Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29May
    Milli-mənəvi dəyərlər BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ üçün şərhlər bağlıdır

    KEÇMİŞİMİZİ QORUYAN MƏBƏDLƏR

    Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Müzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd edilir. Həmin gün Rusiyanın bütün müzeylərində “açıq qapı” elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalarla tanış olurlar.
    “Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, mümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır.
    Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılmışdır. Burada 40.000-dən artıq eksponatlar–sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və bir-birindən gözəl təsviri sənət nümunələri toplanmışdır. Bu eksponatlar qədim misirlilərin həyatı, məişəti, mədəniyyəti, eləcə də yunan-Roma mədəniyyətləri haqqında zəngin məlumatlar verir. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Milli-mənəvi dəyərlər RAMAZAN AYININ HİKMƏTİ üçün şərhlər bağlıdır

    Mehriban və Bağışlayan Allahın adı ilə!
    Mübarək Ramazan ayı başlayıb.“Ey iman gətirənlər! Sizdən əvvəlki ümmətlərə oruc tutmaq vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! Təqvalı olasınız. (Bəqərə” surəsi, ayə 183).
    Təqva sözünün mənası, yəni, Allahdan qorxan, Allahdan həya edən, hətta gizlində də olsa belə günahlardan çəkinən deməkdir. Müqəddəs Kitabımızda təqva ilə bağlı bir çox ayələr vardır. Məsələn; “Nisa” surəsi, 131-ci ayədə buyrulur: “Biz sizə və sizdən qabaqkılara vəsiyyət etmişik ki, təqvalı olun”. Dünyanın və axirətin xeyri də bu mətləbin altında cəmləşib.
    “Qurani-Kərim” təqvanı əhəmiyyətli sayır: “Və əgər səbr etsəniz və Allahdan qorxsanız, həqiqətən, bu məqsədə müvafiq işlərdəndir”. (“Ali-imran”, 186).
    İkinci–Təqva qorunmaqdır: “Əgər səbr edib özünüzü qorusanız, onların hiyləsi sizə heç bir zərər yetirməz”. (Ali-imran, 120). Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Milli-mənəvi dəyərlər GƏNCLƏRİMİZİN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏTİ üçün şərhlər bağlıdır

    “Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır”.    İlham ƏLİYEV

    Hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Sevindirici haldır ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərə sadiqdir, dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini qoruyur.
    Şübhəsiz ki, hər bir xalqın mədəniyyəti başqa mədəni dəyərlərdən bəhrələnməlidir, əks halda o inkişaf prosesindən geri qala bilər. Bu işdə yaradıcı gənclərimizin fəaliyyəti xüsusi önəm təşkil edir.
    Qeyd edək ki, keçən əsrin 90-cı illərində Azərbaycanda siyasi və mədəni təfəkkürdə böyük dəyişikliklər baş verdi. Xalqımız azadlıq, qəhrəmanlıq mübarizəsi dövrünü yaşadı. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Milli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır

    Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayıb.
    Ailələrin sağlam və xoşbəxt yaşamaları üçün onun üzvləri arasında səmimiyyət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Cəmiyyət bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.
    Lakin çox zaman ailənin milli-mənəvi dəyərlər sistemində oynadığı rol düzgün qiymətləndirilmir və buna görə də onun müqəddəsliyinə xələl gəlir, bununla da boşanmaların və dağılan ailələrin sayı azalmaq bilmir. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Milli-mənəvi dəyərlər TƏRTƏRDƏ NOVRUZ ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    Tərtərdə Novruz bayramı xoş bir ovqatla qarşılandı. Minlərlə tərtərlinin qatıldığı bayram şənliyi həmşəki kimi şəhərin Mərkəzi meydanında keçirildi. Meydan milli-mənəvi dəyərlərimizin, Novruz rəmzlərinin sərgiləndiyi füsunkar bir məkana çevrilmişdi. Bir tərəfdə nəhəng səməni bəzədilmiş, bir tərəfdə isə bayram tonqalı alovlanırdı. Meydanda nümayiş etdirilən qədim məişət əşyaları, kəndirbazların və pəhləvanların oyunları, Novruzun gəlişini özündə əks etdirən rituallar, rəqslər keçmişimizlə bugünümüz arasında körpü yaradaraq, bayram iştirakçılarına xoş ovqat bəxş edirdi. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Milli-mənəvi dəyərlər İBADƏTGAHLARIMIZ VƏ ZİYARƏTGAHLARIMIZ üçün şərhlər bağlıdır

    İbadətgah Yaradana ibadət olunan və dualar oxunan müqəddəs yerlərdir.
    Ziyarətgah isə insanların ziyarət etdikləri inanc yerləri və inandıqları müqəddəs məkanlardır. İbadət və ziyarət etmək, nəzir-niyaz vermək bəşərin yaranışından şüurlarda formalaşan bir məziyyətdir. İnsan nəyə ürəkdən inanırsa, bu inama varlığı ilə bağlanır və bu inanca görə onun niyyətləri əksərən yerinə yetirilir.
    Əhvalat. Bir din adamı xəstələnir. Hara gedirsə, kimə müraciət edirsə naxoşluğunun əlacı tapılmır.
    Onda bir məşhur təbibin bu mərəzi mütləq sağaldacağı haqqında dərin inam oyadırlar. Kişi uzaqda yaşayan həmin loğmanın yanına getməyi qərara alır və belə də edir. Loğman bu din adamını yoxladıqdan sonra ona təbii bitkilərin qarışığından bir dərman hazırlamaq üçün gül-çiçəyin və otların siyahısını verir. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər NOVRUZ ADƏT-ƏNƏNƏLƏRİ üçün şərhlər bağlıdır

    Bu bayram YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir
    Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz Azərbaycan xalqının qədim bayramlarındandır. Hələ keçmiş zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Bayram günlərinin öz ritualları, adət-ənənələri mövcuddur. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nazimilmülkün “Siyasətnamə”sin də, Ömər Xəyyamın “Novruznamə”sində və digər şair və yazıçılarımızın əsərlərində Novruz xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi göstərilmişdir. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN NOVRUZ BAYRAMI MÜNASİBƏTİ İLƏ T Ə B R İ K İ üçün şərhlər bağlıdır

    Hörmətli tərtərlilər! Əziz bacı və qardaşlarım!
    Bildiyiniz kimi, xalqımızın erkən mifoloji təsəvvürlərindən bəhrələnən qədim və möhtəşəm bayramlardan biri Novruzdur. Bu bayram xalqımızın mənəvi dünyasını, adət-ənənələrini özündə yaşadaraq nəsildən-nəsilə ötürür.
    1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamından sonra Novruz ölkəmizdə artıq rəsmi dövlət bayramı kimi keçirilməyə başlanıb. 2010-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının baş məclisi 21 mart tarixini “Beynəlxalq Novruz günü” elan edib.
    Novruz rayonumuzda da geniş və təntənəli şəkildə qeyd olunur. Tərtərlilər yazın gəlişi, torpağın oyanışı münasibətilə şənlik edir, bahara yeni arzular və xoş ovqatla qədəm qoyurlar.
    Builki bayram bizim üçün xüsusilə əlamətdardır. Ona görə ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Novruzqabağı günlərdə Qarabağa Böyük Qayıdışın ikinci mərhələsi məhz rayonumuzun ərazisində başlandı. 1170 ailə Şıxarxda məcburi köçkünlər üçün tikilən müasir şəhərcikdəki yeni, rahat mənzillərə köçdü. Rayonumuzda Olimpiya Kompleksinin təməli qoyuldu, kəndlərimizdə abad yolların çəkilişinə başlandı. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər TƏRTƏRLİLƏR NOVRUZU ALNIAÇ IQ, ÜZÜAĞ QARŞILAYIRLAR üçün şərhlər bağlıdır

    Ata-babaların yolunu davam etdirərək, torpağa qayğı ilə yanaşan, onun hər nazını çəkən tərtərlilər bu baharın gəlişini alnıaçıq, üzüağ qarşılayıblar. Bütün sahələr üzrə bol kənd təsərrüfatı məhsulları istehsal olunub. Ötən ilin sonunda rayonumuza səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pambıqçılıq sahəsində tərtərlilərin təcrübəsinin yayılmasını tövsiyə edib.
    Abadlıq, quruculuq işləri də uğurla davam etdirilib. Tarix-diyarşünaslıq muzeyi, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verilib, 4 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub, 5 Qarabağ müharibəsi əlili və şəhid ailəsinə fərdi evlər tikilib.
    Tərtərlilərin fəxr etməyə, öyünməyə haqqı var. Amma bu, heç kəsi arxayınlaşdırmır. Hamının fikri, arzusu ölkə başçısının diqqət və qayğısına cavab olaraq, daha məhsuldar işləməkdir.
    Bahar günəşi ilə birgə oyanan kənd sakinləri tarlalara çıxıb, cari ilin məhsulu üçün bünövrə qoyurlar. Oyanan torpağa qarışan alın təri ruzi-bərəkətə çevriləcək, çəkilən zəhmətin bəhrəsi kimi əkinçiləri mükafatlandıracaq.
    Yurdumuza xoş gəlmisən, bahar! Qədəmlərin uğurlu olsun. Xoş müjdələrlə sevindir bizi!

    “Yeni Tərtər”

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər RUHUMUZU TƏZƏLƏYƏN NOVRUZ üçün şərhlər bağlıdır

    Novruz bayramı xalqımızın ən sevimli və ən əziz bayramıdır desək, yanılmarıq. Bizim digər bayramlarımızdan fərqli olaraq bu bayramı biz ayrı coşqu və həyəcanla qeyd edirik. Bəlkə bu, bayramı özümüzə daha doğma, daha yaxın hiss etdiyimizdən və bu ”doğmalığın” çox uzun bir tarixi olduğundan irəli gəlir. Novruz bayramı təbiətlə, fəsillərin dəyişməsi ilə bağlıdır və bu bayram yer üzündəki canlı varlıqların həyatına oyanış, təzəlik, yeni başlanğıc gətirir. Biz insanlar da ana təbiətin bir hissəsiyik və bizim də bu bayrama qatılmağımızdan təbii bir şey ola bilməz. Demək, Novruz təkcə bizim və ya digər xalqın bayramı deyil, bütün insanlığın və Yer üzündəki bütün canlı varlıqların bayramıdır.
    Novruz bayramını martın 21-də, çox əlamətdar bir tarixdə keçiririk. Bu gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəslə–Bahar fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasında bu bayramı Bahar bayramı da adlandırırlar. Novruz bayramının mənası yeni gün deməkdir. Baharın gəlişi ilə yeniləşən, yuxudan oyanan ana təbiət uzun, soyuq qışdan sonra yaşıl donunu geyinməyə tələsir, ağaclar tumurcuqlayır. Isti ölkələrdən ölkəmizə qayıdan quşların nəğməsi ətrafı bürüyür, min rəngli, min ətirli gül-çiçək çöllərimizi-bağlarımızı bəzəyir. Daha ətraflı »

    Teqlər: