Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 19 yaşlı  44 günlük Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim  oğlunun rayonun Bəyimsarov kəndində yaşayan ailəsini ziyarət edib, ailəsinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda  canlarını fəda etmiş şəhidlərin ruhuna  dualar oxuyub.

    Azərbaycan Ordusunun əsgəri Hüseynzadə Elgiz İbrahim oğlu 2001-ci il oktyabr 28-də Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən Kəlbəcər rayonundandır. Oktyabrın 22-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.

    Şəhid Hüseynzadə Elgiz 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Rayon rəhbəri şəhidin valideynlərinə Elgiz Hüseynzadə kimi igid övlad böyütdükləri üçün öz minnətdarlığını bildirib və onun mənalı ömür yolunun gənclərin vətənpərvərlik tərbiyyəsində bir örnək olduğunu deyib.

    Elgiz Hüseynzadənin boya-başa çatdığı kəntdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunmuş şəhidlər bulağında onun adı da mərmər löhvəyə həkk olunub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 31Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun rayonun Yenikənd kəndində yaşayan ailəsini ziyarət edib, ailəsinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda  canlarını fəda etmiş şəhidlərin ruhuna  dualar oxuyub.

    Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabrın 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub.  Oktyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 29-da Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub. Şəhidin 4 övladı yadigar qalıb.

    Şəhid Qasımov Azər 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları təltif olunub.

    Şəhidin ailəsi yeni tikilmiş fərdi evlə təmin olunub, doğulub boya-başa çatdığı kənddə adına bulaq inşaa edilib.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

     

  • 31Okt
    Təhsil Tərtər rayon Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə sinif otaqlarına şəhidlərin adı verilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunda  torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Belə tədbirlərin davam olaraq oktyabrın 27-də şəhid Sarvan Quliyev adına Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə sinif otaqlarına Vətən müharibəsi şəhidlərinin adı verilib.  Artıq bu gündən məktəbin 3-cü sinifi Aysənan Abbasovun, 4-cü sinifi Ceyhun Hacızadənin, 5-ci sinifi Şamil İsmayıllının, 6-cı sinifi isə Ələkbər Ələkbərlinin adlarını daşıyacaqdır. Şəhidlərin adını daşıyan sinif otaqlarının qapıları üzərində onların adı yazılmış lövhələr yerləşdirilib, həyat və döyüş fəaliyyətlərini əks etdirən guşə yaradılıb.

    Bununla əlaqədar məktəbdə keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin həyat və döyüş yollarına nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsələndirilib. Daha ətraflı »

  • 31Okt
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyətində Şura iclasında müzakirələr aparılıb üçün şərhlər bağlıdır

      Tərtər Rayon İcra Hakimiyyətində keçirilən Şura iclasında Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, KİV-i nümayəndələri iştirak ediblər.

    İclasda iştirakçıları müstəqil dövlətimizin yaradıcısı olan Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.

    Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 4 məsələ durur: 1. 2022-ci ilin 9 ayında Tərtər rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında. 2. Rayonda payız və qış mövsümünə hazırlıq haqqında. 3. “Zəfər” günü ilə bağlı rayonda keçiriləcək tədbirlər haqqında. 4. Rayonda kompleks mülki-müdafiə təliminin hazırlanıb keçirilməsi haqqında.

    Rayon rəhbəri  Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə bu ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışının əsas məqamlarından danışıb.

    Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da ictimai-siyasi sabitlik daha da möhkəmlənib, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlər görülüb iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla yerinə yetirilib. Daha ətraflı »

  • 26Okt
    Digər Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 24 oktyabr tarixində Gürcüstanda işgüzar səfərdə olub. Dövlətimizin başçısı səfər zamanı mətbuata bəyanat verib.

    Prezident İlham Əliyev deyib ki, ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. 24 oktyabr tarixli səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir.

    Diqqətə çatdırılıb ki, iki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.

    Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda.

    Bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

    Qeyd olunub ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Azərbaycanın niyyəti bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır.

    Ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Daha ətraflı »

  • 26Okt
    Digər Tərtərdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə məktəblərarası şahmat turniri keçirilmişdir üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

     

     

    Tərtər rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon sektorunun birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP ) təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə məktəblərarası şahmat turniri keçirilmişdir.

    Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    26 oktyabr 2022-ci il tarixdə keçirilmiş tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev iştirak etmişlər.

    Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxışında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən partiyamızın Sədri, Möhtərəm Prezident cənab İlham Əliyevin xalqımıza Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan olduğunu bildirib. Yeni Azərbaycan Partiyasının ötən 30 ildə uğurla inkişaf etdiyini, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını qeyd edib.

    Tərtər rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov bildirib ki, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrilmişdir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır.

    Sonra Tərtər rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan və gələcək hədəflərindən danışıb. 30 illik inkişaf yolu keçən Cənubi Qafqazın güclü partiyası olan YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək böyük uğurlar əldə etdiyini bildirmişdir.

    Sonda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edilərək yarış iştirakçılarına uğurlar arzulanılıb.

     

  • 25Okt
    Digər Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı üçün şərhlər bağlıdır

    Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

    Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir və faydalı qazıntı ehtiyatlara malikdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır.

    Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Daha ətraflı »

  • 25Okt
    Digər Şanlı tarix bizim müştərək tariximizdir üçün şərhlər bağlıdır

    Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır;

    – İnamlı Qələbə. Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmişdir, Azərbaycan Bayrağı qaldırılmışdır və ondan sonra Ermənistan təslim oldu;

    – Şanlı tarix bizim müştərək tariximizdir. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi;

    – Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədənbölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır; Daha ətraflı »

  • 24Okt
    Hərbi vətənpərvərlik Tərtərdə Vətən müharibəsinin cəsur döyüşçüsü, gizir Əhməd İsmayılovun toy mərasimi olub üçün şərhlər bağlıdır

    Tərtər şəhərində keçirilən toy mərasimində onun yaxınları, ailə üzvləri ilə bərabər, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclis sədrinin müavini Adil Əliyev,  Vətən Müharibəsi qaziləri, veteranları, silahdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimdə çıxış edərək, yeni ailə quran gəncləri təbrik edib, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini,  onların “baş tacı”mız olduğunu bildirib. Əhməd İsmayılovun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışıb. Onun öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı ailə başçısı olacağını bildirib.

    Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Daha ətraflı »

  • 24Okt
    Təhsil Tərtərdə “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib üçün şərhlər bağlıdır

    “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 20-21 oktyabr 2022-ci il tarixində Tərtər  şəhər 6 saylı tam orta məktəbin binasında “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində tədbir keçirib.

    Tədbiri giriş sözü ilə təşkilatın sədri, layihə rəhbəri Telman Dadaşov açaraq donor və icraçı təşkilat haqda iştirakçılara məlumat verib, layihənin  məqsədini açıqlayıb. Bildirib ki, “layihənin məqsədi zərərli vərdişlərin fəsadları barədə yeniyetmə və gəncləri məlumatlandırmaqla sağlam həyat tərzini təbliğ etməkdir. İnsanın sağlam həyat tərzinə təhlükə yaradan  zərərli vərdişlərdən ən çox yayılanı narkomaniyadır. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə mənbəyidir. Bu problem vətəndaş cəmiyyəti olaraq bizi də narahat edir. Ona görə bu mövzuya müraciət etmişik. Layihə 3 ay müddətində  4 rayonda (Ağdam, Ağcabədi, Tərtər və Bərdə) həyata keçiriləcək.”

    Ekspert Səadət Feyziyeva mövzu ətrafında iştirakçılara geniş məlumat verərək bildirib ki, “Narkomaniya – bəşərin ən qorxulu bəlasıdır. Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar”. S.Feyziyeva Azərbaycan gələcəyi olan Gəncləri Vətəni sevməyə, fiziki və mənəvi cəhətdən sağlam olmağa, sağlam olmaq üçün isə sağlam həyat tərzi seçməyi və zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdi. Daha ətraflı »