Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Sen
    Səhiyyə Qaydalara əməl etmək vacibdir üçün şərhlər bağlıdır

    Dərs ilinin başlanmasına sayılı günlər qalıb. İndi şəhərimizin küçələrində, alış-veriş məkanlarında, fotoatelyelərdə xüsusi bir qələbəlik var. Tələbələr qəbul olduqları universitetlərə getməyə hazırlaşır, valideynlər məktəblilər üçün şagird geyimləri, dərs ləvazimatları alırlar.
    Belə bir vəziyyətdə covid infeksiyasının mövcudluğunu unutmaq lazım deyil. Xüsusilə gigiyenik qaydalara ciddi əməl etmək, insanların sıx toplaşdıqları yerlərdən uzaq olmaq lazımdır. Diqqətli olmalıyıq ki, yeni dərs ili hər bir ailəyə sevinc gətirsin.

    “Yeni Tərtər”

  • 08Sen
    Digər Tərtər gəncləri üçun təlim təşkil olunub üçün şərhlər bağlıdır

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər Nümayəndəliyinin təşkilatçılığı ilə filoloq Fəridə Süleymanovanın təqdimatında “Dilimiz sərvətimizdir” mövzusunda  təlim baş tutub.

    Təlim zamanı Fəridə xanım dilimizin zənginliyi, arxaik, dialekt və şivələrin dilimizdə istifadəsi , həmçinin orfoqrafik və orfoepik qaydaların pozulması haqqında gənclərə məlumat verib.

  • 08Sen
    Milli-mənəvi dəyərlər Azərbaycan incəsənətinin daha bir uğuru üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Əməkdar artisti, sevimli müğənnimiz  Gülyanaq Məmmədova Özbəkistan Respublikasının Xalq artisti adına layiq görülüb. Zəng edib birbaşa özü ilə danışıb təbrik etsəm də mətbuat vasitəsi ilə də təbrik etmək qərarına gəldim. SSRİ dağılandan sonra bu yeganə hadisədir ki, keçmiş sovet respublikaları arasında xarici ölkənin müğənnisinə xalq artisti adı verilir. Bu həqiqətən məni sevindirdi. Sevdiyim və hörmət bəslədiyim  müğənnilərdən biri də Gülyanaq Məmmədovadır. Gülyanaq xanımın o cılız canında böyük mərdlik, sədəlik, təbiilik, vətənpərvərlik var. Çox istedadlı müğənni olmaqla yanaşı, Gülyanaq xanım insan kimi, dost kimi bütün insani müsbət keyfiyyətlərə malikdir. Onun doğmalarını, əzizlərini də təbrik edirəm. Elə bilirəm bu uğur yalnız Gülyanaq xanımın uğuru deyil, Azərbaycan xalqının, dövlətinin, mədəniyyətinin uğurudur. Bu sevinc onu sevənlərin sevincidir. Daha ətraflı »

  • 06Sen
    Digər Azərbaycan  Avropanın etibarlı tərəfdaşıdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin beynəlxalq təşkilatların yüksək tribunasında irəli sürdüyü qlobal səviyyəli təşəbbüslər beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanır və yüksək səviyyədə dəstəklənir. Dərin və hərtərəfli biliyə, yüksək siyasi mədəniyyətə malik Prezident İlham Əliyev dünyada böyük hörmət və nüfuz sahibi olan lider kimi qloballaşma və inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla təmsil və müdafiə edir. Fəxarətlə deyə bilərik ki, dövlətimizin başçısı dünyada dərin analitik təfəkkürə və siyasi iradəyə malik lider kimi qəbul olunur.

    Sentyabrın 2-də Möhtərəm Prezident  cənab İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin “Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” mövzusunda çıxışı çox böyük marağa səbəb oldu.  Səfər çərçivəsində strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya ilə Azərbaycan arasında yeni səhifə açıbdır. Daha ətraflı »

  • 05Sen
    Digər Azərbaycan–İtaliya çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

    Azərbaycanın dövlət başçısının bu Forumdakı çıxışı böyük marağa səbəb olub.

    Cənab Prezident öz çıxışında bildirib ki, ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Daha ətraflı »

  • 02Sen
    Digər Azərbayanın müstəqillik yolunun başlanğıcı üçün şərhlər bağlıdır

    Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.

    Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçmişdir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub. Daha ətraflı »

  • 01Sen
    Digər Agentliyin dəstəyi ilə “And yerimiz-Şəhidlər!” adlı layihəyə start verildi üçün şərhlər bağlıdır

     Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB sentyabr ayının 1-dən noyabr ayının 1-dək “And yerimiz- Şəhidlər”! adlı layihənin həyata keçirilməsinə başlayıb.

    Vaxtı ilə Tərtər rayonu və Bakı şəhərinin Nizami rayonunda yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış  qazilərimizin tanıdılması məqsədi ilə həyata keçirilən bu layihə zamanı onlar barədə məlumatlar toplanıb kitab şəklində nəşr etdiriləcək. Bu məqsədlə nəşr olunan “And yerimiz-Şəhidlər”! kitabı keçirilən tədbirlərdə iştirakçılara paylanacaq.

    Bundan başqa layihənin gedişi zamanı əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə,  hüquqlarının müdafiəsi ilə də məşğul olunacaq.

  • 31Avq
    Digər Beynəlxalq İtkinlər Günü: Azərbaycanda aparılan axtarış prosesinin mərkəzində humanizm prinsipləri dayanır üçün şərhlər bağlıdır

     

     Bakı, Azərbaycan, 30 avqust 2022, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birlikdə Beynəlxalq İtkinlər Günü münasibətilə təşkil edilmiş tədbirə ev sahibliyi edib.

    Tədbirin məqsədi itkin düşmüş şəxslərin identifikasiyası prosesinə olan humanitar yanaşmaya diqqəti cəlb etmək, o cümlədən dünyada və Azərbaycanda itkin düşmüş hesab edilən minlərlə insanın xatirəsini və itkindüşmənin onların ailələrinə yaşatdığı iztirab hissini yad etməkdir.

    Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov açılış çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq 1993-cü ildən BQXK ilə sıx əməkdaşlıq şəraitində işləmişdir. Komissiya katibi  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfərin, Vətən müharibəsində 6 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını bildirmişdır.

    Xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən olunması üçün Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən edilmişdir. Daha ətraflı »

  • 31Avq
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin sentyabr ayında kəndlərdə keçiriləcək səyyar qəbullarının qrafiki üçün şərhlər bağlıdır

    Bildiririk ki, rayon icra hakimiyyəti başçısının 2022-ci ilin sentyabr ayında aşağıda adları göstərilən yaşayış məntəqələrində səyyar qəbulları keçiriləcəkdir.

    S/№ Yaşayış məntəqəsinin adı Ayın tarixi Saat Görüşün keçiriləcəyi yer
     

    1

     

    Sarcalı kəndi

     

    04.08.2022

     

    11:00

     

     

    Sarıcalı kənd tam orta məktəbinin ərazisi

    2 İrəvanlı kəndi 01.09.2022 11:00  

    İrəvanlı kənd tam orta məktəbinin ərazisi

     

    3

     

    Əlsəgrli kəndi

     

    08.09.2022

     

    11:00

     

    Ələsgərli  kənd tam orta məktəbinin ərazisi

     

    4

     

    Soyulan kəndi

     

    22.09.22

     

    11:00

     

    Soyulan kənd ümumi orta məktəbinin ərazisi

     

    5

     

    Umudlu kəndi

     

    29.09.22

     

    11:00

     

    Umudlu kənd ümumi orta məktəbinin ərazisi

     

     

  • 31Avq
    Qazilərimiz Vətən müharibəsi qazisi Tural Hüseynova medalı təqdim olundu üçün şərhlər bağlıdır
    Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən Vətən müharibəsi qazisi, rayonun Evoğlu kənd sakini Hüseynov Tural İzmir oğluna  Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib.

    Sonra rayon rəhbəri qazi ilə səmimi söhbət edərək, onun qayğıları ilə maraqlanıb. Görüşdə tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

    Vətən müharibəsi qazisi onlara göstərilən xüsusi dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.