Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt
    Xəbərlər “Vətən bağın”da yeni ağaclar əkilib üçün şərhlər bağlıdır

    Şəhidlərimizin “Anım günün”də Şıxarx qəsəbəsində yol kənarına və şəhidlərin xatirəsinə salınmış “Vətən bağın”da ağacəkmə aksiyası keçirilib.
    Bu işdə rayon rəhbəri Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Həmçinin bu tədbir çərçivəsində ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb, qurumuş ağaclar yeniləri ilə əvəz olunub, əlavə olaraq müxtəlif növ ağaclar əkilərək suvarılıb.
    “Vətən bağı” salındığı müddət ərzində buradakı ağaclar xeyli böyüyüb, bağ gözəlləşib. Şəhid valideynləri vaxtaşırı bura gələrək ağaclara qulluq edirlər.

    “Yeni Tərtər”

  • 10Okt
    Şəhidlər ŞƏHİDLƏR BU DÜNYADA DÖNƏRLƏR BİR GÜNƏŞƏ, ŞƏHİDLƏR ÖLMƏZ OLUR, YAŞAYIRLAR HƏMİŞƏ üçün şərhlər bağlıdır

    Vətən müharibəsi şəhidlərinin şəhadətə qovuşduqlarının ikinci ildönümü ilə əlaqədar şəhid ailələri ziyarət olunub

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıblar.
    Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev sentyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunun Nəmirli kəndində dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsa-sən Qubad Hacıyev ölümün-dən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

     

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid ailələrini ziyarəti davam edir. O, növbəti dəfə Hüsənli kəndindən olan şəhid Məmmədov Taleh Arif oğlunun ailəsində olub, onlara başsağlığı verib.
    Taleh Məmmədov 1999-cu il yanvarın 16-da rayonun Hüsənli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində al-dığı qəlpə yarasından şəhid olub. Taleh ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin ailəsi hərtərəfli qayğı ilə əhatə olunub.
    İldönümü mərasimində şəhidin ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad olunub.

     

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    Rayon rəhbəri 30 sentyabr 2020-ci il tarixdə şəhid olmuş Hacıyev Rüstəm Firqani oğlunun ailəsinə də baş çəkib. O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu vurğulayıb.
    Qeyd edək ki, 1999-cu il təvəllüdlü Rüstəm Hacıyev Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad edilməsinə görə”, “Hərbi xidmətə görə”və “Vətən uğrunda” medalları ilə təltif olunub.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    3 oktyabr 2020-ci il tarixi Mirzəli Rəşad Hafiz oğlunun şəhadətə qovuşduğu gündür. Şəhidin ikinci ildönümü münasibəti ilə rayon rəhbəri onun ailəsində olub, başsağlığı verib və qayğıları ilə maraqlanıb.
    Mirzəli Rəşad Hafiz oğlu 26 may 1995-ci il tarixdə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Hərbi xidmət zamanı Sülhməramlı Qüvvələrin sırasında 6 ay qulluq etdikdən sonra könüllü olaraq 2014-cü ildən sonra 2015-ci ilə kimi Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətə görə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ona gümüş saat bağışlayıb. Bu, Rəşadın ən çox sevdiyi hədiyyələrdən olub. Özü sağ ikən evlərində şəhidlər guşəsi yaradıb, bəlkə də bir vaxt bu otaqda onun da şəkli qoyulacağı ürəyinə damıb.
    Həyatını hərbiyə bağlayıb, Mingəçevir İdman və Turizm kollecinə daxil olsa da, gizirlik kursunu keçib, təyinatını “N” saylı hərbi hissəyə alıb. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayanda Murov yüksəkliyi və Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, qolundan yaralansa da döyüş meydanını tərk etməyib, neçə-neçə yaralı dostunu, yoldaşını çiynində daşıyıb. 2020-ci il oktyabrın 3-də şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
    Rəşad Mirzəlinin doğulduğu kənddə onun adına bulaq inşa edilib, oxuduğu məktəbdə adına guşə düzəldilib.
    Rəşadın əziz xatirəsi onun sevənlərin ürəyində həmişə yaşayır.

     

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    10 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş rayonun Qaradağlı kəndindən olan şəhid Hüseynov Aslan Malik oğlunun ailəsi də rayon rəhbəri tərəfindən ziyarət olunub. Hüseynov Aslan Malik oğlu 1985-ci ildə Tərtər rayonunun Qara-dağlı kəndində anadan olub. Hərbi xidmətdən sonra yenidən Azərbaycan ordusuna qayıdıb, gizir kimi xidmət edib və həmişə öndə gedən döyüşçülərdən olub. O, 2016-ci il aprel döyüşlərində də iştirak edib, düşmənin iki tankını və yük avtomobilini dəqiq artilleriya atəşi ilə vuraraq məhv edib. Döyüşlərdə “Şücaətə görə” medalı ilə təltif olunub.
    27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Aslan Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.
    Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    Aslan Hüseynova “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları da verilib.
    Şəhidin adının əbədiləşdirilməsi üçün şəhərdə küçələrdən birinə onun adı verilib, doğulduğu kənddə isə adına bulaq inşa edilib. Şəhidin özündən sonra 3 övladı yadigar qalıb.
    “Şəhidlər ölməz, Vətən bölünməz!” Aslan kimi oğulları olan Vətən basılmaz!

     

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    “Rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacaq. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olundu. Vətən uğrunda canından keçən həmyerlilərimiz-dən biri də 1997-ci il təvəllüdlü Hüseynov Anar Rəhim oğludur”.
    Bu sözləri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Anar Hüseynov haqqında danışarkən deyib.
    Qəhrəman döyüşçü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Sen-tyabrın 30-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “ Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunub.

     

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    30 sentyabr 2020-ci il tarixdə daha bir həmyerlimiz şəhidlik zirvəsinə ucaldı. Babazadə Mirşəmsi Elşad oğlunun Vətən uğrunda şəhid olmasının ikinci ildönümü ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidin ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
    Babazadə Mirşəmsi Elşad oğlu 1996-ci il yanvar ayının 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də ərazilərimizin işğaldan azad olunması və torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində sentyabrın 30-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
    Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    “Şəhid qanı axmayan yerdən Vətən olmaz”- deyiblər. Allah torpağı qanları ilə Vətənə çevirən oğullara rəhmət etsin!

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    Tarix yazan şəhidlərdən biri də Tərtərin igid oğlu Məmmədov Elman Bəhmən oğludur.
    Oktyabrın 3-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Borsunlu kəndindən olan 1991-ci il təvəllüdlü şəhid Elman Məmmədovun şəhadətinin ikinci ildönümü ilə bağlı onun ailəsində olub. Tərtər Cümə Məscidinin imamı tərəfindən şəhidlərin ruhuna dua oxunub, xatirələri yad olunub.
    Elman Məmmədov torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli istiqamətində vuruşub və 2020-ci il oktyabrın 3-də döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

  • 10Okt
    Digər Cəbrayıllılar 4 oktyabr tarixini qürurla qeyd etdilər üçün şərhlər bağlıdır

    İşğaldan azad edilmiş Vətən torpaqlarına həyat yenidən qayıdır

    Cəmi 2 il əvvəl biz torpaqlarımızın işğal tarixlərini qeyd edirdik. Ürək ağrısı və eyni zamanda bir ümid hissi ilə ki, bu işğala mütləq son qoyulacaq. Nəhayət, Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan Ordu-su ümidlərimizi gerçəkliyə çevirdi, xalqın 30 illik həsrətinə son qoydu.
    Cəbrayıl sakinləri ilə görüşü zamanı Prezident İlham Əliyev deyib:“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi”.
    Dövlətimizin başçısı həmçinin bildirib ki, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər.
    Erməni vandalları Cəbrayıl şəhərində daşı-daş üstündə qoymamışdılar. Cəmi iki bina salamat qalmışdı ki, orada da onların hərbi hissəsi yerləşirdi. Daha ətraflı »