləmiz Zeynəb Əhmədova küçəsində yaşayır. Buranı Axundov küçəsinin kiçik qolu da hesab etmək olar. Vaxtilə küçəmizdən üç arx keçirdi. İndi bunların ikisində su olmur. Yalnız Təley arxı gecə-gündüz öz gur, bərəkətli sularını məhsul əkib-becərən kənd əməkçilərinə çatdırmağa tələsir.
    Ermənilər sərsəngdən gələn suyun qarşısını kəsəndən, alternativ su mənbələri axtarmağa başlamışıq və indi rayonumuzda subarterian quyularının sayı gündən-günə çoxalır. Əlbəttə, bu, vəziyyətdən çıxış yoludur. Amma ağsaqqallar deyirlər ki, yerin təkindən çıxan su başlanğıcını uca dağlardan götürərək, minbir minerallarla zənginləşən suyun yerini heç zaman verməz. Ona görə də insanlar arx sularının qədrini daha çox bilməlidirlər. Bəs biz nə edirik? Əlimizə keçən zibili arxlara töküb bunları bərbad vəziyyətə salırıq.
    Hər səhər Təley arxının yanından keçib nəvəmi məktəbə aparıram. O da sualı-sual ardınca yağdırır: Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər Oxucu məktubları üçün şərhlər bağlıdır

    IMG_0024TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK

    Çox dəyərli “Yeni Tərtər” ailəsi!
    Aylarca cəhd göstərdiyim, məqamını gözlədiyim zaman yetişdi. Səmimi hislərimi sözə çevirib ağ kağız üzərində ürək çırpıntıları ilə qeyd etmək mənim üçün nə qədər xoşdur.
    İlk dəfə redaksiyaya gəlişimi heç unutmaram. Əslində bir üzrhaqlıq üçün gəldiyim görüşdə baş redaktor Tofiq Yusiflə söhbət zamanı əsl ziyalı, əsl ağsaqqal sözünün böyüklüyünü gördüm. İşimdə mənə köməklik edəcək məsləhətlər aldım və xoş təəssüratlarla ayrıldım.
    Elə həmin vaxtdan etibarən sevə-sevə mütaliə etdiyim “Yeni Tərtər” qəzetinin daimi və sadiq oxucusuna çevrildim. Bir oxucu olaraq onu deyə bilərəm ki, qəzetin hər yeni sayında təkcə Tərtərimizdə deyil, ümumən respublikamızda baş verən hadisələrin işıqlandırılması, rayonumuzun sosial-iqtisadi tərəqqisi, təhsil, səhiyyə, mədəniyyət sahələ-rindəki yeniliklərdən və s. bəhs edən yazılar təqdirəlayiqdir. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    новый-1SƏNƏTİNİ SEVƏN İNSAN

    İnsan həyatda elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi olsun, həm də sənəti ilə xalqına, cəmiyyətə xeyir verə bilsin.
    Belə peşə adamlarından biri də Səfərov Ziyəddin İdris oğludur. O, 1997-ci ildə orta məktəbi bitirdikdən sonra Gəncə Politexnik Texnikumunun Energetika fakültəsinə daxil olub. 1980-ci ildə texnikumu bitirdikdən sonra hərbi xidmətə gedib, xidmətini başa vurduqdan sonra öz ixtisası üzrə müxtəlif iş yerlərində çalışıb.
    1993-cü ildən Tərtər Elektrik Şəbəkəsində elektrik montyoru işləməyə başlayıb. İşgüzarlığı və məsuliyyətliliyi ilə seçilən Ziyəddin əmi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan apardığı düzgün siyasəti və Azərbaycanın uğurlu inkişafını görərək, 1995-ci ildən Yeni Azərbaycan Partiyasına daxil olub. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər BACARIQLI MAŞİNİST–EKSKAVATORÇU üçün şərhlər bağlıdır

    Изображение 104Ötən ilin iyun ayından başlayaraq rayonumuzda su və kanalizasiya sistemini quraşdıran TTŞ “İnşaat”ın işçiləri hər küçədə, hər evdə əziz qonağa çevriliblər. Qazıntı işləri şəhərin yollarında müvəqqəti çətinlik yaratsa da, hamı anlayır ki, layihə başa çatandan sonra bunlar unudulacaq, əvəzində isə tərtərlilər çoxdan həsrətində olduqları rahatlığa qovuşacaqlar. Qonaqpərvər sakinlər yayın istisində, qışın soyuğunda şirkətdə çalışanlara qayğıkeşliklə yanaşırlar.  Artıq şəhərdə kollektivin qabaqcıl işçilərini də yaxşı tanıyırlar. Bunlardan biri maşinist-ekskavatorçu Tofiq Qurbanovdur. Zəhmətkeş insanın üzərinə düşən vəzifə borcu xətlərin layihə üzrə tələb olunan dərinlikdə qazılması və əks doldurulmasıdır.
    Peşəsinin sirlərini ilk növbədə atası Yaqub Qurbanovdan öyrənən və 1978-ci ildə Tərtərdəki texniki peşə məktəbində sevdiyi ixtisas üzrə təhsil alaraq daha da püxtələşən Tofiq Qurbanovun ilk iş yeri Bərdə Su Meliorasiya İdarəsi olub. 2015-ci ildən isə TTŞ “İnşaat”da çalışır. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    05555Həyatımızın sevinci Mədinə balamız, bir yaşın mübarək olsun!
    Arzu edirik ki, bu qayğısız bir yaşın müdrik 100 yaşa çatsın. Doğmalarının duası, Allahın mərhəməti səni xoşbəxt balalarımızdan biri etsin. Üzündəki təbəssümün ömrünün bəzəyinə çevrilsin. Nəslimizin-kökümüzün xanım-xatın gözəllərindən olasan, əziz Mədinəmiz. Ən xoş arzularımız daim səninlədir, gül balamız. Səni xoşbəxt yaşa!
    Hörmətlə: Atan Bəxtiyar, anan Gülşən, babaların Surxay və Qəzənfər, nənələrin İradə və Tahirə, dayıların Anar və Heydər, bibilərin Fəridə və Nigar .

    Teqlər:

  • 05Apr
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    50DoFjaNOL8Hörmətli Tofiq müəllim!

    Bakıda yaşayan tərtərli ziyalılar adından sizi doğum gününüz münasibətilə səmimi təbrik edir, həyatda ən böyük nemət olan cansağlığı arzulayırıq.

    Ziyalının, şairin, jurnalistin həyatı daim xalqın gözü qarşısında olur və yazılmış kitabları, şeirləri, məqalələri ilə ölçülür. Bu baxımdan demək olar ki, siz zəngin bir ömür yaşamısınız. Arzu edirik ki, yeni-yeni yaradıcılıq uğurlarınız həyatınızın bu zənginliyini daha da artırsın. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Digər Kəlbəcərin işğalından 23 il ötdü üçün şərhlər bağlıdır

    ATAMIN ARZULARINI YERİNƏ YETİRƏ BİLMƏDİK…

    kelbecerAtam bu ilin yanvar ayında 82 yaşında dünyasını dəyişdi. Son zamanlar yaman kövrəlmişdi. Elimizdən-obamızdan, doğma ocağımızdan gətirdiyimiz ən qiymətli əşya olan sazını əlinə götürüb, nəvə-nəticələrinə ötən günlərin şirinliyindən danışırdı.
    O deyirdi:
    –Adamın 8 övladı, 23 nəvəsi ola, onlar da kii, arzusunu yerinə yetirə bilməyə.
    Bircə istəyi vardı: Öləndə Kəlbəcər torpağına qovuşmaq. Əfsuslar olsun ki, biz nə atamın, nə də minlərlə onun kimi kəlbəcərlinin arzusunu hələ ki, yerinə yetirə bilmirik.
    Yağı düşmən yurdumuzda at oynadır, yerüstü və yeraltı sərvətlərimizi talan edir, tarixi abidələrimizi dağıdır.
    Atam Qaçay Hüseynov Kəlbəcər rayonunun Laçın kəndində doğulmuşdu. Biz 8 övladın da vətəni həmin kənddir. Ancaq nəvə və nəticələr artıq Kəlbəcəri yalnız xatirələrimizdən tanıyırlar. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Digər IV QLOBAL BAKI FORUMU KEÇİRİLİB üçün şərhlər bağlıdır

    ilham əliyevAzərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu keçirilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
    Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldın açıb.
    Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
    Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İs-gəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində ke-çirilib.
    Dördüncü Qlobal Bakı Forumunda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib. İki gün davam edən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə edilib. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxil edilmişdir.

    Teqlər:

  • 18Mar
    Digər MEHRİBAN XANIM ƏLİYEVAYA MACARISTANIN ORDENİ TƏQDİM EDİLİB üçün şərhlər bağlıdır

    qlg504ih4q6p7146hbl4tmnv67mehriban1Macarıstanın Baş naziri Viktor Orba ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordenini təqdim edib.
    O, mərasimdə çıxış edib. Macarıstanın Baş naziri Viktor Orba bildirib ki, bu orden macar xalqını özündə təcəssüm etdirir və Macarıstan Prezidentinin qərarı ilə təqdim olunur. Yüksək mükafat macar xalqının Mehriban xanıma olan hörmət və ehtiramını ifadə edir.
    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Macarıstan dövlətinin yüksək mükafatı ilə təltif edildiyinə görə dərin təşəkkürünü bildirib. O deyib ki, Azərbaycan ilə Macarıstanı qarşılıqlı dəstək, hörmətə əsaslanan dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq bağlayır. Ölkələrimiz bir çox sahələrdə sıx əlaqələr qurub.
    Mən çox xoşbəxtəm ki, rəhbərlik etdiyim Heydər Əliyev Fondu ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə öz töhfəsini verir.

    Teqlər:

  • 10Mar
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    İrasim“Yeni Tərtər” qəzetinin kollektivi qəzetimizin yaxın dostu,texnika elmləri doktoru, professor Rasim Axundovu ad günü münasibəti ilə təbrik edir, ona cansağlığı, elmin tərəqqisində yeni-yeni uğurlar, ömrün müdrik çağında xoş ovqat və yüksək əhval-ruhiyyə arzulayır!

     

    Teqlər: