Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar
    Xəbərlər VƏHŞİLİYİN SON HƏDDİ üçün şərhlər bağlıdır

    YAP rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon Qadınlar Şurasının üzvləri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal YAP üzvü olan qadınlar iştirak etdilər.

    Tədbiri giriş sözü ilə açan rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayın bilavasitə iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq yüzlərlə uşaq, qadın və qoca insanların vəhşicəsinə qətlə yetirilmələrindən, o zamankı qətiyyətsiz respublika rəhbərliyinin qətiyyətsizliyindən, bu qanlı faciənin gələcək nəsillərə çatdırılması üçün partiya üzvlərinin məsuliyyətindən danışdı. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər “NARKOMANİYAYA YOX DEYƏK” üçün şərhlər bağlıdır

    Изображение 098Изображение 102Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların zərərli adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədini daşıyan Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirdi.
    Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyətindən danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etdi. Rayon rəhbəri bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması hər birimizin vətəndaşlıq borcudur. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər AZTƏMİNATLI AİLƏLƏRİN ÖZÜNÜMƏŞĞULLUĞUNA HƏSR OLUNAN TƏDBİR KEÇ İRİLİB üçün şərhlər bağlıdır

    DSC_4468DSC_4526Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.
    Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov, Beynəlxalq Avrasiya Mətbuat Fon-dunun (BAMF) sədri Umud Rəhimoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ BEŞİNCİ İLDÖNÜMÜ QEYD OLUNUB üçün şərhlər bağlıdır

    DSC_4563DSC_4594Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibəti ilə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
    Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 13 fevral–Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə onları təbrik etdi və səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər Ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları üçün şərhlər bağlıdır

    HESABAT DİNLƏNİLDİ

    Изображение 216Изображение 219Rayon Gənclər Mərkəzində keçirilən tədirdə təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev ötən il təşkilatın gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
    Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, təhsil şöbəsi yanında metotkabinetin direktoru İntiqam Nuriyev, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva çıxış edərək ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən və mövcud nöqsanlardan danışdılar.
    Yığıncaqda ərazi ilk partiya təşkilatının yeni tərkibi seçildi. İntiqam Nuriyev təşkilatın sədri, Rahil Şəldiyev sədrin müavini oldular. Təşkilatın qarşıdan gələn IX konfransa 26 nəfər nümayəndə seçildi.
    Təhsil ərazi ilk partiya təşkilatının 2017-ci ilə dair iş və tədbirlər planı təsdiqləndi.
    YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov yığıncaqda ətraflı çıxış etdi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Fev
    Xəbərlər TƏŞKİLATIN ÜZVLƏRİNƏ QAYĞI GÖSTƏRİLİR üçün şərhlər bağlıdır

    Изображение 080Изображение 067“Yeni Tərtər” qəzeti redaksiyası ilk həmkarlar təşkilatının hesabat-secki yığıncağı keçirilib. Təşkilatın sədri Kənan Hüseynzadə 2014-cü ilin aprelindən 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində həmkarlar ittifaqı təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.
    Qəzetin baş redaktoru Tofiq Yusif, baş redaktorun müavini Svetlana Bağırova, mühasib Bəxtilə Əliyeva, korrektor Elfuzə Vəliyeva, muxbir Əvəz Nəsirov və xadimə Zümrüd Bayramova çıxış edərək qəzet işçilərinə həmkarlar təşkilatı tərəfindən göstərilən qayğıdan və işdə yol verilən nöqsanlardan bəhs etdilər.
    İclasda ilk həmkarlar ittifaqı təşkilatının 3 nəfərdən ibarət yeni tərkibi və həmkarlar ittifaqı rayon komitəsinin növbəti konfransına 2 nəfər nümayəndə seçilib.
    Tədbirdə iştirak edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin sədri Fəxrəddin Binnətov ətraflı çıxış edib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Fev
    Xəbərlər 2017-ci il “İslam Həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır

    BİRLİYƏ ÇAĞIRIŞ

    Изображение 121Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Səlimə Yusibova məruzə ilə çıxış edib O göstərib ki, ölkədə “İslam Həmrəyliyi ili” elan edilməsi bütün dünya üçün önəmli olan birliyə çağırışdır.
    Bu istiqamətdə görülən işlər, keçirilən tədbirlər dünyanın diqqətini İslam ölkələrinə qarşı ədalətsiz yanaşmalara yönəldəcək.
    Tədbirdə “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, rayon təhsil şöbəsinin nümayəndəsi Nigar Məstəlizadə və YAP Tərtər Rayon Təşkilatının işçisi Arzu Yaqubova çıxış edərək Azərbaycanda bütün dinlərin nümayəndələrinə yaradılan tolerantlıq mühitindən və bunun dünya ölkələri üçün nümunə olmasından danışıblar

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Fev
    Xəbərlər İnzibati ərazi dairələrində hesabat yığıncaqları üçün şərhlər bağlıdır

    GÖRÜLƏN İŞLƏRƏ GÖRƏ ARXAYINLAŞMAMALIYIQ

    Изображение 038Изображение 032Tərtər şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2016-cı ildə gördüyü işlər barədə illik hesabat yığıncağı keçirildi. Şəhər icra nümayəndəsi Sahib Həsənov məruzəsində göstərdi ki” 2014-2018-ci illərdə Azərbaycan Respublikasi regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq şəhərimizdə aparılan tikinti-quruculuq və abadlıq işləri qənaətbəxş olmuşdur. Sosial problemlərin həll olunması möhtərəm Prezidentimiz İlham Əliyevin ötən il Tərtərə xanımı ilə iki dəfə gəlişi, Tərtərə və tərtərlilərə göstərilən yüksək qayğının bariz mümunəsidir.
    Ötən il Tərtər şəhərinə yeni su və kanalizasiya xətləri çəkilmiş, sayğaçlar quraşdılılmışdır. Hazırda əhali 24 saat fasiləsiz icməli su ilə təmin edilir.
    Şəhər mərkəzinin qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə bəzi xətlərdə yeni qaz tənzimləyiciləri quraşdırılmışdır.
    II ərzində şəhərin məişət tullantılarının təmizlənməsi işinə 97 min 424 manat vəsait sərf edilmişdir. Ərazilərin süpürülməsinə 42 min 240 manat, 3990 p/m açıq kanalizasiya xətlərinin təmiz saxlanılması üçün 74 min 693 manat, 4,5 hektar yaşıllıq sahələrinə qulluq üçün 11 min 583 manat vəsait xərclənmişdir. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Xəbərlər MÜSBƏT NƏTİCƏLƏR VƏ VƏZİFƏLƏR üçün şərhlər bağlıdır

    Изображение 241Изображение 240Sarov, Rəcəbli Kovdadıq və Bildirçinli kəndlərini əhatə edən Sarov kənd İnzibati Ərazi Dairəsində də 2016-cı ildə bəzi müsbət nəticələr əldə olunub. Hesabat yığıncağında bu barədə nümayəndə əvəzi Telman Paşayevin məruzəsi dinlənilib. Qeyd edilib ki, ötən il Sarov kəndi qazla təmin olunub. Bildirçinli, Kovdadıq, Umudlu, Rəcəbli kəndlərinə də yaxın günlərdə qaz çəkilişinə başlanacaqdır.
    Əhalinin suya olan ehtiyacını ödəmək məqsədilə ərazidə bir subartezian quyusu qazılıb, istifadəyə verilmişdir.
    Buna baxmayaraq, ermənilər tərəfindən Sərsəng Su Anbarından lazım olan zamanlar arxlara su buraxılmadığına görə sakinlər bitkiçilikdə nəzərdə tutduqları məhsuldarlığı əldə edə bilmirlər. Belə ki, 2016-cı ildə Sarov kənd İƏD üzrə nümayəndəlyin ərazisində 1045 ton taxıl, 430 ton arpa, 109 ton kartof, 55 ton günəbaxan, 25 ton şəkər çuğunduru, 113 ton pambıq, 2 ton lobya, 9 ton qarğıdalı, 222 ton tərəvəz, 272 ton meyvə və 160 kq barama istehsal olunmuşdur ki, bunlar da gözlənildiyindən azdır. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Xəbərlər 2 fevral Azərbaycanda Gənclər Günüdür üçün şərhlər bağlıdır

    HƏR SAHƏDƏ FƏALLIQ GÖSTƏRİLİR

    Изображение 363DSC_4130 (Копировать)2 fevral–gənclər günü münasibəti ilə keçirilən tədbirin iştirakçıları Ulu Öndərin mərkəzi meydandakı abidəsini ziyarət etmiş, gül dəstələri düzmüşlər. Rayon mədəniyyət evinin foyesində gənclərin əl işlərindən ibarət sərgi maraqla qarşılanmışdır. Sonra tədbir rayon mədəniyyət evinin geniş zalında davam etdirilmişdir.
    Gənclər və idman idarəsinin rəisi Emin Pənahov məruzəsində qeyd etmişdir ki, hazırda bütün sahələrdə fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar.
    Bu gün Tərtər rayonunun əhalisinin 20 faizə yaxınını gənclər təşkil edir.
    İdarə rəisi sonra göstərmişdir ki, ötən il gənclər sahəsi üzrə 42, idman sahəsi üzrə 38 tədbir keçirilmişdir ki, həmin təbirlərdə 8438 nəfər gənc iştirak etmişdir.
    Məruzədə rayon gənclərindən ətraflı bəhs olunmuşdur. Daha ətraflı »