28Mar
Kümçülükdə məsuliyyətli dövr başlayır
Son illər rayonumuzda kümçülüyün inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər keçirilir. İlk növbədə bu xeyli sahənin yem bazası möhkəmləndirilir, yol kənarlarında və digər sahələrdə xaricdən gətirilən tez inkişaf edən çəkil tingləri əkilib becərilir. Nəticədə əhali arasında baramaçılığa maraq artır.
Məlum olduğu kimi, bu sahədə uğur qazanmağın digər bir şərti kümxanaların mövsümə hazırlanmasıdır. Bu sahədə əhaliyə köməklik göstərmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Qax DİS-nin direktoru Əkrəm Fətəliyev tərəfindən “Kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsi” mövzusunda təlim keçirilib.
Təlimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər DAİM-in əməkdaşları, İƏD üzrə nümayəndələr və kümçü fermerlər işritak ediblər.
Əkrəm Fətəliyev kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsilə bağlı tövsiyələrini bildirib və fermerlərin suallarını cavablandırıb.
“YENİ TƏRTƏR”
12Mar
Şərəfli və çətin yolun davamçısı
“Elm fədaisi” ifadəsini tez-tez eşidirik. Bu sözlərin çox böyük mənası var. Çünki həyatını elmə həsr edən insan həqiqətən fədai olmalıdır. Bizim yaxşı tanıdığımız və çox sevdiyimiz Həqiqət xanımın atası Cavanşir müəllim kimi. Bu məqalədə biz atasının yolunu layiqincə davam etdirən bir övlad haqqında söhbət açdığımıza görə, Azərbaycanın görkəmli seleksiyaçı alimi, bir neçə kəşfin və patentin müəllifi Cavanşir Həşimovu da yada salmaq istəyirik.
O, elmin dalınca Sankt-Peterburqa getmişdi. Bu zaman artıq ailəliydi. Elə qızı Həqiqət də Sankt-Peterburqda dünyaya gəlib. Həqiqət xanım deyir ki, atası elmi işini Rusiyada müdafiə etsə də, onun dissertasiyası Böyük Qafqazın bitki örtüyünə həsr edilmişdi. Vətənini, onun təbiətini çox sevirdi. Ona görə də müdafiədən sonra Rusiyada yaşamaq istəməyib, Azərbaycana qayıtdı. Həqiqət xanım da öz Vətənində böyüdü. Atasından ona qalan ən böyük miras Vətəninə və elmə olan sevgidir. Daha ətraflı »
12Mar
Hər kəs öz yolunu seçib uğur qazana bilər
İnsan həyatı həmişə hamar olmur. Xüsusən qadınlar çox sınağa çəkilirlər. Yalnız səbrli, dözümlü, ən əsası isə, zəhmətkeş insanlar uğur qazanıb həyatlarını davam etdirirlər. Onlardan biri də rayonumuzun Soyulan kəndinin sakini, hazırda sahibkar kimi fəaliyyət göstərən Əskinaz Məmmədovadır.
Onun həyatı dəfələrlə kökündən dəyişib. Hər şeyin bitdiyini düşündüyü halda, yeni-dən uzaqda bir işıq görüb, bu işıqdan güc alıb və məqsədinə doğru addımlayıb.
1961-ci ildə Soyulan kəndində doğulan Əskinaz əmək fəaliyyətinə pambıqçı kimi başlayıb. Kənd Təsərrüfatı Texnikumunu, İqtisad Universitetini bitirib. Uzun müddət o zamankı Soyulan kənd Sovetində katib, sonra isə icra nümayəndəliyinin mühasibi vəzifəsində çalışıb.
Səhhətində yaranmış problemlərdən, keçirdiyi əməliyyatlardan sonra bəlkə çoxları həyatdan əlini üzərdi. Ancaq Əskinaz xanım bunlardan da qalib çıxdı. Səhhətini də bərpa elədi, övlad, nəvə sahibi də oldu. Sahibkarlıqla məşğul olmağa başladı. Arı saxladı. Bu barədə o, belə deyir:
– Arılar mənim yaşam səbəbim oldu. Onları artırıb 150 pətək etdim. Erməni qəsbkarlarının rayonumuza qadağan olunmuş bombalar atması nəticəsində, havanın çirklənməsindən arılarım da zəhərlənib məhv oldu. Bu zərbə çox ağır idi və mən yenidən xəstələndim. Daha ətraflı »
29Fev
2024-cü il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır. Uşotla rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 15029 uçot vahidi sorğuya cəlb olunmuşdur.
Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur.
İribuynuzlu mal-qara. 2024-cü il yanvarın 1-i vəziyyətinə rayonda 34224 baş iribuynuzlu mal-qara, o cümlədən 13928 baş inək və camış olmuş və onların sayı il ərzində mü-vafiq olararq 8.6 və 5.4 faiz artmışdır. Iribuynuzlu mal-qaranın sayı 2020-ci il yanvarın 1-nə 4557 baş və ya 15.4 faiz artmışdır.
Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyllidirlər. Belə ki, son 5 il ərzində inək və camışların sayı 12535 başdan 13928 başa çatmaqla 11.1 faiz artmış, mövcud iribuynuzlu mal-qaranın 40.7 faizini inək və camışlar, 1457 başı və ya 4.3 faizini düyələr təşkil etmişdir. Daha ətraflı »
20Fev
2023-ci ildə Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 114 milyon 33.5 min manat təşkil etmişdir ki, onun 67 milyon 419.6 min manatı və ya 59.1 faizi bitkiçilik məhsullarının, 46 milyon 613.9 min manatı və ya 40.9 faizi heyvandarlıq məhsullarının payına düşür. 2022-ci ilə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 8.0 faiz artmışdır.
20Fev
2024-cü ilin məhsulu üçün Tərtər rayonunda payızlıq bitkilərin səpini başa çatmışdır. 2024-cü ilin yanvar ayının 1-i vəziyyətinə təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 18578.7 hektar sahədə şum qaldırılmışdır. Gələn ilin məhsulu üçün 14030.0 hektar sahədə payızlıqlar səpilmişdir. Onun 8797 hektarı dən üçün buğda, 5132 hektarı dən üçün arpa və 101 hektarı yaşıl yem üçün (xəsil) arpadır.
Bundan başqa, cari ilin məhsulu üçün 23 hektar sahədə baş soğan, 1 hektar sahədə sarımsaq, 989.2 hektar sahədə təzə yonca əkilib.
Tərtər Rayon Statistika İdarəsi
12Fev
Növbədənkənar Prezident seçkiləri bir daha tərtərlilərin dövlətimizə, Prezident İlham Əliyevə inam və sədaqətinin nümayişinə çevrildi. 44 günlük Vətən müharibəsində olduğu kimi, seçki günü də rayonumuzun sakinləri yumruq kimi birləşərək, bizə Qalibiyyəti, övladlarımıza sakit səma altında böyüməyi bəxş edən insana səs verdilər.
Mən və ailə üzvlərim 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 1 saylı seçki məntəqəsində səs verdik. Burada əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Qəhrəman tərtərlilər bu günü çox gözləmişdilər.
Müstəqillik əldə edildikdən sonra ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində seçkilər keçirildi. Vaxtilə ermənilərin keçilməz sədd yaratdıqları və oradan daim, hətta atəşkəs dövründə də şəhərimizi, kəndlərimizi atəşə tutduqları Ağdərədə, Suqovuşanda indi insanlar sərbəst şəkildə ən layiqli namizədə səs verdilər.
Bəli, biz o günləri yaxşı xatırlayırıq. Tərtərin və ətraf rayonların əkin suyuna necə ehtiyac olduğu günlər də yadımızdan çıxmayıb. İndi Sərsəng Su Anbarı da, Suqovuşan Su Anbarı da bizimdir və buradan kanallar vasitəsilə gələn sular torpaqlarımıza yeni həyat bəxş edib.
Artıq torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz isə bərpa olunub. Milyonların bu arzusunu gerçəkləşdirən isə hər bir vədinin arxasında əməli işi dayanan Qalib xalqın Qalib lideri – İlham Əliyevdir.
Feralın 7-də tərtərlilər ona səs verərkən ölkəmizin firavan gələcəyinə, Qarabağımızın dirçəlişinə, sülhə və əmin-amanlığa səs verdilər.
Əminik ki, növbəti illərdə dövlətimizin başçısı xalqa verdiyi hər bir sözü layiqincə yerinə yetirəcək, onun rəhbərliyi altında Azərbaycan daha böyük uğurlara imza atacaq və günəş kimi dünyaya parlayacaqdır.
Anar ƏLİYEV,
Aslan Hüseynov
küçəsinin sakini, fermer
31Yan
Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
2023-cü ildə rayonda kənd təsərrüfatı məhsulunun həcmi 114033.5 min manat olmuş, əvvəlki ilə nisbətən 8.0 faiz artmışdır. Kənd təsərrüfatı məhsulunun 67419.6 min manatı və ya 59.1 faizi bitkiçilik sahəsinin hesabına formalaşmışdır.
Rayon üzrə 2023-cü ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 24285.6 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2022-ci ilə nisbətən 807.7 hektar və ya 3.2 faiz azalmışdır. Əkin sahəsinin 9141.9 hektarını və yaxud 37.6 faizini dənli və dənli paxlalı bitkilər, 4309.5 hektarını və yaxud 17.7 faizini texniki bitkilər, 1472.0 hektarını və yaxud 6.1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9362.2 hektarını və yaxud 38.6 faizini yem bitkiləri təşkil etmişdir. Daha ətraflı »
20Dek
Təbiət çətinliklər yaratsa da…
Ötən ilə nisbətən bu il Tərtər rayonunda pambıq yığımı xeyli gecikib. Bunun bir sıra obyektiv səbəbləri var. Onların arasında ilk sırada cari mövsüm hava şəraitinin pambıqçılıq üçün əlverişsiz keçdiyini göstərmək olar. Yaz aylarında havaların quraq, küləkli keçməsi, ardınca isə dolu düşməsi nəticəsində fermerlər təkrar çiyid səpdilər. Kiçik rəqəm deyildi–ümumilikdə rayon üzrə 269 hektar sahə tamamilə yararsız hala düşmüşdü. Amma digər səbəblər də vardı. Bu, suvarmadakı bir sıra çətinliklərlə bağlı olmuşdu Çiyid səpinindən sonra çətin günlər avqustda – bartoplama aylığında yaşanıb. Həmin vaxt havanın temperaturunun həmişəkindən xeyli yüksək olması bar orqanlarına mənfi təsir göstərdi. Sentyabrda isə mütəmadi yağan yağışlar defolyasiya prosesini gecik-dirdi.
Beləliklə, cari il rayon üzrə çiyid səpilmiş 2511 hektar pambıq sahəsinin cəmi 2242 hektarında məhsul yetişdi.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Arif Behbudov deyir ki, indiyədək MKT “İstehsal Kommersiya“ MMC üzrə 3230.447, “Azərpambıq” MMC üzrə 2708.9 ton məhsul toplanıb. Cəmi rayon üzrə 5939.364 ton pambıq təhvil verilib. Hələlik hər hektarın orta məhsuldarlığı ötən ildəkindən az – 26 sentnerdir. Ötən mövsümdə bu rəqəm 32 sentner olmuşdur. Hazırda məhsul yığımı davam edir. Tərtərli fermerlər məhsulu sonadək toplamaq əzmindədirlər. Daha ətraflı »
20Dek
Daha bir il başa çatır. Adətən ilin sonunda hər kəs görülən işləri nəzərdən keçirir, gələcək vəzifəlri planlaşdırır.
Qeyd etmək istəyirəm ki, çətinliklərə baxmayaraq, ötən mövsüm mənim üçün uğurlu oldu. 4 hektar sahədə pambıq becərmişdim. MKT “İstehsal Kommersiya” MMC ilə müqavilə bağlamışdım. Bütün aqrotexniki tədbirləri vaxtlı-vaxtında həyata keçirərək, bol məhsul yetişdirilməsinə nail oldum. Hər hektarın məhsuldarlığı 45.5 sentner oldu.
Yaxşı deyiblər ki, əkinçinin istirahəti olmur. Torpağa ilboyu qayğı göstərməlisən ki, o da sənə borclu qalmasın. İndi növbəti ilin məhsulu barədə düşünürük.
Yenə də bu qiymətli məhsulu əkməyi planlaşdırmışam. Pambığın satışından əldə olunan gəlir və dövlətin verdiyi subsidiya ailə büdcəmizi möhkəmləndirir.
Müşfiq Axundov,
Qazyan kəndi
Yeni ismarıclar