Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07May
    Ədəbiyyat 2021-ci il-“Nizami Gəncəvi İli” üçün şərhlər bağlıdır

                                                       ŞƏRQ İNTİBAHININ ZİRVƏSİ NİZAMİ GƏNCƏVİ

    Qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşamışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almışdır. Ərəb və fars dillərini mükəmməl bilirdi.
    Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi.
    Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərqin bir çox böyük şairləri onun təsiri ilə Xəmsələr yazmışlar.
    Orta əsrlər Şərqinin yetişdirdiyi ən böyük şairlərdən olan Nizami Gəncəvinin yaradıcılığına aid hər bir nümunə özlüyündə böyük bir tarixi dövrün çatışmazlığını ortaya çıxaran təhlildən ibarətdir.
    Sirr deyil ki, onun poemaları ədəbi tarixə yeni nəfəs gətirib. Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin himayəsi ilə 2002-ci ildə “Xəmsə”nin yenidən bərpasına başlanılıb. Hesab Daha ətraflı »

  • 07May
    Ədəbiyyat NİZAMİ GƏNCƏVİ DÜNYƏVİ ŞAİRDİR üçün şərhlər bağlıdır

    Çalış öz xalqının işinə yara,
    Geysin əməlinlə dünya zərxara.

    Bu hikmətli sözlərin müəllifi dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Dünyada və vətəni Azərbaycanda Nizami Gəncəvi kimi tanınan dahi şairimizin adı İlyas, atasının adı Yusif olmuşdur. 1141-ci ildə oktyabr ayının 20-də qədim Gəncə şəhərində dünyaya göz açmışdır. Azərbaycan Atabəyləri adlandırılan Eldənizlər dövləti tərəfindən idarə olunan Gəncə şəhəri o dövrdə sürətlə inkişaf edirdi. İpək yolunun da bu şəhərdən keçməsi Gəncənin mədəni inkişafına xeyli təsir göstərmişdir.
    Nizami Gəncəvinin həyatı, yaradıcılığı haqqında məlumatları yalnız onun əsərlərindən almaq olur. Nizami bütün həyatını Gəncədə keçirmişdir. Dini və dünyəvi elmləri dərindən mənimsəmişdir. Nizami dövrünün tanınmış alimlərindən idi. Ərəb və fars dillərini mükəmməl bilirdi. Dayısı Xacə Ömər zəmanəsinin nüfuzlu adamlarından biri idi. O, Nizaminin təlim-tərbiyəsi ilə ciddi məşğul olmuşdur.
    Nizami Gəncəvi ömrü boyu hökmdarların himayəsindən üz döndərmişdir. Başqa qaynaqlardan məlum olur ki, Nizami Gəncəvi humanist, müdrik, gözütox bir insan kimi də sağlığında müasirləri tərəfindən yüksək qiymətləndirilmişdir.
    Mənbələrdən məlum olduğuna görə, Nizaminin Məhəmməd adlı oğlu da olmuşdur. Daha ətraflı »

  • 07May
    Milli-mənəvi dəyərlər İslamda dini cərəyanlar üçün şərhlər bağlıdır

                                                              SÜNNİ VƏ ŞİƏLƏRİN FƏRQİ

    Sünnilik və şiəlik islamda ən böyük dini cərəyanlardan hesab edilir. Yarandığı dövrdən bəri bu dini cərəyanlar neçə dəfələrlə tək dini baxımdan deyil, müxtəlif səbəblərdən bir-biri ilə qarşı-qarşıya gəlməli olmuşlar. Hal-hazırda dünya müsəlmanlarının təxmini 85%-ni sünnilər, 15%-ni isə şiələr təşkil edir.
    Dünya müsəlmanları siyasi səbəblərdən sünnilərə və şiələrə ayrılmışlar. VII əsrin ikinci yarısında Xəlifə Əlinin idarəçiliyi sona çatdıqdan sonra Ərəb xəlifəliyində növbəti xəlifənin kim olacağı ilə bağlı mübahisələr qızışmağa başlamışdı. Məsələ onda idi ki, Əli, Məhəmməd peyğəmbərin kürəkəni idi və müsəlmanların bir hissəsi hesab edirdilər ki, hakimiyyət onun nəslinə keçməlidir. Onlar “şiə”lər adlanırdı. “Şiə” – ərəbcədən tərcümədə-“Əli hakimiyyəti” mənasındadır. Müsəlmanların digər bir hissəsi isə bunun tam əleyhinə idilər, Daha ətraflı »

  • 30Apr
    Tərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul etdi.
    Rayon rəhbəri tərəfindən sakinlərin onları narahat edən bu və ya digər məsə lələrlə bağlı verdikləri sualları ətraflı cavablandırıldı.
    Müraciətlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edildi, bəzi müraciətlərin həlli üçün aidiyyəti üzrə idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
    Qəbul zamanı icra başçısı Covid-19-la mübarizədə dövlət tərəfindən görülmüş işlərdən, vətəndaşlarımızın sağlamlığının qorunmasına istiqamətlənmiş çoxşaxəli tədbirlərdən danışdı.

  • 30Apr
    Xəbərlər İCRA BAŞCISI QAZİ AİLƏLƏRİNİ ZİYARƏT EDİB üçün şərhlər bağlıdır

    Vətən müharibəsində hər iki gözünü itirmiş Tərtər rayonunun Cəmilli kənd sakini qazi Səfərli Kamil Məzahir oğlu uzunmüddətli müalicədən sonra ailəsinə dönüb. Bununla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qazinin ailəsində olub, onun səhhəti və problemləri ilə maraqlanaraq, müvafiq köməklik göstərib.
    Sonra rayon rəhbəri Cəmilli kəndində yaşayan “Vətən müharibəsi Qəhrəmanı” Azər Abdullazadənin də ailəsində olub, onların məişət şəraiti ilə maraqlanıb.
    Hər iki qazinin yaşadığı evin həyəti onların rahat hərəkət etməsi üçün asfaltlanıb, evlərinə içməli su çəkilib, qazilər ev növbəsinə götürülüb.
    Hər iki qazinin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

  • 30Apr
    Xəbərlər YOL İNFRASTRUKTURU BƏRPA OLUNUR üçün şərhlər bağlıdır

    Vətən müharibəsindən sonra 11 şəhər və rayon ərazisində bərpa və yenidənqurma işləri davam etdirilir ki, bu ərazilərimizdən biri də düşmən hücumları ilə qəhrəmanlıqla mübarizə aparan Tərtərdir.
    Tərtər ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna da böyük ziyan dəyib. Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.
    Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə artıq rayon ərazisindən keçən respublika əhəmiyyətli “Bərdə-İstisu”avtomobil yolunda Daha ətraflı »

  • 30Apr
    Səhiyyə VAKSİNASİYA PROSESİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tərtər rayonunda vaksinasiya prosesi davam etdirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
    Son günlərədək Tərtər rayonu üzrə ümumilikdə 10000-ə yaxın doza COVİD-19 infeksiyasına qarşı vaksin vurulub ki, bunun da 6500-ə yaxını birinci doza, 3500 ikinci dozadır.

  • 30Apr
    Digər TƏRTƏR İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Qədim Qarabağda, Tərtər çayının sağ və sol sahilində yerləşən Tərtər coğrafi mövqeyinə görə Qərblə Şərqin arasından keçən keçmiş karvan yolunun üstündə yerləşir.Qarabağın dağ və aran hissəsinin qovuşduğu yerdə eyni adlı çayın üzərində yerləşən bu rayon suyu və zəngin təbii sərvətləri ilə məşhurdur.1934-cü ildə yaradılan Tərtər rayonunun adı 5 avqust 1949-cu ildə dəyişdirilərək Mirbəşir adlandırılmışdır. 7 fevral 1991-ci ildə yenidən Tərtər adlandırılmışdır.
    Rayonda 24 tarixi və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Daha ətraflı »

  • 30Apr
    Ədəbiyyat 2021-ci il “Nizami Gəncəvi ili” üçün şərhlər bağlıdır

                                                              MƏHƏBBƏTƏ DÜNYƏVİ MÜNASİBƏT

    Dahi Azərbaycan şairi, mütəfəkkir, filosof Nizami Gəncəvi Azərbaycanın qədim şəhəri olan Gəncədə anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır. Şairin əsl adı İlyas Yusif oğludur. Nizami isə onun təxəllüsüdür. Dövrünün digər şairləri kimi Nizami də doğulub böyüdüyü Gəncə şəhərinin adını özünə nisbə götürmüşdür və beləliklə dünyada Nizami Gəncəvi adı ilə tanınmışdır.
    Qədim dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi Nizaminin də doğulduğu və vəfat etdiyi illər dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq hesablanmışdır. Şair 1141-ci ildə (hicri təqvimi ilə 535-ci il) anadan olmuşdur.
    Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarixini və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür.
    Həmişə Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin ona kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. 1947-ci ildə Nizami Gəncəvinin məqbərəsində
    aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşdan şairin 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi müəyyən edilmişdir. Daha ətraflı »

  • 30Apr
    Ədəbiyyat NİZAMİ GƏNCƏVİNİN MUDRİK KƏLAMLARINDAN üçün şərhlər bağlıdır
    Xalq mənə versə də əziyyət, kədər,
    Qıymaram incisin məndən bir nəfər.
    Zəhmətlə açarsan bağlı tilsimi,
    Açdın, xəznə çıxar aydın gün kimi.
    Əziyyət eyləsən, cəfa görərsən,
    Mehribanlıq etsən, səfa sürərsən.
    Bu dərya yolunda vardır çox zəhər,
    Əziyyət çəkənlər dürr əldə edər.
    Yamanlıq etməkdən uzaq ol, uzaq,
    Pisliyin əvəzi pislik olacaq.
    Bilikli adamlar uzağı görər,
    Cahilin zəhməti hədərdir, hədər.
    Yaxşılıq etməsən əgər insana,
    Böyüklük şərəfi verilməz sana.
    El gözündə Nizami ucalıbdır düzlükdən,
    İlhamına, qəlbinə gün salıbdır düzlükdən.
    Bir xərabə görsən, qurmağa tələs,
    Məsləhət belədir, əməyin itməz.
    Ucalmaq istəsən, bir kamala çat,
    Kamala ehtiram göstərər həyat.