Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Sen
    Şəhidlər Tərtərdə Vətən müharibəsi  şəhidi Qənbərli Qənbərin ad günü məzarı önündə qeyd olundu üçün şərhlər bağlıdır

    Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Kəngərli kənd sakini Qənbərli Qənbər Bəhruz oğlununun doğum günü məzarı önündə qeyd olunub.

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını  ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

    Qeyd edək ki, N saylı hərbi hissənin zabiti olmuş baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

     

  • 12Sen
    Xəbərlər Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Tərtər rayonunda vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Qəbuldan öncə o, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb, rayonda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıb, sonra isə rayon Gənclər mərkəzində vətəndaşları qəbul edib.

    Müraciət edənlər sırasında Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə də olub. V.Nəsirli qəhrəmanımızın sosial vəziyyəti ilə maraqlanıb, onların və bütün şəhid ailələrinin qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

    Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

     

  • 12Sen
    Şəhidlər İcra başçısı şəhid anası ilə birlikdə mülki şəhidlərin məzarını ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Qaynaq kəndindən olan mülki şəhid Həsən Məmmədovun Bərdə şəhərində yaşayan anası Xanım Məmmədova Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova müracət edərək, onunla birlikdə oğlunun məzarını ziyarət etməyi xahiş edib. İcra başçısı şəhid anası Xanım Məmmədova, Milli Məclisin deputatı Sahib Alıyev və Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərovla birgə Xoruzlu kənd qəbristanlığında dəfn olunan şəhid Həsən Məmmədovun və 16 yaşlı mülki şəhid Orxan İsmayılzadənin məzarlarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxunub.

    Qeyd edək ki, rayon rəhbəri mütəmadi olaraq şəhid ailələrinin üzvləri ilə birlikdə şəhidlərin məzarlarını ziyarət edir, ailələrinin qayğıları və problemləri ilə maraqlanır, onlara lazımı köməklik göstərir.

    Şəhid anası onlara göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 12Sen
    Təhsil Rayon rəhbəri yeni tikilən Xoruzlu kənd tam orta məktəbində son tamamlama işləri ilə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Xoruzlu kəndində Respublika Prezidenti cənab İlham Əliyevin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə tikilən 432 şagird yerlik məktəbdə aparılan son tamamlama işləri ilə tanış olub, aidiyyəti qurumlara müvafiq tövsiyələr verib.

    Qeyd edək ki, məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Artıq ümumi tikinti sahəsi 2374 kvadratmetr olan binada inşaat işləri yekunlaşıb. Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib. Daha ətraflı »

  • 12Sen
    Tərtər RİH-də Rayon rəhbəri Yuxarı Sarıcalı kəndində növbədənkənar qəbul keçirib üçün şərhlər bağlıdır

    8 sentyabr 2022-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov rayonun Yuxarı Sarıcalı kəndində növbədənkənar qəbul keçirib. Qəbulda rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Suvarma Sistemləri İdarəsinin rəis müavini Zahid İbrahimov da iştirak ediblər.

    Kənd sakinləri 2021-ci ildə respublika prezidenti cənab İlham Əliyevin 31 may 2021-ci il tarixli sərəncamı ilə yeni qazılacaq subartezian quyusunun yerinin dəyişdirilməsi, məktəbə gedən yolun təmiri, Yuxarı Sarıcalı kəndində ibtidai məktəbin açılması, kəndə stasionar telefon və internet xəttinin çəkilməsi ilə bağlı müraciət ediblər.

    Rayon rəhbəri sakinlərə bildirib ki, 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqıda” sərəncam imzalayıb. Daha ətraflı »

  • 12Sen
    Təhsil Tərtərdə yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunda Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib.

    Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Ağalar  Vəliyevin köməkçisi İlham Musayev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayonun təhsil işçiləri, qəbul imtahanında yüksək nəticə göstərən məzunlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

    Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları öncə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha ətraflı »

  • 09Sen
    Xəbərlər Yaponiyanın “Fuji Optical Co.Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Tərtər rayonunda səfərdə olub üçün şərhlər bağlıdır

    Yaponiyanın Azərbaycandakı səfirliyi və BMT QAK-ın Azər-baycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Vətən müharibəsi zamanı dağıntılara məruz qalmış ərazilərlə tanış olmaq məqsədilə Tərtər rayonunda olub.
    Doktor Anio Kananin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən qəbul edilib. Rayon rəhbəri ona Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəymiş, dağıntılar olmuşdur. Daha ətraflı »

  • 09Sen
    Tərtər RİH-də Sarıcalı kəndində səyyar-qəbul görüş üçün şərhlər bağlıdır

    Kəndin sosial-iqtisadi həyatında uğurlar var, vətəndaşların şəxsi problemləri də həll olunur

    Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Sarıcalı kəndində səyyar qəbulgörüşü keçirilib.
    Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
    Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələ-rinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »

  • 09Sen
    Tərtər RİH-də İcra başçısı və Milli Məclisin deputatı Sahib Alıyev Sarıcalı kəndində şəhid Mehdi Məmmədovun anası ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Sarıcalı kəndində şəhid Mehdi Məmmədovun anası ilə görüşüb, onun problemləri və qayğılari ilə maraqlanıblar.
    Rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi şücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib.
    Milli Məclisin deputatı Sahib Alıyev cəbhə bölgəsində yaşayan tərtərlilərin hər zaman dövlətçiliyə sədaqətli olduqlarını, müharibə dövründə arxa cəbhədə olan sakinlərin ordu ilə birlik nümayiş etdirdiklərini, qələbəmizə bu yolla töhfələr verdiklərini bildirib.
    Qeyd edək ki, “N” saylı hərbi hissənin əsgəri Məmmədov Mehdi Elçin oğlu 6 aprel 1995-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. 13 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
    44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

     

  • 09Sen
    Tərtər RİH-də Həftə ərzində vətəndaşların müraciətləri dinlənilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.
    Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və töv-siyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.
    Məlumat üçün bildiririk ki, vətəndaşlar Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə bilərlər. Həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət etmək olar.