Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10May
    Xəbərlər QƏZETİMİZİN BAŞ REDAKTORUNA NÖVBƏTİ MEDAL TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Изображение 315Изображение 074Bu günlərdə redaksiyamızın qeyriadi, çox dəyərli qonaqları oldu. Sinələri orden və medallarla dolu, qəlblərində vətən sevgisi, şəhid nisgili, əlillik ağrıacısı olan bu insanlar Qarabağ müharibəsi veteranları idi. Onlar “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə “Vətən naminə” medalını təqdim etmək üçün gəlmişdilər.
    Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon Şöbəsinin sədri Suliddin Yusibov bildirdi ki, Birliyin İdarə Heyətinin təsis etdiyi bu medala Vətənə layiqincə xidmət edən, düşmənə qarşı mübarizədə fəallıq göstərən insanlar layiq görülürlər. Biz qazilər bu mübarizəni əlimizdə silah aparmışıq. Tofiq Yusif isə öz qələmi ilə döyüşüb. Bunların hər ikisi Xalqa, Vətənə xidmətdir. Tofiq müəllimin müəllifi olduğu kitablar ona görə çox dəyərlidir ki, o, Qarabağ müharibəsinin tarixindən, şəhidlərdən, onların ailələrindən, müharibə əlillərindən, veteranlardan yazmaqla, gənclərimizin vətənpərvərlik tərbiyəsinə güclü təsir göstərir. Tofiq Yusif uzun illərdir ki, bu şərəfli missiyanı davam etdirir. Daha ətraflı »

    Teqlər:

  • 10May
    Sosial Durna qatarı kimi… üçün şərhlər bağlıdır

    Respublika mətbuatının səhifələrində

    1122Tərtər rayonunda yaztarla işləri ilə bağlı yaradılmış operativ qərargahın növbəti iclasında biz də iştirak edirdik. Çıxışlar bir-birini əvəz edirdi. Ən son məlumatları əks etdirən arayışlar iştirakçıların nəzərinə çatdırılır, rəqəmlər, fakt və göstəricilər tutuşdurulurdu. Müqayisəli təhlil isə ötən günün mənzərəsini çox aydın əks etdirirdi – hansı sahədə irəliləyiş var, hara əlavə kömək lazımdır, harda iş ləngiyir və s. Bir məlumat isə hamıda sevinc və məmnunluq yaratdı: rayonda çiyid səpini başa çatıb. Özü də ən qısa müddətdə–cəmi 15 gündə.

    Belə xoş əhval və fərəhli düşüncələrlə operativ qərargahın iclasından çıxıb adı çəkilən ünvanlara–yaz-tarla işlərini, xüsusilə çiyid səpinini nümunəvi qaydada təşkil edən fermerlərin, sahibkarların sahələrinə baş çəkdik. Daha ətraflı »

    Teqlər:

  • 10May
    Digər Narkomaniya bütün dünyanın bəlasıdır üçün şərhlər bağlıdır

    “SAĞLAM BƏDƏNDƏ SAĞLAM DA RUH OLAR”

    how-to-recognize-drug-addict1Görülən bütün tədbirlərə baxmayaraq, narkomanlıq qarşısı alınmaz yoluxucu bir xəstəlik kimi hər il artmaqda davam edir və bu bəlaya düçar olanların yaşı gəncləşir. Bu o deməkdir ki, narkomaniya yeniyetmələrə və uşaqlara da sirayət etməyə başlayıb. Belə hal isə ən dəhşətli faciələrdən və qorxulu bir tendensiyadan xəbər verir. Bütün dünyanın bəlasına çevrilmiş narkomaniyanın hansı mənbədən qaynaqlanaraq ildırım sürəti ilə artması, cəmiyyətin bütün təbəqələrini əhatə etməsi, bütün yaş baryerlərini aşması səbəbləri bəs nədir? Bunun qarşısını almaq mümkün deyilmi? Həyatda mümkün olmayan şey yoxdur, lakin asan deyil.
    Statistikaya görə ölüm yaşı da cavanlaşır. Onun bir əsas səbəbi də narkomaniyadır. Çox təəssüf ki, böyük həyati təhlükəsi olan bu vərdiş məktəblərdə də yayılmaqdadır. Yazıqlar olsun! Daha ətraflı »

    Teqlər:

  • 10May
    Təhsil Tələbə həyatı üçün şərhlər bağlıdır

    GƏNCLİYİN MÜKAFATI

    0K (16)İnsan ömrü mərhələlərdən ibarətdir. Körpəlik, uşaqlıq, gənclik, ahıllıq, qocalıq. Bu mərhələlərin oxşar əlamətləri var. Məsələn, körpəliklə qocalıqda qayğıya daha çox ehtiyac duyulur, gəncliklə ahıllıqda güc, qüvvət, ağıl, enerji yada düşür. Bu mərhələdə həyatda hər şeyə nail olmaq istəyirsən. Elə qazanılan bütün uğurlar məhz gənclik və ahıllıq illərinə təsadüf edir. Ən önəmlisi təhsil almaq, elm öyrənmək, həyatın fəlsəfəsini başa düşməkdir.
    Sarızadə Günel Nofəl qızı ömrünün gənclik dövrünü yaşayır. O, Hüləbətli kəndində dünyaya göz açıb. Elə həmin kənddə orta təhsilini alıb. Hazırda Bakı şəhərindəki Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat fakültəsinin 4-cü kurs tələbəsidir. Dövlət imtahanları qarşısında o, ana nənəsigilə qonaq gəlib. Onunla görüşümüzdə tələbəlik illərindən–yoldaşlarından, müəllimlərindən, geniş auditoriyalardan böyük maraqla danışdı və dedi: Daha ətraflı »

    Teqlər:

  • 10May
    Təhsil ÇƏKİLƏN ZƏHMƏT DOĞRULACAQ üçün şərhlər bağlıdır

    Изображение 064Şəhər 2 saylı məktəb-liseyin məzunu olan Firuzə Fuad qızı Azərbaycan Dillər Universitetinin tələbəsidir. Pedaqoji fakültədə oxuyur, ingilis və alman dillərini öyrənir. Sonuncu kursdadır, universitetlə vidalaşmasına cəmi bir neçə ay qalıb.
    Firuzə redaksiyamızın qonağı oldu, tələbəlik həyatı və gələcək arzuları haqqında danışdı. O dedi:
    – Universitet illəri insan ömrünün ən qiymətli bir dövrüdür. Bu zaman hətta dəqiqələr də qızıla bərabər olur. Çünki gələcək həyat yolun hansı biliklərə necə yiyələnəcəyindən, həm də bir insan kimi püxtələşməyindən asılıdır.
    Orta məktəb illəri də həyatımda çox önəmli olub. Müəllimlərimi hər zaman minnətdarlıq hissi ilə xatırlayıram. Yüksək balla universitetə daxil olmağımda onların böyük zəhməti var.
    Bilirəm ki, ölkəmizdə gənclərə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir, onlar həvəsləndirilir. Qarşıda bizi dövlət imtahanları gözləyir. Bunları da uğurla başa vurub, indiyədək çəkilən zəhməti iş sahəsində doğrultmalıyıq.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10May
    Digər ŞƏHİD AİLƏLƏRİNƏ QAYĞI üçün şərhlər bağlıdır

    DSC_0590Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də şəkildə gördüyünüz Abbasov Maarif İbrahim oğludur. O, 1967-ci il yanvarın 5-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurandan sonra hərbi xidmətdə olub. Bir müddət Tərtər Rayon Texniki Təchizat İdarəsində işləyib. 1993-cü ilin noyabr ayında Azərbaycanın ordu sıralarına yazılaraq ərazidəki hərbi hissədə doğma torpaqlarımızın müdafiəsinə qalxdı. Ağdərə istiqamətində gedən döyüşlərdə, 1994-cü ildə Güllücə kəndində şəhid oldu.
    Bunları mənə Maarifin qardaşı Mobil danışdı. Qeyd etdi ki, qardaşı Maarif 1992-ci ildə ailə qurmuşdu. Arif adlı bir oğlu var.
    Mobil deyir ki, mən də Maariflə birgə ermənilərə qarşı döyüşmüşəm. 1993-cü ildən 1995-ci ilin sonuna kimi hərbidə olmuşam. Daha ətraflı »

    Teqlər:

  • 03May
    Digər Azərbaycan Mətbuat Şurasının bəyanatı üçün şərhlər bağlıdır

    Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, mövcud xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Azərbaycan Mətbuat Şurası, ümumən Azərbaycan jurnalistləri M.Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.

    Hesab edirik ki, xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diqtə etmək iddiasından irəli gəlir. Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub.

    Daha ətraflı »

    Teqlər: