Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan
    Təhsil FƏXRİ AD MƏSULİYYƏT HİSSİMİ ARTIRIR üçün şərhlər bağlıdır

    Müəllim Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Əməkdar müəllim” adına layiq görülənlərdən biri şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Tahirə Quliyevadır. Tahirə müəllim həm də noyabr ayının 28-də keçirilmiş Azərbaycan Müəllimlərinin qurultayının iştirakçısı olub. Qabaqcıl təhsil işçisini redaksiyamıza dəvət edib, ürək sözlərini dinlədik. O dedi:
    –“Əməkdar müəllim” adı möhtərəm Prezidentimiz tərəfindən müəllimlik fəaliyyətimə verilən yüksək qiymətdir. Bu qiymətə, eləcə də ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Eləcə də məni bu təltifə layiq bilən rayon rəhbərliyinə, təhsil şöbəsinə və çalışdığım kollektivə təşəkkür edirəm.
    Tahirə müəllim onu da söylədi ki, əmək fəaliyyətinə rayon komsomol komitəsində statist kimi başlayıb. Sonralar orada uçot və maliyyə bölməsinin müdiri təyin edilib. Gənclərlə işləmək həvəsi də onda bu illərdə yaranıb. 1985-ci ildə Gəncə Dövlət Universitetini bitirib. Tahirə Quliyeva 1994-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Elə o vaxtdan da şəhər 6 saylı tam orta məktəbdə çalışır. Bu müddətdə məktəbdə yüzlərlə vətənpərvər, savadlı gəncin yetişdirilməsində onun da zəhməti var. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Təhsil HƏR BİR ŞAGİRD İSTEDADDIR üçün şərhlər bağlıdır

    Şəhər 3 saylı ümumi orta məktəbdə tarix müəllimi Kifayət Kərimovanın təşəbbüsü ilə şagirdlər arasında “Bilik yarışı” keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin nümayəndəsi Gülxar Abbasova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, tarix-diyarşünaslıq muzeyinin direktoru Aybəniz Şahbazi və valideynlər iştirak ediblər.
    “Bilik yarışı”nın açılışında Azərbaycanın himni səslənib. Kifayət Kərimova öz çıxışında bildirib ki, hər bir şagird öz Vətəninin, doğulduğu şəhərin dünənini və bugününü yaxşı bilməli, tariximizi dərindən öyrənməlidir.
    Sonda məktəbin direktoru Dilşad Məmmədova şagirdləri təbrik edərək, qalibləri Fəxri fərmanla mükafatlandırıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 30Noy
    Təhsil GƏNC  MÜƏLLİMLƏRƏ QAYĞI  DİQQƏT  MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəf­indən qoyulan gənclər siyasəti mövcuddur və bu siyasət bu gün də qətiyyətlə həyata keçirilir. Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırırdı. Onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Prezident İlham Əliyevin qayğısı ilə ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir.
    Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsi, savadlanması, elmi inkişaflarının artırılmasına xüsusi diqqət göstərilir. Azərbaycan dövlətinin gənclər siyasətində gənc müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həll edilməsi məsələlərinin önə çəkilməsi gəncləri müəllim işləməyə həvəsləndirir. Hazırda respublikanın ümumtəhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu həyata keçirilir.
    Daha ətraflı »

    Teqlər:

  • 30Noy
    Təhsil MƏKTƏBLİLƏRİN SƏFƏRİ UĞURLA BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən tərtərli məktəblilərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.
    Məktəbliləri rayonun Mərkəzi Meydanında Tərtər Rayon İcra Hakimiyyətinin, təhsil şö-bəsinin məsul işçiləri və valideynlər qarşılayıblar.
    Məktəblilər səfər etdikləri rayonlarda sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar.
    Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.
    Tur-aksiyadan geri dönən məktəblilər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə “Tərtər-Şıxarx” avtomobil yolunun kənarında, “Marağa-150” abidəsi ətrafında ağac əkiblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 21Noy
    Təhsil BİLİK YARIŞMASI üçün şərhlər bağlıdır

    Rafiq Məmmədov adına Evoğlu kənd tam orta məktəbində Konstitusiya Gününə həsr olunmuş “Bilik yarışması” keçirilib. Tədbiri məktəbin direktor müavini Elçin Cəfərov və coğrafiya müəllimi Səbuhi Kərimov təşkil ediblər.
    Viktorinalardan, əyləncəli oyunlardan, şeir və musiqidən ibarət bu tədbir uşaqların böyük marağına səbəb olub.
    Yarışmada onbirincilər qalib adını qazanıblar. Şagirdlərdən Nəzrin Məhərrəmli, Günel Cəfərova və Natiq Vəliyev xüsusi fəallıq göstəriblər.
    Sonda bir qrup şagirdə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.

    “Yeni Tərtər”

    Teqlər:

  • 19Okt
    Təhsil Müəllim Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    ŞƏRƏFLİ VƏ MƏSULİYYƏTLİ PEŞƏ SAHİBİ

    “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. Heydər ƏLİYEV

    Müəllimi əbəs yerə bağbana bənzətmirlər. Bağbanın yetişdirdiyi cürbəcür dadlı, ətirli meyvələri olduğu kimi, müəllimin də zəhmətinin bəhrəsi savadlı, yüksək mədəniyyətə malik olan insanlardır. Valideynlərimizdən sonra hər birimizdən ötrü ömrünü zərrə-zərrə əridib şama çevirən müəllimlərimizdir. Həyatımızı nurlandıran məhz müəllimin zəhmətidir, onun ziyasıdır.
    Ölkəmizdə, həmçinin rayonumuzda zəhmətkeş, savadlı müəllimlərimiz saysız-hesabsızdır. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Təhsil YENİ DƏRS İLİ BAŞLANDI üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsi olan Tərtər rayonunda da yeni dərs ili başlandı. Bu münasibətlə rayonun bütün məktəblərində tədbirlər təşkil olundu. Rayonun məsul vəzifəli şəxsləri, mətbuat işçiləri, valideynlər və sıravi vətəndaşlar “Bilik günü” ilə bağlı keçirilən bu təntənəli mərasimlərdə iştirak edirdilər. Hamı yeni dərs ilinin başlaması münasibəti ilə müəllim və şagird kollektivlərini, həmçinin valideynləri, ələlxüsus birinci sinifə yenicə qədəm qoyan uşaqları ürəkdən təbrik edib, sevinclərini onlarla bölüşür, təhsildə uğurlar arzulayırdı.
    Şənliklərdə qeyd olundu ki, 2018-2019-cu tədris ilində rayonumuzda cəmi 47 ümumtəhsil məktəbi fəaliyyət göstərəcək. Həmin məktəblərdə 10 min 300 nəfərdən çox şagirdin təlim-tərbiyəsi ilə 1300 nəfərdən çox müəllimin məşğul olacağı nəzərdə tutulub.
    Yeni dərs ilində birinci siniflərdə 930 nəfər şagird oxuyacaqdır.
    O da qeyd olundu ki, Tərtər rayonunda təhsilin səviyyəsi ilbəil artır, məktəblərin maddi-texniki bazası daha da möhkəmlənir. Bunun nəticəsidir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali, 106 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri isə 500-dən yuxarı bal toplayıbdır. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Təhsil GƏNC MÜƏLLİMLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonumuzun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi.
    Görüşü giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açdı.
    Bildirildi ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 43 nəfər müəllim qəbul edilib. Yeni işə qəbul edilmiş müəllimlərin 33-ü qadın, 10-u isə kişidir. Daha ətraflı »

    Teqlər:

  • 10Sen
    Təhsil TƏHSİL XALQIN TALEYÜKLÜ MƏSƏLƏSİDİR üçün şərhlər bağlıdır

    Təhsil işçilərinin sentyabr konfransı keçirildi. Əvvəlcə təhsil işçiləri mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
    Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Tədbir iştirakçıları konfransın gündəliyi ilə tanış oldular. Surxay Mirzəyev “2017-2018-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.
    Məruzəçi ötən tədris ilində görülən işləri ətraflı təhlil edərək, bildirdi ki, rayon məktəbliləri 2017-2018-ci tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qa-lib gəliblər. Bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali, 108 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Daha ətraflı »

    Teqlər:

  • 10Sen
    Təhsil KƏND MƏKTƏBİNİN UĞURU üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsində yerləşən Tərtər rayonu Qapanlı kənd tam orta məktəbinin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
    Məktəbin direktoru Fitat Əliyeva bildirib ki, atəşkəsin tez-tez pozulmasına baxmayaraq, məktəbdə dərslər hər zaman öz ahəngi ilə gedir. Aprel döyüşlərinin getdiyi 2016-cı ildə məktəbi bitirən 13 məzundan 7 nəfəri ali məktəbə qəbul olub. Cari ilin məzunlarından isə 8 nəfər tələbə adını qazanıb. Məktəbin məzunu Simarə Yusifova 564 balla Bakı Dövlət Universitetinə qəbul olub.
    Qeyd edək ki, Qapanlı kənd tam orta məktəbi üçün 2013-cü ildə yeni bina tikilərək istifadəyə verilib. Təhsil ocağında 161 şagirdin təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur.

    Teqlər: