Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen
    Digər Bir millət, iki dövlət –Azərbaycan, Türkiyə üçün şərhlər bağlıdır

    TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞU SARSILMAZDIR

    Düz 100 il əvvəl – 1918-ci ilin sentyabr ayında Bakı şəhəri tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram etmişdi. Bir əsrdən sonra həmin gün yenidən təkrarlandı. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr edilən parad Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz birliyinin nümayişinə çevrildi.
    Bu münasibətlə keçirilən paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Digər “YENİ TƏRTƏR” in BAŞ REDAKTORU: “BİZ İNDİ DƏ HƏRBİ İNTİZAMLA İŞLƏYİRİK” üçün şərhlər bağlıdır

    Bu günlərdə yenə də döyüş bölgəsi olan Tərtər rayonunda olduq. Rayonda xoş ab-hava hökm sürürdü.
    Bu dəfə “Yeni Tərtər” qəzetinin qonağı olduq. Qəzetin baş redaktoru, şair-publisist Tofiq Yusif bizi gülərüzlə qarşıladı. Tofiq müəllimə Tərtərin keçmişi, bu günü və baş redaktoru olduğu qəzetlə bağlı suallarla müraciət etdik.
    Əvvəlcə Tofiq müəllim qeyd etdi ki, artıq 14 ildir “Yeni Tərtər”in baş redaktorudur. Sonra o, ağrılıacılı günlərdən söz açdl: ”Hələ Qarabağ savaşının qızğın vaxtı redaksiyanı ermənilərin atdığı mərmi dağıtmışdı. Elə bu və digər səbəblərdən qəzetin fəaliyyəti 7 il dayandı. Yəni 1998-ci ildən 2005-ci ilə qədər qəzet fəaliyyət göstərmədi. Həm də o vaxtkı rayon rəhbərliyinin laqeyidliyinin ucbatından qəzetin fəaliyyəti bu qədər də ləngidi”.
    O daha sonra dedi: “Biz işə başlayanda binamız belə yox idi. Avadanlıqdan isə söz açmağa dəyməzdi. Mən o zaman bələdiyyədə çalışırdım. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Digər MƏTBUAT TƏRBİYƏSİZLİK MƏKANI DEYİL üçün şərhlər bağlıdır

    Sözün həqiqi mənasında hər sahədə azadlıq və sərbəstlik çox gözəl şeydir. Ölkələrin, xalqların, millətlərin, cəmiyyətlərin bir sözlə, insanın azadlığını heç nə ilə əvəzləmək olmaz. Zaman-zaman azadlıq uğrunda mübarizələr, müharibələr aparılıb, minlərlə, milyonlarla şəhidlər verilib, könüllü qurban gedənlər olub və bu ənənə indi də davam edir.
    Azadlıqların içində ən mühüm olanlardan biri də söz, fikir azadlığıdır. Belə şəraitdə cəmiyyətin azadlığı təmin olunur və inkişaf hər yerdə öz inikasını tapır, tənqid və özünütənqid ruhu güclənir, ictimai rəy saflaşır və böyük təsir gücünə malik olur.
    Çatışmazlıqları və səhvləri açıq, qərəzsiz tənqid etmək yekunda ictimai mühitin saflaşmasına zəmin yaradır, neqativ halların aradan qaldırılması prosesi sürətlənir və beləliklə də insanın həyat tərzi yaxşılaşır. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Digər ŞƏHİDLİYƏ TƏLƏSƏN OĞUL üçün şərhlər bağlıdır

    “Qəhrəmanlıq məqsədə doğru gedərkən öz həyatını hesaba almayan insanın düşüncə tərzidir”. Demokrit
    Tərtərlilər uzun illərdir ki, mərmi partlayışlarının səsi altında yaşayırlar. Artıq bir nəsil müharibə şəraitində doğulub, boya-başa çatıb. Onlarda vətənpərvərlik hissləri xüsusilə güclüdür. Çünki gözlərini dünyaya açandan erməni vəhşiliyini görüblər. Böyüklərin bu barədə söhbətlərini eşidiblər.
    Hər birinin ürəyində intiqam hissi alovlanıb. Bu hiss bütün arzularını üstələyib. Belə gənclərdən biri də 1989-cu ildə Tərtərdə dünyaya göz açan İsgəndərov Nicat Bəhruz oğludur –bizim Aprel şəhidimiz, Lələtəpə fatehlərindən biri. Daha ətraflı »

    Teqlər:

  • 20Sen

    Digər üçün şərhlər bağlıdır

    2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20Sen
    Digər 21 sentyabr Beynəlxalq Sülh Günüdür üçün şərhlər bağlıdır

    SÜLH İNKİŞAFIN ƏSAS TƏMƏLİDİR

    Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır–Sülh! Sülh–əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. Sülh–azadlıq, bərabərlik və ədalətdir. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Sabit şəraitdə yaşamalı olan insanlar bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.
    1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Daha ətraflı »

    Teqlər:

  • 10Sen
    Digər Rauf Həsənzadə Unutsaq unudularıq… üçün şərhlər bağlıdır

    Satqınlığın anatomiyası

    Hələ də öz doğma adlarına qayıtmayan ərazilərimiz var.
    1935-ci ildən bu yana nəzər salsaq görərik ki, Aykakan Sovetakan Sosialistakan Anrapetutyun Ali Sovetinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə nə qədər kəndin adı tarixdən silinmiş, erməniləşdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər TƏRTƏRİN SİMASINI DƏYİŞDİRƏN SƏFƏRLƏR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin Tərtərə hər səfəri yeniliklərlə yadda qalır. 2006-cı il martın 1-də Tərtərə ilk dəfə Prezident kimi səfər edən cənab İlham Əliyev deyib: “Bu, mənim Tərtərə ilk gəlişimdir. Mən Tərtər rayonunda olmamışdım. Bu gün çox şadam ki, buradayam. Əminəm ki, bundan sonra tez-tez gələcəyəm. Həmişə sizinlə birlikdə olacağam”.
    Məhz bu səfərdən sonra Tərtərin tarixində yeni dövr başlandı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayon mərkəzində və kəndlərdə geniş tikinti-quruculuq işləri vüsət aldı. Bu dövrdə ilk növbədə infrastruktur layihələrin icrasına diqqət yetirildi. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər TƏRTƏRDƏ DƏ XALÇA TOXUNACAQ üçün şərhlər bağlıdır

    Bilirik ki, Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərini bəzəyir. Onu da bilirik ki, xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsusdur. Son illər bu sahəyə dövlət səviyyəsində daha böyük qayğı göstərilir.
    İndi Tərtər şəhərinin Nizami küçəsində də “Azərxalça” ASC tərəfindən xalça istehsalı emalatxanasının tikintisinə başlanmışdır. Bu məqsədlə 0,42 hektar torpaq sahəsi ayrılıb. Emalatxana istifadəyə veriləndən sonra burada 180 nəfər qadın çalışacaq. Bu xəbər tərtərli qadınlarla yanaşı, rayonumuzda məskunlaşan qaçqın və məcburi köçkün ana və bacılarımızı da çox sevindirib. Axı onların da arasında bu qədim peşənin sirlərinə dərindən bələd olanlar var.
    Öyrənmişik ki, inşaat işləri ilin sonunadək başa çatdırılacaq. Bu, o deməkdir ki, qızlarımız Tərtər şəhərində toxunan xalçalardan da cehiz aparacaq, evlər, muzeylər bəzənəcək.

    Nigar ƏMRAHOVA,
    Tərtər şəhərinin sakini
    “Azərbaycan”

    Teqlər:

  • 30Avq
    Digər QUBADLININ İŞĞALINDAN 25 İL ÖTÜR üçün şərhlər bağlıdır

    QUBADLI HƏSRƏTİ SƏNGİMİR Kİ…

    (RƏFİQƏM SVETLANAYA MƏKTUB)

    Mənə Qubadlıdan danış, xatirələrini dilə gətir, deyən qələm yoldaşım, jurnalist bacım Svetlana, Qubadlı mən deməkdir, bütün hüceyrələrim, beyin toxumalarım, damarlarım Qubadlıyla dop-doludur, nədən danışım, nəyi yada salım? 25 il keçdi, amma yurd həsrətim, yanğım heç səngimədi. Təbiətin səxavətlə gözəllik bəxş etdiyi, torpağının altı da, üstü də xəzinə olan, havası məcun, suyu zəmzəm yurdumu elə görmək istəyirəm ki. Razıyam, ayağımı o torpağa basdığım, havasını ciyərlərimə çəkdiyim gün həyatımın son günü olsun, amma olsun. Daha ətraflı »

    Teqlər: