Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen
    Xəbərlər MEDAL TƏQDİM EDİLDİ üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Köçərli kənd sakini, ll qrup Vətən müharibəsi qazisi Hacıyev Ruslan Rafiq oğlu Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 2374 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
    Bu münasibət ilə qazi rayon icra hakimiyyətinə dəvət olunub. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəis müavini Ramil Qarayevlə birlikdə qazini qəbul edib.
    Rayon rəhbəri Ruslan Hacıyevi Ali Baş Komandan tərəfindən Vətən müharibəsində göstərdiyi “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması münasibəti ilə təbrik edərək, medalı sahibinə təqdim edib.
    Qazi qazilərə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

     

  • 10Sen
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                 “HƏYATDA QƏHRƏMANLIĞA HƏMİŞƏ YER VAR”

    Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin doğum gününə həsr olunmuş “Həyatda qəhrəmanlığa həmişə yer var” adlı vətənpərvərlik tədbiri keçirilib.
    Bakı şəhərində ikinci Şəhidlər xiyabanına toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun, Tərtər və Kəlbəcər rayonlarının, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər və məktəblilər əvvəlcə şəhidin məzarını ziyarət edib, qarşısına əklillər qoyub, güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Vətən uğrunda, Daha ətraflı »

  • 10Sen
    Xəbərlər HESABAT KONFRANSI üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü müdrik və milli maraqlara söykənən siyasət müstəqil Azərbaycanımızın daha da çiçəklənməsinə, regionların yeniləşməsinə, əhalinin rifah halının yüksəlməsinə yol açıb. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın ən qüdrətli dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yaxın tərəfdaş qismində qəbul olunmasını şərtləndirib. Daha ətraflı »

  • 10Sen
    Digər NAXÇIVAN VƏ ŞƏRUR-DƏRƏLƏYƏZ QIRĞINI (1905-1906-cı illər) üçün şərhlər bağlıdır

    XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Ana-doluda əldə etdikləri təcrübəyə əsaslanırdı. “Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, boşaldılmış kəndlərdə Türkiyədən gələn erməni ailələrini məskunlaşdırırdılar.
    Ermənilər ilk növbədə azlıq təşkil etdikləri və strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında sayca üstünlüyə malik olmaq istəyirdilər. Daha sonra isə Qarabağda qırğınlar törədərək, həmin əraziləri ələ keçirmək və nəticədə İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarının ərazilərində erməni dövlətinin əsasını qoymaq istəyirdilər. 1905-1906-cı illərdə törədilən bütün qırğınlarınmahiyyətində məhz bu amil dayanırdı.
    1905-1906-cı illərdə İrəvan quberniyasında baş verən qırğınlarhəmin dövrün mətbuatında və o dövrün müəlliflərinin əsərlərində geniş şəkildə işıqlandırılmışdır.
    XX əsrin əvvəlində Naxçıvan qəzasında mövcud olan 170 kənddən 110-da azərbaycanlılar, 40-da ermənilər, 20 kənddə isə azərbaycanlılarla ermənilər qarışıq şəkildə yaşayırdılar. Naxçıvan qəzasının 101 min nəfər əhalisinin 64 min nəfərini azərbaycanlılar, 34 min nəfərini ermənilər, yerdə qalanını isə digər millətlər təşkil edirdi.
    Şərur-Dərələyəz qəzasına gəldikdə isə, həmin vaxt qəzada 163 kənd mövcud olmuşdur ki, onlardan 109-u Dərələyəz nahiyəsində, 54-ü isə Şərur nahiyəsində olmuşdur. Şərur nahiyəsində yalnız 6 erməni kəndi və 2 qarışıq kənd, Dərələyəz nahiyəsində isə 23 erməni kəndi və 2 qarışıq kənd mövcud olmuşdur. Şərur-Dərələyəz qəzasının 76 min nəfər əhalisinin 55 min nəfərini azərbaycanlılar, 21 min nəfərini ermənilər təşkil edirdi. Daha ətraflı »

  • 10Sen
    Kənd Təsərufatı Pambıq tarlalarında üçün şərhlər bağlıdır

                                                                           BOL MƏHSUL GÖZLƏNİLİR

    Pambıq universal və texniki bitki olaraq onun böyük xalq təsərrüfatı əhəmiyyəti vardır. Pambığın əhəmiyyəti onun lifverən bitkilər içərisində əsas yer tutmasını təmin edir. Uzun illər ərzində dünyanın toxuculuq sənayesinin istifadə etdiyi lifin 70-80%-ə yaxını pambıqdan alınırdı. Pambıq toxuculuq sənayesində əsas xammal sayılır. Bu bitkinin rayonumuzda əkilməsi ənənəvi bir formaya çevrilib. Bu il Tərtər rayonunda ötən ilə nisbətən 450 hektar artıq ərazidə pambıq əkininin işləri aparılıbdır.Yəni ötən il rayonun təsərrüfatlarında 2981 hektar pambıq əkilmişdirsə, bu il isə hal-hazırda rayonumuzda 1104 nəfər istehsalçı fermer tərəfindən ərazilərdə 3439 hektar pambıq sahəsi əkilmişdir. Bu il MKT Tərtər filialında 1809 hektar, Azərpambıq Tərtər filialında 1630 hektar fermerlərlə müqavilə əsasında pambıq əkininin təminatı işləri yerinə yetirilib. Sahələrdə alaqlara, mənənəyə, çora, pambıq sofkasına, boy tənzimləyicisinə qarşı hər iki şirkətdə Daha ətraflı »

  • 10Sen
    Ədəbiyyat NİYƏSİNİ BİLMƏZDİM (Mini hekayə) üçün şərhlər bağlıdır

    Kəndimizdə Əliabbas adında bir kişi vardı. Heç kim ona Əliabbas demirdi. Əlabbas deyirdi. Çobanlıq edirdi. Yəni kənd camaatının qoyunlarını otarırdı. Səhər-səhər kimin neçə qoyunu olardı, gətirib ona təhvil verərdi. Maşallah da yaddaşı vardı. Yüz qoyun da versən, bilərdi ki, hansı sənindir. Hər qoyunu da öz adı ilə çağırardı. Kərə qoyun, kürə qoyun, sarımtıl, bozumtul, quyruğu qıvraq, qulağı yarıq, boynu qotazlı, yerişi nazlı. Saymaqla qurtarmaz. Elə ki, qoyunları gətirdilər, qabağa düşüb gedərdi. Qoyunlar da mələşə-mələşə dalınca. Ayın axırında da iki manatdan, üç manatdan pul yığardı.
    Əlabbas tək yaşayırdı. Evlənməmişdi. Deyəndə ki, ay Əlabbas, yaşın altmışı keçib, niyə evlənmirsən? Bir xeyli sənə məzlum-məzlum baxardı:
    -Sən öylənibsən?
    – Evliyəm.
    -Əlin yağa-bala batıb?
    -Batıb da sözdür. Əlabbas, ailə özgə aləmdir. İşdən gəlirsən, oğul-uşaq Daha ətraflı »

  • 03Sen
    Digər ŞUŞAYA TAM MƏNADA ZƏNGİN HƏYATI QAYTARMAQ ÜÇÜN BÜTÜN ZƏRURİ ADDIMLAR ATILIR üçün şərhlər bağlıdır

    Azad olunmuş torpaqlarımızda dağıdılmış yaşayış məntəqələrinin, şəhərlərin, kəndlərin bərpası surətlə davam edir. Tez-tez informasiya vasitələrindən burada görülən işlər insanlar tərəfindən diqqətlə izlənilir. Cənab Prezident şəxsən özü görülən işlərlə yerində tanış olmaq məqsədilə rayolara səfərlər edir. Bir məqam da diqqət çəkir ki, mədəniyyət abidələri əvvəlki formasında yenidən restavrasiya olunur. Mədəni, tarixi irsimiz bərpa olunmaqla qorunub saxlanılr. Bu qəbildən olan abidələrdən biri kimi İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsinin bərpa edildikdən sonra açılışında iştirak etməsi əlamətdar hadisədir. 30 avqust 2021-ci ildə məqbərənin önündə həm də Vaqif Poeziya Günləri tədbiri keçirildi.

    Tədbirdə iştirak edən cənab Prezident məqbərənin ucaldılması haqda qərarın Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini və açılışının da 1982-ci ilin yanvarın 14-də Onun tərəfindən həyata keçirildiyini bildirdi.O dövrki tarixə diqqət çəkən Prezident Sovet ideologiyasının tüğyan etdiyi bir siyasi şəraitdə Daha ətraflı »

  • 30Avq
    Digər ERMƏNİSTANLA APARILAN 44 GÜNLÜK MÜHARİBƏDƏ AZƏRBAYCANIN TARİXİ VƏ ŞANLI QƏLƏBƏSİ üçün şərhlər bağlıdır

    Azərbaycan Ordusu 44 günlük müharibə ərzində Ermənistan ordusu haqqında yaradılmış mifi darmadağın etdi. Müharibə dövründə Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqləri dəf edərək, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi çoxsaylı müsahibələr dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları alt-üst etdi.
    Azərbaycan Vətən müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydu. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Daha ətraflı »

  • 30Avq
    Tərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Rayon rəhbərliyi ənənəvi olaraq vaxtaşırı vətəndaşları qəbul edir, onların problemlərinin həllinə köməklik göstərilir, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır.
    Bu dəfə də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciət ediblər.
    Qəbulda həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar verilib.
    Vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildiriblər.

     

  • 30Avq
    Xəbərlər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                           HACIZADƏ CEYHUN İFRAYİL OĞLUNUN 29 YAŞI TAMAM OLDU

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət etdilər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlandılar.
    Hacızadə Ceyhun İfrayıl oğlu 16 avqust 1992-ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 44 günlük Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 7-də Suqovuşan istiqmətində qəhrəmancasına şəhid olub.
    Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.