Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25İyl
    Digər Düşmən əlinə keçən nadir kitabxana üçün şərhlər bağlıdır

    Azərbaycanın görkəmli alimi, professor Nazim Axun-dovun uşaqlıq illəri bizim Tərtər rayonunda keçsə də, o, əslən şuşalı idi. Şuşanı həyatından çox sevirdi, ən böyük arzusu burada şəxsi ev tikdirib, zəngin kitabxana yaratmaq və elmi fəaliyyətlə məşğul olmaq idi. Daha ətraflı »

    Teqlər:

  • 25İyl
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    ghghAlın yazısı

    “Torpaq uğrunda ölən varsa vətəndir.”- deyimini tez-tez işlədirik. Bu da əbəs deyil.Vətən, torpaq uğrunda canlarından keçib, şəhidlik zirvəsinə ucalanlar xalqın yaddaşına əbədi həkk olunur. Belə insanların adları nəsil-dən-nəslə ötürülür, onlar xalq arasında böyük ehtiramla yad edilirlər. Şəhidlik zirvəsinə ucalan insanlardan biri də Qasımov Habil Yusif oğludur. Daha ətraflı »

    Teqlər:

  • 25İyl
    Milli-mənəvi dəyərlər Qarabağ folklor nümunələri üçün şərhlər bağlıdır

    2816Qarabağ folklor nümunələri haqqında yazmaq üçün, əvvəlcə onun əhatə etdiyi sahələri bilməliyik, yəni Qarabağın xəritəsinə nəzər salırıq. Bu xəritəni İbrahim xanın vəziri olmuş Mirzə Camal Cavanşir “Qara-bağ tarixi” əsərində vermişdir!
    Cənubdan Xudafərindən, Sınıq körpüyə qədər, Şərq-dən Kür çayının suqovu-şanına, şimaldan Gəncənin sərhəddi Kürə qədər, Qərb tərəfdən uca Qarabağ dağ-larına qədər əhatə edir. Dağlar diyarı Şuşa xalqı-mızın əzəli-əbədi məskənidir. Daha ətraflı »

    Teqlər:

  • 25İyl
    Digər Tarixi abidələrimiz və erməni vandalizmi üçün şərhlər bağlıdır

    загруженноеErmənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında”abide5Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
    İşğal edilmiş ərazilərdə hərbi təcavüz zamanı 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən artıq arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır.
    Daha ətraflı »

    Teqlər:

  • 25İyl
    Digər Şuşa-Qarabağın tacı üçün şərhlər bağlıdır

    Shusha-qala-girish8 may 1992–ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.
    Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılmışdır. Şuşanın işğalı nəticəsində 195 günahsız vətəndaş qətlə yetiri-lib, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurd–yuvalarından didərgin düşüb. Əsir götürülmüş 58 soydaşımızın taleyi barədə bu günə gədər heç bir məlumat yoxdur. Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Digər Yardım və güzəştlər gücləndirilir. üçün şərhlər bağlıdır

    “Kənd təsərrüfat ili” çərçivəsində ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən yardım və güzəştlərin gücləndirilməsi, kənd təsərrüfatı sahəsində potensialın möhkəmləndirilməsi, kənd təsərrüfatı sahəsinin elmi təminatının və bu sahədə kadrların hazırlanmasının yaxşılaşdırılması, infrastrukturun gücləndirilməsi və elektron kənd təsərrüfatının yaradılması, təbliğat və təşviqat işinin təşkili nəzərdə tutulmuşdur.
    Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında”, “Bitki-çiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və digər mühüm sərəncamlar məhz bu vəzifələrin icrasına yönəlmişdir.
    Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün yekunlarına həsr olun-muş yığıncağında möhtərəm Pre-zident İlham Əliyev qarşıya belə bir vəzifə qoymuşdur ki, “Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsula qədər”.
    Ərzaq təhlükəsizliyinin təmin olunması məsələsi rayonumuz üçün də çox aktualdır. Dövlətimizin daimi qayğısını və dəstəyini hiss edən kənd əməkçiləri bu işdə yaxından iştirak edir, keyfiyyətli ərzaq məhsulları istehsalını günü-gündən artırmağa səy göstərirlər.

    Teqlər:

  • 15İyl
    Digər Nar əkinlərinin mövcud vəziyyəti və bu bitkinin əhəmiyyəti. üçün şərhlər bağlıdır

    goycayda hektarlarla nar bagiNarın elmi adı “punika qranatumdur”. “Punika”-tünd qırmızı, “qranatus” isə dənə deməkdir. Nar bitkisi subtropik bitki olmaqla, 20 dərəcə şaxtaya tab gətirə bilir. Quraqlığa davamlı bitkidir, lakin yaxşı boy və məhsul verməsi üçün nar rütubətə tələb göstərir. Torpağa az tələbkar olmaqla müxtəlif mexaniki tərkibə malik torpaqlarda becərilə bilər. Yüksək məhsuldar və gəlirli bitkidir. Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Kənd təsərrüfatı 2015-ci il ” kənd təsərrüfatı ili”dir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci il Azərbaycan Res-publikasında “Kənd təsərrüfatı ili” elan edilsin.
                                                                                                           Azərbaycan Respublikasının Prezidenti
                                                                            İhaml Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamından

    Aqrar sahənin mühüm istiqaməti

    _510Racer_32inchestall_6_20_03Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “ Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunmuşdur. Həmin tədbirlər planına əsasən ölkədə heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə də bir sıra işlərin görülməsi nəzərdə tutulur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” ASC-yə tapşırılmışdır ki, cins heyvanların lizinq yolu ilə satışının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlasınlar. Həmçinin iri fermer təsərrüfatlarının yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.
    Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Digər Mətbuat fədailəri üçün şərhlər bağlıdır

    “Zəhmətsiz keçən ömrə ömür söyləməyiblər” 

    qqqqqqqRayonumuzun ziyalısı–həm rəhbər işçilər, həm sadə zəhmətkeşlər arasında böyük nüfuza malik bir şəxsiyyət haqqında yazmaq istəyirdim. Hərçənd onun heç bir təqdimata ehtiyacı yoxdur.
    Milli mətbuatımızın 140 illik yubileyi bu istəyimin həyata keçməsinə və həmin ziy­­alı ilə söhbətimə rəvac verdi. Yubileylə bağlı kimdən yazmaq istədiyimi qəzetimizin baş redaktoru Tofiq Yusifə bildirəndə tərəddüd etmədən onun adını çəkdi. Bu insan bir ağsaqqal, savadlı və dünyagörüşlü, təcrübəli jurnalist, şair, nümunəvi ailə başçısı, həm də qayğıkeş ata Qədir Allahverdiyevdir.
    … Və mən SSRİ Jurnalistlər İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Şərəf nişanı” ordenli, bir çox medallarla təltif olunmuş Qədir Allahverdiyevlə görüşüb, ondan müsahibə aldım. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər GENDER BƏRABƏRLİYİ üçün şərhlər bağlıdır

    1384374370_1384289580_gender_epenrgoshqualityAzərbaycanda sosial müdafiə sisteminin ən önəmli istiqamətlərindən biri də ailə, qadın və uşaq problemləridir.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra dövlətimizin «Sağlam ailə» siyasəti formalaşdı. Eyni zamanda, «Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» Heydər Əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı gender siyasətinin təbliğinə, qadınların içtimai və siyasi həyatda fəal iştirakına, qaçqın və məcburi köçkün qadınların məşğulluğuna nə qədər önəm verdiyini bir daha təsdiq etdi. Bunun məntiqi davamı olaraq 10 oktyabr 2006-ci ildə «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edildi. Daha ətraflı »

    Teqlər: