Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10May
    Xəbərlər ŞƏHİDLƏRİN ANIM MƏRASİMİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Изображение 202Qaradağlı kəndində şəhidlərin anım mərasimi keçirilib. Tədbirdə keçmiş döyüşçülər, kəndin ictimaiyyəti, gənclər iştirak ediblər. Əvvəlcə onlar I Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.
    Anım mərasimi kənd məktəbinin iclas zalında davam etdirilib. Dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Sonra məktəbin direktoru Eldəniz Ələsgərov kəndin 11 igid oğlu, o cümlədən aprelin 21-də doğum günü olan Maarif Abbasov haqqında məlumat verib. Bildirib ki, bu gün onlar sıralarımızda olmasalar da, daim anılırlar.
    Azərbaycan Bayrağı ordenli Nizami Heydərov, Qarabağ Müharibəsi Veteranları, Şəhid Ailələri və Əlilləri İctimai Bir-liyi Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov, veteranlardan Eldəniz İbadov, Nəriman Sadıqov, tarix müəllimi Həqiqət Əliyeva, aprel döyüşlərinin iştirakçısı Ruslan Abbaszadə qəhrəmanların döyüş yolundan danışıb, bu yolun gənclər üçün örnək olduğunu bildiriblər.
    Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səslənib.
    Həmin gün veteranlar həmçinin Kəngərli kəndində də şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

    Kənan Hüseynzadə

    Teqlər:

  • 10May
    Xəbərlər QƏZETİMİZİN BAŞ REDAKTORUNA NÖVBƏTİ MEDAL TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Изображение 315Изображение 074Bu günlərdə redaksiyamızın qeyriadi, çox dəyərli qonaqları oldu. Sinələri orden və medallarla dolu, qəlblərində vətən sevgisi, şəhid nisgili, əlillik ağrıacısı olan bu insanlar Qarabağ müharibəsi veteranları idi. Onlar “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə “Vətən naminə” medalını təqdim etmək üçün gəlmişdilər.
    Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon Şöbəsinin sədri Suliddin Yusibov bildirdi ki, Birliyin İdarə Heyətinin təsis etdiyi bu medala Vətənə layiqincə xidmət edən, düşmənə qarşı mübarizədə fəallıq göstərən insanlar layiq görülürlər. Biz qazilər bu mübarizəni əlimizdə silah aparmışıq. Tofiq Yusif isə öz qələmi ilə döyüşüb. Bunların hər ikisi Xalqa, Vətənə xidmətdir. Tofiq müəllimin müəllifi olduğu kitablar ona görə çox dəyərlidir ki, o, Qarabağ müharibəsinin tarixindən, şəhidlərdən, onların ailələrindən, müharibə əlillərindən, veteranlardan yazmaqla, gənclərimizin vətənpərvərlik tərbiyəsinə güclü təsir göstərir. Tofiq Yusif uzun illərdir ki, bu şərəfli missiyanı davam etdirir. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Xəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır

    ZƏRİFƏ XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ

    İNSANLARA NUR BƏXŞ EDƏN İNSAN

    DSC_9034DSC_9068Sarıcalı kənd tam orta məktəbində görkəmli alim, unudulmaz ana, xeyirxah insan, etibarlı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın doğum günü böyük sevgi və minnnətdarlıq hissi ilə qeyd olunub. Tədbiri açan məktəbin direktor müavini Vəsilə Mehdiyeva deyib: “Zərifə xanım Əliyevanın adı çəkilərkən, ilk növlədə işıq sözü xatırlanır. İşıq isə həyat deməkdir. Zərifə xanım da öz əlləri ilə insanlara işıq, nur bəxş edirdi. Böyük ürək sahibi olan bu qadın insanlara Günəşi, rəngləri, təbiəti, mavi səmanı bəxş etmək üçün yaranmışdı”.

    Məktəb proyektorunun vasitəsilə ilə ekranda canlanan və böyük bir məhəbbətin tarixini əks etdirən şəkillər və səsləndirilən “Ana”  mahnısı hamını duyğulandırıb. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Xəbərlər Qarabağ regional Bilik evinin açılışı olub üçün şərhlər bağlıdır

    DSC_9373Tərtər rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik evinin açılışı olub. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, icra hakimiyyətinin, Fondun əməkdaşları və yerli ictimaiyyət nümayəndələri, bölgə ziyalıları iştirak ediblər.

    İcra başçısı Müstəqim Məmmədov Regional Bilik evinin məhz Tərtər rayonunda açılması təşəbbüsünü irəli sürən Bilik Fondu rəhbərliyinə minnətdarlığını bildirərək, Bilik evinin fəaliyyəti üçün hər bir şəraitin olduğunu, bu imkanlardan yararlanaraq, Qarabağ bölgəsində geniş maarifləndirmə işlərinin həyata keçiriləcəyini deyib. Tərtər rayonunun cəbhə bölgəsində yerləşdiyini xatırladan Müstəqim Məmmədov düşmən üzərində tam qələbə qazanmaq yolunun  təkcə silahdan deyil, həm də elmdən keçdiyini diqqətə çatdırıb. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Xəbərlər Tərtərdə Azərbayacan Dövlət Aqrar Universitetinin tədbiri üçün şərhlər bağlıdır

    DSC_9180DSC_9173Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Saatlıda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində nitqindən irəli gələn vəzifələrlə əlaqədar ADAU-nun növbəti tədbiri rayonumuzda keçirildi.

    Tədbirə toplaşanlar əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti barədə video-çarxa baxdılar.

    Sonra tədbiri Tərtər Rayon İcra Hakimiyəti başçısının birinci müavini Ramiz Şabanov açdı və ölkə Prezidentinin qeyri-neft sektorunu inkişaf etdirmək, xüsusən aqrar sahənin inkişafı üçün gənc kadrların təhsilinə qayğı ilə yanaşılmaq məsələlərindən ətraflı bəhs etdi. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Xəbərlər Nicat İsgəndərovun xatirəsi anıldı üçün şərhlər bağlıdır

    Nicat İsgəndərovun xatirəsi anıldı

    IMG-20170419-WA0011Tərtər rayon Mərkəzləşmiş Kitabxana Sisteminin mərkəzi və şəhər kitabxanalarının işçiləri aprel döyüşlərində şəhid olmuş həmyerlimiz İsgəndərov Nicat Bəhruz oğlunun xatirəsini yad ediblər.

    Kitabxana işçiləri vaxtilə Nicatın yaşadığı ünvana gəliblər. Şəhidin anası Maya xanım onları xoş qarşılayaraq, igid oğlunun həyatından xatirələrini danışıb.

    Kitabxana işçiləri Nicatın vətənpərvərliyindən, Lələ Təpə yüksəkliyi uğrunda gedən döyüşlərdəki şücaətindən bəhs ediblər. Reyhan İsmayılova bildirib ki, Nicat tək bu ailənin deyil, hamımızın, Vətənin övladıdır. O, heç zaman unudulmayacaq, qədirbilən insanların yaddaşında yaşayacaq. Anım tədbirində məktəbli Aysel Əliyeva “Şəhidlər” şeirini söyləyib.

    Mərkəzi kitabxanada şəhid Nicat İsgəndərova həsr olunmuş “Torpaq uğrunda ölən varsa, vətəndir”, sərlövhəli sərgi də həmyerlimizin şücaətindən, xalqımızın igid oğullarına olan sonsuz ehtiramından bəhs edir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 19Apr
    Xəbərlər Narkomanlıqla mübarizəyə həsr olunmuş “Dəyirmi masa” üçün şərhlər bağlıdır

    DSC_9098Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, daxili işlər, səhiyyə, təhsil nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının  iştirakı ilə Tərtərdə təlim-məşğələ keçirilib. Burada müvafiq dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması önə çəkilib, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə kütləvi idman və bilik yarışlarının keçirilməsinin zəruriliyi barədə məlumatlar verilib, həmçinin təlim iştirakçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən  ətraflı cavablandırılıb və mövzu ətrafında  geniş diskussiyalar aparılıb.

    “Yeni Tərtər”

     

    Teqlər:

  • 12Apr
    Xəbərlər TİKİNTİ İŞLƏRİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır

    w_1614909620783623249822_1000x669w_1614909620782857047841_1000x669Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub.
    Baş nazirin müavini Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Tərtər rayonunda 25 hektar sahədə inşa edilən yaşayış məhəlləsi bu günədək tikilmiş 95 qəsəbə içərisində ən böyük qəsəbələrdən biridir. Yaşayış məhəlləsində orta məktəb binası, uşaq bağçası və musiqi məktəbi yeni layihə əsasında inşa edilir. Orta məktəbdə 700 yerlik akt zalı, 400 yerlik yeməkxana yaradılacaq. Tikintidə əsasən məcburi köçkünlər olmaqla 2 minə yaxın işçi çalışır. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Xəbərlər ƏLİLLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ FƏRDİ YAŞAYIŞ EVLƏRİ VERİLİB üçün şərhlər bağlıdır

    Изображение 161Изображение 202Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
    Bu münasibətlə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Xəbərlər AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARINI YAD ETDİLƏR üçün şərhlər bağlıdır

    Изображение 338Изображение 345Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Əvvəlcə rayon məktəblilərinin rəsm işlərindən ibarət sərgiyə baxılıb. Sonra Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxuyub. Onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edib və soyqırımla bağlı ətraflı məlumat verib.
    Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, YAP rayon təşkilatının baş məsləhətçisi Eldar Əsədov, şəhər 5 saylı tam orta məktəbin ikinci sinif şagirdi Aysel Əliyeva çıxış ediblər. Sonra tədbir iştirakçıları şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

    “Yeni Tərtər”

    Teqlər: