Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Fev
    Tərtər RİH-də 2017-ci İL TƏRTƏR RAYONU ÜÇÜN UĞURLU OLUB üçün şərhlər bağlıdır

    DSC_9736 (Копировать)DSC_9913 (Копировать)2017-ci ildə Tərtər rayonunda Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi uğurla davam etdirilib. Rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, kənd təsərrüfatının inki-şafı, tikinti-quruculuq və abadlıq işlərinin aparılması sahəsində nailiyyətlər əldə olunub.
    Bu barədə Tərtər rayonunda 2017-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2017-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və videoslayda baxıblar. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Tərtər RİH-də 2017-ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə MÜRACİƏTİ üçün şərhlər bağlıdır

    Möhtərəm cənab Prezident!
    Tarixə qovuşmuş 2017-ci il Azərbaycanda Sizin rəhbərliyinizlə dərin və köklü islahatlar ili oldu.
    Azərbaycan dövlətinin xilaskarı, ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqliyiniz, müdrik bir lider kimi apardığınız düşünülmüş, məqsədyönlü və ardıcıl siyasət nəticəsində ötən ildə dünya ölkələrində tüğyan edən maliyyə və iqtisadi böhrana, regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmiş, xalqımız sabitlik şəraitində yaşamışdır. Məhz Sizin gərgin səyləriniz nəticəsində siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Tərtər RİH-də 2017-ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə MÜRACİƏTİ üçün şərhlər bağlıdır

    2017-ci ilin noyabrın 28-də Tərtərə səfəriniz, burada Tarix-Diyarşünaslıq Muzeyinin, Tərtər–Seydimli–Qapanlı– Qaradağlı–Sarov–avtomobil yolunun, 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışlarında iştirak etməyiniz, Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olmağınız Sizin bölgələrin inkişafına göstərdiyiniz hədsiz qayğının təzahürüdür.
    Möhtərəm cənab Prezident!
    Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunu ardıcıl həyata keçirməyinizi və ölkəmizin hərtərəfli tərəqqisinə hesablanmış siyasətinizi tərtərlilər ürəkdən bəyənir və dəstəkləyirlər.
    Xüsusən də 2017-ci ildə kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər rayonumuzun sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Bunun nəticəsidir ki, vacib bir məsələ kimi qarşıya qoyduğunuz pambıqçılığın inkişafı nəticəsində Tərtər rayonu ötən il respublikada ən yüksək məhsuldarlıq əldə etmişdir. Bu tədbirlər ölkəmizi daha qüdrətli etməklə yanaşı, sadə kəndlilərin güzəranını da yaxşılaşdırır. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Təhsil “TƏHSİLDƏ KEYFİYYƏT İLİ” üçün şərhlər bağlıdır

    Tehsil_Nazirliyi96e695cd80c9800966a1e42d08f8b027Təhsil Nazirliyinin müvafiq sərəncamı ilə 2017-2018-ci tədris ili respublikamızın bütün ümum-təhsil məktəblərində “Təhsildə keyfiyyət ili” elan edilmişdir. Cari dərs ilinin əvvəlindən respublikamızın hər yerində olduğu kimi, Tərtər Rayon Təhsil Şöbəsində də “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrasına başlanılmışdır.
    Bununla bağlı hər bir məktəbdə maarifləndirmə işləri aparılmış, görüləcək işlərə dair tədbirlər planı hazırlanmış və Təhsil Şurasında müzakirə edilmişdir.
    Rayon məktəbləri üzrə buraxılış imtahanlarının nəticələri, son 3 ildə ali məktəblərə qəbulun vəziyyəti, ayrı-ayrı fənlər üzrə təlimin keyfiyyət göstəriciləri təhlil olunmuş, məktəblərin reytinq cədvəlləri hazırlanmışdır. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Xəbərlər FÖVQƏLADƏ HALLAR NAZİRİ TƏRTƏRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB üçün şərhlər bağlıdır

    1(3)Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər rayonundakı Gənclər Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.
    Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də iştirak etdikləri qəbulda Tərtər, Ağdam, Bərdə rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
    Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Xəbərlər BAMF-ın AMERİKANIN DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRDİYİ MƏCBURİ KÖÇKÜN GƏNCLƏRLƏ BAĞLI LAYİHƏYƏ YEKUN VURULUB üçün şərhlər bağlıdır

    DSC_9012 (Копировать)Tərtər rayonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyilə həyata keçirdiyi “Regionlarda məcburi köçkün gənclərin Vətəndaş Cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi” layihəsinin bağlanış tədbiri keçirilib.
    Rayona səfər edən qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Rayon rəhbəri cəbhə xəttində yerləşən Tərtər rayonunun sosial—iqtisadi inkişafı haqqında onlara geniş məlumat verib. BAMF-ın Tərtər rayonunda gördüyü sosial-humanitar işləri də yüksək qiymətləndirib. Rayon rəhbəri ölkədə kənd təsərrüfatına göstərilən qayğının nəticəsində Tərtərdə pambıqçılığın, baramaçılığın, meyvə-tərəvəz istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Xəbərlər RAYONUMUZDA “KİTABXANA ÇAY EVİ” FƏALİYYƏTƏ BAŞLAYIB üçün şərhlər bağlıdır

    15169499944682711983_1000x669Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi və şəhər kitabxanalarında “Kitabxana çay evi” fəaliyyətə başlayıb.
    “Kitabxana çay evi”nin yaradılmasında məqsəd əhalinin asudə vaxtının səmərəli təşkili, oxucuların, xüsusən yeniyetmə və gənclərin kitabxanalara cəlb edilməsi, onların mütaliəyə marağının artırılmasıdır.
    “Kitabxana çay evi” oxucuların böyük marağına səbəb olub.

    Teqlər:

  • 09Fev
    Xəbərlər GƏNCLƏR GÜNÜ üçün şərhlər bağlıdır

    DSC_9455 (Копировать)DSC_9395 (Копировать)Rayonda Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
    Tədbirin davamı rayon Mədəniyyət Mərkəzində olub.
    Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq, gəncləri bayram münasibəti ilə təbrik edib. Sonra dövlətimiz tərəfindən gənclərimizə göstərilən qayğıdan ətraflı bəhs olunub, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayon gənclərinin sosial-iqtisadi inkişafda tutduqları fəal mövqedən geniş söhbət açılıb. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər Xocalı soyqırımı–tarixin qara ləkəsi üçün şərhlər bağlıdır

    XOCALI FACİƏSİNDƏN 26 İL KEÇİR

    1308428334_993221_41_9361992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə ermənilər tərəfindən silahlı nəzarətə götürülüb.
    Şəhərin ələ keçirilməsi zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla yüzlərlə dinc insan qətlə yetirilib.
    Ümumilikdə, 613 dinc sakin qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
    Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.
    İnsanlığa qarşı bu cinayətləri törədənlərdən hələ də bir nəfər belə saxlanılmayıb. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Digər ŞƏHİD XOCALI üçün şərhlər bağlıdır

    4bk17d515469a42y1g_800C450Bir vaxtlar doğma yurdum Azərbaycanın dilbər guşəsi olan Qarabağda Xocalı adlı bir məkan var idi. Bu məkanın da zəhmətkeş, qurub-yaradan, vətənpərvər sakinləri var idi. Ancaq əfsuslar… Əfsuslar olsun ki, bu yurdun sakinlərinin alın yazısı qara imiş!…
    Odlar yurdu Azərbaycanım əlverişli mövqeyə, yeraltı və yerüstü sərvətlərə malik bir ölkədir. Elə bu səbəbdəndir ki, doğma yurdum olan Azərbaycan tarixən qonşu dövlətlərin gözündə “yağlı tikə” kimi görünüb. Xüsusilə ilə də acgöz və qəddar ermənilərin gözləri zaman-zaman bizim torpaqlarımızda olub. Dünyanın hər yerinə səpələnmiş bu yurdsuzyuvasız millət həmişə onun-bunun süfrəsində yemiş, qarnını doyurmuş, sonra isə kəsdiyi duz-çörəyi tapdalamışdır. Bu millətin xisləti budur. Bu xislət özünü bir daha Xocalı faciəsində göstərdi.
    1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə xəyanətkar ermənilər və rusların 366-cı motoatıcı alayı Azərbaycanın dilbər guşələrindən biri olan Xocalıya hücum etdilər. Daha ətraflı »

    Teqlər: