Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21İyn
    Xəbərlər HEYDƏR ƏLİYEV FONDUNUN NÜMAYƏNDƏLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    952bd1afb5e27e09b2b247e3a817f1e8Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) Yuxarı Qarabağ regional mərkəzi yaradılıb. Regional Mərkəzin Tərtərdə keçirilən iclasında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ictimai birliyin yaranma zərurəti və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yaradılan və 2016-cı ilin mart ayından fəaliyyətə başlayan Regional İnkişaf İctimai Birliyi ölkənin sosial-iqtisadi və mədəni inkişafına dəstək verən layihələr həyata keçirir.
    Ötən müddət ərzində görülən işlər barədə məlumat verən ictimai birliyin sədri Məhəmməd Abdullayev bildirib ki, təşkilatın Yuxarı Qarabağ regionu üzrə fəaliyyəti Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını əhatə edəcək, RİİB nümayəndələri isə Tərtər şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcəklər. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Xəbərlər SU TƏSƏRRÜFATI VƏ MELİORASİYA İŞÇİLƏRİ GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    DSC_2123 (Копировать)(1)m2Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular.
    Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirildi. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik etdi.
    Tədbirdə çıxış edən Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Su-Kanal İdarəsinin rəisi Elnur Abbasov dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan danışdılar.
    Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.

    “Yeni Tərtər”

    Teqlər:

  • 21İyn
    Xəbərlər YENİ SUBARTEZİAN QUYULARI İSTİFADƏYƏ VERİLDİ üçün şərhlər bağlıdır

    artezyanИзображение 195Qurtuluş günü ərəfəsində cəbhə bölgəsi olan Tərtər rayonunda Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığı İlə qazılmış 15 ədəd subartezian quyusu kənd əməkçilərinin istifadəsinə verilir.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki son iki ildə rayon üzrə 31 ədəd subartezian quyusu istifadəyə verilib. Bu gün isə bayram ərəfəsində möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə Sarıcalı kəndində 2 ədəd, Kəngərli, Xoruzlu, Kəbirli, Mamırlı, Köçərli, Azadqaraqoyunlu, İlxıçılar, Qapanlı, Qarağacı, Əskipara, Seydimli, Qaynaq, Qazyan kəndlərinin hər birində 1 ədəd olmaqla, ümumilikdə 15 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilir. Bu subartezian quyularının vasitəsi ilə 700 hektar əkin sahəsi suvarılacaq. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Xəbərlər GƏNCLƏRİN MİLLİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ ƏSAS ŞƏRTDİR üçün şərhlər bağlıdır

    Изображение 081veten“Gənclərin milli vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov açdı.
    Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının sədri, ehtiyatda olan polis polkovniki Fərhad Süleymanov “Gənclərin milli vətənpərvərlik tərbiyəsi” mövzusunda məruzə ilə çıxış etdi.
    Mövzu ilə bağlı Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Suliddin Yusibov, polis veteranları Həsənağa Bayramov, Nəriman Sadıqov, Daxili İşlər Nazirliyi Veteranlar Şurası Tərtər Rayon Təşkilatının sədri Qeys Qəhrəmanov, Daxili İşlər Nazirliyinin şəxsi heyətlə işlər idarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Elxan Mürsəlov ətraflı danışdılar. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Xəbərlər ATƏT-in NÜMAYƏNDƏLƏRİ ERMƏNİSTANIN TƏXRİBATLARI BARƏDƏ ƏTRAFLI MƏLUMATLANDIRILIBLAR üçün şərhlər bağlıdır

    DSC_0570DSC_0645Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilməsi ilə əlaqədar rayona gəlmiş ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster ilə Tərtər Rayon İcra Hakimiyyətində görüş olub.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, taxıl zəmilərinə, ümumilikdə əkin sahələrinə, mal-qaraya, o cümlədən əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan vurması, dinc sakinlər arasında xəsarət alma və hətta ölüm hallarına səbəb olması barədə ətraflı məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Xəbərlər İNGİLTƏRƏNİN “JANES” JURNALININ FOTO MÜXBİRİ TƏRTƏR RAYONUNDA OLUB üçün şərhlər bağlıdır

    94d6840c882a446ba20fcf2071fdbb3fDSC_0839Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizdə səfərdə olan İngiltərənin “Janes” jurnalının foto muxbiri Georg Maderlə Tərtər Rayon İcra Hakimiyyətində görüş olub.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonağa Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının rayonun gündəlik həyatına ciddi təsir göstərməsindən məlumat verib. Diqqətə çatdırılıb ki, ötən ilin aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Xəbərlər RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    c08f321055e4bfeb38ce874783d67703Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təçkilatçılığı ilə Respublika Gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi.
    Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq 28 May Respublika Gününün Azərbaycan xalqının və dövlətinin tarixində şanlı səhifə olduğunu qeyd edib, 1918-1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində dövlət quruculuğu, qanun-çuluq, ümumxalq əhəmiyyəti kəsb edən bir sıra qanunlar toplusunun qəbul olunmasından, Azərbaycan dövlətçilik ənənələrinin uzun tari-xi müddətdən sonra bərpasından danışıb. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Xəbərlər POLİS İŞÇİLƏRİ MƏKTƏBLƏRDƏ üçün şərhlər bağlıdır

    Изображение 056Изображение 058Polis əməkdaşlarının narkomaniya, erkən nikahlar və dini radikalizmlə bağlı budəfəki görüşü Qazyan kənd tam orta məktəbində keçirildi. Tədbirə Hüsənli kənd tam orta, Qazyan və Qaynaq kənd ümumi orta məktəblərinin şagird və müəllim kollektivləri dəvət olunmuşdurlar.
    Görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin nümayəndəsi Elvin Umudov açdı və tədbirin mahiyyəti barədə məlumat verdi. Sonra Tərtər Rayon Polis Şöbəsi rəisinin müavini Əfqan Qurbanov mövzu ilə bağlı ətraflı məruzə etdi. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Xəbərlər UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Изображение 112Изображение 367Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Heydər Parkında Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirildi. Xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən bayram şənliyində rayonun ümum-təhsil məktəblərinin aşağı sinif şagirdləri ilə birgə rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçaları da iştirak et-dilər.
    Tədbir Seydimli kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqların “Sülhə səs verin” şeiri ilə başladı. Havaya sülhün rəmzi olan göyərçinlər və şarlar buraxıldı.
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, uşaqlar hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər. Daha ətraflı »

  • 30May
    Xəbərlər YAP TƏRTƏR RAYON TƏŞKİLATININ IX KONFRANSI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    14956274594919921906_1000x669DSC_0359Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının növbəti IX konfransı keçirildi. Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir öz işini rayon Mədəniyyət mərkəzinin iclas zalında davam etdirdi.
    Konfransda YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etdilər.
    Konfrans iştirakçıları rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatından bəhs edən videoçarxa baxdılar. Ulu Öndər Heydər Əliyevin və rayon təşkilatının VIII konfransından sonrakı dövrdə vəfat etmiş YAP üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfrans açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirildi. Daha ətraflı »

    Teqlər: