Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen
    Milli-mənəvi dəyərlər AZƏRBAYCAN TOLERANTLIQ MƏKANIDIR üçün şərhlər bağlıdır

    Uzun illər Tərtərdə yaşayan qeyri millətin nümayəndəsi kimi deyə bilərəm ki, Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsi göstərir, hansı millətə, dinə mənsub olmasına baxmayaraq, burada hamıya eyni münasibət, hörmət bəslənilir. Bizdən fərqli olaraq Ermənistan vətəndaşları ölkədən qaçıb digər yerlərə, o cümlədən Azərbaycana üz tuturlar. Bunun daha bir təsdiqi Ermənistan ”Milli Azadlıq Hərəkatı”nın lideri Vaqan Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsidir. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Milli-mənəvi dəyərlər 18 sentyabr– Milli Musiqi Günü üçün şərhlər bağlıdır

    qavalSentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. Daha ətraflı »

    Teqlər:

  • 25İyl
    Milli-mənəvi dəyərlər Qarabağ folklor nümunələri üçün şərhlər bağlıdır

    2816Qarabağ folklor nümunələri haqqında yazmaq üçün, əvvəlcə onun əhatə etdiyi sahələri bilməliyik, yəni Qarabağın xəritəsinə nəzər salırıq. Bu xəritəni İbrahim xanın vəziri olmuş Mirzə Camal Cavanşir “Qara-bağ tarixi” əsərində vermişdir!
    Cənubdan Xudafərindən, Sınıq körpüyə qədər, Şərq-dən Kür çayının suqovu-şanına, şimaldan Gəncənin sərhəddi Kürə qədər, Qərb tərəfdən uca Qarabağ dağ-larına qədər əhatə edir. Dağlar diyarı Şuşa xalqı-mızın əzəli-əbədi məskənidir. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Milli-mənəvi dəyərlər ERKƏN NİGAHLAR VƏ BUNA QARŞI MÜBARİZƏ üçün şərhlər bağlıdır

    erken Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun dünyada analoqu  olmayan ailə modelinə sahib olmasıdır. Dünyanın heç bir yerində bizdəki kimi ailə  münasibətləri istər valideyn-övlad, istərsə də ər-arvad münasibətləri yoxdur.
    Ailə kiçik dövlətdir. Azərbaycanda qədim dövrlərdən bu günə qədər bu kiçik  dövlətdə münasibətlər qarşılıqlı hörmət əsasında qurulmuş, böyüyə-kiçiyə  məhəbbət və ehtiram göstərilmişdir. Lakin təəssüf ki, hər sahədə olduğu kimi, bu  gün müasirlik, qloballaşma, dünyaya inteqrasiya ailə münasibətlərindən də yan  keçməmişdir. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Milli-mənəvi dəyərlər Mübarək Ramazan ayı üçün şərhlər bağlıdır

    Orucun mənəvi savabı

    Новое изображение Mehriban və bağışlayan Allahın adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz”.
    Uca Yaradanın sevimli Peyğəmbəri (s) vasitəsilə bəşəriyyətə hədiyyə etdiyi hikmətlərlə dolu olan ayinlərdən biri də Hicri-qəməri təqviminin 9-cu ayına təsadüf edən ramazan orucudur. Hz. Peyğəmbər (s) buyurur ki, “Ramazanın 70 hikməti var!” Doğrudan da, bu müqəddəs ay başdan ayağa rəhmət, yaxşılıq, imkanlı-imkansız arasında bir körpü, dolayısı ilə toxun acdan xəbəri olan bir aydır. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Milli-mənəvi dəyərlər Dini radikalizmə qarşı mübarizədə maarifləndirmə işi üçün şərhlər bağlıdır

    DSC_4751Gənclər Mərkəzində “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans ke-çirilib.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.
    Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlər və müasirlik üçün şərhlər bağlıdır

    5SCWRA-logoXalqımız əsrlərdən bəri öz milli dəyərlərinə sadiq qalmış, adət-ənənələrimizi, dinimizi və dilimizi yaşadaraq bu mənəvi sərvəti gələcək nəsillərə ötürmüşdür. Azərbaycanda Sovet hakimiyyəti qurulduğu illərdə rus imperiyası dinimizi, milli bayramlarımızı, milli varlığımızı təşkil edən folklorumuzu və digər özümüzəməxsus adətlərimizi yasaq etməyə çalışsa da, bunu bacarmamışdır. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Milli-mənəvi dəyərlər Gənclərimizi pis vərdişlərdən çəkindirək üçün şərhlər bağlıdır

    2fcc903849bf
    Ermənilər qondarma soy-qırımını dünyaya zorla sırıyırlar, gecə-gündüz saxta təbliğat maşınlarını işlədərək “zavallı”, “fağır” ermənilərin nəslini-kökünü kəsən, qətliam törədən türklərin necə “qaniçən”, necə “cəllad” olduqlarını bəşəriyyətə pərçim eləyirlər, bu sahədə bütün vasitələrdən televiziyadan, radiodan, mediadan, hətta anahidlərindən, marqolarından, yəni “axçik”lərindən də istifadə edirlər. Daha ətraflı »

    Teqlər:

  • 30Apr
    Milli-mənəvi dəyərlər “Ermənilərin Qarabağa köçürülməsi: tarix və faktlar Marağa 150” üçün şərhlər bağlıdır

    Aprelin 13-də Tərtər rayo-nunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəb- büsü ilə ”Ermənilərin Qarabağa köçürülməsi: tarix və faktlar-Marağa 150” mövzusunda konfrans keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra tədbiri rayon Gənclər Mərkəzində davam etdirmişlər.
    Gənclər Mərkəzində keçirilən tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları, Milli Elmlər Akademiyasının alimləri, DSC_1552Bakı Slavyan Universitetinin müəllim və tələbələri, Bakı Elitar Gimnaziyasının, Qəbələ rayonu Nic kənd tam orta məktəbinin məktəbliləri və rayon ziyalıları iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə Azərbaycan Respublikası Millətlərarası Multikultura- lizm və Dini Məsələlər üzrə Dövlət müşaviri akademik Ka-mal Abdullanı, sayılıb-seçilən, elmə öz töhfələrini vermiş alim və ziyalıları, tədbirdə iştirak edən, Qəbələ, Xocəvənd, Beyləqan və Bakı şəhər Elitar gimnaziyasının məktəblilərini salamlayaraq, rayonumuza “xoş gəlmisiniz” dedi. Sonra rayon rəhbəri Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa-150” abidəsi haqqında danışdı. O qeyd etdi ki, 1828-ci ildə İrandan Azərbaycana köçürülmüş ermənilər Qarabağ regionunda, ən yaxşı torpaqlarda yerləşdirilmişlər Daha ətraflı »

    Teqlər:

  • 23Apr
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimiz və müasirlik üçün şərhlər bağlıdır

    Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” adlı növbəti tədbirini Tərtərdə keçirmişdir. m2Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açmış, sonra sözü “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyliyə vermişdir. Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirmişdir ki, hər bir milləti dünyada tanıdan və digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri adət və ənənələri, yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Daha ətraflı »

    Teqlər: