Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May
    Ədəbiyyat TƏMSİLLƏR üçün şərhlər bağlıdır
    Ayı müdirliyi

    Dələ yanaşıb

    müdir ayıdan

    bir iş istədi.

    –Düzələr–dedi.

    Get-get, qəbula

    səhər gəl dedi.

    Sabahı ondan

    Üç  leş istədi.

    Çaqqalın kirvəsi

    Ayı  gördü çaqqalın

    var bir gözəl arvadı.

    Yerişi canalandır,

    Məlahətlidir səsi.

    Ayı yüz dona girib,

    Oldu onun kirvəsi

    Ayı oğlunun “segisi

    Boz ayının oğlu dedi:

    Uzun illər görməsəm də,

    çox sevirdi atam məni.

    İlinəcən gedəcəyəm,

    qəbri üstə qara daşdan

    qoyduracam hey-kəlini.

    Qurbağa peşəsi

    Qurbağa suda

    Düz üzə bilmir.

    Amma balığa

    üzmək öyrədir.

    Qazın arvadı

    Bir çətin işdən ötrü

    müdirin qəbuluna

    yüz yol getdi qaz kişi.

    Qazın göyçək arvadı

    bircə dəfə getməklə

    düzəldib həmin işi.

     

     

     

     

     

     

     

     

     

    Əhməd SÜLEYMANOV,
    Yevlax rayonu Köyük kəndi

  • 30Mar
    Ədəbiyyat TOFİQ YUSİF–70 üçün şərhlər bağlıdır

    Tofiq Yusif(Hüseynov Tofiq Yusif oğlu) 1950-ci il aprel ayının 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. İki ali təhsil alıb.15 ildir ki, “Yeni Tərtər” qəzetinin baş redaktorudur.Kütləvi İnformasiya Vasitələrində səmərəli fəaliyyətinə görə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.“Vətən naminə” və “Əmək veteranı” medalları ilə təltif olunub. “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür. 8 kitabın müəllifidir.
    Daha ətraflı »

  • 30Mar
    Ədəbiyyat ÖMÜR PAYIZININ OĞLAN ÇAĞINDA… üçün şərhlər bağlıdır

    Azərbaycanımızda ziyasından faydanlanmalı çox ziyalılarımız olub və bu gün də var. Onlar istedadlarını, təfəkkürlərini, qabiliyyətlərini, zəkalarını yalnız öz-lərinə məxsus deyil, xalqın sərvəti bilərək fədakarlıqla ömür həsr eləyən əsil ziyalılardır.
    Lakin bölgələrdə yaşayan çox istedadlı ziyalılar var ki, mühitin kölgəsində bir qədər adiləşərək havadarlı, süni ziyaların parıl-tısında sönük görünürlər. Bizlərin də qiymətləndirmədə elədiyimiz xəsislik Günəş ziyasının qarşısını alan buluda bənzəyir. Bu “bəxti gətirməyən” ziyalılardan biri də Tərtər şəhərində yaşayan “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifdir.
    Ömrünün yetmişinci pilləsinə çatan bu insan iki ali təhsil alıb–Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında və Marksizm-Leninizm Universitetində oxuyub. 1967-1970-ci illərdə Tərtər rayon yerli radio veriliş-lərinin müxbiri, 1970-ci illərdə orta məktəbdə müəllim, daha sonra hərbi sənayedə müxtəlif vəzifələrdə işləyib. 1990-1997-ci illərdə “Salam” və “Fədai” qəzetlərinin əməkdaşı olub. Partiya Sovet və nəzarət orqanlarında, daha sonra Tərtər Bələdiyyəsində çalışıb. Daha ətraflı »

  • 30Mar
    Ədəbiyyat ÖMRÜMÜN PAYIZI üçün şərhlər bağlıdır
    Ömrün payızında qarşıma çıxdın,

    Daha çiçəyim yox, daha gülüm yox.

    Sönmüş gözlərimə heyrətlə baxdın–

    Daha alovum yox, daha külüm yox.

     

    Qurumuş dəryada mən–sınmış qayıq,

    Sən gülə, mən çürük kötüyə tayıq.

    Ürəyin Füzuli eşqinə layiq,

    Mənim o sevgiyə layiq könlüm yox.

     

    Sənə məhəbbətdir, mənə qəmdir yaz,

    Sənə layla, mənə dərd–ələmdir saz.

    Sənə bulaq qıyan mənə şeh qıymaz,

    Daha bundan betər qara günüm yox.

     

    Mən–xəzəl, sən isə yamyaşıl yarpaq,

    Bu dünya sənə eşq, mənə dağdır, dağ

    Qəlbim–susuzluqdan çatlamış torpaq,

    Daha yağışım yox, daha selim yox.

     

    Dərdimi deməyə deyim qalmayıb,

    Səni sevməyə də heyim qalmayıb.

    Kəfəndən savayı geyim qalmayıb,

    Bundan ağır sitəm, ötə zülüm yox.

     

    Gedir, yaşamağın həvəsi gedir,

    Gedir, bir şairin nəfəsi gedir.

    Allahın da məndən zəhləsi gedir–

    Min cür əzab verir, amma ölüm yox.

     

    Ağrılar yüküyəm mən Tofiq adda,

    Halıma göynəyir qohum da, yad da.

    Canlı kölgəymişəm mən bu həyatda–

    Bir izə dönəsi ayım, ilim yox.

    Tofiq YUSİF

  • 30Mar
    Ədəbiyyat MƏMMƏD ARAZIN üçün şərhlər bağlıdır

    (Tofiq YUSİFƏ)

    Nələr gördü, nə düşündü, nə yazdı,

    Şükür hələ Dədəm Qorqud varıymış.

    Anlamayan yəqin ağlı dayazmış,

    Söz mülkünün sərvətiymiş, varıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən ilqara, vəfaya bax, a qardaş,

    Tənhalıqda uca dağa qar adaş.

    Bizdən ötrü o göyərən qara daş

    Dar ayaqda arpa cadı, darıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Duman tutub, çətin keçəm bu dağdan,

    Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.

    Ağıl dözmür, sallanan çox budaqdan,

    Gövdə də ki, bir qocalmış qarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən də hərdən, ara dostu, dəy, toxun,

    Nə bir qəlbi incit, nə də dəy, toxun.

    Min-min acdan yox xəbəri day toxun–

    Dövlətlinin qulaqları karıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Bu xınaya bənzəməyir o xına,

    Müəmmadır, çətin hələ oxuna.

    Su tökdülər Yalıncığın oxuna,

    Onun da ki, əsli-kökü xarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Rafiq, ha dönsə də dünyanın dəfi,

    Şair–haqq aşiqi, pozulmaz səfi.

    Getdi, qoydu varis Tofiq Yusifi,

    Halal olsun, bəxti ona yarıymış!

     Qəbri nurla dolsun Məmməd Arazın!

    Rafiq NƏSİROV

  • 18Mar
    Ədəbiyyat BEYNƏLXALQ POEZİYA GÜNÜ üçün şərhlər bağlıdır

    YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında hər il martın 21-i “Beynəlxalq Poeziya Günü” elan edilib.
    Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir.
    Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı zəminində formalaşmış bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.
    Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yazıçı və şairlərimizə qayğı daha da artmış, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsi kimi yeni inkişaf mərhələsinə yüksəlmişdir. Daha ətraflı »

  • 30Yan
    Ədəbiyyat FÜZULİ–QƏLB ŞAİRİ üçün şərhlər bağlıdır

    Dünya ədəbiyyatına gözəl nümunələr bəxş edən Məhəmməd Süleyman oğlu Füzuli 1494-cü ildə Kərbəlada dünyaya göz açıb. Füzuli sözünün mənası çox danışan deməkdir. Bayat tayfasının nümayəndəsi olan bu şəxsiyyət mükəmməl təhsil almışdı. Savadlı olduğu üçün (tarix, fəlsəfə, tibb və başqa elmlərə bələd idi) ona “Molla”, “Mövlanə Füzuli” deyirdilər. Əhdü Bağdadi “Gülşənüş şüara”(“Şairlərin gülşəni”) əsərində onu dövrünün alimi adlandırıb. Sadə həyat yaşayan Füzuli saraylardan uzaq olub.
    İngilis alimi Gibb Füzulini “qəlb şairi” adlandırıb və deyib: “Füzuli ilhamını hər hansı bir şairin əsərindən deyil, öz qəlbindən alırdı. O, öz dühasının işığı ilə parlayaraq özünə xas olan yeni yol tapmışdır. Bu yolda onun sələfi yoxdur”.
    Yaradıcılığa gənc yaşlarından başlayıb. Əsərlərini üç dildə(azərbaycan, ərəb və fars) qələmə alıb. O, epik, lirik növdə və nəsr həm də nəzmlə bənzərsiz nümunələr yaratmışdır. Ədəbiyyatımızda ana dilində ilk nəsr əsəri(“Şikayətnamə”), tərcümə əsəri(“Hədisi-ərbəin”), bir əsərdə bir neçə bəhrdən istifadə olunan əsər(“Leyli və Məcnun”), alleqorik poeması(“Həft Cam”) Füzuli yaradıcılığına məxsusdur. Daha ətraflı »

  • 29Dek
    Ədəbiyyat HƏR KÖNÜLDƏN BİR NƏĞMƏ üçün şərhlər bağlıdır

    DEYİLMİ?…

    Ömür başdan-başa, beşikdən-qəbrə

    Həyat sevinci, qəmi deyilmi ?

    Ölüm bir ömürlük iztirabların-

    Ağrının, acının cəmi deyilmi ?

     

    Mənəvi dünyaya qalxıb ucalmaq

    Qanadlı duyğuya qismətdir ancaq.

    Beləysə,  ömürdən, gündən kam almaq

    Hər kəsin arzusu, kamı deyilmi ?

     

    Keçir məqamlar  da   gündə  yüz  əldən

    Hansı gizli əldir pozan, düzəldən?

    Sənin güvəndiyin dünya əzəldən             

    Əkilən, biçilən zəmi deyilmi ?

    Ayaqlar altında yer  oldu tapdaq,      

    Sirrini, məğzini bilmədik ancaq.

    Tapdaq  etdiyimiz bu  qara torpaq

    Əbədi mənzilin damı deyilmi ?

     

    Damımız üstündə gəzər, hey gəzər,

    Hərə ürəyincə bir mənzil bəzər.

    Torpağı sormaqdan etmədik həzər,

    Bu da ağlımızın kəmi deyilmi ?

     

    Ötəri mənzildə qədər hökm edər,

    Kimimiz bal içər, kimimiz zəhər:

    Əbədi mənzildə hamı-bir nəfər,

    Bir nəfər özü də hamı deyilmi ?

     

                                     Bəxtiyar VAHABZADƏ

     

  • 29Dek
    Ədəbiyyat VƏTƏN DESİN! üçün şərhlər bağlıdır
    Bu gün gərək

    Hər anımız Vətən! – desin!

    Qılıncımız, qalxanımız

    Vətən! – desin

    Ölənlərin əvəzinə

    Qalanımız Vətən! – desin.

    Vətən! – desin

    Qəlbimizin hər duyğusu,

    hər vurğusu

    Vətən! – desin.

    Fərqi yoxdur, harda olaq,

    Zamanımız, məkanımız

    Vətən! – desin

    Çox yatdıq, çox mürgülədik,

    Qoca millət!

    Mürgülədik: qoşa-qoşa

    Dağlarımız oğurlandı.

    Çaylarımız, göllərimiz

    oğurlandı.

    Düzlərimiz, çöllərimiz oğurlandı

    Oğurlatdıq!

    İndi saysaq saya sığmaz,

    Daha nələr, nələr oğurlanıb.

    Yer üstündə xəzinələr,

    Yer altında dəfinələr

    oğurlanıb!

    Qoca millət, hər andımız,

    Amanımız,

    Əgər varsa,

    Zərrə qədər imanımız,

    İmanımız Vətən! – desin

    Hər yaxşımız, yamanımız

    Vətən! – desin

    Əli kəsik, dili kəsik

    Uşaqlar var – hələ dustaq,

    Körpə dustaq Vətən! – deyir.

    Bu nə külək, bu nə bulud,

    Bu nə yağış, bu nə qardı?

    Didərginlər üzərində

    susub durdu,

    Vətən! – dedi,

    Mürgülüsən, qoca millət:

    Daha möhkəm, daha ötkəm

    gəlsin səsin,

    Vətən! – desin

    Qoca millət, Bu gün gərək

    Hər anımız Vətən! – desin.

     

                                                  Məmməd ARAZ

     

  • 29Dek
    Ədəbiyyat GETMİSƏN… üçün şərhlər bağlıdır
    Gülüm, axı hamı məni tanıyır,

    Bilmədiyin nə öyrənib getmisən?

    İndiyədək çəmən məni qınayır,

    Çiçəklərə gileylənib getmisən.

     

    Yar, olmaya canım sənə qəfəsmiş,

    Aramızdan nə çatlayıb, nə əsmiş?

    Bəlkə sevgi sənin üçün həvəsmiş?

    Ətrafımda veyillənib getmisən.

     

    Axı məni yoxun-varın bilirdin,

    Al günəşin, ilk baharın bilirdin,

    Saçlarımı zirvə qarın bilirdin;

    Bəlkə, elə o sellənib getmisən?

    Bir zamanlar hər an dil-dil ötərdin,

    Çeşmələrdən, bülbüllərdən  betərdin,

    Nə sevincin bəlli oldu, nə dərdin

    Nə  hönkürüb, nə  dillənib getmisən.

     

    Sevənlərdir xatirələr qoruyan,

    Torpaqları göz yaşıyla doyuran,

    Yollar çoxdur insanları ayıran –

    Hara baxsan, şaxələnib getmisən

     

    Tab edərdim məkrindəki qılınca,

    O yaxşıydı – xəzəl olub solunca,

    İstəsəydin-su atardım dalınca

    Göz yaşlarım səpələnib, getmisən..

    Vahid ƏZİZ