Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    RABİTƏÇİ MALİK

    Изображение 342Malik 1978-ci ildə 18 yaşını yenicə adlamışdı. Rayon rabitə qovşağında onu telefon montyoru kimi işə qəbul etmişdilər. Lakin bu işin necə görülməsindən onun xəbəri belə yox idi. Çox tərəddüdlə işə gəldi. Bir-neçə gün beləcə davam etdi. Qovşaqda çalışan təcrübəli işçilər gənc oğlanın çəkindiyini görüb, ona kömək etmək qərarına gəldilər.
    Nəticə isə uğurlu oldu…
    O vaxtdan 39 ilə yaxın bir zaman keçib. Hüseynov Malik Məhəmməd oğlu rayon sakinlərinin və çalışdığı telekommunikasiya qovşağı kollektivinin hörmətini qazanıb. Malik ürəkdən vurulduğu işindən belə danışır:
    – Əvvəl vaxtlarda bu iş mənə çox çətin görünürdü. Lakin təcrübəli həmkarlarımın yaxından köməkliyi ilə bu peşədə uzun illərdir ki, çalışıram. Bu iş çox məsuliyyətli olmağı tələb edir. İndiki zamanda bütün avadanlıqlar müasirləşib, elektron sistemə keçib. Hazırda mən kabelçi vəzifəsini icra edirəm. Bu sadə peşəni mənə öyrədən hər kəsə öz minnətdarlığımı bildirirəm. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər TƏMİZLİK GÖZƏLLİKDİR üçün şərhlər bağlıdır

    IMG-20170314-WA0061Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində apa-rılan quruculuq işləri hər yerdə geniş vüsət alıb. Elə bizimTərtər rayonu da bu inkişafın bariz nümunəsidir. Görülmüş tikinti, abadlıq işləri şəhərimizin simasını gündən-günə dəyişdirib, gözəlləşdirir. Bu gözəlliyi qoruyub saxlayan zəhmət adamları sırasında kommunal müəssisələri kombinatının fəhlə və süpürgəçiləri də var. Bu zəhmət adamlarını hər gün iş başında görmək olur. Müəssisənin mühəndisi Adil Əhmədova belə sadə peşə sahiblərinin bir nümayəndəsi haqqında yazmaq istədiyimi bildirdim. Mühəndis bu insanların hər birinin zəhmətini dəyərləndirərək Hürü Meydanovadan yazmağı məsləhət bildi.
    Bu zəhmət adamı gülümsünərək öz işindən söz açdı: “Ay qadan alım, mənim işimin nəyindən yazacaqsan? Sadə bir süpürgəçiyəm. Amma elə bilmə ki, mən işimi sevmirəm. Hamı kimi mən də çörək pulumu qazandığım işimdə çox ürəklə çalışıram. Mənə tapşırılan işin məsuliyyətini dərk edirəm. Təmizliyinə baxdığım yolla tez-tez qonaqlar gəlib-gedir. Düşünürəm ki, onlarda şəhərimiz haqqında ilk təəssürat elə keçdikləri küçədən, yoldan başlayır. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında üçün şərhlər bağlıdır

    İSTİQLAL MÜCAHİDLƏRİNİN XATİRƏSİ QƏLBİMİZDƏ YAŞAYIR

    Azeriflag1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədərki tarixi dövr Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir. Bu dövr bizim istiqlal tariximizdir. Məhz 99 il öncə M.Ə.Rəsulzadənin başçılığı ilə bir qrup Azərbaycan ziyalıları yoxdan bir dövlət qurdular. Şərqdə və müsəlman dünyasında ilk demokratik bir dövlət.
    Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini ilk olaraq 1918-ci il 4 iyun Batumi müqaviləsi ilə Türkiyə tanıdı. 1918-ci il 16 iyunda AXC Tiflisdən Gəncəyə, sentyabrın 15-17-də isə Gəncədən Bakıya köçdü. AXC-in süqutuna qədər də bundan sonra Bakıda fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli resbublika idi. AXC-nin dövlət quruculuğu sahəsində gördüyü ən böyük tədbirlərdən biri 1918-ci il 27 iyunda Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu.
    1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin sözləri ilə deyilsə, türk mədəniyyətini, müasir Avropa demokratiyasını və müsəlman sivilizasiyasını təcəssüm etdirən üçrəngli, aylı-ulduzlu bayraq rəsmi dövlət bayrağı kimi qəbul edildi. Qısa müddətdə ordu quruculuğuna başlandı. Daha ətraflı »

    Teqlər:

  • 30İyn

    Digər üçün şərhlər bağlıdır

    İlham ƏLİYEV: “Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq… Son illər ərzində maddi-texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir”.

    Teqlər:

  • 30İyn
    Digər İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARIMIZA BÖYÜK QAYIDIŞ BAŞLANDI üçün şərhlər bağlıdır

    5ca9772f717472c8b060e084a7bf05d814 iyun 2017-ci il Azərbaycan tarixinə ən yaddaqalan günlərdən biri kimi daxil oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın başlanğıcı oldu.
    Hər qarışı əsgərlərimizin qanına boyanmış bu yerlərdə çox qısa müddətdə – cəmi iki ay ərzində Azərbaycan xalqının qüruruna çevrilən müasir bir kənd salındı.
    Ölkə Prezidentinin Cocuq Mərcanlını böyük Azərbaycanın inkişaf və müasirlik rəmzinə çevrilməsi tələbi məsuliyyət hissi ilə və ən yüksək səviyyədə həyata keçirildi.
    Cocuq Mərcanlı kəndi 1994-cü il yanvarın 6-da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdi. Lakin burada əhalinin təhlükəsiz yaşayışı mümkün deyildi. Çünki yaxınlıqda olan strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi işğal altında qalmışdı. Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Digər AZƏRBAYCANDA SİLAHLI QÜVVƏLƏR GÜNÜ üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN GÜCLÜ DÖVLƏTDİR VƏ ONUN GÜCLÜ ORDUSU VAR

    1702881918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci ildə – Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.
    Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq Meydanında keçirilən hərbi paradda çıxışı zamanı bildirmişdir: Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Digər Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması üçün şərhlər bağlıdır

    COCUQ MƏRCANLIDAN BAŞLAYAN BÖYÜK QAYIDIŞ YURD HƏSRƏTİNƏ SON QOYACAQ

    kivULU ÖNDƏRİN ƏN ÇOX DİQQƏT GÖSTƏRDİYİ MƏSƏLƏ
    Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın qayğıları Ümummilli Lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi məsələlərdən biri olmuşdur. Onların problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər, hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Xarici səfərləri zamanı o, qaçqın və məcburi köçkünlərin vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı.
    Bu təbəqədən olan insanlara qayğı və diqqət göstərilməsi Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətini təşkil edir. Təsadüfi deyil ki, cənab İlham Əliyev 2013-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmiş və vədini 2017-ci ilin sonunda, vaxtından bir il əvvəl yerinə yetirmişdir
    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu vəzifəyə təyin ediləndən sonra ilk müşavirəsini məhz məcburi köçkünlərin problemlərinə həsr edib və bundan dərhal sonra isə məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin təməlini qoyub. Daha ətraflı »

    Teqlər:

  • 21İyn

    Digər üçün şərhlər bağlıdır

    475c7ed02ba735186338672aca0bd942Bugünkü Azərbaycan dünya miqyasında seçilən bir ölkədir. Təəssüf edirəm, hamımız təəssüf edirik ki, müstəqilliyimizin ilk günlərindən Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olmayıb. Əgər rəhbərlikdə olsaydı, bir qarış torpaq da işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik etmiş insanlar zəiflik, qorxaqlıq göstərdilər. AXC-Müsavat cütlüyünə gəlincə, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. Əgər Heydər Əliyev müstəqilliyimizin ilk illərində hakimiyyətdə olsaydı, özümüzü bəlalardan qoruya bilərdik.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 21İyn
    Digər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır

    “BİR XATİRƏ QALA MƏNDƏN”

    nuvarBu sözləri Nübar Mədətli (Məmmədova) beş kitabından birinə ad seçib. Elə bu fikri də onun həyat amalı hesab etmək olar. 85 illik ömür yolunda onun yeganə məqsədi xeyirxahlıq və insanlara qayğı olub. Nə var-dövlət toplayıb, nə də zəngin həyat arzulayıb. Gördüyü işlərlə yaddaşlarda qalmaq istəyib və buna da nail olub.
    1932-ci il noyabrın 5-də Ağdamın Kəklikbəyli Qərvənd kəndində anadan olan Nübar Mədətlinin uşaqlıq illəri çətin keçib. Atası Əsəd kişi 1941-ci ildə vəfat edib. Səhhəti çox zəif olan anası Tutuxanım aclıq illərində 4 övlada baxa bilməyib. Beləliklə də kənd məktəbinin 3-cü sinfində əla qiymətlərlə oxuyan balaca Nübarı Ağdam uşaq internat məktəbinə göndəriblər. Həmin məktəbin müəllimi Zülfiqar Səfərəliyevi Nübar Mədətli özünün mənəvi atası hesab edir. Aclıq illərində hər bir uşağa öz övladı kimi qayğı göstərən Zülfiqar müəllim onların mənəvi dünyasının formalaşmasında böyük rol oynayıb. Nübar müəllim deyir ki, bütün həyatı boyu bu insanın xeyirxahlığını unutmayıb və onun kimi daim insanlara gərəkli olmağa çalışıb. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Digər “100 FAİZ ENDİRİM” üçün şərhlər bağlıdır

    151110122554_baku_shops_624x351_bbc_nocreditBu çalxalanan fani dünyada görün nə qədər “ürəyi yumşaq”, “insaflı” və “xeyirxah” insanlar var. Bunlar camaata “səmimi-qəlbdən xidmət etmək” üçün öz qazanclarından belə “əl çəkir”, hətta izafi xərclərə yol verirlər. Məsələn, götürün elə bəzi aptek sahiblərini, tetrasklini, yəni ayıb olmasın, qarın ağrısı dərmanını 50 ma-nata deyil, 50 qəpiyə satırlar ki, adamların qarnı ağrıyanda pis günə qalmasınlar, tez 50 qəpik verib, dərdlərinə əlac eləsinlər. (Nə olsun ki, bir az əvvəl bu dərman 10 qəpik idi?).
    Bəzi ticarətçilər, satdıqları şeylərin qiymətlərində cəmi-cümü “70 faiz endirim” edib, öz qıymazlıqlarını aləmə car çəkirlər. Deyən də yoxdur ki, a kişi, əgər reklam xatirinə bunu edib, özünə müştəri yığmaq və cibini doldurmaq istəyirsənsə, elə “100 faiz endirim” yaz, qoy adın da kişi kimi aləmə yayılsın. Daha o qalan 30 faizdən ötrü adını niyə biabır edirsən? Daha ətraflı »

    Teqlər: