Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Sen
    Digər Azərbaycan  Avropanın etibarlı tərəfdaşıdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin beynəlxalq təşkilatların yüksək tribunasında irəli sürdüyü qlobal səviyyəli təşəbbüslər beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanır və yüksək səviyyədə dəstəklənir. Dərin və hərtərəfli biliyə, yüksək siyasi mədəniyyətə malik Prezident İlham Əliyev dünyada böyük hörmət və nüfuz sahibi olan lider kimi qloballaşma və inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla təmsil və müdafiə edir. Fəxarətlə deyə bilərik ki, dövlətimizin başçısı dünyada dərin analitik təfəkkürə və siyasi iradəyə malik lider kimi qəbul olunur.

    Sentyabrın 2-də Möhtərəm Prezident  cənab İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin “Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” mövzusunda çıxışı çox böyük marağa səbəb oldu.  Səfər çərçivəsində strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya ilə Azərbaycan arasında yeni səhifə açıbdır. Daha ətraflı »

  • 05Sen
    Digər Azərbaycan–İtaliya çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

    Azərbaycanın dövlət başçısının bu Forumdakı çıxışı böyük marağa səbəb olub.

    Cənab Prezident öz çıxışında bildirib ki, ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Daha ətraflı »

  • 02Sen
    Digər Azərbayanın müstəqillik yolunun başlanğıcı üçün şərhlər bağlıdır

    Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.

    Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçmişdir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub. Daha ətraflı »

  • 01Sen
    Digər Agentliyin dəstəyi ilə “And yerimiz-Şəhidlər!” adlı layihəyə start verildi üçün şərhlər bağlıdır

     Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB sentyabr ayının 1-dən noyabr ayının 1-dək “And yerimiz- Şəhidlər”! adlı layihənin həyata keçirilməsinə başlayıb.

    Vaxtı ilə Tərtər rayonu və Bakı şəhərinin Nizami rayonunda yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış  qazilərimizin tanıdılması məqsədi ilə həyata keçirilən bu layihə zamanı onlar barədə məlumatlar toplanıb kitab şəklində nəşr etdiriləcək. Bu məqsədlə nəşr olunan “And yerimiz-Şəhidlər”! kitabı keçirilən tədbirlərdə iştirakçılara paylanacaq.

    Bundan başqa layihənin gedişi zamanı əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə,  hüquqlarının müdafiəsi ilə də məşğul olunacaq.

  • 31Avq
    Digər Beynəlxalq İtkinlər Günü: Azərbaycanda aparılan axtarış prosesinin mərkəzində humanizm prinsipləri dayanır üçün şərhlər bağlıdır

     

     Bakı, Azərbaycan, 30 avqust 2022, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birlikdə Beynəlxalq İtkinlər Günü münasibətilə təşkil edilmiş tədbirə ev sahibliyi edib.

    Tədbirin məqsədi itkin düşmüş şəxslərin identifikasiyası prosesinə olan humanitar yanaşmaya diqqəti cəlb etmək, o cümlədən dünyada və Azərbaycanda itkin düşmüş hesab edilən minlərlə insanın xatirəsini və itkindüşmənin onların ailələrinə yaşatdığı iztirab hissini yad etməkdir.

    Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov açılış çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq 1993-cü ildən BQXK ilə sıx əməkdaşlıq şəraitində işləmişdir. Komissiya katibi  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfərin, Vətən müharibəsində 6 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını bildirmişdır.

    Xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən olunması üçün Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən edilmişdir. Daha ətraflı »

  • 31Avq
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin sentyabr ayında kəndlərdə keçiriləcək səyyar qəbullarının qrafiki üçün şərhlər bağlıdır

    Bildiririk ki, rayon icra hakimiyyəti başçısının 2022-ci ilin sentyabr ayında aşağıda adları göstərilən yaşayış məntəqələrində səyyar qəbulları keçiriləcəkdir.

    S/№ Yaşayış məntəqəsinin adı Ayın tarixi Saat Görüşün keçiriləcəyi yer
     

    1

     

    Sarcalı kəndi

     

    04.08.2022

     

    11:00

     

     

    Sarıcalı kənd tam orta məktəbinin ərazisi

    2 İrəvanlı kəndi 01.09.2022 11:00  

    İrəvanlı kənd tam orta məktəbinin ərazisi

     

    3

     

    Əlsəgrli kəndi

     

    08.09.2022

     

    11:00

     

    Ələsgərli  kənd tam orta məktəbinin ərazisi

     

    4

     

    Soyulan kəndi

     

    22.09.22

     

    11:00

     

    Soyulan kənd ümumi orta məktəbinin ərazisi

     

    5

     

    Umudlu kəndi

     

    29.09.22

     

    11:00

     

    Umudlu kənd ümumi orta məktəbinin ərazisi

     

     

  • 31Avq
    Qazilərimiz Vətən müharibəsi qazisi Tural Hüseynova medalı təqdim olundu üçün şərhlər bağlıdır
    Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən Vətən müharibəsi qazisi, rayonun Evoğlu kənd sakini Hüseynov Tural İzmir oğluna  Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib.

    Sonra rayon rəhbəri qazi ilə səmimi söhbət edərək, onun qayğıları ilə maraqlanıb. Görüşdə tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

    Vətən müharibəsi qazisi onlara göstərilən xüsusi dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 31Avq
    Xəbərlər Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyana görə şirkətlər tərəfindən görülən təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə təmin olunma, sahibkarlıq və əkin məqsədi ilə bələdiyyədən icarəyə torpaq sahəsinin ayrılması, mənzil növbəsi, kəndarası yolun təmir olunması, Sarov kəndinə gedən su arxının lildən təmizlənməsi, maddi yardım, pay torpaq sahələrində olan mübahisə, subartezian quyularının təmiri və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 31Avq
    Xəbərlər Tərtərdə 2022-ci ilin altı ayı ərzində görülən işlər müzakirə edildi üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri iştirak ediblər.
    Yığıncaq iştirakçıları öncə mənalı, şərəfli ömrünü Azərbaycan xalqına və müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Yığıncağı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Ko-mandan cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışının mühüm məqamlarından danışıb.
    Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlərin uğurla davam etdirildiyini bildirdi. Qeyd etdi ki, 2022-ci ilin yanvar-iyun aylarında rayonumuzda tikinti-quraşdırma və abadlıq işləri uğurla davam etdirilmişdir. Tərtər şəhərinin Əli İsmayılov, Teymur Rəhimov və Vaqif küçələrində divarlar aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçədə olan kommunikasiya xətləri səliqəyə salınmışdır. Daha ətraflı »

  • 31Avq
    Xəbərlər Səhlabad kəndində səyyar qəbul-görüş üçün şərhlər bağlıdır

    Vətəndaşların müraciətləri dinlənildi,
    şəhid bulağının açılışı oldu

     

     

     

     

     

     

    -Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Səhlabad kəndində səyyar qəbul-görüşü keçirilib.
    Qəbul-görüşdə çıxış edən rayon rəhbəri bildirib ki, yerlərdə keçirilən bu cür tədbirlər hər bir kəndin həyatı ilə daha yaxından tanış olmağa, insanların problemlərini bilavasitə özlərindən eşidib operativ həll etməyə kömək edir.
    Elə bu görüş zamanı da sakinlərdən Gülnarə Salahovanın, İman Almuradovun, Paklet İsmayılovanın və başqalarının müraciətləri dinlənilib, müvafiq tədbirlər görülüb.
    Görüşdən sonra Səhlabad kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Orxan Aslanlının xatirəsinə inşa edilən bulağın açılışı olub.
    Bu mərasimdə rayon rəhbəri ilə birlikdə ictimaiyyət nümayəndələri, Orxan Aslanlının ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və kənd sakinləri iştirak ediblər. Məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib. Daha ətraflı »