Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt
    Şəhidlər Rayon rəhbəri Vətən müharibəsi şəhidi Məmmədli Sənan Səlim oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində şəhid Məmmədli Sənan Səlim oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, başsağlığı verərək, qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub, valideynləri Sənanla bağlı xatirələrini bölüşüblər.

    Məmmədli Sənan Səlim oğlu 1997-ci ilin sentyabr ayının 14-də Qaradağlı kəndində anadan olub.  8-ci  sinfi bitirdikdən sonra  təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib, 2016-cı ildə liseyin məzunu olur və yenidən imtahan verərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Məktəbi bitirdikdən sonra peşəkar zabit kimi ordu sıralarında qulluq edir, leytenant rütbəsi alır.

    Sənan Məmmədli 2020-ci ilin oktyabr ayının 15-də  Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olur, 4 gün neytral zonada qalır. Oktyabrın 20-də yaşadığı kənddə dəfn olunur.

    Tərtərin qəhrəman oğlu Sənan Məmmədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları və ilə təltif olunub. Daha ətraflı »

  • 20Okt
    Şəhidlər Rayon rəhbəri Vətən müharibəsi şəhidi Məhərəmli Fuad Habil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Şəhid Məhərəmli Fuad Habil oğlu 1994-cu il  noyabrın 28-də rayonun Evoğlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda  Ağdərə istiqamətində vuruşub və sentyabrın 19-da şəhid olub.

    25 yaşlı  Fuad ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidin 2-ci ildönümü ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə onun ailəsinə baş çəkib, valideynlərinə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

    Şəhidin ailə üzvləri şəhid və  qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

     

  • 20Okt
    Digər Tərtərdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubleyinə həsr olunmuş konfrans keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında YAP Tərtər Rayon Təşkilatı rayon icra hakimiyyəti ilə birgə  Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə  həsr olunmuş konfrans keçirib.

    Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin Mərkəzi Meydanında  ucaldılmış  abidəsini və  “Şəhidlər  abidə kompleks”ini ziyarət  edib, onların xatirəsinə  ehtiram əlaməti olaraq önünə gül-çiçək dəstələri  düzüblər.

    Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Ağalar Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP idarə heyətinin üzvü Asif Əsgərli, YAP mərkəzi aparatının əməkdaşı Elman Məmmədov, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların, İƏD üzrə nümayəndəliklərinin və KİV-nin nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha ətraflı »

  • 20Okt
    Xəbərlər Tərtərdə “Minaların təhlükəsi üzrə maarifçilik tədbirləri” adlı layihə çərçivəsində tədbir keçirilib üçün şərhlər bağlıdır

    18.10.2022-ci il tarixidə Sabaha İnam Sosial İnkişaf İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Tərtər rayonunun Hüsənli kəndində “Minaların təhlükəsi üzrə maarifçilik tədbirləri” adlı layihə çərçivəsində tədbir keçirib.

    Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatında  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, ictimai birliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.

    Tədbirdə lahiyənin əsas məqsədləri barədə iştirkacilara məlumat verilib. Minanın təhlükəli tərəfləri, minalı ərazilərdə necə diqqətli olmalı, mina ilə qarşılaşdıqda necə rəftar etməli və hara müraciət etmələri haqqında danışılıb. Sonda xatirə fotoları çəkilib.

     

  • 20Okt
    Xəbərlər “And yerimiz şəhidlər” kitabının Tərtərdə təqdimatı keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən “And yerimiz şəhidlər” adlı layihə çərçivəsində nəşir edilən eyni adlı kitabın təqdimatı keçirilib.

    Təqdimatda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, şəhid ailələri, qazilər, Yap Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rauf Aslanov, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Güney Azərbaycan şöbəsinin rəhbəri, “Körpü” verilişinin ideya müəllifi və aparıcısı Sayman Aruz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Damət Salmanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Füzuli Kərimov, içtimai birliyin Qarabağ nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov, mədəniyyət işçiləri, ictimaiyyət və KİV-in nümayəndələri iştirak ediblər.

    Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirilib. Daha ətraflı »

  • 20Okt
    Xəbərlər Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 42 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyularının təmiri, sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin verilməsi, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin düzgün təyin edilməməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Okt
    Digər Tərtərdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib üçün şərhlər bağlıdır

    Oktyabırıb 18-də Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının Qərargahında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

    Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin  və 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.

    Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edib. Bildirib ki,  Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində əldə olunub. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Belə ki, müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən o vaxtkı dövlət rəhbərliyinin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Daha ətraflı »

  • 20Okt
    Xəbərlər İcra başçısı Zahid İbrahimovu 65 illik yubileyi münasibəti ilə qəbul edib üçün şərhlər bağlıdır

    Oktyabrın 18-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 65 illik yubileyi münasibəti ilə Tərtər Suvarma Sistemləri İdarəsinin rəis müavini Zahid İbrahimovu qəbul edib. İcra başçısı Zahid İbrahimovu təbrik edərək ona uzun ömür, can sağlığı, səmərəli fəaliyyətində uğurlar diləyib. Bildirib ki, Zahid İbrahimov rayonun sosial-iqtisadi inkişafında yaxından iştirak edir, öz üzərinə düşən vəzifəni həmişə layiqincə yerinə yetirir. O, yaxşı mütəxəssis olmaqla yanaşı, yaxşı da ailə başçısıdır.

    Rayon rəhbıri Zahid İbrahimova İcra Hakimiyyətinin fəxri fərmanını təqdim edib. Sonra xatirə şəkli çəkilib.

    İbrahimov Zahid Yusif oğlu 1957-ci il oktyabrın 15-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. O, Bakı şəhərində İnşaat Mühəndisləri İnstitutunu bitirib. Daha ətraflı »

  • 20Okt
    Digər Tərtər Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.

    Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.

    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

     

  • 20Okt
    Xəbərlər İcra başçısı vətəndaşları qəbul edib` üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  vətəndaş müraciətlərinə  həssaslıqla baxılması  və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Tərtər Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsasını təşkil edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edən rayonun Kəbirli kənd sakini Məmmədov Ələkbər Firudin oğlunu, Sarıcalı kənd sakini Baxışova Firəngiz Səfər qızını və erməni əsirliyindən azad olunmuş Qapanlı kənd sakini Quliyev Şahbaz  Calal oğlunu qəbul edib, onların müraciətlərini dinləyib, aidiyyəti qurumlara müraciətlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində araşdırılması üçün müvafiq tapşırıqlar verib.

    Qəbulda vətəndaş məmnunluğu təmin edilib. Onların müraciətlərinə həsasslıqla yanaşıldığı üçün vətəndaşlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.