Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt
    Xəbərlər NƏRD YARIŞI üçün şərhlər bağlıdır

    “Beynəlxalq Ahıllar Günü” münasibətilə Gənclər Mərkəzində ahıllar arasında nərd üzrə rayon birinciliyi keçirilib.
    Yarışdan əvvəl Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək iştirakçıları və onların timsalında rayonumuzun bütün ahıl sakinlərini bayram günü münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə bu təbəqədən olan insanlara göstərdikləri qayğıdan danışıb. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Xəbərlər ASFALT SALINIR üçün şərhlər bağlıdır

    Tərtər şəhərinin Nizami küçəsindəki çoxmənzilli yaşayış binalarının həyətlərinə asfalt salınır. Bu işi rayonun 42 saylı Yol İstismarı İdarəsinin kollektivi görür. İdarənin rəhbəri Ramil Bayramov işlərin keyfiyyətlə aparılmasına xüsusi nəzarət edir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Okt
    Xəbərlər MÜƏLLİM GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Tərtərdə Müəllim Günü yüksək əhval-ruhiyyə ilə qeyd olundu. Bu münasibətlə keçirilən bayram tədbirinin istirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək, onun şə-hərin Mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzdülər. Sonra tədbir Mədəniy-yət Mərkəzində davam etdirildi.
    Yığıncağı rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açdı. Təhsilin inkişafına həsr olunmuş məruzə ilə çıxış edən Surxay Mirzəyev bildirdi ki, bu sahədə qazanılan bütün uğurların əsasında Prezident İlham Əliyevin apardığı düşünülmüş xarici və daxili siyasət dayanır. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Xəbərlər PROKURORLUQ ORQANLARININ 100 İLLİYİ VƏ PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır


    Tərtərdə prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirildi.
    Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Tədbir sonra Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatında davam etdirildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Xəbərlər SEMİNAR–MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Bu günlərdə Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat İdarəsinin və Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtərdə “Fövqəladə Hallar Nazirliyinin qurumları ilə Tərtər rayon yerli icra və özünü idarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə FHN Qarabağ Regional Mərkəzi ilə regionda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin, Qarabağ Regional Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərliyi və əməkdaşları, eləcə də Tərtər rayon İcra Hakimiyyətinin məsul şəxsləri, yerli icra və özünü-idarəetmə orqanları, eləcə də rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Okt
    Xəbərlər ƏMƏK YARMARKASI üçün şərhlər bağlıdır

    Tərtər rayon Məşğulluq Mərkəzi şəhər 1 saylı orta məktəbin akt zalında “Əmək yarmarkası” keçirib. Əmək yarmarkasında idarə, müəssisə, təşkilat rəhbərləri, rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə 250 nəfər iştirak edib.
    “Əmək yarmarkası”na rayon ərazisində fəaliyyət göstərən 29 idarə, müəssisə və təşkilatdan 165 boş iş yeri çıxarılıb. Həmin boş iş yerlərindən 77-si fəhlə, 88-i qulluqçu kateqo-riyasına daxil olan iş yerləri olub. Yarmarkada 54 nəfərə işə göndəriş verilib. İşə göndəriş verilənlərdən 5 nəfərini sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar, yəni kvota yerləri, 20 nəfərini isə müvəqqəti xarakterlilər təşkil edib. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Xəbərlər AZƏRBAYCAN PARLAMENTİNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ İCLAS KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi. Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyev milli parlamentimizin bir əsrlik yubileyinə toplaşmış 44 xarici ölkənin nümayəndə heyətini, 10-a yaxın beynəlxalq təşkilatın və ölkəmizdəki diplomatik korpusların təmsilçilərini salamladı. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Xəbərlər “CÜMHURİYYƏT TARİXİMİZ, QÜRURUMUZDUR” üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “Cümhuriyyət tariximiz, qürurumuzdur” mövzusunda tədbir keçirilib.Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxıb. Xalq Cümhuriyyəti hökuməti çətin tarixi şəraitdə üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirib. Diqqətə çatdırılıb ki, 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin başa çatdıra bilmədiyi ideyaları 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş müasir Azərbaycan Respublikası gerçəkləşdirdi. Azərbaycan Respublikası hazırda Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur.
    Tədbirin sonunda “ARB Aran” studiyasının istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filimi nümayiş olunub.

    “Yeni Tərtər”

    Teqlər:

  • 28Sen
    Xəbərlər “MUSİQİMİZ–MİLLİ RUHUMUZ” üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Musiqi Günü münasibəti ilə “Musiqimiz –milli ruhumuz” mövzusunda tədbir keçirilib. Tədbiri şəhər uşaq musiqi məktəbinin direktoru Mahir Qədimov açaraq, rayonun istedadlı gəncləri barədə məlumat verib.
    Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət dövrü musiqisi” mövzusunda mühazirəsi dinlənilib. Fondun baş məsləhətçisi Nüşabə Hüseynova da çıxış edərək, Bilik Fondunun maarifləndirici layihələrindən söz açıb, “Mədəni maarifləndirmə” proqramı əsasında görülən işlər barədə məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Xəbərlər “HEYDƏR PARKI”nın GÖRKƏMİ DƏYİŞİB üçün şərhlər bağlıdır

    Tərtərlilərin sevimli istirahət guşəsi olan “Heydər Parkı”nda yenidənqurma, təmir və bərpa işləri aparılıb. Belə ki, burada 5 min kv.m sahənin köhnə döşənmə daş örtüyü yenisi ilə əvəz olunub, 1400 m məsafədə səki daşları düzülüb. Həmçinin parkın yaşıllıq zolaqları təzələnib. İndi çoxillik ağacların ətrafındakı yaşıl örtük öz gözəlliyi ilə göz oxşayır.
    Sakinlərin istirahətinin nümunəvi təşkili məqsədilə buradakı köhnəlmiş oturacaqlar yeniləri ilə əvəz olunub, hovuzlar təmizlənib və təmir edilib. Yeni işıqlandırma sistemi axşamlar bu məkanı da-ha da füsunkar edir. Daha ətraflı »

    Teqlər: