Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen
    Ədəbiyyat “KEÇMİŞƏ NƏZƏR SALANDA…” KİTABININ MÜZAKİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır

    Изображение 139Изображение 185Professor, texnika elmləri doktoru Rasim Axundovun Axundovlar ailəsinə həsr etdiyi “Keçmişə nəzər salanda…” kitabının işıq üzü görməsi münasibəti ilə redaksiyamızda tədbir keçirilib.
    Tədbiri açan “Yeni Tərtər” qəzetinin baş redaktoru, “Keçmişə nəzər salanda…” kitabının redaktoru, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan yazıçılar birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatı, “Tərəqqi” medallı dövlət mükafatçısı Tofiq Yusif bildirib ki, bu əsərin ərsəyə gəlməsi Azərbaycan elmi tarixinə, həmçinin rayonumuzun tarixinə bir töhfədir. Kitabda yaxın keçmişimizdə yaşayan feno-menal bir ailə–Axundovlar ailəsi haqqında sənədli materiallar əsasında səmimi bir söhbət açılır. Ailənin başçısı Fərrux Axundov uzun illər rayonumuzun Azadqaraqoyunlu kəndindəki tibb məntəqəsində işləmiş, eyni zamanda burada və ətraf kəndlərdə rus dilini tədris etmişdir. Ailədəki on övladdan beşi müxtəlif sahələr üzrə elmin ən yüksək zirvəsinə ucalmış, professor, elmlər doktoru adını almışdır. Valideynlər – Fərrux bəylə Maya xanım övladlarının hamısının ali təhsil almasına nail olmuşlar.
    Tofiq müəllim göstərib ki, bu ailənin mayasını ziyalılıq, nur təşkil edir. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində “Pravda” qəzetinin birinci səhifəsində Leonid Tahirovun imzası ilə onlar haqqında “Ondurlar, hamısına da əhsən!” sərlövhəli məqalə dərc olunmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Ədəbiyyat “AŞIQ PƏRİ” MƏCLİSİNİN YARADILMASI üçün şərhlər bağlıdır

    ac59fc4b1q-pc999riTanınmış jurnalist Səbuhiddin Rüstəmovun qeyd etdiyinə görə, 1980-ci illər ərəfəsi şair Nigar Rəfibəyli və tarixi romanlar ustadı professor Əzizə Cəfərzadə “Azərbaycanın qadın, aşıq şairləri” adlı qiymətli bir əsər yaratmışdılar.
    Bu kitabda “Ölülər”in Nazlısından başlamış, Ağabacı, Məshəti, Raziyəyə (Gəncəvi) qədər, Azərbaycanın aşıq qadınları və şair qadınların hamısı göstərilmişdir. Hazırda düşmən caynağından azad edilmiş “Lələtəpə”nin “Yaxşısı” (haqq aşığı Lələnin dəfn edildiyi Cocuq Mərcanlıda), haqq Aşığının sevgilisi Yaxşı ilə deyişmələri həmin kitaba salınmışdır.
    Bir sözlə, tariximizdə yaşanan Aşıq Pəri öz dövrünün çox görkəmli, mükəmməl yerini tutmuşdur. 1984-cü ilin əvvəllərində neftcalalı folklor bilicisi Narınc Xatın Əzizə Çəfərzadə ilə görüşür, XIX əsrin yarısında Şuşa mühitində təlim-tərbiyə almış Aşıq Pərinin adını əbədiləşdirmək qərara alınır. Beləliklə hər ikisinin səyi ilə Aşıqlar Birliyi Hüseyn Arif, Əzizə Cəfərzadə, Narınc Xatının imzası ilə sorağını eşitdikləri insanlara məktub yolladılar. Bir neçə çağırış da mənim arxivimdədir. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Ədəbiyyat AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ üçün şərhlər bağlıdır

    ana-dili__3001 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıyıq. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Ədəbiyyat YENİ ŞEİRLƏR üçün şərhlər bağlıdır

    20160502_143940Kamil Tərtərli (Süleymanov) 1955-ci il avqustun 26-da Tərtər rayonunun Qaynaq kəndində dünyaya göz açıb. Kamil müəllim “şairəm” deməsə də, daim onu düşündürən, bir vətəndaş kimi silkələyən mövzulara toxunur, obrazlı şəkildə bunlara münasibətini bildirir. “Qəhrəman Tərtər” şeiri də aprel ayının əvvəllərindən cəbhədə hadisələrin gərginləşməsinə həsr olunub.

    Teqlər:

  • 04May
    Ədəbiyyat QƏHRƏMAN TƏRTƏR üçün şərhlər bağlıdır

    Yenə bulud çöküb üstünə, Tərtər,
    İgid oğlanları çağır meydana!
    Ayağı dəyməsin yağı düşmənin,
    Qəhrəman diyarın torpaqlarına!

    Birinci Qarabağ savaşında sən

    Düşmənə layiqli cavab vermisən.
    Qovmusan düşməni uzaq yerlərə,
    İndi qisas almaq istəyir səndən.

    Vətən oğulları, qalxın ayağa!
    Döyüşmək vaxtıdı, hünər vaxtıdı.
    “Hay”ların başını əzəsən gərək,
    Torpağı almağın zamanı çatdı. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Ədəbiyyat OLAYDIM üçün şərhlər bağlıdır

    Kaş yolum düşəydi bu yaz dağlara,
    Açan gül-çiçəyə qonaq olaydım.
    Yaz dumanı süründükcə çəməndə,
    Şehdə ayaqyalın gəzən olaydım.

    Təzə yarpaq açmış o meşələrdə,
    Kəkotu, qantəpər gül açan yerdə,
    Qar selə döndükcə şah zirvələrdə
    Tərtər çayı coşan yerdə olaydım.
    Murovdağın sərin mehi vuraydı,
    Mürgüləyib mən də meyxoş olaydım.
    Bulaqların şırıltısı yoraydı,
    Allahıma şükür eləyən olaydım. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Ədəbiyyat Köhnə yazılarımızdan üçün şərhlər bağlıdır

    MOLLA PƏNAH VAQİF TƏRTƏRDƏ YAŞAMIŞDIR

    983D3DF9-E4EC-4A9D-B674-5E4D737F53C9_w640_sXVIII əsrin görkiəmli Azarbaycan sairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax rayonunun Qıraqsalahlı kəndində anadan olmuşdur. O, mükəmməl təhsil almış astronomiya ilə maraqlanıb, bacarıqlı memar olmuşdur. Molla Pənah Vaqif fars, ərəb dillərini gözəl öyrənmişdir. 1750-ci ilin axırlarında öz ailəsi ilə birlikdə Qarabağın Tərtər mahalına köçüb gələn şair bir müddət burada yaşayıb-yaradır.
    Mənbələrdə göstərilir ki, Molla Pənah Vaqif Tərtərbasarın Sarıcalı kəndində məktəb açaraq orada müəllimlik etmişdir.
    Bir neçə il bundan əvvəl bu məsələ ilə əlaqədar Sarıcalı kəndinə getdim. Nəsillərin yaddaşında qalanlar budur ki. Vaqif tez-tez Tərtər çayına tamaşa edərmiş. Haylı-haraylı çayı seyr etməkdən çox xoşlanarmış. Görünür, şair Tərtərin sahillərində yazıb-yaradırmış. Məni çox maraqlandıran bir sual vardı qarşımda. Görəsən Molla Pənah Vaqif Tərtərdə neçə il yaşamışdır. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Ədəbiyyat Elimizə bahar gəlir üçün şərhlər bağlıdır

    İTMƏYƏN ÜMİDLƏRİMİZDƏN,TÜKƏNMƏYƏN ARZULARIMIZDAN XƏBƏR VERƏN BAYRAM

    novruzTanrının taleyimiz kimi bizə təmənnasız bəxş etdiyi bir çox xoşbəxtliklərdən biri, bəlkə də elə birincisi, min nazı, işvəsi ilə könül dünyamızı, həyatımızı büsbütün təzələyib, dəyişən Novruz bayramıdır. Fəsillərin dəyişdiyi, gecə ilə gündüzün bərabərləşdiyi bir vaxtda istər-istəməz insan ruhu da təzələnir, dəyişir. Daş altından küskün-küskün boylanan bənövşə, dünyaya sevgi , sevinc bəxş etməyə hazır olan nazlı, qəmzəli nov-ruzgülü, ilk baharın carçısı sayılan qaranquşların dönüşü itməyən ümidlərimizdən, tükənməyən arzularımızdan, bir də hər bir insan övladının içində gizlicə yaşatdığı sevgidən xəbər verir.
    Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır.
    Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın, sağlamlığın, firavanlığın başlanğıcıdır. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Ədəbiyyat NAĞILLAŞAN KƏNDİN NOVRUZLU GÜNLƏRİ üçün şərhlər bağlıdır

    soyud-1334Uşaqlıq yaddaşımın müqəddəs səhifələrini vərəqləyirəm hərdən. Düşürəm uşaqlıq adlı bir heyrət dünyasına. Yorulmuş, görmək istəmədiklərini görməkdən usanmış gözlərim qarşısında əzəli və saf təbiətin ana qucağında, meşəli dağlarla əhatələnmiş gözəl bir vadidə ilahi bir kənd canlanır. Başı üzərində ağsaçlı Murovun qoşa zirvəsi ucalır. İlkinliyini hifz edə bilmiş ucsuz-bucaqsız meşələri bir təbiət sərgisi, təbiət muzeyidir; qucağında itərsən, əriyərsən, təbiətləşib təbiətin bir zərrəsi olmaq bəxtəvərliyinə qovuşarsan. Quşların nəğməsi çayların nəğməsinə, bulaqların zümzüməsinə qarışır. Mayası günəş işığı və hərarətindən yoğrulmuş ağ gündüzləri əzəmətli bir həyat himnidir. Nənələrin şirin nağılına bənzər gecələrinin tamaşasına ay çıxır, laylasını Tərtər, Ağçay, Arxana çalır. Zümrüd çəmənlərində bir dünyanın minbir çiçəyi boy verir, həyata, yaranışa, gözəlliyə, Ulu Yaradana minnətdarlıqla dolu təbəssümlər göndərir, ətirli nəfəsi ilə bir behişt ab-ha-vası yaradır. Nazlı sular sonası, Göy-gölün əkiz bacısı Sərsənggöl ayna tutur təbiətin ürəyində yuvalanmış, obalanmış bu kəndin mübarək hüsnünə. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Ədəbiyyat BAHARI GÖZLƏYİRƏM! üçün şərhlər bağlıdır

    1394621682_1271953580_airena-wallapack-84-spring-12Baharı gözləyirəm, səssiz-səmirsiz, quşların nəğməsini eşidim, bənövşənin, nərgizin, süsənin qoxusunu duyum, bağ-bağatın otunun, ağacların çiçəyinin ətrindən ciyərimə doyunca çəkim.
    Baharı gözləyirəm, dərd-sərimizi, ağrı-acılarımızı qışın qarına-buzuna qatıb sellər-sularla axıdaraq xoş günlərə, firavanlığa, sağlamlığa çıxaq.
    Baharı gözləyirəm, ilk qaranquş dəstəsi düşmən tapdağındakı torpaqlardan, Şuşadan, Laçından, Kəlbəcərdən, Dərələyəzdən, Zəngəzurdan, Göyçədən, daha neçə-neçə həsrət qal-dığımız elatlardan müjdə gətirsin, illərin ayrılığına son qoyulsun.
    Baharı gözləyirəm, Xan qızı Natavanın, Dədə Şəmşirin, pələsəng ruhları yollardan yığılsın, dağlarımızın, bulaqlarımızın, kol-kos basmış qəbirlərimizin üstünə ağı deyə-deyə yox, həsrətdən dodağı çatlamış halda özümüzü çatdıraq. Daha ətraflı »

    Teqlər: