Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Avq
    Digər KONSTİTUSİYAYA TƏKLİF OLUNAN DƏYİŞİKLİKLƏR MİLLİ MARAQLARIMIZA XİDMƏT EDƏCƏK üçün şərhlər bağlıdır

    unnamedAzərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər dövlətimizin bundan sonra daha da güclənməsinə, xalqımızın mil-li maraqlarına xidmət edəcək. Ona görə də inanıram ki, xalqımız bu dəfə də Prezidentimizlə həmrəy olduğunu və onu dəstəklədiyini nümayiş etdirəcək.
    Bir təhsil işçisi kimi düşünürəm ki, Konstitusiyaya edilən dəyişikliklər Azərbaycan gənc- liyinə daha geniş imkanlar yaradacaq. Bu gün gəncləri-miz olduqca fəaldırlar.Onların yaxşı təhsil almaları, cəmiy-yətin fəal üzvlərinə çevril-mələri üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təklif olunan dəyişikliklər onların özlərini həyatda daha yaxşı doğrultmalarına şərait yaradacaq.
    Fitat Əliyeva, Qapanlı kənd tam orta mək

    Teqlər:

  • 08Avq
    Digər YOLUNU AZMIŞ JURNALİSTLƏR CƏMİYYƏTƏ NECƏ GƏLİRLƏR? üçün şərhlər bağlıdır

    DSC_2576Hər şeyi mühit yetişdirir. Bu mühit nə cürdürsə, şüurumuz da ona uyğun formalaşır. Çox şey ətrafımızda baş verən hadisələrə uyğun nizamlanır. Tərbiyəmiz də, əməllərimiz də bu amildən çox asılıdır.
    Elə yolunu azmış jurnalistləri də yaşadığımız mühit yetişdirir.
    Sovet rejimində bir az ayrı cürüydü. Həmin dönəmdə jurnalistlərə çox böyük hörmət-izzət göstərilirdi. Çünki əksərən düz yazırdılar, ələlxüsus da tənqidi yazıları və bunlara da yüksək mərtəbələrdə ciddi reaksiya verilirdi. Nəinki “Pravda” qəzetində, respublikamızda nəşr olunan “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan gəncləri” qəzetlərində, o cümlədən adi rayon qəzetində adi bir tənqidi yazı dərc olunanda “aləm qarışırdı bir-birinə”, hətta Mərkəzi Komitənin, raykomun bürolarında bu yazılar müzakirə olunurdu. Idarə müdirləri “Kirpi” jurnalının əməkdaşlarından “cin misdən qorxan kimi qorxurdular”. Düzdür, o vaxt da jurnalistlərə rüşvət verirdilər, amma çəkinə-çəkinə, rayonun rəhbərliyi ilə razılaşandan sonra. Jurnalistlər də özlərini “naza çəkər”, “arpa ilə ikili tutar”, xeyli minnətdən sonra rüşvəti onların ciblərinə, yaxud partfellərinə güya gizlicə qoyardılar, onlar isə özlərini görməməzliyə vurardılar. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Digər AZ YAŞADI, QEYRƏTLƏ YAŞADI üçün şərhlər bağlıdır

    Mübariz ŞəhidSüleymanov Mübariz Böyükkişi oğlu 1974-cü il iyunun 26-da Tərtər rayonunun Sarov kəndində doğulub. Evin sonbeşiyi idi. Beş qardaşın, iki bacının ən sevimlisi, ən yaxşısıydı. Müharibə sübut elədi ki, Vətən yolunda canlarını ən yaxşılar qurban verir. Bu ailədən də tale Mübarizi seçdi.
    Taleyin hökmümü apardı onu, bu yola? Bəlkə də qismət yazısıymış, bir söz deyə bilmərik. Amma Mübarizin özü də yaman tələsirdi. Hələ yaşı çatmamış orduya yazılmaq istəyirdi. Evdən qoymurdular. Deyirdilər, yaşın çatar, sən də başqaları kimi ge-dib döyüşərsən. 18 yaşı tamam oldu. Saxlamaq da olardı. Çünki tələbəydi, Mingə-çevirdə oxuyurdu. Acığı tutdu. Dedi ki, ermənilər gəlib bizim rayonumuzu, kəndimizi alandan sonra mənim oxumağım kimə lazımdır? Qeyrətsiz yüz il yaşamaqdansa, Vətənin üçün əlindən gələni edib qeyrətlə ölmək yaxşıdır. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Digər KÜRDOĞLU MƏHƏMMƏD KİM OLUB? üçün şərhlər bağlıdır

    Kurdoglu mehemmedQısa arayış: Əhmədov Məhəmməd İbrahim oğlu ötən əsrin əvvəllərində Kəlbəcər mahalının Qaracanlı kəndində anadan olub. O, uşaq yaşlarında Kəlbəcərin kəndli gənclər məktəbində oxuyub. Məktəbi bitirəndən sonra rayonda vergilər idarəsində işləyib. İnsanların mal-heyvanlarını oğurlayanlara qarşı barışmaz idi. Oğurlanan mal-qaranı yiyəsinə qaytarardı. Bunu bilənlər həmişə Məhəmmədə müraciət edərdilər.
    Cavan yaşlarından Məhəmməd yaxşı at çapardı, sərrast tüfəng atardı.Həm də yaxşı ovçu idi. Atın dördnala çaparağında onun qarnının altından fırlanıb bir də yəhərə qalxardı. Bu zaman kənardan seyr edənlər elə bilərdilər ki, atın üstündə adam yoxdu. Məhəmməd gənc yaşlarından belə igid oğlan idi.
    Ağsaqqalların söhbətlərindən: Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Digər 23 İL ƏVVƏL TƏRTƏRDƏ YAP-ın RAYON TƏŞKİLATI YARADILIB üçün şərhlər bağlıdır

    Изображение 065Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının qərargahında rayon təşkilatının yaradılmasının 23-cü ildönümü ilə əlaqədar təşkilatın Şura üzvləri, Gənclər Birliyi, Qadınlar Şurası, Nəzarət-Təftiş Qrupunun üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri və yerli mətbuatın nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədovun təklifi ilə tədbir iştirakçıları Ulu Öndər, partiyanın yaradıcısı Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Məruzə ilə çıxış edən YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov qeyd edib ki, tarixi zərurətdən doğan və Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımızın dünya dövlətləri içərisində tutduğu layiqli mövqeyinin möhkəmləndirilməsi yolunda yorulmaz fəaliyyət göstərir.
    1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatının sıralarında hazırda 5860 nəfər partiya üzvü vardır.
    Bu gün rayon təşkilatının üzvlərinin 3047 nəfərini qadınlar, 1431 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 149 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 78 nəfəri və ya 51 faizi gənclər, 104 nəfəri isə qadınlardır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Digər REDAKSİYADA BAYRAM TƏDBİRİ üçün şərhlər bağlıdır

    Изображение 143Изображение 093Azərbaycan Milli Mətbuatının yaranmasının 141 illiyi münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında tədbir keçirildi. Tədbiri qəzetin redaktoru Tofiq Yusif açaraq kollektivi və eləcə də qəzətimizin oxucularını əlamətdar gün münasibəti ilə təbrik etdi. Tofiq müəllim banisi Həsən bəy Zərdabi olduğu Azərbaycan mətbuatının cəmiyyətimizin həyatındakı mühüm yerindən danışdı, müstəqillik illərində mediaya dövlət qayğısını bir daha xatırlatdı.
    O bildirdi ki, redaksiya kollektivinin gərgin əməyi sayəsində “ Yeni Tərtər ” də respublikamızda sayılan-seçilən bölgə qəzetlərindən birinə çevrilmişdir. Bu, həm də Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində ölkədə medianın inkişafına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin bəhrəsidir.
    Rayonumuzun həyatının aynasına çevrilən, öz səhifələrində onun tarixini yazan və yaşadan “Yeni Tərtər” in fəaliyyətinə rayon rəhbərliyi də daim həssas yanaşır, burada çalışan əməkdaşların maddi və mənəvi həvəsləndirilməsinə qayğı göstərir. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Digər MÜSTƏNTİQLƏRİN “DOSTLUĞU”, YOXSA DƏLƏDUZ QADININ FƏRASƏTİ? üçün şərhlər bağlıdır

    01Itnən pişik, pişiknən siçan, tülküynən xoruz “dostluq” edə bilirsə, bəs niyə polisnən oğru, müstəntiqlə cinayətkar “dostluq” etməsin? Əgər belə “dostluq” olmasaydı, əvvəllər iki dəfə məhkumluq həyatı yaşamış, sonralar dəfələrlə ağır cinayət əməlləri törətmiş Tərtər şəhərinin sakini Kərimova Sevinc Sultan qızı Tərtər Rayon Polis Şöbəsinin İstintaq Qrupunun müstəntiqi Firuz Nuriyevin və Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Rəhim Ağamalıyevin sayeyimərhəmətindən indi azadlıqda gəzib, öz dələduzluq cinayət əməllərini davam etdirməz, “qaz vurub qazan doldurmaz”, həbsxananın bir küncündə dizlərini qucaqlayıb oturardı, öz hərəkətlərinin peşimançılığını çəkərdi.
    Bu hadisə barədə dəfələrlə yazmışıq–mətbuatda çoxlu sayda məqalələr dərc olunub, Respublikanın Ədliyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Bərdə Rayon Prokurorluğuna yazılı müraciətlər olunub… Lakin dələduz Sevinc Kərimovanın “xətrinə heç kim dəyməyib”, ona “gözün üstə qaşın var” deyən olmayıb. Belə-belə “xiyar əyri bitib”, cinayətkara kömək olunub, ona münbit şərait yaradılıb. Cəzasızlıq mühitində isə, əlbəttə, cinayətkarlıq törəyib artır, kriminal durum həddindən çox gərginləşir. “Çanaq” bircə Tərtər Məhkəməsinin sabiq hakimi Həsən Qəniyevin “başında çatladı”–onun iş yerini Kəlbəcər Məhkəməsinə dəyişdilər.
    Sevinc Kərimova tərəfindən son zamanlar törədilmiş cinayət əməllərinin qısa məzmunu belədir: Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Digər DÜNYADAN KAM ALMAYAN PƏRİ… üçün şərhlər bağlıdır

    11Folklor araşdırıcılarının qənaətinə görə, sözün yaranması ilə yaranıb folklor nümunələri. Ilk folklor nümunələri olan laylalar, müxtəlif növ bayatılar, oxşamalar, sayacı sözlər məhz qadınlara aiddir. M. Seyidovun “Sözün yaranması tarixi” kitabı da bunu təsdiq edir.
    Azərbaycanın folklor tarixində Aşıq Bəsti, aşıq Nabat, aşıq Minayə, aşıq Sənəm, aşıq Pəri və başqaları olub. Aşıq Pəri XIX əsrin birinci yarısında yaşaıb. Rus şairi Adolf Berjenin yazdığına görə, 1829- cu ildə 18 yaşında Şuşaya gələn Pəri hesablamaya görə, 1811-ci ildə Cəbrayıl rayonunun Maralyan kəndində anadan olub. Deyilənə görə, bu azərbaycanlı xanım olduqca yaraşıqlı, gözəl və cazibadar olub. Pəri cox istedadlı, ağıllı, hafizəli imiş. Valideynləri onu qoca bir varlı kişiyə vermək istədiyindən o, gizlicə yolla Maralyandan qaçıb. Şuşada böyük bir ziyalı mühitlə rastlaşan qız Cəfərquluxan nəvvab, Məhəmməd bəy aşıq, Mirzəcan Mədətov, şair Adolf Berje və başqalarından mükəmməl dərs alıb. Bu iti zehinli qız, saz çalmağı, oxumağı da tezliklə mənimsəyir.
    Berjenin yazdığına görə aşıq Pəri Molla Pənah Vaqifə (1717-1798) ən böyük nəzirə yazır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Digər YENƏ DƏ BAHAR GƏLƏCƏK… üçün şərhlər bağlıdır

    f992af89Bizim hər birimiz həyatda bədbəxt hadisələrdən sığortalanmamışıq. Həyat bəzən çox qəddar olur, kimsə atasını, anasını, yaxud digər doğmasını itirir. Əlbəttə, çox acınacaqlı haldır ki, ailədə uşaq anasız, yaxud atasız böyüyür.
    Ancaq müşahidə etdiklərimizdən belə bir qənaətə gəlmişəm ki, əsl insan odur ki, üzləşdiyi faciələr onu qəddarlaşdırmasın, həyata inamını qırmasın. Əgər belə olarsa, bu, böyük bir bəladır. Mənim zənnimcə, həyatın zərbələri doğmaları bir-birindən ayırmalı deyil, əksinə birləşdirməlidir. Hər kəs dərk etməlidir ki, təkcə özü üçün deyil, həm də ailəsi üçün, cəmiyyət üçün yaşayır və gərəkli olmaqdan ötrü bütün çətinliklərə tab gətirmək lazımdır. Əlbəttə, heç nə yaddan çıxmır, o cümlədən yaxınlarımızın həyatdan getməsi də. Ancaq yenə də bahar gələcək, çiçəklər açacaq. Bu, həyatın fəlsəfəsidir.

    Könül Quluyeva

    Teqlər:

  • 19İyl
    Digər III Beynəlxalq multikulturalizm məktəbi Qəbələdə fəaliyyətə başladı üçün şərhlər bağlıdır

    5-00 3 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) indiyədək həyata keçirdiyi çoxsaylı əhəmiyyətli layihələrindən biri də mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.

    Sözügedən layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.

    Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə artıq  Azərbaycana olan maraq məhəbbətə çevrilib. Həmin yay və qış məktəbinin əcnəbi iştirakçılarının timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb, yeni əməkdaşlıqlar və dostluqlar yaranıb. Daha ətraflı »

    Teqlər: