Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Fev
    Xəbərlər XOCALI SOYQIRIMI HEÇ ZAMAN UNUDULMAYACAQ! üçün şərhlər bağlıdır

                                              Faciə qurbanlarının əziz xatirəsi yad olunub

    Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Tərtər şəhərində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət ediblər. Faciə qurbanlarının və eləcə də müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.
    Sonra uşaqların faciəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən hər bir eksponatda, hər bir şəkildə xocalıların fəryadı, harayı əks olunub. Şükürlər olsun ki, bu gün, Böyük Qələbəmizdən sonra şəhidlərin ruhu rahatdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu onların intiqamını alıb. Daha ətraflı »

  • 28Fev
    Xəbərlər Xocalı sakinləri ilə görüş üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatında rayonumuzda müvəqqəti məskunlaşmış 18 Xocalı ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    İcra başçısı xocalılarla səmimi söhbət zamanı bildirib ki, XX əsrin sonunda bəşəriyyətin gözü qarşısında törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verilməsi, cinayətkarların öz əməllərinə görə cəzalandırılması Azərbaycan dövlətinin və hökumətinin daim diqqət mərkəzində olan məsələdir.
    Rayon rəhbəri bildirib ki, əsrlər ötsə də, xalqımız bu faciəni unutmayacaq. Biz iki ildir Xocalı hadisələrini qeyd edərkən, təskinlik də tapırıq. Çünki Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz cinayətkarların cavabını döyüş meydanlarında verdi, qisas qiyamətə qalmadı, şanlı Zəfər gününü yaşadıq.
    Tədbirdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, “Vətən Müharibəsi Qəhrəmanı” Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək, Xocalı faciəsindən danışıb, Ulu Tanrıdan şəhidlərə rəhmət diləyiblər. Xocalılar Vətən müharibəsində qazanılan Qələbəyə və onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

  • 28Fev
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini içtimaiyyətə təqdim olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Umudov Elvin Natiq oğlu Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
    Elvin Umudov 2010-cu ildən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Mülki Müdafiə Qərargahının inspektoru kimi iş fəaliyyətinə başlayıb. Sonradan rayon icra hakimiyyəti başçısının köməkçisi, rayon Gənclər və İdman İdarəsinin rəisi, rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, Dini qurumlarla işin təşkilatçı rəhbəri vəzifələrində çalışıb.
    Təyinatla bağlı rayon icra hakimiyyətində Elvin Umudovun təq-dimat mərasimi keçirilib. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını sərəncamla tanış edib, Elvin Umudova fəaliyyətində uğurlar diləyib. Daha ətraflı »

  • 28Fev
    Xəbərlər “Zülmətdən işığa”adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib üçün şərhlər bağlıdır

    Rayon Mədəniyyət Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Zülmətdən işığa” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müs-təqim Məmmədovun, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin qatıldığı anım tədbirində Xocalı faciəsi qurbanları və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Müstəqim Məmmədov və İlyas Hacıyev Xocalı soyqırımı haqqında məlumat verərək bildiriblər ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib. Bu hərbi təcavüz nəticəsində Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Daha ətraflı »

  • 28Fev
    Xəbərlər Rayon rəhbərinin qəbulu üçün şərhlər bağlıdır

    Şəhid ailələri və qazilərin sosial müdafiəsi diqqət məkəzindədir

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Cəmilli kəndinin sakini, 21 yaşlı “Vətən Müharibəsi Qəhrəmanı” Azər Abdullazadə və rayonun Mamırlı kəndinin sakini “Azərbaycan Bayrağı” ordenli Elnur Salahovu qəbul edib, onların qayğıları, problemləri ilə maraqlanıb.
    Qəbul zamanı icra başçısı şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsi ilə həyata keçirdiyi tədbirlər, şəhid və qazi ailələrinə həssas münasibət hər kəsə mükəmməl örnəkdir.
    Sonra Müstəqim Məmmədov Azər Abdullazadəyə ad günü münasibəti ilə hədiyyə təqdim edib.
    Hər iki qazi şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

  • 28Fev
    Xəbərlər Ümidlə gəldilər, razı qayıtdılar üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti qəbuluna gələnlərin arasında şəhid ailələri və qazilər də vardı. Ənənəyə uyğun olaraq, rayon rəhbəri ilk növbədə onları qəbul edərək, hər birinin problemini ayrı-ayrılıqda ətraflı öyrəndi.
    İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bəzi məsələlər elə yerindəcə öz həllini tapdı. Digərlərinin isə araşdırılaraq həll olunması məqsədilə müvafiq tapşırıqlar verildi.
    Yalnız şəhid və qazi ailələri deyil, digər vətəndaşlar da qəbuldan razı qaldılar. Onlar bildirdilər ki, həmişə rayon rəhbərinə inam və ümidlə müraciət edirlər.
    Qəbul zamanı Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq Filialının nümayəndəsi tərəfindən vətəndaşlara vakant iş yerləri barədə məlumat verildi.
    Qəbula gələnlər ölkəmizdə həyata keçirilən islahatlara və şəffaflıq mühitinin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitseprezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

  • 28Fev
    Xəbərlər ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNUB üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə şəhid Xəyal Aslanovun ailəsini ziyarət edib, onun valideynləri ilə görüşüb. Rayon rəhbəri ailənin qayğıları ilə maraqlanıb.
    Görüş zamanı Xəyalın döyüş yolu haqqında söhbət gedib. Müstəqim Məmmədov belə vətənpərvər oğul böyütdükləri üçün valideynlərə minnətdarlığını bildirib. O, şəhidin atası Qüdrət Aslanovu 60 illik yubileyi münasibəti ilə də təbrik edib.
    Qüdrət Aslanov deyib ki, onlar bir şəhid ailəsi olaraq daim dövlətimizin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər. Onların hər bir probleminə həssaslıqla yanaşılır. Şəhid atası ailəsi adından Ali Baş Komandan İlham Əliyevə və ölkənin birinci xanımına öz minnətdarlığını bildirib.

  • 28Fev
    Xəbərlər YAP rayon təşkilatında üçün şərhlər bağlıdır

                                                                               Hesabat-seçki yığıncaqları keçirilir

    Fevral ayının 15 dən başlayaraq, YAP rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir. Artıq Hüsənli Qazyan, Yuxarı Qapanlı, Qaynaq və digər təşkilatlarda hesabat-seçki yığıncaqlarının keçirilməsi başa çatıb. Ərazi partiya təşkilatlarının yığıncaqlarında YAP rayon təşkilatının sədri Eldar Əsədov və təşkilatın məsul işçiləri iştirak ediblər.

    Yığancaqlarda ərazi partiya təşkilatlarının sədrləri YAP-ın VII qurultayından sonrakı dövr ərzindəki fəaliyyətləri barədə hesabat veriblər. Qeyd olunub ki, onlar öz işlərini VII qurultayda qəbul olunmuş yeni Nizamnamə və Proqrama və yerli təşkilatlar haqqında əsasnamənin tələblərinə uyğun qurmağa çalışırlar.
    Ərazi partiya təşkilatları Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin təbliği, əhaliyə dolğun şəkildə çatdırılması üçün öz fəaliyyətlərinin səmərəliliyini daha da artırıblar. Partiyanın boy sırasının artırılması da diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Partiyaya qəbul zamanı siyasi cəhətdən yetkin, mübariz, savadlı, çalışdıqları sahədə fəallıqları ilə seçilən gənclərin partiya sıralarına qəbul olmasına üstünlük verilir.
    Yığıncaqlarda üzvlük haqlarının toplanması və digər cari məsələlər barədə də çıxışlar olub.
    Həmçinin ərazi partiya təşkilatlarının yeni sədr və müavinləri seçilib.

  • 28Fev
    Digər XOCALI-30 üçün şərhlər bağlıdır

                                                                                         BİR XALQIN FƏRYADI

    Tarix düşmən qüvvələrin dinc əhaliyə kütləvi divan tutmasının çox nümunəsinə şahiddir: qırmancla, xəncərlə, qılıncla, ən uzağı güllə ilə… Məğlub edilmiş, çarəsiz insanları tabe etmək o qədər də çətin deyil, buna nə güllə lazımdır, nə də mərmi. 10 min nəfərlik bir şəhərin üstünə müasir silahların bütün növləri ilə hücum etmək, qaçıb canını qurtarmaq istəyənləri isə hər yerdə pusquya salıb gülləbaran etmək nümunəsini isə tarixə özünü zavallı kimi qələmə verib, ali bir xalq olduğunu zənn edən erməni yırtıcı toplumu “hədiyyə” etdi. Bu amansız qətliamı ağlını tamamilə itirmiş, təpədən-dırnağadək silahlanmış erməni millətçi faşistləri dünyaya qorxub-çəkinmədən nümayiş etdirdilər. Bu müdhiş “insan ovu”nu öz iyrənc və xəyanətlərlə dolu tarixlərinə “zəfər” kimi yazan təcavüzkar Ermənistan ərazisində millətçi dövlət qurduğu Azərbaycanın Xocalı şəhərini 1992-ci ilin 25–26 fevral geçəsində yer üzündən sildi, onun dinc əhalisinə qarşı tarixin ən amansız soyqırımını törətdi. O gecə və sonrakı günlərdə işgəncə ilə qətlə yetirilən yüzlərlə soydaşımızın günahsız şəhidliyinin çoxsaylı şahidləri tarixin ən dəhşətli insan qırğınından keçdilər. Onların hər dəfə söylədikləri Xocalı yaramızın qurumayan qanı timsalındadır.
    Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Daha ətraflı »

  • 28Fev
    Digər XOCALI–30 İL ƏVVƏL QANLA YAZILMIŞ TARİX üçün şərhlər bağlıdır

                                                      Bu faciə heç zaman unudulmayacaq

    30 il əvvəl fevralın 26-da dünyanın gözü qarşısında tarixdə öz amansızlığı, qəddarlığı ilə seçilən ən dəhşətli soyqırım – Xocalı faciəsi törədilib. Bu soyqırım nəticəsində şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib. 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi barədə hələ də məlumat yoxdur. Öz havadarlarının köməyinə arxalanan mənfur düşmən xalqımıza bu müsibəti yaşatmaqla, azərbaycanlıların gözünü qırmaq, beləliklə də torpaqlarımızı işğal etmək məqsədini güdürdü. Lakin onlar öz niyyətlərinə çata bilmədilər. Ək-sinə, bu dəhşətli faciə düşmənə olan nifrəti daha da artırdı və bu amal uğrunda mübarizədə xalqımızı birləşdirdi. Nəticədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində işğal altında olan torpaq-larımızı geri aldıq. Ədalət bərpa olundu və biz haqlı olduğumuzu bütün dünyaya sübut etdik.
    Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün kifayət qədər məqsədyönlü işlər görülməmişdi. Daim məzlum xalq rolunda çıxış edən ermənilər isə hətta burada baş verən hadisələri dünyaya erməni xalqının müsibəti kimi təqdim edirdilər. Xocalı faciəsi barədə həqiqətlərin dünya birliyinin diqqətinə çatdırılmasında, onun soyqırım kimi tanıdılmasında başlıca rol Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur. Fond bütün dünyada “Xocalıya ədalət” kampaniyasını keçirir və bu faciənin soyqırım kimi tanıdılmasına nail olur. Bu kampaniyanın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Daha ətraflı »