Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen
    Kənd təsərrüfatı SAHƏLƏR ŞUMLANIR üçün şərhlər bağlıdır

    253587Ötən ilin payızında kəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri 183 hektar sahədə taxıl becərdilər. Onun 106 hektarı buğda, 77 hektarı isə arpa idi. Zəmilərə qayğı ilə qulluq edildiyi üçün məhsuldarlıq yaxşı oldu. Taxıl zəmilərindən 523 ton məhsul götürdük. Buğda üzrə hər hektarın orta məhsuldarlığı 33,6 sentnerə, arpa üzrə isə 22,2 sentnerə çatdırıldı. Maarif Mehdiyev, Vəliyəddin Nəcəfov, Güloğlan Kərimov, Səfər Məhəmmədov və başqaları zəmilərdən daha çox məhsul götürdülər.
    “Əkinçinin boş vaxtı olmaz”–deyiblər. Bu, doğrudan da, belədir. Hazırda gələn ilin bol taxıl məhsuluna hazırlıq görülür. Məhsulu biçilmiş sahələr şumlanır. Suvarma zamanı suyun itkiyə getməməsi üçün 1000 metrdən çox sahədaxili arxlar lildən təmizlənib. İndi həm sahələrdə şum qaldırılması, həm də sahədaxili arxların lildən, kol-kosdan təmizlənməsi işləri davam etdirilir.

    Ramiz Kərimov,
    Seydimli kəndində ailə-fermer
    təsərrüfatının başçısı

     

    Teqlər:

  • 29Avq
    Kənd təsərrüfatı GÜNƏBAXAN YIĞIMINA BAŞLANIB üçün şərhlər bağlıdır

    265px-SunflowersKənddə təsərrüfatın gəlirli sahələrindən biri də günəbaxan bitkisinin becərilməsidir. Bu bitkinin dənindən tum və yağ emalında, qarışıq yem hazırlanmasında, kütləsindən isə malqara üçün yem kimi istifadə olunur.
    Rayon statistika idarəsinin verdiyi son məlumata əsasən, torpaq mülkiyyətçiləri bu il 918 hektar sahədə günəbaxan becəriblər. Xoruzlu kəndində 310 hektar, Kəbirli kəndində 230 hektar, Bəyimsarovda 195 hektar, Kəngərlidə 43 hektar, Qaradağlıda 36 hektar sahədə günəbaxan bitkisi becərilib.
    Rəqəmlərdən göründüyü kimi, Xoruzli və Kəbirli kəndlərində əhalinin xeyli hissəsi bu qiymətli bitkinin becərilməsi ilə məşğul olurlar.
    İndiyədək rayon üzrə 227 hektar günəbaxan sahələrindən 510 ton məhsul əldə edilib. Hər hektarın orta məhsuldarlığı 22,5 sentnerdir.
    Artıq xeyli vaxtdır ki, tarlalarda məhsul yığımına başlanmışdır. Fermerlər deyirlər ki, bu il məhsulumuz ötən ildəkindən çox gözlənilir. Günəbaxan əkininin sərfəli oldugunu deyən fermerlər məhsul toplanışını həvəslə davam etdirirlər. Məhsul yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Tədarük olunan günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə olunur. Daha ətraflı »

    Teqlər: ,

  • 08Avq
    Kənd təsərrüfatı BARAMAÇILIQ BƏRPA OLUNUR üçün şərhlər bağlıdır

    baramaBu ildən rayonumuzda baramaçılıq yenidən bərpa olundu. Rayon üzrə 20 qutu baramaqurdu bəslənildi. Rayon statistika idarəsinin məlumatına əsasən, qəbul məntəqəsinə bir tona yaxın–959 kiloqram keyfiyyətli barama məhsulu təhvil verildi. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Kənd təsərrüfatı PAMBIQÇILIQ TƏSƏRRÜFATIN GƏLİRLİ SAHƏSİDİR üçün şərhlər bağlıdır

    Pambiq qozasi_0Rayon statistika idarəsinin məlumatına əsasən, ötən il rayonumuzun təsərrüfatlarında fermer və ailə fermer təsərrüfatlarının üzvləri 550 hektar sahədə pambıq becərdilər. Tədarük məntəqəsinə 893 ton məhsul təhvil verildi. Hektarın orta məhsuldarlığı 16,2 sentner oldu.
    Ötən ildən fərqli olaraq bu il rayonumuzda 1035 hektar sahədə pambıq becərilir. Bəyimsarov kəndində 106 hektar, Zona Təcrübə Stansiyasında 92 hektar, Qaynaq kəndində 84 hektar, Əksi-parada 65 hektar, Yuxarı Qapanlıda 60 hektar, Ələsgərlidə 56 hektar sahədə pambıq əkilib. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Kənd təsərrüfatı QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    KƏND TƏSƏRRÜFATI İŞLƏRİNİN GEDİŞİ VƏ AQRAR SEKTORUN İNKİŞAF PERSPEKTİVLƏRİNƏ HƏSR OLUNAN MÜŞAVİRƏ KEÇİRİLİB

    TARTAR-1(2)TARTAR-7(2)Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun üzvləri Tərtər rayonunda olublar. Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Kənd təsərrüfatı TAXIL BİÇ İNİ BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    1372079202_00012016-cı ilin məhsulu üçün rayonumuzda 12214 hektar sahədə taxıl məhsulları əkilmişdir. Bunun 7932 hektarı buğda, 4282 hektarı arpa olmuşdur. Taxıl biçini mütəşəkkil təşkil edildiyi üçün məhsul vaxtında və itkisiz toplanmışdır. 6 iyul 2016-cı il tarixdə rayonda taxıl biçini başa çatıb. 7932 hektar buğda sahəsinin hər hektarından məhsuldarlıq orta hesabla 37,3 sentner olmaqla 29586 ton, 4282 hektar arpa sahəsinin hər hektarından məhsuldarlıq 27,2 sentner olmaqla 11647 ton məhsul toplanmışdır.
    Qeyd etmək lazımdır ki, rayonun bir sıra kəndlərində taxılçılıq sahəsində hər hektardan alınan məhsul rayonun orta göstəricisindən yüksək olmuşdur. Belə ki, Hüsənli kəndində hər hektardan 40 sentner, Burucda 39,2 sentner, Mamırlıda 38,6 sentner və Kəngərlidə 38 sentner məhsul götürülmüşdür.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər: ,

  • 18İyl
    Kənd təsərrüfatı ÇUĞUNDUR SAHƏLƏRİ BECƏRİLİR üçün şərhlər bağlıdır

    Təsərrüfatımız çoxsahəlidi. Torpaqdan səmərəli istifadə etməyə çalışan fermerlərimiz taxıl, pambıq əkir, malqara üçün yonca becərir, şəkər çuğunduru yetişdirirlər. Son illər şəkər çuğundurunun əkin sahələri genişləndirilir.
    Mən özüm ailə üzvlərimlə birlikdə 18 hektar sahədə çuğundur becərirəm. Sahələrdə normal bitiş var.
    Şəkər çuğunduru qiymətli ərzaq məhsulu olmaqla yanaşı onun becərilməsində, hazır məhsulu İmişlidəki şəkər çuğunduru zavoduna təhvil verib, pulunun alınmasında heç bir maneələrlə rastlaşmırıq. Bax, elə insanların bu sahəyə maraq göstərməsinin də başlıca səbəbi budur.
    Indi çuğundur sahələrində becərmə işləri davam edir. Suvarma aparılır. Plantasiyalarda bol məhsul var

    Tərlan Zeynalov,
    Azadqaraqoyunlu

    kəndində ailə fermer

    təsərrüfatının başçısı

    Teqlər:

  • 01İyn
    Kənd təsərrüfatı TORPAĞA ƏYİLƏN BAŞ HƏMİŞƏ UCA OLAR üçün şərhlər bağlıdır

    eh-2Ailə-fermer təsərrüfatının başçısı kimi pay torpağımdan başqa 12 hektar sahəni icarəyə götürmüşəm. Becərmə, suvarma işlərini vaxtında və normal qaydada keçirdiyim üçün hər mövsümdə bol taxıl, mal-qara üçün yonca tədarük edirəm. Əkin sahələrindən bol məhsul götürməyimizin bir səbəbi də Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı, onlara subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin verilməsidir. Bu il 6 hektarda taxıl və bir o qədər də sahədə yonca becəririk. Taxıl sahələrində və yoncalıqlarda suvarma işləri müvəffəqiyyətlə davam etdirilir.
    Cari ildə torpaqdan daha yüksək məhsuldarlıq gözləyirik. Çünki ötən payız taxıl səpini qurtaran kimi yağan yağışlar bitişin keyfiyyətini daha da yaxşılaşdırdı.
    Taxıl və yonca sahələrində ziyanvericilərə qarşı dərmanlama işlərini də başa çatdırmışıq.
    Əkinçiliklə yanaşı maldarlıq və qoyunçuluqla da məşğul oluruq. Həyətimizdə iribuynuzlu mal-qara və xeyli sayda qoyun-quzu bəsləyirik.
    İşlərimizin gedişi deməyə əsas verir ki, bu il bütün sahələrdə məhsuldarlıq ötən ildəkindən çox olacaqdır.

    Yunis Alışanov,
    Dəmirçilər kəndində ailə-fermer
    təsərrüfatının başçısı.

    Teqlər:

  • 01İyn
    Kənd təsərrüfatı PAMBIQÇILIQ üçün şərhlər bağlıdır

    ONUN ƏKİNİNƏ QİQQƏT ARTIRILIR

    Pambiq qozasi_0Sovetlər dönəmində pambıqçılıq sahəsində Tərtər rayonunun adı həmişə qabaqcıllar sırasında çəkilərdi. Elə o zamanlar–1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin Tərtərə səfərləri, əmək adamları ilə görüşləri insanların daim ruh yüksəkliyinə səbəb olardı.
    Müstəqilliyimizin ilk illərində bu sahə bir qədər unudulmuşdu. Hazırda pambıqçılığın inkişafına diqqət və qayğı xeyli artıb.
    Rayon statistika idarəsinin məlumatına əsasən, ötən il rayonumuzun ailə-kəndli və ev təsərrüfatları üzrə 550 hektar sahədə pambıq əkilmişdi. Həmin sahələrdən qəbul məntəqəsinə 893 ton məhsul təhvil verildi. Bu, hər hektardan 16,2 sentner məhsul deməkdi. Pambıqçılığı inkişaf etdirmək və bu sahədə çalışan insanların işə marağını artırmaq məqsədilə ölkə Prezidenti İlham Əliyev pambıq becərənlərə mineral gübrələrin, mühərrik yağlarının güzəştli şərtlərlə verilməsini, onların hektara 50 manat hesabı ilə subsidiyalarla təmin olunmasını nəzərdə tutan sərəncam imzalayıb. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Kənd təsərrüfatı MƏHSULUN TALEYİ HƏM DƏ MELİORATORLARIN İŞİNDƏN ASILIDIR üçün şərhlər bağlıdır

    siaphoto_489646Hazırda ölkəmizin qarşısında duran başlıca vəzifələrdən biri qeyri neft sektorunun, o cümlədən aqrar sahənin sürətli inkişafıdır. Məlum olduğu kimi, kənd əməkçilərinin yetişdirdikləri məhsulun taleyi həm də melioratorların işindən asılıdır.
    Cari ildə rayonumuzda 7922 hektar sahədə taxıl, 4281 hektarda arpa, bundan başqa bostan-tərəvəz məhsulları, şəkər çuğunduru, qarğıdalı, günəbaxan, yem bitkiləri əkilmişdir. 2000 hektar sahədə isə pambıq becərilməsi nəzərdə tutulub. Məlumdur ki, rayonun yeganə təbii su mənbəyi Tərtər çayıdır. Onun üzərində tikilmiş Sərsəng Su Anbarı işğal altındadır. Buna görə də kənd təsərrüfatı bitkilərinin suvarılmasında və əhalinin kommunal-məişət ehti-yaclarının ödənilməsində əsas ağırlıq subartezian quyularının üzərinə düşür.
    İdarəmizin balansında 474 subartezian quyusu vardır və bunlardan 467-i işlək vəziyyətdədir. Bu quyuların 14 ədədi cari ilin birinci rübündə balansa götürülmüşdür. Həmçinin cari ildə 7 ədəd yeni subartezian quyusunun qazılması və 3 ədəd quyu lüləsinin vurulması nəzərdə tutulmuşdur. Rüb ərzində 17 milyon 042 min kubmetr su çıxarılmış və bunun üçün 6 milyon 710310 kvt/saat enerji sərf edilmişdir. Cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi təmin olunmuşdur. Rüb ərzində 9 ədəd yeni nasos salınmış və 22 ədəd yeni idarəetmə şiti quraşdırılmışdır. Daha ətraflı »

    Teqlər: