Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Apr
    Xəbərlər APREL ŞƏHİDİ NİCAT İSGƏNDƏROVUN XATİRƏSİ ƏZİZ TUTULUR üçün şərhlər bağlıdır

    2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş həmyerlimiz Nicat İsgəndərov şəhidlik zirvəsinə ucalmışdır. Bu münasibətlə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, keçmiş döyüşçülər, təhsil aldığı məktəbin kollektivi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
    Məktəblilər tərəfindən dövlət himni səslənib, vətənə, dövlətə, şəhidlərimizə həsr olunmuş şeirlər söylənib.
    Sonra nümayəndələr şəhidin evində olub, ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında şəhidlə bağlı xatirələrini bölüşüblər. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər ƏSGƏRLƏRİN TƏRTƏR RAYONUNA EKSKURSİYASI üçün şərhlər bağlıdır

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib. Bu münasibətlə “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “N” saylı hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib.
    Əvvəlcə əsgərlər Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra tarix-diyarşünaslıq muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki Daha ətraflı »

  • 10Apr
    Xəbərlər ŞƏHİDLƏRİN ŞƏRƏFİNƏ AKSİYA üçün şərhlər bağlıdır

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağacəkmə aksiyası keçirilib. Bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər XEYRİYYƏ TƏDBİRİ üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Tərtər rayonunda uşaqlar üçün xeyriyyə tədbiri keçirib. Aksiya Bakı Britaniya Məktəbini təmsil edən, xüsusi dəvət olunmuş qonaq Filip Roşun iştirakı ilə təşkil edilib. Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, vitse-prezident Ramil Əzizov, prezidentin köməkçisi, politoloq Anastasiya Lavrina və layihə koordinatoru Çingiz Rəhmanov iştirak ediblər. Tədbirə həmçinin, Tərtər Rayonu İcra Hakimiyyətinin nümayəndəsi və müxtəlif məktəblərdən müəllimlər də qatılıb. Həsənqaya kəndini ziyarət etdikdən və yerli sakinlərlə görüşlərdən sonra iştirakçılar BAMF-ın Tərtərdə yerləşən Peşə Təlim Mərkəzinə toplanıblar.
    Tədbirdə müxtəlif yaş qruplarından olan 100 uşaq iştirak edib. Onların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən Şıxarx və Həsənqaya kəndlərindən olan qaçqın və məcburi köçkün uşaqlarıdır.
    BAMF-ın prezidenti Umud Mirzəyev tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb. O, uşaqların təhsilinin inkişafını yaxşılaşdırmaq məqsədi ilə keçirilən tədbirin və Bakı Britaniya məktəbi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Daha ətraflı »

  • 29Mar
    Xəbərlər Novruz şənlikləri üçün şərhlər bağlıdır

    MƏCBURİ KÖÇKÜN ŞƏHƏRCİYİNDƏ

    Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə Novruz şənliyi keçirilib.
    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Muğam Mərkəzinin, Tərtər və Ağdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə Şıxarxda-vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi olan qəsəbədə təntənəli Novruz şənliyi keçirilib.
    Bayram tədbirləri rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin “Marağa-150” abidəsinə baş çəkməsi ilə başlayıb. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Mahir Abbaszadə iştirak edib. Daha ətraflı »

  • 29Mar
    Xəbərlər HƏRBİ HİSSƏLƏRDƏ üçün şərhlər bağlıdır

    Millət vəkili Qənirə Paşayeva, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Təranə Məmmədova və Bakı şəhərindən gəlmiş nümayəndələr Novruz bayramı münasibətilə Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüblər.
    Öncə “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli çıxış edərək əsgərləri Novruz Bayramı münasibətilə təbrik edib.
    Millət vəkili Qənirə Paşayeva əsgər və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Daha ətraflı »

  • 29Mar
    Xəbərlər “AÇIQ QAPI GÜNÜ” üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə “Açıq qapı günü” keçirilib.
    Nümayəndələr xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar. Daha ətraflı »

  • 29Mar
    Xəbərlər MƏKTƏBLİLƏRİN EKSKURSİYASI üçün şərhlər bağlıdır

    Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar.
    Aksiya çərçivəsində məktəblilər Qəbələ, Şəki, Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında ətraflı məlumat verilib. Regionun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğurub. Daha ətraflı »

  • 29Mar
    Xəbərlər YEM EMALI ZAVODU İSTİFADƏYƏ VERİLİB üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Azadqaraqoyunlu kəndində Azərbaycan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verildi.
    Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli özünüidarəetmə orqanlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər. Daha ətraflı »

  • 19Mar
    Xəbərlər ŞƏHİD ZÜLFÜQAR QASIMOVUN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid Zülfüqar Qasımovun 25 illik anım gününə həsr olunmuş tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzərək, onların xatirəsini ehtiramla yad ediblər. Daha ətraflı »