Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May
    Səhiyyə ÖDƏNİŞSİZ TİBBİ AKSİYA üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər Rayon Mərkəzi Xəstəxanasında “Xəzər” televiziya kanalının və “Azərcell” Şirkətinin birgə təşkilatçılığı ilə tanınmış həkimlər tərəfindən vətəndaşların ödənişsiz tibbi müayinəsi keçirilib.
    “Xəzər” televiziya kanalının aparıcısı Xoşqədəm Hidayətqızının rəhbərliyi ilə Tərtər rayonuna səfər edən ginekoloq Aytən Səfərova, oftalmoloq Cahid Şahbazov, uroloq Bəxtiyar Hüseynov, üz-çənə cərrahı Sənan Xankişiyev səhər saatlarından müraciət edən şəxslərin tibbi müayinəsinə başlayıblar. Hümanitar aksiyadan 1000-ə yaxın rayon sakini yararlanıb.
    Tibbi müayinədən keçən sakinlər cəbhə bölgəsində yaşayan insanlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə və humanitar aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

  • 19Apr
    Səhiyyə İLK TİBBİ YARDIM ÜZRƏ TƏLİM üçün şərhlər bağlıdır

    Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində yerləşən Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində Müdafiə Nazirliyinin dəstəyi ilə ilk tibbi yardım üzrə təlim təşkil edib.
    Sarıcalı Hərbi Hospitalının tibb işçiləri tərəfindən açıq havada keçirilən təlimə kompleksdə məskunlaşmış 100-dən çox məcburi köçkün cəlb olunub. Onlar hər hansı qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk yardım göstərilməsi üsul və qaydaları üzrə praktiki məşqlərdə iştirak ediblər. Daha ətraflı »

  • 10Apr
    Səhiyyə 7 APREL ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Ümumdünya Səhiyyə Təşkilatı–Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.
    1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir (həmin günü Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil qərargahı Cenevrədə yerləşir.
    Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”.
    ÜST-İcariyyə Komitəsinin 133-cü sessiyasında Azərbaycan Birinci Vitse Prezident vəzifəsinə yekdilliklə qəbul edilmişdir. Daha ətraflı »

  • 10Apr
    Səhiyyə XATİRƏLƏRDƏ YAŞAYAN HƏKİM üçün şərhlər bağlıdır

    Bu gün dünyasını dəyişmiş, lakin yaddaşlarda xoş xatirələrlə qalan, bir qadın, ana kimi nümunə olacaq Cəvahir həkimi yada salacağıq. Bunun üçün onun övladı ilə–rayon əhalisi tərəfindən hörmət və izzətə sahib qızı Təranə xanımla həmsöhbət oldum. İlk olaraq hərəsi bir xatirə danışan xeyli fotoşəkili göstərərək dedi: “Bu şəkillərdə Cəvahir həkimin donmuş anları yaşayır”.
    Şəkilləri nəzərdən keçirirəm. Xəstə müayinə edilərkən, baş həkimin otağında beş dəqiqəlik toplantı, xəstəxananın həyətində iməcilik, o zamankı məhsul bayramlarının keçirilməsi, iş yoldaşlarının xeyir işləri, daha nələr…nələr…Bu şəkillərin heç biri haqqında nəyisə soruşub öyrənməyə ehtiyac yoxdur. Cəvahir həkimin öndə olması onun barəsindəki sorğularımıza cavab verir.
    Cəvahir həkim kim idi? Hansı xüsusiyyəti onu rayon əhalisinə bu qədər sevdirmişdir? Elə bu sualları qızı Təranəyə verdim. Təranə xanım dedi: Daha ətraflı »

  • 19Mar
    Səhiyyə MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN TİBBİ AKSİYA üçün şərhlər bağlıdır

    Tərtər rayonunda məcburi köçkünlərin tibbi müayinəsi keçirilib.
    Məcburi köçkünləri müayinə etmək məqsədilə Respublika Kliniki Xəstəxanasının 19 nəfərdən ibarət həkim briqadası Tərtərə ezam olunub. Müayinəyə Tərtər rayonunda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış 600-dən çox məcburi köçkün cəlb edilib.
    1 nəfər təcili əməliyyat olunub, 15 nəfərə isə Bakı şəhərinə göndəriş verilib.
    Sonra qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və Kliniki Xəstəxananın həkimləri yataq xəstəsi olan məcburi köçkünlərə də baş çəkiblər. Daha ətraflı »

  • 27Fev
    Səhiyyə ƏHALİNİN KÜTLƏVİ TİBBİ MÜAYİNƏSİ APARILIR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü il-dən başlayaraq ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsi vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür.
    Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin kütləvi tibbi müayinəsi uğurla həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonda xüsusi komissiya yaradılıb, tibb ocaqlarında, iş qrafiki tərtib edilib. Tibbi müayinələr rayon mərkəzi xətəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılır. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Səhiyyə Bizim qadınlar üçün şərhlər bağlıdır

    “ÖLMÜŞ ADAM”ın XATİRƏLƏRİ

    …Minaya düşüb çoxlu qan itirmişdim. Tərtər xəstəxanasına çatdırılanda artıq özümü itirmək üzrəydim. Məni gətirən döyüşçülər qucaqlarında cərrahiyyə otağına apardılar. Yusif Quliyev adlı həkim mənə yaxınlaşıb baş barmağı ilə göz qapaqlarımı qaldırdı. “Gecdir morqa aparın”–dedi. Bu sözdən sonra huşumu itirdim və “öldüm”…
    Haşiyə: Hələ orta məktəb illərində rayon mədəniyyət evində çıxışlar edəndə Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəbbət Paşayeva ilə xoş münasibət qurmuşduq. Həmişə şeir və səhnəcik müsabiqələrində xüsusi olaraq mənə görə gəlir, dəstək verir, gözəl arzular diləyirdi. Hətta əsgərliyə gedəndə də ailəvi bizə gəlmişdi və hamı təəccüblənmişdi. Ali məktəbə daxil olanda o da ailəm qədər sevinmişdi. Və…
    Müharibə başlayanda xəstəxanaya yaralı gətirən zaman məni bir qırağa çəkib: “Tələbə ola-ola niyə gəlmisən? Əlinə-ayağına güllə dəysə, şikəst olsan, aktyor ola bilməyəcəksən axı! Sənin gələcəyin var–demişdi. Amma o vaxt belə sözlər təsirsiz idi. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Səhiyyə KÖRPƏLƏRƏ QAYĞI üçün şərhlər bağlıdır

    Həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikirlərini, xeyirxah tədbirlərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir.
    V.V.Verasayev,
    məşhur həkim, yazıçı
    Son zamanlar yeni iş yerlərinin açılması, tikinti-quruculuq işlərinin sürətlə getməsi rayonumuzun əsaslı şəkildə inkişafına təkan vermişdir. Buna nümunə olaraq uşaq xəstəxanasının yanında açılan “Diaqnostik Tibb Mərkəzi”ni göstərmək olar. Bu sağlamlıq ocağının baş həkimi Mehdiyev Ramiz Bağır oğludur. Öncə bu xəstəxananın səliqə-səhmanı nəzərimi cəlb etdi. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Səhiyyə QƏLBLƏRDƏ YAŞAYAN HƏKİM YUSİF XUDİYEV üçün şərhlər bağlıdır

    “Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə–insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibb xidmətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir.”
    Heydər ƏLİYEV
    Mənim fikrimcə, müəllimlik qədər müqəddəs və ən məsuliyyətli peşə həkimlikdir. Onu da unutmaq lazım deyil ki, Hippokrat andı yalnız həkimlik sənətinə aiddir. Həkimlər insanın dostu, ailəsindən sonra problemini bölüşə biləcəyi ikinci insanlardır. Uşaqlıqdan çoxları həkim peşəsinə yiyələnməyi arzu edir. Tarixən ən dəyərli peşələrdən biri olan həkimlik ən çətin sənətdir. Hətta dahi şair Nizami Gəncəviyə hər bir elmi bildiyinə görə XII əsrin həkimi deyiblər. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Səhiyyə QİÇS-lə MÜBARİZƏ HAMININ İŞİDİR üçün şərhlər bağlıdır

    QİÇS–qazanılmış immun çatışmazlığı sindromu olan xəstəlik insanların HİV və ya İİV (insan immunçatışmazlığı virusu) virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immunmüdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-lə vəfat edənlərin sayı milyonlarladır. Azərbaycanda da bu virusa yoluxan və ölənlərin sayı minlərlədir. İnsanların bu təhlükədən qorunması üçün İİV haqqında məlumatlı olması çox gərəklidir. Bunun üçün Azərbaycan səhiyyəsi bir sıra proqramlar, tədbirlər keçirməklə, ən başlıcası Respublika QİÇS-lə Mübarizə Mərkəzi yaratmışdır. Bu Mərkəzin 13 bölgədə HİV-diaqnostika laboratoriyaları fəaliyyət göstərir ki, virusa yoluxmanın aşkarlanmasında əsas rol oynayır.
    İnsan həyatına son qoyan bu xəstəlikdən qorunmaq üçün ilk növbədə virusa yoluxma yollarını bilmək vacibdir. İİV-in ötürülməsi cinsi yolla və xəstə qanın sağlam qana təması ilədir. Belə ki, cinsi əlaqə, anadan uşağa (hamiləlik, doğuş, ana südü ilə qidalanan) qeyri-steril iynə, şpris və digər ləvazimatların birgə və təkrar istifadəsi zamanı(əksər hallarda infeksion narkotik yeridilməsi) manikür, pedikür, tatuaj, pirsinq edərkən qeyri-steril ləvazimatlar istifadəsi, istifadə edilmiş və üzərində qan qalıqları olan bərbər alətlərinin, diş fırçasının təkrar istifadəsi zamanı yoluxma baş verir.
    İİV nəfəs ilə, əl verib görüşmək, qucaqlaşmaq, öpüşməklə, ev və ofis əşyalarının birgə istifadəsi, ictimai nəqliyyatdan, hovuz, hamam, ayaq yolundan istifadə zamanı qida və su vasitəsi ilə, həşaratların sancması ilə keçmir.
    İİV-ə yoluxmanı aşkar etmək üçün yeganə üsul–xüsusi laborator müayinədən keçməkdir.
    İİV-infeksiyasının hələ ki, radikal müalicəsi yoxdur, lakin ARV-preparatlarının tətbiqi nəticəsində virusun aktivliyi və immun sistemə göstərdiyi mənfi təsiri azaltmaq, İİV-infeksiyasının inkişafının və QİÇS mərhələsinə keçməsini ləngitmək mümkündür.
    Xəstəliyin qarşısını almaq, onu müalicə etməkdən daha asandır. Odur ki, bütün insanları İİV-virusuna qarşı mübarizədə birgə olmağa çağırırıq.

    İradə HÜSEYNOVA
    Tərtər RMX-nin yoluxucu xəstəliklər şöbəsinin müdiri

    Teqlər: