Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Fev
    Xəbərlər GƏNCLƏR GÜNÜ üçün şərhlər bağlıdır

    DSC_9455 (Копировать)DSC_9395 (Копировать)Rayonda Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
    Tədbirin davamı rayon Mədəniyyət Mərkəzində olub.
    Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq, gəncləri bayram münasibəti ilə təbrik edib. Sonra dövlətimiz tərəfindən gənclərimizə göstərilən qayğıdan ətraflı bəhs olunub, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayon gənclərinin sosial-iqtisadi inkişafda tutduqları fəal mövqedən geniş söhbət açılıb. Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Xəbərlər TƏRTƏRLİLƏR BİR HÜZNLÜ GÜNÜ YAŞADILAR üçün şərhlər bağlıdır

    DSC_8448 (Копировать)DSC_8495 (Копировать)Tərtər rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir Şəhidlərin abidəsi önündən başlandı. Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu. Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular.
    Tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Xəbərlər İnzibati ərazi dairələrində hesabat yığıncaqları üçün şərhlər bağlıdır

    ŞƏHƏRİN İQTİSADİYYATI MÖHKƏMLƏNİB

    DSC_8790 (Копировать)DSC_8752 (Копировать)Rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat yığıncağı keçirildi.
    Tədbirdə şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov məruzə ilə çıxış etdi. Göstərdi ki, ötən ilin yekunları Tərtər şəhəri üçün də uğurlu olmuşdur.
    Həyata keçirilən məqsəd-yönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da güclənmiş, əhalinin ya-şayış səviyyəsi yüksəlmiş, tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır.
    Sevindirci haldır ki, ölkə Prezidenti İlham Əliyev ötən il Tərtərdə olmuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Sahib Hə-sənov bildirdi ki, son illər görülən məqsədyönlü tədbirlər nəticəsində şəhərdə qaz, su, elektrik enerjisi sahəsində heç bir problem qalmayıb. 2017-ci ildə şəhərdə daha 2 ədəd transformator yenisi ilə əvəz edilib.
    İcra nümayəndəliyi şəhərin təmizliyinin təmin edilməsi, yaşıllıqların genişləndirilməsi və qorunub mühafizə edilməsi üçün ardıcıl tədbirlər görmüşdür. Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Xəbərlər NÜMAYƏNDƏ HESABAT VERDİ üçün şərhlər bağlıdır

    DSC_8673 (Копировать) (Копировать)Seydimli kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
    Tədbiri giriş sözü ilə açan Seydimli kənd İƏD üzrə nümayəndə Nərmin Vəliyeva məruzə etdi.
    Məruzəçi görülən işlərlə yanaşı, kənddə olan problemlərdən də danışdı. Göstərdi ki, kənddə elektrik xətlərinin və dirəklərinin yenisi ilə əvəz olunmasına, suvarma üçün 2 ədəd subartezian quyusunun qazılmasına, kəndarası yolların təmirinə ehtiyac var.
    Məruzə ətrafında bələdiyyə sədri Mədinə İmanova, tam orta məktəbin direktoru Nurəddin İbrahimov, körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova, kənd ağsaqqalı Sayəddin Musayev və həkim məntəqəsinin müdiri Məlahət Hüseynova çıxış etdilər.
    Seydimli kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağında iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafından, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən danışdı, ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Yan
    Xəbərlər GÖRÜLƏN İŞLƏR QƏNAƏTBƏXŞDİR üçün şərhlər bağlıdır

    DSC_8115 (Копировать) (Копировать)sarovBu günlərdə Sarov kənd İƏD-də ötən il görülən işlərə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbiri Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov açdı. Bildirdi ki, Sarov kənd İƏD Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərini əhatə edir. Ərazidə 99 nəfəri birləşdirən 32 qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb.
    Sonra məruzəçi görülən işlərdən və mövcud nöqsanlardan ətraflı bəhs etdi.
    Hesabat yığıncağında kənd bələdiyyəsinin sədri Yusif Paşayev, Sarov kənd sakinləri Mənsim Allahverdiyev, Səkinə Kərimova, kənd tam orta məktəbinin direktoru Rüfət İsmayılov, Rəcəbli kənd əsas məktəbinin direktoru Mayıl Asla-nov, Sarov kənd həkim məntəqəsinin müdüri Zoya Muradova çıxışlarında işdə yol verilmiş nöqsanlara toxundular.
    Sarov İƏD üzrə nümayəndəliyin illik hesabatında rayon icra hakimiyyətinin birinci müavini Ramiz Şabanov iştirak etmiş, qeyd olunan nöqsanların tezliklə aradan qaldırılması barədə tapşırıqlar vermişdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Yan
    Xəbərlər ORDUDAN TƏXRİS OLUNAN GƏNCLƏRİN QARŞILANMA MƏRASİMİ üçün şərhlər bağlıdır

    DSC_8321 (Копировать)ordudanHeydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə hərbi xidmətdən tərxis olmuş gənclərin qarşılanma mərasimini keçirmişdir.
    Əvvəlcə gənclər Ulu Öndərin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Tədbir “Dəyirmi masa” arxasında davam etdirilmişdir.
    Mərasimi giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi İslam Məmmədov açaraq ordu quruculuğunda görülən işlərdən danışmış, bildirmişdir ki, Azərbaycan Ordusunun güclü mad-di-texniki bazası, şəxsi heyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır. Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Xəbərlər Xalqın qanı ilə yazılmış tarix üçün şərhlər bağlıdır

    TƏLATÜMLÜ ZAMANIN QANLI BİR GECƏSİ

    DSC_8181 (Копировать)DSC_8190Tərtər rayon Tarix-diyarşünaslıq muzeyində Ümum-xalq Hüzn Günü–20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirə şəhər 2 saylı məktəb-liseyin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri və Yeni Tərtər” qəzetinin əməkdaşları dəvət olunmuşdular.
    Toplantını giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açdı. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Sonra söz muzeyin elmi işçisi Xuraman Məmmədovaya verildi. O, mövzu ilə bağlı məruzə ilə çıxış etdi. Göstərdi ki, 1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyi-nə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş bir qırğın planı hazırlayıb həyata keçirdilər.
    Məruzədən sonra şəhər 2 saylı məktəb-liseyin şagirdlərinin ifasında 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya dinlənildi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Yan
    Xəbərlər REDAKSİYADA ŞƏHİDLƏRİN XATİRƏSİ ANILDI üçün şərhlər bağlıdır

    DSC_6906 (Копировать)Bu münasibətlə keçirilən tədbiri qəzetimizin baş redaktoru Tofiq Yusif açdı. O bildirdi ki, 1990-cı ilin 20 Yanvar günündə Bakıda törədilən dəhşətli qırğın tariximizin heç zaman unudulmayan səhifələrindən biridir. Ancaq bu hadisələrə yalnız faciə kimi yanaşmaq lazım deyil. Çünki məhz həmin günlərdə əliyalın xalq öz vətəninin azadlığının qorunması naminə qurbanlar verərərk, saxta Qarbaçov rejiminə öz etirazını bildirdi.
    Yığıncaqda redaksiya əməkdaşlarından Əvəz Nəsirov, Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva çıxış edərək, 20 Yanvar hadisələri barədə danışmışlar. Qeyd olunmuşdur ki, ölməzlik, qəhrəmanlıq simvoluna çevrilmiş şəhidlər xalqımız tərəfindən daim ehtiramla yad edilirlər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Yan
    Xəbərlər XALQIN QƏLBİNDƏ İFTİXARA DÖNƏN ŞƏHİDLƏR üçün şərhlər bağlıdır

    DSC_7630 (Копировать)xalqinTərtər Gənclər İnkişaf Mərkəzində 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbiri mərkəzin direktoru Ülviyyə Qəmbərova açdı. Qeyd etdi ki, bugünkü müstəqilliyimiz, azadlığımız qurbanlar hesabına qazanılıb. Yanvar şəhidləri də azadlıq fədailəri kimi daim qədirbilən xalqın qəlbində yaşayacaqlar.
    Sonra Nuranə Mahmudova, Aynur Eyyubova, İlhamə Quliyeva çıxış edərək o qarlı-şaxtalı yanvar günün-də xalqımızın başına gətirilən müsibətlərdən danışdılar.
    Dərnək üzvlərinin ifasında 20 Yanvara həsr olunmuş şeir və kompozisiyalar dinlənildi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Yan
    Xəbərlər TARİX UNUDULMUR üçün şərhlər bağlıdır

    DSC_0956Heydər Əliyev Mərkəzində rayondakı mədəniyyət müəssisələri işçilərinin və şəhər 5 saylı tam orta məktəbi şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Tarix unudulmur” adlı tədbir keçirilib.
    Əvvəlcə elektron kitabxananın hazırladığı kitab sərgisinə baxış olub. Sonra tədbir “Dəyirmi masa” ətrafında davam etdirilib. Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova Qanlı Yanvar faciəsindən, onun baş vermə səbəblərindən danışıb. Qeyd edib ki, 20 Yanvar təkcə matəm günü deyil, həm də azadlıq salnaməmizin başlanğıcıdır.
    Tədbirdə məktəblilərin ifasında 20 Yanvara həsr olunmuş şeir və kompozisiyalar səsləndirilib.

    Sevda MƏMMƏDOVA,
    şəhər 5 saylı tam orta
    məktəbin müəllimi

    Teqlər: