Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Mar
    Xəbərlər Tərtər rayonunun 85 illiyi üçün şərhlər bağlıdır

    CANLI MÜZAKİRƏ

    Rayonun Tarix-Diyarşünas-lıq muzeyində Tərtər rayonunun yaradılmasının 85 illiyi münasibəti ilə tarix müəllimlərinin iştirak etdiyi “Dəyirmi masa” keçirildi.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Şahbazi açdı.
    Sonra Tərtər rayonu haqqında rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev və şuranın üzvü Rauf Həsənzadə geniş məlumat verdilər.
    Tədbir diskusya şəklində keçirildi. Yığıncaqda Ümumtəhsil məktəblərinin tarix müəllimləri ayrı-ayrılıqda öz fikirlərini bil-dirdilər. Tərtərin tarixindən ətraflı söz açdılar.

    “Yeni Tərtər”

  • 19Mar
    Xəbərlər QADINLAR BAYRAMI üçün şərhlər bağlıdır

    8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Tərtər rayonunda bayram tədbiri keçirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib. Daha ətraflı »

  • 19Mar
    Xəbərlər ZƏRƏRLİ VƏRDİŞLƏR CƏMİYYƏTİMİZ ÜÇÜN TƏHLÜKƏLİDİR üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmin təhlükələri” mövzularında maarifləndirici tədbirlər keçirilib.
    Tədbirdə əvvəlcə rayon polis şöbəsinin rəisi Elçin Qasımov məruzə ilə çıxış edərək, “əsrin bəlası” olan narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından danışıb.
    Sonra Elçin Qasımov son dövrlərdə din pərdəsi arxasında gizlənib, cəmiyyəti məhvə sürükləmək istəyən ünsürlərə qarşı rayonda qabaqlayıcı tədbirlərin görüldüyünü diqqətə çatdırıb, erkən nikahın yaratdığı problemlər barədə məlumat verib. Daha ətraflı »

  • 19Mar
    Xəbərlər HƏRBÇİLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə Novruz bayramı münasibətilə cəbhə xəttində yerləşən “N” saylı hərbi hissənin zabit və əsgərləri ilə görüşüb.
    Əvvəlcə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitlərə qarşıdan gələn Novruz bayramı münasibəti ilə arzularını bildirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə qüdrətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edəcəyi imkanı ifadə edib.
    Əsgərlər qarşısında çıxış edən birliyin sədri Sevinc Əzimbəyli qəhrəman hərbçiləri təbrik edib. Vətənin keşiyində duran bütün cəsur zabit və əsgərlərimizin hünərindən danışıb.

    “Yeni Tərtər”

  • 19Mar
    Xəbərlər BİR DƏ TANIYAQ üçün şərhlər bağlıdır

    Hələ səksəninci illərin ortalarında almanaxlardan, mətbuat səhifələrindən bir sıra gənc yazarların imzaları bizlərə tanış idi. Bu imzalar içində mənim diqqətimi çəkən, mənimçün seçilən bir imza da var idi–Ramiz Qusarçaylı imzası.
    Ramiz Qusarçaylını başqalarından fərqləndirən cəhət onun sözə cəsarətli yanaşmasıdır. Odur ki, əlçatmaz ucalıqlardan gələn müqəddəs söz də ona asanlıqla ram olur. Yəni, sözə toxunmaq izni Qusarçaylıya uca Tanrıdan verilir. Mən çəkinmədən Ramiz Qusarçaylıya “Haqq şair”i, qüdrətli İlahinin bizə bəxş elədiyi ziyalı şəxsiyyət deyərdim. Dünyada yaşayan başqa xalqların da şairləri var, ancaq Ramiz Qusarçaylıları yoxdur. Qusarçaylı özünə inamın, iradənin və istedadın vəhdəti sayəsində poeziyamızın etibarlı sütununa çevrilə bilmişdir. Təbii ki, bu mərtəbə böyük şairlərə xasdır. Ramiz Qusarçaylı ilə həmyaş olduğum üçün yuxarıda qeyd etdiyim illərdə mən də gənc idim. O zamanlar şairlərlə görüşmək, şəxsən tanış olmaq mənim üçün əlçatmaz arzulardan idi. Nəhayət 26 mart 2013-cü il şairimiz Ramiz Qusarçaylı ilə görüşmək mənə nəsib oldu. Daha ətraflı »

  • 07Mar
    Xəbərlər XOCALI FAC İƏSİ TƏRTƏRLİLƏRİN DƏ FACİƏSİDİR üçün şərhlər bağlıdır

    Rayonun “Yeni Tərtər” qəzetində bu faciə ilə bağlı vaxtaşırı yazılar və fotoşəkillər dərc olunub.
    Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində ümumrayon yürüşü keçirilib. Minlərlə sakinin iştirak etdiyi yürüş “Şəhidlər abidəsi” nədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, “N” saylı hərbi hissənin əsgər və zabitləri abidə önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həlak olanların ruhuna dualar oxunub. Daha ətraflı »

  • 07Mar
    Xəbərlər SOYQIRIMIN DƏHŞƏTLƏRİNDƏN DANIŞILIB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə hazırlanmış Tədbirlər Planına uyğun olaraq YAP rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
    Tədbirdə əvvəlcə Xocalı faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Daha ətraflı »

  • 07Mar
    Xəbərlər YADDAQALAN GÜN üçün şərhlər bağlıdır

    Bu günlərdə Dəmirçilər kənd mədəniyyət evinin və Ağkənd kənd kitabxanasının işçiləri “Xocalı soyqırımı”nın 27-ci il ildönümü münasibəti ilə geniş tədbir keçirmişlər.
    Tədbiri giriş sözü ilə mədəniyyət evinin direktoru Ləman Bəylərova açdı. “Xocalı soyqırımı” şəhidlərinin və ümumiyyətlə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə “Xocalı soyqırımı”nın törədilməsi və erməni vandalizmi haqqında mədəniyyət evinin təşkilatçı metodisti Gültəkin Hüseynova məruzə etdi. Daha ətraflı »

  • 27Fev
    Xəbərlər “ANA DİLİ MİLLİ VARLIĞIMDIR üçün şərhlər bağlıdır

    Şəhər 6 saylı tam orta məktəbdə “Ana dili milli varlığımdır” mövzusuna həsr olunmuş tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Zülfiyyə Abdullayeva açıb.
    Dövlət himni səsləndirilib.
    Məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyeva mövzu ilə bağlı geniş məruzə edib. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər “ZƏRƏRLİ VƏRDİŞLƏRLƏ MÜBARİZƏDƏ MƏNƏVİ DƏYƏRLƏRİN ROLU” üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı çərçivəsində maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlim Qəni, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov iştirak ediblər.

    “Yeni Tərtər”

    Teqlər: