Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy
    Digər FENOMEN İNSAN üçün şərhlər bağlıdır

    Hər dəfə rayonumuzun ahıllarından, işıqlı insanlarından yazmaq istəyəndə yadıma ilk düşən Rauf Həsənzadə olur. Az adam tapılar ki, onu tanımasın, haqqında söz düşəndə deməsin–hərbi zavodun keçmiş direktoru, çox bacarıqlı, tələbkar, həm də savadlı bir insandır. Mən isə onunla görüşümdən sonra deyirəm ki, Rauf müəllim bütün deyilənlərlə yanaşı, gözəl tarixçi, təbib, ələlxüsus, fenomen yaddaşlı bir ziyalıdır. Onunla söhbətdən insan yorulmur, əksinə, marağı artır. Yaşadığı evdə bir dünya yerləşib. Bu dünyanın yaradıcısı da elə Rauf Həsənzadə özüdür.
    1970-80-illərdə rayonun əksər gəncləri Mirbəşir Elektro-mexanika Zavodunda ilk fəaliyyətə başlayırdı. Buradakı əmək intizamı, kollektivin mehribançılığı və işgüzarlığı dildən-dilə gəzirdi. Tərtərli hər bir valideyn öz övladının bu zavodda işə düzəlməsinə çalışırdı. Buradakı nizam-intizamı zavodda məhz ona rəhbərlik edən Rauf Həsənzadə yaratmışdı. Səkkiz yüzdən artıq işçisi olan zavod nəinki Azərbaycanda, ölkənin hüdudlarından kənarda da istehsalçı müəssisə kimi şöhrət qazanmışdı. Daha ətraflı »

    Teqlər:

  • 30Noy
    Digər MÜHARİBƏ ƏLİLİNİN ARZULARI üçün şərhlər bağlıdır

    Zabit Əliyev 2-ci qrup Qarabağ müharibəsi əlilidir. O, Evoğlu kəndində anadan olsa da, gənclik illərindən Tərtər şəhərində əmək fəaliyyətinə başlayıb, burada yaşayıb.1978-ci ildən rayon rabitə qovşağında montyor kimi fəaliyyət göstərib. 1980-ci ildə hərbi xidmətə çağırılıb. 2 il əsgəri borcunu yerinə yetirdikdən sonra yenidən çalışdığı kollektivə qayıdıb.
    Ölkəmizdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan zamanda Zabit də vətənin sərhədlərinin müdafiəsinə qoşuldu. Özünümüdafiə dəstəsinə yazıldı. Ağdərə uğrunda gedən döyüşlərdə rayonumuzun qəhrəman oğulları ilə bərabər torpaqlarımızın müdafiəsində mərdliklə vuruşdu. 1993-cü il iyun ayının 26-da kürəyindən qəlpə yarası aldı. Yevlax şəhərində qospitalda 3 ay müalicə olundu. Sağaldıqdan sonra yenidən hərbi hissəyə qayıtdı.
    O illər ölkəmizin və eləcə də rayonumuzun tarixində qanlı savaş illəri kimi qalıb. Bu illərdə torpaqlarımız düşmən əsarətinə keçib, igid oğul və qızlarımız şəhidlik zirvəsinə ucalıb, neçə-neçə vətəndaşımız düşmən gülləsinə tuş gələrək ömürlük əlil olub. Daha ətraflı »

    Teqlər:

  • 21Noy

    Digər üçün şərhlər bağlıdır

    Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 21Noy
    Digər AZƏRBAYCANIN SİYASİ SİMVOLU üçün şərhlər bağlıdır

    26 ildir ki, Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyası respublikamızın hakim partiyası statusunu ləyaqətlə daşıyır. Amalını və məqsədini xalqa xitmətdə görən, daim dövlətimizin maraqlarının müdafiəsində dayanan bu partiyanın yaranması tarixi zərurət idi. Belə kı, 1990-cı illərin əvvəllərində bir sıra siyasi partiyalar yaransa da, bunların heç biri ölkəni düşdüyü ağır böhran vəziyyətdən çıxarmaq iqtidarında deyidi. Belə vəziyyət Azərbaycanın görkəmli ziyalılarını çox narahat edirdi. Məhz ona görə də ölkənin taleyini düşünən insanlar yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqımızın böyük oğlu Heydər Əliyevin ətrafında birləşdilər.
    Beləliklə də xalq tərəfindən Heydər Əliyevin partiyası kimi qəbul edilən Yeni Azərbaycan Partiyasi yarandı.
    Getdikcə YAP-ın sıralarına daxil olanların sayı artmağa başladı və o, ümum-xalq partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi,” Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər. Tarix, keçən illər bunu təsdiq etdi. Yeni Azərbaycan Partiyasının sədrinin, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir. Azərbaycan yüksəlir, inkişaf edir”. Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Digər “ƏKİNÇİ” QƏZETİNİN NAŞİRİ HƏSƏN BƏY ZƏRDABİNİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərə-katının banisi Həsən bəy Zərdabi (Həsən bəy Məlikov) 28 iyun 1837-ci ildə keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.
    İlk təhsilini mollaxanada alıb, sonra Şamaxı qəza məktəbində oxuyub, orta təhsilini isə Tiflisdə tamamlayıb. 1861 -ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin Təbiət-riyaziyyat fakültəsini bitirib.
    Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək, burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlayıb. Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Digər ƏLİLLİYİ OLAN ŞƏXSLƏR: FİZİKİ MƏHDUDİYYƏTDƏN SOSİAL İNTEQRASİYAYA üçün şərhlər bağlıdır

    17 yaşlı gənc yol gözləyir…

    Hər dəfə darvazada maşın dayananda, Müslümün ürəyi quş kimi çırpınır. Qısa müddətə də olsa, onu qaranlıq dünyasından ayıran insanların yolunu səbirsizliklə gözləyir. İndi də anasının səsini eşidib, sevindi:
    –Ay bala, Müslüm. Gələn icra nümayəndəmiz Aslan müəllimdir. Deyir ki, hərbi hissədə konsert olacaq. Səni də aparacaqlar. Dur hazırlaş.
    Bəzən o, həyətlərində oturub saatlarla muğam ifa edir. Ancaq dinləyicilər qarşısında daha yaxşı oxuyur, sanki ürəyi boşalır, yüngülləşir. Belə anlarda gözdən əlil olduğunu unudur. Çünki hamının, o cümlədən onun 17 yaşlı ürəyi musiqinin ahəngi ilə bir döyünür, bərabərləşir. Müslüm öz səsi ilə ətrafdakıları ovsunlayır.
    Müslüm Müslümzadə Tərtər rayonunun İsmayılbəyli kəndində yaşayır. Anadangəlmə gözdən əlildir. Amma onun taleyinə həm də gözəl səs, fitri istedad sahibi olmaq yazılıb. Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Digər Qarabağ müharibəsi illərinin yazılarından üçün şərhlər bağlıdır

    TƏNZİLƏ YOLÇU QIZINA MƏKTUB

    Sizə «Salam»la salam göndərirəm.
    «Aydınlıq» qəzetinin 23 oktyabr 1992-ci il tarixli 44-cü sayında «Torpaq namusu» adlı yazını oxumağa başlayanda beynimdən o fikir keçdi ki, kaş bu həmkarım (nə peşənin sahibisiniz, bilmirəm) Tərtər haqqında o birilər kimi havadanqapma faktlara deyil, gerçəkliyə əsaslanan, reallığa söykənən yazı yazaydı, «əyrini əyri, düzü düz» göstərəydi! Çünki bu bölgədən müharibə mövzusunda yazılan materialların əksəriyyəti qəzetçilərin əlüstü və alaçiy müşahidələrinin (və yaxud hardansa eşitdiklərinin) sədasından başqa bir şey deyil (bu barədə «20 yanvar» qəzetinə–Nadir Mirələkbəroğluna da iradlarımı yazmışdım – «Salam», № 17).
    Mənə qəribə gələn odur ki, son zamanlar kütləvi informasiya vasitələrinin işçiləri bir çox hallarda jurnalistlər üçün ən yüksək meyar olan etikanı gözləmir, hər kəsin öz səviyyəsinə görə kimin ağlına hansı yaramaz fikir, hansı təhqir gəldi, döşəyib yazırlar, redaktorlar da (maşallah!) gözlərini yumub mübarək imzalarını yapışdırırlar belə yazıların kəlləsinə və təcili göndərirlər mətbəəyə. Həmin təhqirli yazıların ünvanlandığı adamlar da məcbur olub, bütün etik normaları pozur və necə deyərlər, çomağa çomaqla cavab verirlər. İndi mən də həmin məcburiyyətdə qalmışam və fikirləşirəm ki, ayrı əlac yoxdur, çünki mədəni cavabı mədəni adamlara verərlər. Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Digər Tarixi şəxsiyyətlər ermənilər haqqında üçün şərhlər bağlıdır

    Ermənilər dost cildində düşməndir. Onun nəvazişındən, təbəssümündən qorxduğum qədər açıq düşməndən qorxmuram.
    İ.Çavçavadze, gürcü şairi
    * * *
    Ermənilərlə heç cür yaxınlıq edə bilmirdim, çünki onların alçaqlığı və əclaflığı dözülməzdir.
    Qraf de Şoll, fransız səyyahı
    * * *
    Ermənilərdə mənfur bir biclik, biabırçı bir əclaflıq və rüsvayçı bir alçaqlıq vardır.
    Qraf de Şoll, fransız səyyahı
    * * *
    Ermənilər bulanlıq sudan duru çıxmaq üçün hər şeyə qadirdirlər. Hətta namusu da pay verməyə.
    M.S. Ordubadi, Azərbaycan yazıçısı.
    * * *
    Bu xalq xasiyyətinə görə qədimdən ikiüz-lü və riyakardır.
    Kornelit Taüit
    * * *
    Atın kolasına, itin tulasına, erməni balasına etibar yoxdur.
    Kürd xalq məsəli. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Digər “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ” üçün şərhlər bağlıdır

    AXC-nin VARİSİ

    Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman Şərqində ilk parlament respublikasının paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv.km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz res-publikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Digər AZƏRBAYCAN ƏDLİYYƏSİ–100 üçün şərhlər bağlıdır

    İNSAN HÜQUQLARININ  TƏMİNATI ƏSAS MƏQSƏDDİR

    Bu yaxınlarda ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi böyük təntənə ilə qeyd olundu. Azərbaycan Ədliyyəsinin tarixi də məhz həmin dövrdən–Şərqdə ilk Demokratik Respublikanın yarandığı zamandan başlayır. Belə ki, AXC-nin qəbul etdiyi ilk Bəyannamədə ölkədə birinci olaraq milli ordunun, sonra isə digər dövlət orqanlarının yaradıldığı bildirildi. Bunların sırasında Ədliyyə Nazirliyinin xüsusi və əvəzsiz rolu vardır.
    Lakin təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. AXC cəmi 23 ay fəaliyyət göstərsə də, o illərdə toplanmış təcrübə, qazanılmış ənənələr yeni dövrdə daha yüksək səviyyədə inkişaf etdirildi. Bu, ilk növbədə ümummilli lider Heydər Əliyevin xalqımızın keçmişinə, onun tarixinə olan hörmət və ehtiramından irəli gəlir. Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində, həmçinin ədliyyə sistemindən mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur. Daha ətraflı »

    Teqlər: